Ayhan Dəmirçi ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Ayhan Dəmirçi ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 27.06.2010 > Kaç kez okundu? 3059

Paylaş


Ayhan Dəmirçi: “Bir neçə il bundan öncə cinayətkar Robert Köçəriyan Avropa Şurasının ali tribunasında Qarabağda döyüşdüyünü fəxrli bildirəndə, o zaman ermənistan şuradan xaric edilməli idi”



Son vaxtlar cəhbə bölgəsində vəziyyətin gərginləşməsi diqqət mərkəzindədir. Hər dəfə olduğu kimi, atəşkəsi pozan Ermənistan tərəfi beynelxalq təşkilatlara yalan informasiya ötürməklə məşğuldurlar. Onlar yalan məlumatlarla ilə guya atəşkəsin birinci olaraq Azərbaycan tərəfini pozduğunu yayırlar. Ancaq Ermənistanın nə etməsindən aslı olmayaraq, beynelxalq qurumlar birinci olaraq hansı tərəfin atəş açdığını çox gözəl bilirlər. Bu gün cəhbədə atəşkəsin pozulması bir başa olaraq Sarkisiyan hakimiyyətinin maraqlarına cavab verir. Bu planlı şəkildə həyata keçirilir. Aldadılan erməni xalqı bir şeyi dərk etməlidirlər ki, onlara rəhbərlik edən siyasətçilər öz siyasi maraqlarını həyata keçirmək üçün, qondarma soyqırım ideologiyasında, Qarabağ kartında istifadə edirlər. Özüdə bunu ustaqlıqla realizə edirlər. Ermənistan və onun xaricdə fəaliyyət göstərən diasporu uzun illərdir ki, apardıqları təbliğat nəticəsində Dağlıq Qarabağı nə öz ərazilərinə birləşdirə bildilər, nədə Qarabağı dünyaya “müstəqil” dövlət olaraq beynelxalq hüququn subyekti kimi tanıtdıra bilmədilər.

Bu, Azərbaycan dövlətinin və xalqının beynelxalq uğurlarından sayılmalıdır. Bəs xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor qurumlarının rəhbərləri bu haqda, nə fikirləşirlər. Bu yöndə ünvanlıdığımız sualları diaspor başqanları cavablandırıblar.



Danimarkada fəaliyyət göstərən Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Anaxanım Hüseynova son vaxtlar Qarabağ bölgəsində atəşkəsin pozulmasını ciddi narahatçılıqla izlədiklərini qeyd edərək, ancaq ermənilərin bundan sonrada yalan informasiya ilə beynelxalq içtimaiyyəti aldada bilməyəcəklər bildirdi. “Bir neçə il bundan öncə, Danimarkada ölkəmiz haqqında məlumatlar azlıq təşkil edirdisə, ində isə vəziyyət tamam başqadır. Diaspor qurumlarımız Azərbaycan mədəniyyətini, milli incəsənətimizi, muğamızı və ölkəmiz haqqında düzgün məlumatları çatdırmaqla Danimarkada ölkəmiz bağlı müsbət fikrin formalaşmasına kömək edirlər deyə”, - Anaxanım Hüseynova bildirdi. Fəal diasporçu bundan sonra davamlı olaraq ölkəmiz haqqında düzgün məlumatların çatdırılması istiqamətində çalışmaların gedəcəyini söylədi.



Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədri Dünyaxanım Əliyeva: “Son günlər cəbhə bölgəsində erməni ordusunun hücumlarının dəf edilməsi bir daha göstərdi ki, ordumuz düşmənə cavab verməyə qadirdi. Bugün Ermənistan Cənubi Qafqaz bölgəsində Azərbaycanın artan potensialını görürlər. Çox maraqlıdır ki, ermənistanın özündə də, Azərbaycanın bölgədə artan nüfuzunu görən insanlar var. Onlar Ermənistan hakimiyyətini radikal siyasətdən əl çəkməyə dəvət edirlər. Çünki çox yaxşı bilirlər ki, geniş miqyaslı savaşda erməni ordusu darmadağın ediləcək. Həmçinin, beynelxalq qurumların erməni ordusunu Qarabağı tərk etməsi ilə bağlı ortada real qərarları var. Nə indi, nədə yüz il sonra Ermənistan Qarabağı öz ərazisinə birləşdirə bilməyəcək. Sadəcə olaraq Ermənistanı ruhlandıran və təslimçi sazişə imza atmağa icazə verməyən hansı dövlətlərin durduğunu hamımız yaxşı bilirik”.



İsveçdə fəaliyyət göstərən Vahid Azərbaycan Təşkilatının sədri Ayə Coşkun: Ermənilərin bundan sonrada xaricdə apardıqları yalan təbliğatlarına cavab olaraq, diaspor qurumlarımız onların yalanlarını ifşa edəcəklər. Ermənistan siyasətçiləri sadəcə olaraq Qarabağ kartında spekulyasa edirlər, siyasi hakimiyyətdə qalmaları üçün. Heç bugün Ermənistan hakimiyyəti öz xalqına qarşı rəhmli deyil. 2008 ci il mart ayının birində yaşanan hadisələr göstərdi ki, öz hakmiyyətlərini qoruyub saxlamaq üçün, ermənistan siyasətçiləri öz xalqına qarşı silahda işlətdilər. Sadə erməni xalqı yalançı ideologiyanın arxasınca getməməlidirlər.



Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin başqanı Ayhan Dəmirçi: “Ermənistanın keçmiş prezidenti Robert Köçəriyan Avropa Şurasında çıxış edərkən, Qarabağ müharibəsində döyüşdüyünü qürurla bildirəndə, beynelxalq qurumları bunu nəzərə almalı idilər. Köçəriyanın bu çıxışına görə, Ermənistan Avropa Şurasında xaric edilməli idi. Beynelxalq qurumlar ermənistan təzyiqlərini artırmalıdır. Bölgədə hər an müharibə təhlükəsi var. Azərbaycan xalqının səbr kasası daşan zaman, beynelxalq qurumlar münaqişənin həllini müharibə müstəvəsini kecəcəyini görəcəklər. O, zaman məsuliyyət Azərbaycan üzərinə düşməyəcək.



CanAz.tv və İzmir Azərbaycanlıları Kültür Mərkəzinin başqanı Camal Mehmetxanoğlu: “Diaspor qurumlarımız ümümmilli məsələlərdə birgə mövqedən çıxış etmələri Azərbaycanımızın xaricə mövqelərinin dahada güclənməsinə səbəb olacağını, xüsusilə zaman ermənilərin səhv yolda olmalarını göstərəcək. Çünki tarix boyu qonşularına nifrətlə etməklə, onların ərazilərinə göz dikməklə yaşamaq olmaz”.



Hollandiyada fəaliyyət göstərən Azərbaycan Kültür Mərkəzinin başqanı İlhan Aşkın : Ermənistanın monoetnik bir dövlət qurmaqla uçurma getdiyini“Böyük Ermənistan” ideologiyası bu, ölkəni bir dövlət kimi məhv edəcəyini bildirdi. “Məni sevindən odur ki, Azərbaycan öz hərbi potensialını artırır və özüdə bu prosesin yüksələn xətlə davam etməsi, beynelxalq təşkilatları düşündürməlidir”. Ermənistan hansı gücü ilə Böyük Ermənistan dövlətini qurmaq istəyir?! Nəzərə alsaq ki, Ermənistan əhalisi açlıq, səfalət içindədir.



Söhbətləşdi: Elnur Eltürk













Yorumlar









Aktif Ziyaretçi 72
Dün Tekil 1349
Bugün Tekil 724
Toplam Tekil 4074000
IP 3.16.81.94






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap