Seymur HƏSƏNLİ ilə Müsahibə - Səbuhi Turançı - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Seymur HƏSƏNLİ ilə Müsahibə - Səbuhi Turançı
Tarih: 01.07.2010 > Kaç kez okundu? 2299

Paylaş


Seymur HƏSƏNLİ: “Bizim mücadiləmiz iqtidarların dəyişməsi ilə bitmir”



Son aylar Azərbaycanda aktiv gənclər təşkilatından biri də Seymur Həsənlinin sədrlik etdiyi Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatıdır. Bu səbəbdən xeber24.com olaraq ölkəiçi siyasi proseslər və qarşıdan gələn parlament seçkiləri ilə bağlı DAK Gənclər Təşkilatının rəyini öyrənmək üçün Seymur Həsənliyə müraciət etdik.



-Seymur bəy öncə DAK Gənclər Təşkilatının ölkəiçi siyasi proseslərə baxışını öyrənmək istərdik.

Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı bir diaspor təşkilatıdır. Siyasi, dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan türklüyünə və onun dövlətçiliyinə xidmət etmək istəyən və bu xidməti həyata keçirən hər kəsin təşkilatı. İstər iqtidarı dəstəkləsin, istər müxalifəti, istərsə də heç birini, fərq etməz. Bizim hədəflərimiz və uğrunda çalışdıqlarımız Azərbaycan sərhədlərinə sığan bir məsələ deyil. Hər kəs özünə savaşmaq üçün bir meydan seçir. Kiminsə meydanı 86.6 min kv. km-i əhatə edirsə, biz buna heç nə demirik və qarşı da çıxmırıq. Amma bizim savaş meydanımızın sərhədləri ən azı quzeyli-güneyli Azərbaycan və yeddi müstəqil türk dövlətinin ərazisi ilə qapanır. Təbii, hər bir ölkədə iqtidar da, müxalifət də olmalı. Siyasi mübarizə də getməli. Amma milli və dövlətçilik məsələsi onları birləşdirən nöqtələr olmalı. Biz həmin birləşən nöqtələr ki var, onlar uğrunda mücadilə aparırıq. Bizim mücadiləmiz iqtidarların dəyişməsi ilə bitmir. Bizim mücadiləmiz kiçik siyasi hədəflərə hesablanmayıb.



-Qarşıdan parlament seçkiləri gəlir. Münasibətinizi öyrənmək olar?

Təbii, bizim təşkilat hər hansı siyasi mövqe sərgiləyə bilməz. Doğrusu, bizim də İdarə Heyətinin toplantısında oxşar mövzular qaldırılıb. Ümumi fikrimiz budur ki, təşkilatın üzvləri millətçilik və dövlətçilik məsələlərində aktiv olan və müəyyən xidmətlər göstərmiş şəxsləri dəstəkləsin. İstər iqtidar, istər müxalifət partiyasında olsun, istərsə də heç bir partiyada olmasın, fərq etməz. Buna misal olaraq, mən Yeddi Dövlət - Bir Millət Konseyinin başqanı Azər Həsrəti göstərə bilərəm. Düşünürük ki, bu şəxsin səsi parlament tribunasından gəlsə, Türklük mücadiləsi daha da ictimailəşər. Və ya Qənirə Paşayeva olsun. Beş illik parlament dövründə millətin vəkili olduğunu sübut etmişdir, artıq bu xanım. Belə namizədlər çox olacaq.

Bird aha qeyd etmək istəyirəm ki, siyasi, dini və etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dövlətçiliyinə bağlı və onu hər hansı xarici kəşfiyyat orqanlarının ayaqları altına atmayan, dini ekstremist qruplaşmalara bağlı olmayan və Azərbaycan türklüyünə xidmət edən hər kəs bizim namizəddir.



Səbuhi Turançı





Yorumlar








Aktif Ziyaretçi 19
Dün Tekil 828
Bugün Tekil 268
Toplam Tekil 1638158
IP 54.161.208.7






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































6 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Türk Devletinin yenilmez, zinde hayat gücü ve Türk Milletinin teminatı ve istikbali gençliktir.
(Alpaslan TÜRKEŞ)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.002 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu