Belçikada fəaliyyət göstərən diaspor qurumları, birgə mədəni fəaliyyət üçün razılığa gəliblər - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Belçikada fəaliyyət göstərən diaspor qurumları, birgə mədəni fəaliyyət üçün razılığa gəliblər - Elnur ELTÜRK
Tarih: 02.07.2010 > Kaç kez okundu? 2438

Paylaş


Bu haqda, mediaya məlumatı Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin başqanı, fəal diasporçu Ayhan Dəmirçi verib. Koalisiyada təmsil olunan təşkilatlar bunlardı- Vəfa Ziyalı Aydınlar İçtimai Birliyi, Belçika Aimə Türk Qadınlar Dərnəyi, Azərbaycan- Belçika Dostluq Cəmiyyəti, Belçika-Türk Qadınlar Birliyidir. Ayhan Dəmirçinin açıqlamasına görə, birgə fəaliyyətin yaranmasına səbəb olan əsas amillərdən biridə-bu günlərdə, Azərbaycanda fəaliyyət göstərən Vəfa Ziyalı Aydınlar İçtimai Birliyinin sədri Əsmayə Cavadova və birliyin fəallarının Belçikaya baş tutan işguzar səfərləri olub. Görüş olduqca məhsuldar keçib və bu, görüşlərin nəticəsi olaraq birgə mədəni fəaliyyət göstərmək üçün, dörd təşkilat razılığa gəliblər.

Belçika səfərini dəyərləndirən Əsmayə Cavadova bunları bildirdi:“Belçikada önəmli görüşlərimiz gerçəkləşdi. Əsasda, Belçikada fəaliyyət göstərən türk qadın təşkilatları, türk diaspor qurumlarının qadın bölməsinin rəhbər və fəallar ilə, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin ofisində maraqlı və ciddi görüşlərimiz baş tutdu”. Görüşlərdən məmnun ayrıldığını qeyd edən, Əsmayə Cavadova bu, tipli səfərlərin bundan sonra tez-tez baş tutacağını dedi:“Bundan sonra Belçikada təmaslarımızı gücləndirəcəyik”. Xüsusilə, Əsmayə xanım türk insanın Belçika cəmiyyətində qazandığı təcrübələri ilə tanış olacaqlarını söylədi. Birgə müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün, yuxarıda adını çəkdiyimiz qurumlarla protokollar imzalandı.

Təşkilatların birgə fəaliyyət göstərməsini alqışladığını deyən, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi:“Bu gün belə birliklərin yaranması Azərbaycan həqiqətlərinin dünya içtimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını, avropada yaşayan soydaşlarımız arasında milli birliyin yaranmasını sürətləndirəcəkdir. Üstəlikdə, birgə mədəni tədbirlərinin keçirilməsi avropa insanında, ölkəmiz haqqında informasiyanın yaranmasına səbəb olacağını”,- Ayhan Dəmirçi bildirdi.



Elnur Eltürk,









Yorumlar










Aktif Ziyaretçi 22
Dün Tekil 882
Bugün Tekil 722
Toplam Tekil 1727201
IP 54.205.210.125






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































25 Cemaziye'l-Ahir 1438
Mart 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Köpeklerin dudakları değdi diye deniz kirlenmez.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.883 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu