Müasir Türk tarixçiliyinin banisi – Zəki Vəlidi Toqanın anadan olmasının 120-illiyi münasibəti ilə - Əkbər Nəcəf - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Müasir Türk tarixçiliyinin banisi – Zəki Vəlidi Toqanın anadan olmasının 120-illiyi münasibəti ilə - Əkbər Nəcəf
Tarih: 02.07.2010 > Kaç kez okundu? 4953

Paylaş


Uşaqlıq və gənclik illəri Əslən Başqırd türklərindən olan Zəki Vəlidi Toqan 10 dekabr 1890-cı ildə indiki Başqırdıstanın Stərlitamak əyalətinin Quzən kəndində anadan olmuşdur. Əsl adı Əhməd Zəki olan Toqan, Vəlidov soyadını daşımış, siyasi mühacir olaraq Türkiyəyə getdikdən sonra Vəlidi Toqan soyadını qəbul etmişdir. Ailəsi yaşadıqları əyalətin seçkin ailələrindən olub İslam elmi və irfanının təbliğində böyük rol oynamışdır. Kiçik yaşlı Toqan təhsil həyatına mədrəsədə başlamış və daha çox dini dərslər almışdır. Mədrəsəyə getdiyi illərdə atasının tutduğu bir müəllimdən rusca, anasından da farsca dərslər alan Toqan 1902-ci ildən etibarən təhsilini Ütək mədrəsəsi müəllimlərindən olan dayısı Həbib Nəccarın yanında davam etdirmişdir. Burada da ərəbcə dərslər alan Toqan 18 yaşına gəldiyində artıq rus, fars, ərəb dillərini mükəmməl bilirdi.

1908-ci ildə ailəsindən gizli Kazana gələn Toqan burada xüsusi dərslər almağa başladı. O dövrün Türk dünyasının mərkəzi hesab edilən Kazan dünyaca məşhur türkoloq və elm adamlarının da yaşadıqları şə­hər hesab edilirdi. Azər­bay­canlı alim və türkoloq Mirzə Kazım bəyin səyləri ilə yaradılan Kazan Şərqşünaslıq İnstitutu qısa müddətdə Çar Rusi­yasının hər tərəfindən gələn müsəlman elm adamlarının top­laşdığı mərkəz halına gəlmişdi. Belə bir mühütə düşən Toqan tez za­manda məşhur türkoloqlardan Katanov və Aşmarin ilə tanış oldu. Gənc Toqanda türk tarixinə və edəbiyyatına dərin sevgi və məhəbbət də bu şəkildə başladı.



21 yaşlı alim



1909-cı ildə məzun olan Toqan eyni il Qasımiyyə mədrəsəsinə “Türk tarixi və ərəb ədəbiyyatı tarixi” müəllimi təyin edildi. Dörd il davam etdirdiyi müəllimlik dövründə “türk tarixi” ilə bağlı araşdırmalarını aparan Toqan 1911-ci ildə “Türk-tatar tarixi” adlı bir kitab nəşr etdirdi. Kitabın nəşr edilməsi ilə bir anda məşhur olan Toqan Kazan Universiteti Ar­xeologiya və Tarix Cə­miy­yətinə üzv seçildi.

Universitet tərəfindən Orta Asiyada aparılan araşdırmalarda vəzifələndirilən Əhməd Zəki 1913-cü ildə Fərqanə, 1914-cü ildə isə Buxaradakı elmi çalışmalarda və arxeoloji tədqiqatlarda rol aldı. Fər­qanədə XI əsrin böyük türk alimi Yusif Xas Hacibin məşhur “Kutadqu Biliq” “Xoş­bəxlik elmi” adlı əsərinin əlyazmasını tapan Toqan elm aləmində bu əlyazmanın Fər­qanə nüsxəsinin kaşifi hesab edilməkdədir. Apardığı araşdırmaları Peterburq Ar­xeo­logiya Cəmiyyətinə təqdim edən Toqan, Kazan və Daş­kənd Arxeologiya Cəmiy­yət­ləri jurnallarında da xeyli məqalə nəşr etdirdi. Bu tarixlərdə vəfat edən məşhur türkoloq-alim Katanovun ki­tab­xanasının İstanbula gətirilməsinə çalışan Toqan, bu sahədə İstanbulda Türkiyyat İnstitutunun da elmi bazasını yaratmışdır.



Türk milli hərəkatının ilk lideri



Seçilən və diqqətçəkən bir elm adamı olması ilə yanaşı Toqan türk milliyətçisi əhval ruhiyyəsinə də sahib idi. Çar zülmü altında yaşayan türklərin milli mübarizəsində rol oynamaq üçün Ufa müsəlmanları adından Rusya Dövlət Du­masına deputat seçilmişdir. Du­mada sərt çıxışlar edən To­qan, Rusyada “türk milli kimliyinin” formalaşmasında bö­yük rol oy­namış, bu məqsədlə azər­baycanlı ziyalılardan Əhməd bəy Ağayev, Əli Mərdan bəy Top­çubaşov və Məmməd Əmin Rəsulzadə ilə yaxından əməkdaşlıq etmişdi.

Oktyabr inqilabı ilə aktiv siyasətə qoşulan Toqan, Başqırdıstan türklərinin azadlıq hərəkatının başına keçmiş və 29 noyabr 1917-ci ildə Başqurdistanın müstəqilliyini elan edənlərin başında durmuş və Başqırdıstanın ilk milli dövlət rəhbəri olmuşdur. Ancaq 18 fervral 1918-ci ildə Başqır­dıstanın bolşeviklər tərəfindən işğal edilmiş bu respublikanın fəaliyyətinə son qoyulmuş və Toqan kommunistlər tərəfindən həbs edilmişdir. 7 iyuna qədər həbsdə qalan Toqan bu tarixdə həbsdən qaçaraq Türküstana (Orta Asiya) gəlmişdir. Milli mübarizəsini burada davam etdirən Toqan, Ənvər Paşa ilə birlikdə Orta Asiyada bolşeviklərə qarşı çiyin-çiyinə dö­yüş­müş və 1920-1923-cü illər arasında “Basmaçılar” adıyla bilinən hərəkatın içində yer almışdır. Bu sayədə Toqan Türkistan Milli Birlik hərəkatının başçısı və ilk rəhbəri olmuşdur.



Atatürkü

tənqid edən ilk elm adamı



Türklərin azadlıq hərəkatı adına mübarizə aparan Toqan, Orta Asiyanın Bolşevik Ru­si­yası tərəfindən işğal edilməsi, Ənvər Paşanın öldürülməsi və Basmacıların qətl edilməsindən son­ra, Hin­distana, İrana, Tür­kiyəyə, bu­radan Av­ropaya ge­dən Toqan, Paris, Lon­don və Berlin elm adamları tərəfindən “böyük türkoloq və azadlıq mü­cahidi” olaraq qarşılanmışdır. Mustafa Kamal Atatürkün istəyi üzərinə Əli bəy Hü­seynzadə ilə birlikdə türkçülük ideologiyasının ilk böyük yaradıcısı hesab edilən Yusif Akçura tərəfindən Türkiyəyə dəvət edilən Toqan, 1932-ci ilə qədər fəaliy­yətini burada davam etdirmiş və Türkiyədə Fuad Köp­rülü və azərbaycanlı Əhməd bəy Cəfəroğlu ilə birlikdə müasir Türk tarixşünaslığının yaradıcısı olmuşdur. 1932-ci ildə keçirilən Birinci Türk Tarix konfransında “Türk tarixinin mənşəyi” üzərinə mübahisələrdə Rəşid Qalib və Sədri Məqsudi Arsala qarşı çıxan Toqan, “dil nəzəriyyəsi” görüşlərinə görə də Atatürkü tənqid etmiş, konfransdakı çıxışı kəsildiyi üçün istefa edərək Türkiyəni tərk edib Avropaya getmişdir.



Həbslər və təqiblər kölgəsində tamamlanan həyat



1935-ci ildə Vyana Uni­ver­siteti fəlsəfə doktoru elmi ünvanını alan Toqan, Atatürkün vəfatından sonra yenidən Tür­kiyəyə dəvət edilmiş və 1939-cu ildə İs­tanbula gəlmişdir. Tür­kiyəyə gələn kimi İstanbul Uni­versiteti Türk Tarixi Kafed­rasına dekan təyin edilən Toqan, 1944-cü ildə Türk hökuməti ilə yenidən üz-üzə gəlmiş və “milliyyətçilik, turançılıq və irqçilik” ittihamı ilə 10 il həbsə məhkum edilmişdir. Ancaq məhkəmənin verdiyi bu qərarı ləğv edən Türk Hərbi Məh­kəməsi Toqana bəraət hökmü vermişdir. 1948-ci ildə təkrar İstanbul Uni­versiteti Tarix fakültəsinə başqan keçdi və vəfat etdiyi tarixə qədər bu vəzifəsini davam etdirmişdi.

Toqan 3 il davam edən həbs­xana illərindən sonra da daima İsmət İndönü dövrü Türkiyə siyasi rejiminin təqibindən qurtula bilməmiş; Türkiyədəki sovet casuslarının da nəzarəti altında olmuşdur. İş yeri, evi dəfələrcə axtarılmış, polis tərəfindən sorğuya çəkilmişdir. Ancaq Toqanı özlərinin ideologiya rəhbəri elan etmiş türk gənclərinin iğtişaşlarından qorxan hökumət hər zaman ona hörmətlə yanaşmış, aparılan təqiblərin səbəbini Sovet İtti­faqının ölkəyə təzyiqindən irəli gəldiyini bildirmişdir. Doğrudan da Türkiyədə gizli fəaliyyət gös­tərən Sovet casusları Toqanı, “bütün türk dünyasını ayağa qaldıracaq təhl­ükəli mina” olaraq tanıtdırdılar. Doğ­rudan da 1940-cı ildən sonra Türkiyə siyasətində rol oynamış milli ideologiyaya sahib bütün siyasətçilər To­qanın milli dü­şüncə və ideologiya xəttini mənimsəmişdilər.

Avropa elm dünyası tərəfindən dəfələrcə təltif edilən Zəki Vəlidi Toqan 80 yaşında 26 iyul 1970-ci ildə İstanbulda vəfat etmişdir. Dəfn günü on minlərcə tələbə tabutunun arxasında kilometrlərlə yolu piyada getmiş, məzarını minlərcə elm adamları əlləri ilə atdıqları torpaqla basdırmışdılar.

Dünya tarixçiləri iki böyük tarixçinin vəfatını Türk tarixinin böyük itkisi hesab etmişdilər: V.V.Bartoldun və Z.V.Toqanın. Həqiqətən də Zəki Vəlidi Toqanın vəfatı ilə türk tarixçiliyi yetim qalmışdır.



Toqan və Azərbaycan



Z.V.Toqan bütün qəlbi, beyni və hissləri ilə Azər­baycan aşiqi olmuşdur. Başda İslam Ensiklopediyası olmaq üzrə Avropada Azərbaycan haqqında nəşr edilən ilk elmi və sanballı əsərlər onun imzasını daşımaqdadır.

Mühacirətdəki Azərbaycan milli mübarizəsinin liderləri ilə yaxşı münasibətlər yaradan Toqan ölümünə qədər Azər­baycan müstəqillik mü­ba­rizəsinin könüllü dəstəkçisi olmuşdur. Məmməd Əmin Rəsulzadəni hörmətlə hər za­man yad edən Toqan, Əhməd bəy Cəfəroğlu, Mirzə Bala Məmmədzadə, Ceyhun Hacı­bəyli, Əlimərdan bəy Top­çubaşov ilə dostluq əlaqələrini davam etdirmişdir. Tür­kiyə tarixinin ən məşhur tarixçiləri İbrahim Qəfəsoğlu, Osman Turan, Mehmet Altay Köy­mən və b. onun tələbəsi he­sab edilirlər.

Avropada və Türkiyədə ke­­çirilən Azərbaycan milli konfranslarının və bayramlarının daimi iştirakçısı olan Toqan, ölkəmiz haqqında xey­li məqaləyə və əsərə imza atmışdır. Onun İslam En­siklopediyasında nəşr etdirdiyi geniş və sanballı “Azər­baycan” maddəsi hələ də Azərbaycan tarixi sahəsində yazılmış ən ciddi tədqiqat əsəri hesab edilməkdədir.

Türk tarixçiləri arasında bir söz Toqana verilən qiymətin əyani isbatıdır:

“Biz Türk tarixçiləri hamımız Toqanın övladlarıyıq!”



Əkbər Nəcəf



Tədqiqatçı-tarixçi



ekbernecef@gmail.com



KAYNAK: http://tumib.az/index.php?option=com_content&view=article&id=299:mueasir-tuerk-tarixciliyinin-banisi--zki-vlidi-toqann-anadan-olmasnn-120-illiyi-muenasibti-il&catid=68:yazarlar&Itemid=90





Yorumlar









Aktif Ziyaretçi 32
Dün Tekil 1238
Bugün Tekil 1397
Toplam Tekil 4065605
IP 18.119.126.80






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























9 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Saraylarda s remem da larda s rd m , Bin cihana de i mem u ks z T rkl m .
(H seyin Nihal ATSIZ)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu