Şakir Ulubəyli “Azərbaycan Bozqurdları” (Bozqurdlar Vadisi) - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Şakir Ulubəyli “Azərbaycan Bozqurdları” (Bozqurdlar Vadisi)
Tarih: 30.06.2010 > Kaç kez okundu? 4002

Paylaş


Dördüncü bölüm





*Özmüz-özümüzü aldatdığımız yetər.

Biz fəlakətin astanasındayıq, milli şüurumuzu itirmək təhlükəsi ilə üz-üzə qalmışıq, tariximizi və kültürümüzü, ədəbiyyatımızı, mənəviyyatımızı unutmaq faciəsi ilə qarşı-qarşıyayıq.*





Azərbaycan Türk millətçiliyinin əsasları (2)

----------------------------------------------------------------------

Bizim türk millətçi dünyagörüşə görə dövlət,əvvəllər də qeyd etdiyimiz kimi,məqsəd deyil, məqsədə çatmaq üçün vasitədir. Döğrudur dövlətsiz insan mədəniyyəti inkişaf edə bilməz. Lakin dövlətin özü mədəniyyətin əsas faktoru sayıla bilməz. Mədəniyyətin əsas faktoru onu yaradan millətin varlığıdır.

Digər təlim və dünyagörüçlərdə, dövlət anlayışına siyasi baxış ondan ibarətdir ki, guya dövlət milli amil ilə heç bir əlaqəsi yoxdur. Döğrudur dövlət anlayışı altda müəyyən təsərrüfat və yaradıcı qüvvələr, ən yaxşı halda isə,- öz siyasi hakimiyyətinin genişləndirmək istəyən müəyyən insan birliyinin səyinin nəticəsi kimi başa düşülür.Bu cür anlayışlar, öz məntiqi inkişafı ilə milli faktoru və millətin dahi şəxsiyyətlərinin rolunu inkişafına gətirib şıxaracaq. Bu isə bizim millətçi dünyagörüşümüzün əksinədir.

Dövlət millətə xidmət etmək üçün yaradılmışdır. Türk millətinin yaratdığı dövlətlərdə əsas məqsəd türk milətinin və həmin ərazilərdə yaşayan digər millətlərin daha firavan yaşamağına, mədəniyyətlərinin inkişafına, daha mükəmməl sistem təklif edilirdi. Hər bir millətin mədəni səviyyəsi, onun siyasi azadlığı, müstəqilliyi və dövlətinin qüdrəti ilə ölçülür.



Hansı Türk öz yaradıcılığı ilə, millətimizin milli təfəkürünə ziya işığı salıb, onun idrak xəzinəsini zənginləşdiribsə onun irsini təbliğ etməliyik, sağ olan milli ziyalılarımızı isə qorumalı, və onun daha böyük işlər görməsi üçün şərait yaratmalıyıq.

Bizim millətin varlıları anlamalıdır ki, eyş-işrət, yemək içmək, villalar tikmək, xarici ölkələrdə keyf çəkməklə yanaşı ziyalılara kömək etmək müqəddəs vəzifədir. Son anda hər hansı hakimiyyət dəyişikliyi vaxtı xalqı ədalətli yola dəvət edən ziyalılar olacaq.

Bu gün Azərbaycan Türklərinin böyük ziyalıları və syasi və dövlət xadimləri var, biz sanki həmin insanları görmürük və ya görmək istəmirik.Biz onların yaratdıqlarına görə deyil, onun siyasi mövqeylərinə görə qiymətləndiririk.

Zəlimxan Yaqubun yazdıqları, dedikləri, gördükləri möhtəşəm fəaliyyəti bir tərəfdə qalıb, onun hansısa dövət xadiminə pərəstiş etməsi , bəziləri tərəfindən qısqanclıqla qarşılanır. Onun Azərbaycan Türklərinin ədəbiyyatına , aşıq sənətinə nə qədər böyük töhfələr verib, o taylı, bu taylı, türklərin milli duyğularının, milli hissilərinin yüksəlişində nə qədər fədakarlıqlar etməsi gözümüzün qabağındadır.Onun bundan sonrada türk milləti üçün nə qədər möhtəşəm işlər görəcəyi bizim ona verdiyimiz qiymətdən asılı deyilmi.

Yazıçı Anarın, Azərbaycan Türklərinin milli mədəniyyətinə , tarixinə , kino sənətinə, sovet dönəmində olmasına baxmayaraq, nə qədər böyük dahiyənə sənət əsələri bəxş etdiyini hamımız bilirik.Çünki bu yaxın zamanlarda baş verib, Anar yaşayır və yaradır və Yazıçılar birliyinin sədridir.Onun, millətimizin birləşməsində,milli şüurun oyanmasında, qəhrəmanlıq tariximizdə olanlrı kinonun köməyi ilə yenidən canlandırıb gənc nəsillərə ərməğan etməyi bir kənarda qalıb, onun sədr olmağı daha çox diqqət mərkəzindədəir. Bu məqamda bir sual məni o qədər narahat edir ki, mən o sualı verməkdən özümü saxlaya bilmirəm. Bizim çox varlı və imkanlı millət nümayəndələrindən hansı birisi , və yaxud bizim bir özəl milli fondumuiz, yazıçı Anara, hər hansı bir maliyyə vəsaiti ayırıbmı,onu yaşayışını minimum təmin etmək üçün hər hansı vəsait veribmi?Verməyib.

Onda ikinci bir sual yaranır. Bəs bu yaradıcı ziyalılar hansı vəsaitlə yaşamalı və yaratmalıdır. Rusiyadan gələn şou nümayəndəsinə yüz minlərlə pul xərcləyənlər ziyalıya bir manatda xərcləmək istəmir. Çünki bizim dediyimiz millətçi dünyagörüşü bax bu sistematik milli təfəkürün yaranması üçün vacibdir. Hətda bəzi millət düşmənləri cürət edib Nizamini saray şairi adalndırırlar, Nəriman Nərimanov kommunist olub, Rəsul Rza Leninə poema yazıb, Səməd Vurğun Stalinə şeyir həsr edib,Xəlil Rza Heydər Əliyevi tərənnüm edib, deyə bu Türk dühalarını gözdən salmağa çalışırlar.

Şair Ramiz Rövşən gələcəkdə kimi prezident görmək istəyir, Əkrəm Əylisli hansı siyasi xadimin tərfindədir,Elçin Əfəndiyev hansı vəzifəni aparır, Vaqif Səmədöğlu niyə parlamentin işində iştirak etdi, Seyran Səxavət kimə qarşıdır,Sabir Rüstəmxanlı niyə deputat oldu.

Bu yaradıcı insanların hər biri Azərbaycan türklərinin dəyərli ziyalılarıdır və biz millətçi türklər bu ziyalıları yüksək qiymətləndirik. Biz çox vaxt ətrafımızda, yanımızda, gözümüzün qarşısında olan dahiləri görmürük, onu qiymətləndirmirik, layiqli qiymətini vermirik. Biz Avropada milliyəti və şəxsiyyəti nəmalum bir yazıçının bir hekayəsini və romanını oxuyub, özümüzü savadlı göstərək deyə , onun dilimizə yatmayan adını gündə yüz dəfə çəkəndə, ondan daha imntelektual olan öz yaradıcı insanlarımızı heç oxumaq belə istəmirik. Məgər kiminsə siyasi baxışlarına görə onun millətimizə yararlı və ya yararsız olduğunu qiymətləndirmək olarmı.Məhşur alimimiz, dəyərli vətənpərvər akademikimiz Xudu Məmmədovun kommunistlərin dövründə yaşayıb, yaratmağı , onun milli ruhuna kölgə sala bildimi?

Ziyalılar, yaradıcılıq fəaliyyətində illərlə millətimizin milli şüurunun formalaşmağında əzəmətli işlər görürlər. Lakin onun siyasi mövqeyi, başqalarınının syasi mövqeyindən fərlənirsə , əks mövqeydə olanlar onun bütün yaradacılığının üstündən qalın xətt çəkirlər. Millətçi dünyagörüş ziyalının siyasi mövqeyinə görə deyil , onun yaradıcılığının millətimizə verdiyi töhfələrin dəyəri ilə qiymətləndirir.Hər bir ziyalının yaradıcılığı min illərlə millət həyatında möhtəşəm işlər görəcək, onun siyasi mövqeyi isə unudulub gedəcək.Çünki ziyalı hansı dövlət quruluşu, siyasi sistem, və hansı diktatorun və ya demokratın hakimiyyətində yaşamağından asılı olmayaraq , yaşamalı, yaratmalı, gələcək nəsillər üçün qiymətli məlumatlar qoyub getməlidirlər, bu ziyalının həyata gələndə ona verilmiş missiyadır. Ona görə bəzən onlar daha böyük işlər görmək üçün siyasi mövqeylərindən istifadə edirlər. Çox vaxt SİYASİ MÖVQEY, ziyalının YARADICILIĞINA KÖMƏK etmək üçün müəyənləşir.

Bizim millət öz möhtəşəmliyini yenidən özünə qaytarmaq üçün, gərək şəxsiyyəti qiymətləndirməyi və onun bütün hüquülarının təsbit olunmasını bacarmalı, körkəmli türklərə hörmət hissini sistematik tərbiyyə etməlidir. Biz heç vaxt unutmamalıyıq ki, istedadlı şəxsiyyət inkişafın əsas aparıcısıdır, və hər bir böyük ideya və hər bir böyük fəaliyyət ancaq insanın yaradıcı qüvvəsinin bəhrəsidir və dahilərin möhtəşəmliyi qarşısında ehtiram göstərmək nəinki ədalətli, həmçinin Azərbaycan Türkünü bir fəaliyyətdə birləşdirən hadisədir.

Dünyada , elə bizim millətin tarixində, boyük imperiyaların yaranması, fəthlər, mədəni hadisələr, dövlət sahəsindəki əbədi işlər, bu və ya digər dahi Türkün adı ilə bağlıdır. Millətin tarixi yaddaşındakı şəxsiyyətə ehtiram göstərməkdən imtina etmək, bu dünyada böyük rəhbərlərə məxsus olan, milli birliyə təkan verəcək, cazibə qüvvəsindən imtina etmək deməkdir.

İnsanlar sınanda, bədbinləşəndə, millətlər dərin uğursuzluqlar məngənəsində sıxılanda, məhz o zaman onlara böyük dühalar lazım olur. Məhz bu zaman, bədbəxt insanlara, keçmişdən millətin dahi alimlərinin , qəhrəmanlarının, dövlət xadimlərinin ruhları baxır.O, insanlar ki, aclığa, xəstəliklərə, bədbəxtçiliyə, uğursuzluqlara qarşı mübarizə aparmış, öz həyatını millətinə qurban vermış, və millətinə xöşbəxt həyat yolu göstərə bilmişdir.

Azərbaycan Türkləri tarix boyu körkəmli şəxsiyyətləri ilə zəngin olmuşlar Təəssüflər olsun ki,milət həyatında mühüm işlər görmüş bu insanlar öz dövründə layiqli qiymətini almamış, millət tərəfindən müdafiə olunmamışdır.

Bizim millətçi hərəkat millətimizin bu nadir incilərini öz sağlığında qiymətləndirməyi bacarmalı və onu mənəvi sərvət kimi qorumalıdır. Yalnız bu yolla millətimizin birliyinə nail ola bilərik.Bu sistematik düşüncə tərzi ilə biz milli özünü müdafiə instinkinin cilalanmasına kömək etmiş olarıq.

*Bizim türk millətçi hərəkatının ruhunu, millətin keçmiş dövrlərdə apardığı mübarizələrin yaddaşda canlandırılması ilə yüksəltmək mümkündür. Millətin mübarizə tarixində qeyd olunmalı möhtəşəm hadisələri yeni nəsillərin təsəvvüründə təzələnməsinə can atılmalıdır. Çünki bəşəriyyətin əvvəllər malik olduğu füsunkar keçmişdən, imtina etməyə cəhd edənlər, millətə qiymətli heç nə verə bilməzlər.Keçmişdən, millət tarixindən kor-koranə imtina edənlər, və keçmişimizi ləkələməyə çalışan , fərdləri , qrupları, təşkilatları araşdırmalı, haqqında ciddi tədbirlər görmək lazımdır.

Keçmişə bu cür nifrət onu yayanların bizim millətimizə olan pis niyyətinin təzahürü, kimi qiymətləndirməliyik. Milli hərəkatımız, öz milli keçmişimizdən başdansovdu imtina etməyəcək, öz quruculuğu üçün əvvəlki milli fundamentin bütün yararlı hissələrindən istifadə edəcəkdir. Biz heç vaxt təəssüf etməyəcəyik ki, zamanın sınağından çıxmış həqiqətlərdən istifadə edirik, çünki bütün insan mədəniyyəti və insanın özü, təkamül zəncirinin nəticəsidir və bu zəncirin halqaları isə özündən əvvəlkilərin işini davam etdirən nəsillər tərəfindən hazırlanıb.

Milli azadlıq inqilabının məqsədi heç də bütün köhnənin dağıdılması, unutdurulması demək deyildir, məqsəd yarasız, miləti geriyə çəkən, onu inkişafını zəiflədən, milli kültüründən uzaqlaşdıran, onu mübarizə əzmini qıran,onu köləliyə salan, təlimlərdən, ideyalardan, adətlərdən, proqramlardan azad etmək, özülün yaralı hissələri üzərində Türk milli dəyərlərinin abidəsinin yaratmaq.

Hər gələn nəsil əvvəlki nəsillərin yaratdıqlarından imtina və inkar mövqeyində dayanarsa o, millət başqa millətlərin ənənələrini qəbul edərərək çox tezliklə həmin millətin köləsinə çevrilər. Bu bizim tariximizdə dəfələrlə olub, ərəblər farslar və ruslar tərəfindən hər dəfə , həm ərazimizi, həm də milli yadaşımızı işğal etməyə çalışıblar, lakin qismən nail olsalar da gernetik kodun daşıyıcıları olan millətçilər tərəfindən milli yaddaşı, qan yaddaşını tamami ilə unutdura bilməyib və bizi manqurtlaşdırmağı bacarmayıblar.

Birinci Millətimizin adını dəyişdirməyə cəhd ediblər. İndi sizə məlum olurmu ki, nə üçün bizi tatar, azəri, azərbaycanlı,adalandırıblar, kökümüzdən qopaq, kim olduğumuzu unudaq. Milli adımızla bərabər, keçmişimizi, mənəvi dəyərlərimizi, maddi mədəniyyətimizi də yaddan çıxardaq.

Mən dəfələrlə vurğulayıram ki, Milli yaddaşı, mənəvi dəyərlərimizi və bütünlüklə millətimizi,yaşadan , qoruyan, yaddaşlarda saxlayan , millətimizin ziyalısı və yaradıcı insanlarıdır. Nə din xadimləir, nə iş adamları, nə idmançılar,

milli yaddaşı bu nəsildən sonrakı nəslə ötürməyə məsul deyillər, yanız milli ziyalılar vasitəsi ilə bu proses davam etdirilir. Biz ziyalıları yaradıcı insanları, alimlərimizi göz bəbyi kimi qorumalıyıq.*



Mənə belə gəlir ki, bizi, türkləri bölməyə, parçalamağa çalışan qüvvələrdir ki, bizim ziyalı və yaradıcı şəxsiyyətlərin hər birinə bir yarlık asıb onu digəri ilə üz-üzə qoyub onların arasında ziddiyətlər yaradırlar.Sonrada bu zidiyətləri qızışdırıb onu kütləviləşdirən quruplar yaranır.

Əsas məqsəd nədir burda, Türk ziyalılarını BİR-BİRİNƏ QARŞI QOYUB onların yaradıcılıq enerjisinin istiqamətini dəyişmək, milli problemlərdən uzaqlaşdırmaq, nəticədə dəyərli əsərlər yazmaq əvəzinə xırda hissilərin təsiri ilə konfliktlərə vaxt sərf etmək.

Azərbaycan Türklərinin maddi mənəvi dəyərlərini zənginləşdirən hər bir Türk ziyalısı millətimizin ən dəyərli simalarıdır, millətimizin vəzifəsi isə onları qorumalı və kömək etməli və qiymətləndirməkdir. Biz münaqişə, ziddiyət yaradan mənbələri təyin etməli və onların məqsədlərini aydınlaşdırmalıyıq. Hansı hüquqla onlar bizim millətin ziyalılarına qarşı təxribat törətməlidirlər və cəzasız qalmalıdırlar. Kim verib bu haqql onlara.Nəinki həyatdan getmiş dahilərimizin, bu gün yaşayıb yaradan ziyalılarımızın hər birini qiymətli millət nümayəndəsi kimi qayğısını çəkməli onu hörmət və ehtiram göstərməliyik.









Gənc Azərbaycan Türklərinə müraciət

Gənc Türk sənin böyüklüyün damarlarından axan qandadır.

Allah bizə heç bir millətə vermədiyi ali keyfiyyətlər bəxş etmişdir.

Bu keyfiyyətlərin ən lazımlısı və sənin istinad edəcəyin türk milli mənəvi dəyərləridir. Dədələrimiz dünyanı, bəzi taruxçilərin iddia etdiyi kimi, qılıncla yox, ağlının və zəkasının gücü ilə fəth etdilər.Dünyanın böyük bir hissəsi, min illərlə möhtəşəm türk milli dünyagörüşü, türk nizamı ilə idarə olunurdu.

Gənc Azərbaycan Türkü millətimiz, zəkamızla birləşdirib bütöv olacaq, dövlətimiz milli dəyərlərimizlə qüdrətli və yenilməz olacaq.Ağılla , təmkinlə, siyasətlə yaradacağımız millətçi hərəkat, bizi qurtuluşa aparacaq.Damarlarından Türk qanı axan hər bir millətdaşımız bizim qardaşımız, düşmənlərlə mübarizədə arxamız və dayağımızdır.

Bözqurda tapınan türk millətinin adət-ənənəsinə, əxalqına, yaşayış vərdişlərinə,təfəkkür sisteminə, ən uyğun yüksəliş formulu, kollektiv yaşayış, millət halında və milliətçi dünyagörüşə sahib olmaqla mümkündür.Bütöv millət halında yaşamaq üçün biz müsbət keyfiyyətlərimizə istinad etməli, qüsurlarımızdan yaxa qurtarmalıyıq. Ali olmaq üçün, bütün çətinilklərə baxamyaraq, daima öyrənməli,millətimizə zərər gətirən xarakterlərdən xilas olmalıyıq.Hər bir əzaba qatlaşıb, daima öz üzərimizdə işləməli, yüksək idraka və zəkaya sahib olmalıyıq.

Həyata keçirəcəyimiz vəzifələr çətin və mürəkkəb olsada, məsuliyyətli, ən başlıcası şərəflidir.

Tarix sənin çiyinlərinə,ağır bir missiya qoyub, bu, məzlum və zavallı vəziyətə salınmış sevgili millətimizin , ulu millətimizin, ali millətimizin problemləridir.

Parça-parça edilmiş məmləkətimiz, bir- birindən ayrı salınmış millətimiz, işğal altında olan ərazilərimiz, girov götürümüş qardaş bacılarımız.

Tarix boyu millətimizin qadınlarına toxunmağa ən qəddar düşmən belə cürət etmədiyi halda, bu gün TÜRK MİLLƏTİNİN QADÖNLARI BİZİM MİLLİ DÜQŞMƏNİMİZ OLAN ermənilərin əsirliyindədir.

Dünyanın ən qeyrətli milləti olan Azərbaycan türklərinin qadınları, Dubayda, Suriyada , dünyanın digər ölkələrində, onları qoruya bilməıyən, iş yeri yaratmayan, onların yaşayışını təmin etməyən hakimiyyətin ucbatından can bazarındadırlar.Onlar orda öz namusalrın satmırlar, dövlət məmurlarının namusun satırlar, çünki bu nadan və rüşvətxorların millətə qarşı yönəlmiş anti milli siyasətin qurbanıdırlar.

Gənc Azərbaycan Türkü! Bunlar sənə ulu millətimizin nə qədər dəhşətli faciələr içərisində olduğunu sübut edən dəlillərin cüzi bir hissəsidir.Başımıza daha nə fəlakətlər, milli ləyaqətimizi, milli mənliyimizi təhqir edən daha hansı hadisələr törətməlidilər ki, bir gün sən yumruğunu yuxarı qaldırıb deyəsən,

 Yetər artıq, daha bəsdir.

 Özmüz-özümüzü aldatdığımız yetər.

Biz fəlakətin astanasındayıq, milli şüurumuzu itirmək təhlükəsi ilə üz-üzə qalmışıq, tariximizi və kültürümüzü, ədəbiyyatımızı, mənəviyyatımızı unutmaq faciəsi ilə qarşı-qarşıyayıq.

Biz coxuq lakin bizim milli birliyimz zəifdir, bizi dörd tərəfdən, əlavə aşağıdan, yuxarıdan yer üzündən silmək istəyən qüvvələr var.

Kim bizi xilas edəcək?

Bizi yalnız özümüz, qanı qanımızdan, canı canımızdan olan qan qardaşlarımızla birlik, milli birlik, millət birliyi, millətçilik xilas edəcək.

Biz – Əzmətli TÜRK millətinin övladlarıyıq. Mən Türkəm deyəndə, türk millətinin nümayəndəsi olduğun üçün qürur duyursan.

SƏNİN ADIN, SÖYADIN, ATA ADIN OLDUĞU KİMİ MİLLİ KİMLİYİN DƏ BİLİNMƏLİDİR.

İnsanlar öz itinın, atının cinsini, növünü fəxrlə deyirlər, məs. Ingilis atı, alman afcarkası və bununla hətda itlərinin növü ilə fəxr edirlər.Bəs insan milli kimliyini bilməməlidirmi? Bəs onda milli kimliyi bilinməyən insanın ana dilinin, milli kültürünün, ədəbiyyatının, musiqisinin kökünün hardan gəldiyini necə bilmək olar.

Gənc Azərbaycan Türkü!

Biz birləşib millət olacağıq, ö zaman aramızda yaranmış kiçik qüsurları,fərqləri, şəkili, şirvanlı,naxçıvanlı,bakılı, gürcüstanlı,ermənistanllı, iranlı, iraqlı,

deyimlərini, dini fərqləri, siyasi zidiyətləri, süni yaradılmış konfliktləri bir kənara qoyub, hansı təşkilatın, partiyanın üzvü olmağımızı yaddan çıxarıb bir olmalıyıq. .

Qanı qanımızdan, dili dilimizdən olan qardaşımızın alnından öpüb, yaman günün qardaşı olacağıq.Kürəyimizi türk qardaşımızın kürəyinə söykəyib, üstümüzə sel kimi gələn düşmənin başına od ələcəyik.

Ya kasıb-varlı, savadlı-savadsız,güclü-zəif,dindar-ateist,milyonçu-dilıənçi, evdiz- imarət sahibi,işsız- dövlət məmuru,qöca-cavan ən müxtəlif xarakterli TÜRKLƏR

Birləşib bir millət olmalıyıq, xilas olmalıyıq, yada bizi onsuzda məhf eləmiş güclər çox tezliknən öz məqsədlərinə çatacaqlar.

Azərbaycan Türkü qeyrət damarlarından axan qandadır!

Tanrı Türklərə işıqlı ağıl verdi,düşmənlərimiz, bizim işıqlı ağlımızın yaratdığı saf əxlaqımızdan istifadə edib bizə hiylə kələk gəldilər. Döst deyib qucaq aşdığımız nankorlar, arxadan daima zərbə vurdular bizə, bu hiyləgər dünyada allatdılar bizi, qonaqpərvər deyib son tikəmizi aldılar əlimizdaən,bizi bir birimizə düşmən etməyə, qardaşı-qardaşa qarşı qoyub nifaq saldılar aramıza, zəifliklərimizi tapıb istifadə etdilər,

Türk sən böyüksən!- deyib kiçiltməyə çalışdılar,

Türk sən güclüsən!- deyib zəiflətdilər bizi,

Türk sən dünyaya sahibsən!- deyib torpaqlarımızı qopardılar,

Türk sən saysız-hesabsızsan!- deyib qırdılar bizi,

Türk sən səbirlisən!- deyib zəlil etdilər bizi.

Türk gənci! Əgər biz nöqsanlarımızı aşkar etməsək, öyrənməsək, onu aradan qaldırmaq üçün səylər etməsək, heç vaxt biz,dünyada ulu Türk millətinin layiq olduğu səviyyəyə qaldıra bilməyəcəyik.

Hər birimiz, bütün bilik və bacarığığımızı özümüzün və milli mənliyimizin dərkinə yönəltməliyik.Həyata nə üçün gəldiyimizi, Tanrının qarşımızda hansı vəzifələr qoyduğunu başa düşməli millətimizin müqəddaratının hər bir Türkün əməlində oladuğunu analmalıyıq.

Hər bir Azərbaycan Türkünün qarşısında millətimizin xilası kimi, məsuliyyətli və çətin bir vəzifə durur.Biz dərk etməliyik ki, fərd kimi, azadlıq və xoşbəxtlik yoxdur, yalnız millət halında, müstəqil dövlət yaradıb, birlikdə xoşbəxt yaşamq olar.

Millətimizin azadlığı uğrundakı mübarizə, hər bir Azərbaycan türkü üçün müqəddəs savaşdır, biz bu mübarizədən zövq almalı,və dərk etməliyik ki,

-Bizim Türk millətimiz bütün millətlərdən azad və firavan yaşamalıdır.

- Bütöv Azərbaycan dövləti qüdrətli və varlı olmalıdır.

-Ərazilərimiz geniş və səfalı olmalıdır.

-Çayların mənbəyinə, dağların zirvəsinə biz sahib olmalıyıq.

- Millətimizin hər bir üzvü, varlı yaşamalıdır.

-Millətimiz millətlər yanında layiqli yerini tutmalıdır.

Bütün bunları millətimizə biz sahib etməliyik. Biz yorulmaq bilmədən çalışmalı, oxumalı, ən yüksək təhsil almalı,ən çətin peşələrə yiyələnməliyik.

Biz xarakteimizdəki olan çılğınlığnı, səbirsizliyin, biganəliyin, dəqiq olmamağımızın, çox məsələlərə səthi yanaşmağımızın bizə nə qədər zərər gətirdiyini başa düşməli,özümüzü qaya kimi möhkəm, sərt və soyuqqanlı olmağı, ictimai şüura yiyələnməyi, ümumi milli işlərdə fəal olımağı oyrənməliyik. Hirsin və qəzəbin bizi idarə etməyinə imkan verməmməli, düşmənin bu zəifliklərimizdən istifadə edib bizə zərər verməsinə aman verməməliyik. Ən gərgin anlarda belə Bozqurd kimi mətin və çəsarətli olmalı hər bir işdə ağla güvənməliyik.

Biz özümüzü dərk etməli, başa düşməli,özümüzü yüksək səviyyədə idarə etməyi bacarmalıyıq.

Biz nə qədər ki, bu küyfiyyətlərə yiyələnə bilməmişik, öz millətimizə xidmət edə bilməyəcəyik.

*Öz mənliyini dərk etməyən insandan millətçi ola bilməz.*

Millətçilik insandan yüksək təfəkkür,və idrak tələb edir.



Türk gənci! Bizim milli düşmənlərimiz nə qədər çox olsada, tarix boyu uğursuzluqlarımızı, yalnız düşmənlərlə bağlamağımızın özü də əsassızdır.Biz bəzən özümüz-özümüzə düşmən olmuşüq. Milli birliyə nail ola bilməmişik, müxtəlif quruplara bölünüb mənasız savaşlar aparmış, hiyləgər, kinli düşmənlərimizə ərazilərimizin işğal olunmasına fürsət vermişik. Lakin yenədə düşmən sayca çox olasada tanrının möcüzəsi olan millətimiz, bölünməsə, parçalanmasa qarı düşmən bizə, heç nə edə bilməz.

Bütöv Türk millətini heç bir dünya hökmüdarı məğlub edə bilmədi,türkü- türkə qarşı qaldırdılar, türkün dahilərini üz-üzə qoydular, içimizə nifaq toxumu səpib qardaşı-qardaşa savaşa aşmağa cəhd etdilər.

Gənc Azərbaycan Türkü!

Biz uğursuzluqlarımızdan, qüsurlarımızdan özümüzə kompleks yaratmadan onlardan yaxa qurtarmağa çalışmalıyıq. Bu zaman biz, millətimizin bütün müsbət keyfiyyətlərini hərəkətə gətirə biləcəyik.

Rəqiblər bizim zəif cəhətlərimizi daha tez görürlər və tarix boyu həmin zəifliklərimizdən istifadə edirlər.

Biz bir millət kimi, digər inkişaf etmiş millətlərlə yanaşı durmaq, güclü və qüdrətli dövlət yaratmaq istəririksə, ən əsas bir şərtə əməl etməliyik. Türk millətçi dünyagörüşə yiyələnməliyik.Bu elə bir anlayışdır ki, biz bundan sonra yalnız özümüz, öz ailəmizlə bərabər ümumi milli mənafe üçün çalışmalı,və xidmət etməliyik.

Bu bizə imkan verəcək ki, zahirən bir-birindən az fərqlərlə, müxtəlif bölgələrdə yaşamalarına görə cüzi adət -ənənə fərqi, şivə fərqi olan böyük bir Türk ailəsini birləşdirək.

Bizi bir-birimizdən ayıran fərqlər bizi birləşdirən, doğmalaşdıran keyfiyətlərdən çox azdır. Zəif olmalarına baxmayaraq,bu qüsurlar, həyatımızda və məişətimizdə biz Türklərə nə qədər problemlər yaradır. Yalnız sakini olduğumuz, doğulduğumuz ,o kiçik kənd haqındakı təsəvvürlərimizi böyüdüb vətən edənə qədər nə qədər əziyyətlər çəkirik .Kimin hansı kənddə doğulması, o vaxt əhmiyyət kəsb etməyəcək ki, o vaxt biz millətçilik şüuruna yiyəlnəcəyik, böyük bir millətin nümayəndəsi olmaqdan qürur duyacağıq.

Gənc Azərbaycan Türkü! Həyatında baş verəcək ən mühüm hadisələrdən biri də ailə qurmaq, millətə sağlam türk tərbiyə edib , vətənini , millətini sevən bir insan böyütməkdir. Kiminlə ailə qurmaq sualı səni düşündürməmməli, sən buna həyatının , millətinin ən mühüm, həlledici bir məqamı kimi yanaşıb, cavab verməlisən. Yalnız Türk soylu xanımla. Bütün dünyada olan türk soylarının hər bir xanımı, başda Azərbaycan Türk qızı olmaqla sənin həyat yoldaşın, mübarizə dostun, , gələcəkdə dünyaya cəsarətli Türk igidlərini dünyaya gətirmək üçün can yoldaşın ola bilər.

Türk millətinə ən yaxın , Avropanın inkişaf etmiş imperator milləti almanlarla evlilik, millətin daha yüksək keyfiyyətlərə yiyələnməsi üçün lazım ola bilər. Lakin ən birinci oz millətinin qadını sənin həm gəncliyinin , həm qocalığının pasibanı, dostu, qayğıkeşı vəzifəsini ən yüksək səviyyədə icra edə bilər. Bu mühüm amil minlərlə qeyri millətlərlə evlənmiş və həyatının sonunda peşiman olmuş insanların taleyini müşahidə edəndən sonra gəlinən qənaətdir.



Hər bir millətçi Türk, qəlbi türkçülük eşqi ilə çırpınan, milli qan yaddaşını, genetik kodu daşıyan bir türk qızı ilə evlənməsi məqsədəuyğundur.



Gənc Azərbaycan Türkü biz əvvəl öz ölkəmizdə milli birliyə nail olub dövlətimizi millətimizin xidmətində fəaliyyət göstərməsinə şərait yaratmalıyıq.Sonra biz böyük millətin yaranmağına təkan verə bilərik, Bütöv Azərbaycan Yaradılmasına başlamalıyıq.

Bunun üçün burda vətənimizdə hələ görəcəyimiz çox işlər var.

Milli mübarizənin ən mükəmməl disturu budur ki, sən şəxslərlə deyil, mövcud vəziyyətlə mübarizə aparıb onu öz millətinin rifahına doğru dəyişəsən. Sən millətinin qarşısında duran problemləri həll etmək üçün.qüdrətli Azərbaycan Dövlətini yaratmaq üçün, müvcud ideyalara, təlimlərə qarşı kamil dünyagörüş qoyasan. Bu milli dünyagörüş, Türk milli mənəvi dəyərlər sisteminin əsasları üzərində qurulmuş millətçi dünyabaxış sistemidir.

Biz dəfələrlə qeyd etdik ki, bizim millətçiliyimiz, millətçi dünyagörüşümüz, irqi amillə heç bir bağlılığı yoxdur. Bizim millətçi dünyagörüşümüz daxilə, millətin şüuruna, hər bir türkün təfəkkürünə yönəlmiş bir təlimdir və bunun digər millət və etnik quruplara heç bir aidiyyəti yoxdur.Kimsə bizim bu fəaliyyətimizdən , səksəkəyə düşüb vahimələnəcəksə, deməli ,onlar bizim millətin dostları deyillər. Bizim Türk millətinin inkişafını istəmirlər, qüdrətli dövlət qurmalnıza qarşıdırlar.

Necəki, ermənilər zaman –zaman bizim milli özünü qoruma instinkinin yatızdırılmış, dondurulmuş, vəziyyətindən istifadə edib, sözün əsl mənasında bizi məhf etmək, yer üzündən silmək istəyiblər.

Tanrı o millətlərə yar olur ki, o millətlər daima savaşdadırlar, inkişafdadırlar, öz milli ləyaqətlərinin keşiyindədirlər.Öz azadlığını təmin edə bilməyən toplumlar yer üzərində yaşamaq hüququnu itirmiş, zəifləmiş insan kütləsidir.Azadlığa layiq olan millətlər onun töhfələrindən istifadə etmək hüququn layiqdirlər..

Gənc Azərbaycan TÜRKÜ, sən Dünyanın ən əzəmətli milləti TÜRK millətinin nümayəndəsisən!





DÜNYƏVİ BOZQURD PARTİYASININ

MƏRAMNAMƏSİ.



Bozqurd və Bozqurdçular.

“Bozqurd” türk millətinin yaranışında və millət kimi formalaşmağında iştirak edən totemdir.

Bozqurda tapınmaqla və ona istinad etməklə türklər Bozqurd kimi məğrur,azadlıqsevər,səbrli,ağıllı,dözümlü və hər hansı çıxılmaz vəziyyətlərdən asanlıqla çıxmaq çıxmaq keyfiyyətlərini mənimsəyərək fövqəlbəşər millət səviyyəsinə yüksəlmişlər.

Həm ruhunda olan, həm də sonradan təbii yolla qazandıqları bu misilsiz insani keyfiyyətlərlə türklər bəşər sivilizasiyasına əvəzsiz nemətlər bəxş etmişlər.

Dövlətçilik və cəmiyyətin idarə olunmasında,tarixdən bizə məlum olan həqiqətləri nəzərə alsaq,türklərin bu mənada müstəsna qabiliyyətləri aşkara çıxır.

Türklərin yaratdığı dövlətləri “İmperiya” adlandıranlar əslində yanılırlar.Onlar o dövrün ictimai-siyasi şəraitini düzgün qiymətləndirməyərək, bunu başqa dövlətlərin ərazilərini işğal edərək öz ərazilərini genişləndirmək mənasında təhlil edirlər.Lakin əsas amili, yəni dağınıq insan kütlələrinin bir cəmiyyət halında birləşdirilib idarə olunması,iqtisadi və siyasi inkişafın , sənətkarlıq və fəlsəfi fikrin cəmiyyətlərin,xalqların inkişafına müsbət təsirini yaddan çıxarırlar.Çünki türk millətinin fövqəlbəşər bir irq olduğunu qəbul etmək istəməyən qısqanc millətlər və onların saxta alimləri bu günə qədər tarixi gerçəkliyi təhrif etməklə məşğuldurlar.Zaman isə bütün dövrlərin hakimi kimi əzəmətli milləti təkrarən əzəmət kürsüsünə gətirərək,bütün təhrif və yalanları bir kənara atır.

Hər dəfə türk millətinin ən ağır anında hər bir türkün qan yaddaşından bir varlıq doğur və bu varlıq da Bozqurddur.

Çox təəssüflər olsun ki, Bozqurd anlamını kimlərinsə şəxsiyyəti ilə bağlamağa çalışanlar var.Bozqurd hər bir türk kişisinin ruhundadır.

Bozqurd məramdır,qayədir,inamdır.Bu məram,qayə, inam türk millətinin xilasıdır,qurtuluşudur,azadlığıdır.Bu mərama xidmət edənlər özlərini Bozqurdçu adlandırırlar.

Türk millətinin mənafeyinə xidmət edən hər bir türk Bozqurdçudur.

Bozqurdçuluq yalnız güc,qüvvət mənasında başa düşülməməlidir. Çünki qorxu və xof üzərində qurulmuş ən yüksək fikir millətə və ümumən insanlığa yalnız zərər gətirə bilər.

Bozqurdçuluq hər hansı bir sahədə ən yüksək ağıl və fərasət nümayiş etdirmək, görüləcək işin milli mənafeyə xeyirini öncə görə bilmək mənasında başa düşülməlidir.

ƏXLAQDA BOZQURDÇULUQ.

-Türk millətinin milli əxlaqını öz əsrarəngiz çalarları ilə özündə təcəssüm etdirən və həyatda əxlai keyfiyyətləri ilə nümunə olan və bununla öz millətinə şərəf gətirən hər bir türkün müqəddəs vəzifəsidir.

HƏRBDƏ BOZQURDÇULUQ.

-Düşmənə aman verməmək, milləti təcavüzdən qorumaq üçün QURD dəyanəti göstərmək. Ən gərgin anlarda soyuqqanlı olmağa, əvvəl güclü müdafiə tədbiri görüb sonra ildırım sürəti ilə hücuma atılmaq,daha çox ağıla və fəndə istinad etmək.Hər hansı bir an ehtiyatı əldən verməmək.Ağıllı əməliyyat hazırlayıb,az itki verməklə düşmənə böyük zərbə vurmaq. ƏSİR DÜŞMƏMMƏK.



İQTİSADİYYATDA BOZQURDÇULUQ.

-Bütün fəaliyyət və bacarığını millətin rifahına və firavanlığına, dövlətin qüdrətlənməsinə sərf etmək, istehsalda millətin adına layiq səviyyədə mal istehsal etməklə millətin qabiliyyətini qeyri millətlər yanında yüksəltmək. Ticarətdə milli əxlaqımıza ləkə gətirən hər hansı bir əməldən çəkinmək və bu sahədə də mənsub olduğun millətə hörmət gətirmək. Ən yüksək texnoloji avadanlıqlarla işləməyi bacarmaq, iqtisadi biliklərə yiyələnməklə digər millətlərlə rəqabətdə qələbə çalmaq.





SOSİAL SAHƏDƏ BOZQURDÇULUQ.

-Millətin inkişafına mane olan, rüşvətxorluq, bürokratizm, sosial ədalətsizliyə qarşı barışmaz olmaq, hər hansı bir insanın haqqının tapdanmağına imkan verməmək və başqasının haqqına toxunmamaq.

KÜLTÜRDƏ BOZQURDÇULUQ.

-Dilini, adət-ənənəsini, musiqisini,tarixini, şifahi və yazılı ədəbiyyatını ən yüksək səviyyədə bilmək, ondan zövq almaq , onları təbliğ etmək və sevdirmək.

Azərbaycan türklərini millət halına gətirib, onu dünya türklərinin qabaqcılına çevirəcək yeganə qüvvət yalnız Bozqurdçulardır.



1.ÜMUMİ MÜDDƏALAR.

“BOZ QURD” TÜRKLƏRİN XİLAS,AZADLIQ VƏ QURTULUŞ RƏMZİDİR,



-

1.1 * Dünyəvi Bozqurd Partiyası müxtəlif ərazilərdə yaşayan,siyasi və iqtisadi cəhətdən fərqli ölkələrin sakini olan və daim genosidə, milli ayrı seçkiliyə məruz qalan,tarixi milli ənənələrinə daim təcavüz edilən türklərin mənəvi, mədəni, milli, iqtisadi və siyasi birliyinə nail olmağı, bütün türklərin azadlıq və müstəqillik qazanması, insan hüquqları ilə təmin olunması, son məqsədlə Böyük və Vahid Türk millətinin təşəkkül tapması uğrunda mübarizə aparan milliyyətçi partiyadır.

1.2 * Dünyəvi Bozqurd Partiyası öz milli kültüründən uzaqlaşdırılmış, milli hisslərindən məhrum edilmiş , millətçi damğası ilə qorxudulmuş, qondarma “azərbaycanlı” milləti adı ilə milli ləyaqəti təhqir edilmiş türkləri milli birliyə çağırır.Bu məqsədlə DBP-sı cəmiyyətin siyasi həyatında ən fəal şəkildə iştirak etmək,Proqram və Nizamnaməsinə uyğun olaraq vətənin azadlığı, müstəqilliyi və millətin xoşbəxtliyi uğrunda mübarizə aparmaq əzmindədir.

1.3 * Dünyəvi Bozqurd Partiyası türk millətinin mənafeyi və tərəqqisi uğrunda çalışan bütün ictimai siyasi partiya və təşkilatlarla əməkdaşlıq edir, iqtisadi və mənəvi yardım göstərir, lakin milli varlığımıza təhlükə törədən, millətimizin, torpağımızın parçalanması istiqamətində fəaliyyət göstərən təşkilat və partiyalara qarşı barışmaz mövqedə dayanır.

1.4 * Kökü eramızdan min il əvvəllərə gedib çıxan milli təfəkkürümüzün milli sərvətimizə çevrilməsi və öz təbii axarına düşməsi prosesində doğma türk psixologiyamıza süni surətdə calaq edilmiş hegemon millətlərin müstəmləkəçilik siyasətinə əsaslanan qondarma ideaları, saxta adət və ənənələri dünyaya baxış,dünyanı dərk etmə,yad dildə “Olum”, yad dildə”Ölüm” fəlsəfələri milli türk idrakımıza safçürük edilməli, milli təfəkkürümüzün təmizlənməli, pozulumuş məntiqi nizamlanmalı, kainat və varlıq türklərin milli görüm və duyum prizmasından dərk edilməli, varlığımız ümumdünya türk milli siyasəti üzərində təşəkkül tapmalıdır.

1.5 * Şumerlərdən bu günə qədər keçdiyimiz təkamül proseslərindəqazandığımız ən yüksək əxalqi və mənəvi dəyərləri təbii sərvət kimi qorumalı, inkişafımıza mane olub bizi cılızlaşdıran və köləliyə sürükləyən idea və inamlardan imtina olunmalıdır.

1.6 * Dünyəvi Bozqurd Partiyası dinin siyasət alətinə çevrilməsini yolverilməz hesab edir, onun yalnız vicdanlardaki yüksək və müqəddəs yerini qoruyaraq insanlara əxlaqi və məni keyfiyyətlər aşılamasını ali sayır, müqəddəs kitabımız “Quran”-na yalnız səcdə etmək yox

--oxumaq

-dərk etmək

-əməl etmək mənasında yanaşmağı düzgün hesab edir.

1.7* “Türk millətindənik” dediyimiz üçün dildə,estetikada, əxlaqda, hüquqda,din həyatında və fəlsəfədə türk kültürünə, türk zövqünə və tük vicdanına görə orijinallıq və bir şəxsilik göstərməyə çalışacağıq.

1.8* Dünyəvi Bozqurd Partiyası millətçiliyi hər bir şəxsin öz millətini müqəddəs hesab edərək, ona hörmət etməsi ilə bərabər digər millətlərin də milli hislərinə hörmət bəslənilməsi mənasında qəbul edir.

1.9* Dünyəvi Bozqurd Partiyası qurtuluşu milli istiqlalda görür, milli istiqlalımızı isə türkçülüyü bir əqidə kimi qanımıza və şüurumuza hopdurmaqda öz irqimizə,öz varlığımıza, öz türklüyümüzə sahib olmaqla mümükün hesab edir.

1.10* Dünyəvi Bozqurd Partiyası ana dilini milli varlığımızın ilkin və ən başlıca şərti hesab edir, ana dilini millətin və dövlətin milli sərvətinə çevirməsi, milli mənafe duyğusunun hər bir millət üzvünün təfəkkürünə, ruhuna, mənəviyyatına hopdurulması istiqamətində fəaliyyət göstərir.

1.11* Sabitləşmə, qiymətlərin liberallaşdırılması, iqtisadi təşəbbüskarlığın qanuniləşdirilməsi inhisarsızlaşdırmanın və özünləşdirmənin sosila ədalət prinsiplərinə əsaslanmaqla cəmiyyətin bütün təbəqələrinin cəlb olunmaqla aparılması, müəssisələrin xüsusi əllərə verilməsi ilə rəqabətə şərait yaradılmasını təmin edən azad bazar iqtisadiyyatının bərqərar olunmasına çalışır.

1.12* Milli mənafei müqəddəs sayan biznesmenlərin və islahatçı demokratların müdafiə olunmasını.Dövlətin isə azad bazar iqtisadiyyatının tənzimçisinə və nizamlamaq alətinə çevrilməsini zəruri hesab edir.

1.13* Dünyəvi Bozqurd Partiyası cəmiyyətin tərəqqisini intelektual ehtiyyatların fəallaşdırılıb inkişafa gətirilməsində, fikir azadlıqlarında, biliyə, istedada, insan intelektinə hörmətdə və əməyin düzgün qiymətləndirilməsində görür.

1.14* Dünyəvi Bozqurd Partiyası mədəni və firavan həyat tərzinin, səmərəli və azad iqtisadiyyatın,mütəşəkkil və optimal istehsalın bərqərar olması üçün ictimai əməyin təşkilində milli psixologiyanın xüsusiyyətlərinin nəzərə alınmasını zəruri hesab edir.

1.15* Dünyəvi Bozqurd Partiyası müstəqil Azərbayca Demokratik Respublikasının tərəqqisini ilk növbədə Türkiyə və digər türk ölkələri ilə mənəvi, siyasi və iqtisadi əməkdaşlıqda görür.

1.16* Dünyəvi Bozqurd Partiyası Azərbaycan vətəndaşlarının irqinə, siyasi əqidəsinə, milli və ya sosial mənşəyinə,mülkiyyətinə, silki və yaxud digər vəziyyətlərinə görə fərq qoyulmaması, dövlət idarəsinə dini və şərq dünyagörüşlərincə müdaxilə etməməsi, cəmiyyətdə din və vicdan azdlığının təmini, dövlətin heç bir rəsmi dinə malik olmaması, maarifin dünyəvi, şüurlu və müasir əsaslara görə nizamlanması prinsiplərini qəbul edən, Azərbaycanın tam dövlət istiqlalına nail olmasını müqəddəs hesab edən mübarizləri öz ətrafında birləşdirən parlament tipli siyasi partiyadır.

1.17* Dünyəvi Bozqurd Partiyasının ali məqsədi Azərbaycan ərazisində yaşayan xalqların etnik və dini rəngarəngliyini nəzərə alaraq,ölkədə birlik və bərabərliyi təmin edən Dünyəvi dövlətin yaradılmasıdır.

1.18* Dünyəvi Bozqurd Partiyası dövlət formasının millətin təbiət və adətlərinə daha uyğun olan respublika idarə üsuluna əsalanan, çoxpartiyalılıq ümumi, bərabər və birbaşa seçki əsasında, hər bir Azərbaycan vətəndaşının öz iradəsini sərbəst ifadə edə bilməsini təmin edən parlamentli respublika yaradılmasını ən başlıca vəzifə hesab edir.

1.19* Dünyəvi Bozqurd Partiyası Azərbaycan Respublikasını iqtisadi, siyasi və hərbi cəhətdən qüdrətli dövlətə çevrilməsinə ən qısa yolla nail olmaq üçün Türkiyə və yeni müstəqillik qazanmış türk respublikaları ilə bərabər “ümumavropa evi” adlanan quruma bənzər,vahid iqtisadi məkan daxilində fəaliyyət göstərən bir qurum yaradılmasını zəruri hesab edir və bu istiqamətdə fəaliyyət göstərmək əzmindədir.

1.20* Dünyəvi Bozqurd Partiyası üzvlərinin əqidə birliyi və ərazi prinsipləri əsasında yaradılmış partiyadır, ideoloji əsas kimi qəbul etdiyi prinsiplər Türkçülük və Dünyəvilikdir.

1.21* Dünyəvi Bozqurd Partiyası öz fəaliyyətini beynəlxalq hüquq normaları, Azərbaycan Respublikası Konstitusiyası, siyasi partiyalar haqqında qanunu və bunlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının digər qanunvericilik aktları və öz Nizamnamə və Məramnaməsi əsasında qurur.



a) Nizamnaməsinə uyğun olaraq ictimai rəyin formalaşmasına təsir göstərir.

b) Dünyəvi dövlətin yaradılması üçün proqramlar hazırlamaq yolu ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasında iştirak edir

c) Könüllülük əsasında birləşib siyasi bloklar, ittifaqlar, federasiyalar,birliklər yaradaraq parlament və digər seçkili orqanlarına seçkilərdə iştirak edir.

1.22* Dünyəvi Bozqurd Partiyasının simvolu xilas, qurtuluş və azadlıq rəmzi olan”BOZQURD”dur.





DÜNYƏVİ BOZQURD PARTİYASININ

TÜRK SİYASİ LİDERLƏRƏ, NÜFUZLU ELM XADİMLƏRİNƏ, VƏ İŞ ADAMLARINA

MÜRACİƏTİ

Millətimiz faciələr burulğanında, dövlətimiz zəif,torpaqlarımız işğal altındadır.

İllərdir davam edən, nə sülh nə müharibə siyasəti, millətimizi son dərəcə ağır sarsıntılara məruz qoymuşdur.Yüzlərlə şəhid, onlarla əsir, minlərlə qaçqın olmuş millətdaşlarımızın acı taleyi Azərbaycan Türklərini bir daha məsuliyyətli olmağa çağırır.

Belə bir tarixi sınaq qarşısında Türk olan siyasi liderlərin, və nüfuzlu dövlət və elm xadimlərinin, imkanlı həmvətənlərimizin aralarına salınmış, süni intriqa və nifaq, millətimizin milli birliyiniə ağır zərbələr vurmuşdur.

Bu ziddiyətlər, konfliktlər, qarşıdurmalar, bir birinin şəxsində düşmən obrazı yaratmaq tarix boyu Azərbaycan Türklərini bir millət kimi formalaşmağına , qüdrətli bir dövlət yaratmağına imkan verməmişdir.

Siyasi partiya və təşkilatlar arasında rəqabət, iqtidar müxalifət qüvvələrinin hakkimiyyət uğrunda mübarizəsi, hakimiyyət dəyişilməsi çox vaxt qanlı faciələrə gətirib çıxarmış,ağır və üzücü müharibə aparan millətimizi fəlakətə sürükləmişdir.

Azərbaycan Dünyəvi Bozqurd Partiyası türk olan siyasilərə, elm və dövlət xadimlərini , ziyalıları, iş adamlarını sevgili millətimiz naminə kəskin qarşıdurmalardan çəkinməyə, Tarixin Azərbaycan türklərinə verdiyi, Müstəqil Azərbaycan dövlətinin mövcud olması şansından millətimizin gələcəyi naminə səmərəli istifadə etməyə çağırır.



Bakı şəhəri. 23.10.1993-cü il.

Azərbaycan Dünyəvi BOZQURD Partiyasinin sədri: Şakir Ulubəyli



Ardı var.





Şakir Ulubəyli. Yazıçı politoloq. Tel: (994 50) 622 30 42 bozqurd.sh@mail.ru

www.shakirulubey.azersayt.com



Onlarla ictimai siyasi , psixoloji məqalələrin. “ Türk millətçiliyi, siyasi hakimiyyətin ideologiyası” əsərinin müəllifidir. Psixoanalizin banisi Ziqmund Freydin tədqiqtçısıdır.

“ Siqaret ölüm mələyi”

“ Freyd:Atalar. oğullar”1

“Freyd: Atalar oğullar”2

“Ruh haqqında”

“Atam danışır ki”,

“Azərbaycan Bozqurdları” ( Bozqurdlar vadisi) kitablarının müəllifidir.













Yorumlar









Aktif Ziyaretçi 33
Dün Tekil 1349
Bugün Tekil 1290
Toplam Tekil 4074566
IP 3.137.192.3






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu