Harun Yəhyanın erməni sevgisi - Nermin MEMMEDLİ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Harun Yəhyanın erməni sevgisi - Nermin MEMMEDLİ
Tarih: 23.06.2010 > Kaç kez okundu? 3582

Paylaş


Kitablarını Harun Yəhya imzası ilə nəşr etdirən və müxtəlif ölkələrdə yayımlatdıran məşhur yazar Adnan Oktar İslam dini ilə bağlı “araşdırma”ları, “dostluq-qardaşlıq” mesajları və “orginal” açıqlamaları ilə tanınır.

İstifadə etdiyi Harun Yəhya imzası iki peyğəmbərin - Hz.Musa və Hz.İsanın yardımcılarının isimlərindən ibarətdir. Müsahibələrindən birində bu imzanı almasının səbəbini belə açıqlayır: “Mən peyğəmbərimizin dininə yardım edən ümmətdən biri olaraq, o vəzifəni yerinə yetirən biri olaraq, o ismi istifadə edirəm”. Ömrünü İslam haqqında “araşdırma”lara həsr edən bu adamın yəhudilik və xristianlıq dini peyğəmbərlərinin yardımcılarının isimlərini özünə təxəllüs seçməsi insanda maraq doğurmaya bilməz. Ölkəmizdə və Türkiyədə daha çox İslam alimi və araşdırmacısı kimi tanınan Adnan Oktarın faktiki olaraq, bu sahə üzrə heç bir elmi təhsili yoxdur. Bilindiyi kimi İslam aliminin özündə ehtiva etməsi gərəkən xüsusiyyətlərindən birincisi onun ərəb dili biliyinə sahib olmasıdır. Ancaq bu şəxs özünün də dediyi kimi nə ərəb, nə fars dillərini bilir. Ərəb dilini bilməyən alimin Qurani-Kərimin orginalını oxuması mümkün olmadığı üçün onun etdiyi İslam dini haqqındakı elmi yorumları İslam Fiqhində yer ala bilməz. Polis soruşdurmalarının birində deyir:

“İllər əvvəl Mehdilik haqqında bir kitab yazdım. Ancaq bu kitabı yazmaqla böyük xəta etdim. Çünki dini mövzularda dərin biliklərim yoxdur.”

Başqa bir ifadəsində isə belə deyir:

“Ərəbcə bilmirəm. Farsca da bilmirəm. Təkcə orta məktəb ingiliscəsi bilirəm və dini təhsilim yoxdur”.

Özünün də dediyi kimi ərəb, fars dillərini bilməyən, dini təhsili olmayan birinin necə olub da İslam alimi, İslam araşdırmacısı kimi tanınır və üstəlik də bu qədər bu sahə ilə bağlı əsərlər, kitablar yazır? Yoxsa dediyi kimi o İslam aləmində gözlənilən “Mehdi”dir? Belə ki, o rəsmi saytı olan www.harunyahya.org-da Mehdi mövzusunda geniş açıqlamalar etmişdir və öz doğum tarixinin, yəni 1956-cı ilin gizli tərəflərini açıqlamışdır. Hətta, bunu Quran, hədislər və Bədiüzzaman şuaları işığında izah etmiş, Taha surəsinin 68-ci ayətinin (Biz dedik: "Qorxma, qalib gələn mütləq sən olacaqsan!) onunla bağlı olduğunu, Mehdinin İstanbuldan çıxacağını və gələcək Mehdinin fiziki görünüş xüsusiyyətlərinin tamamilə ona uyduğunu iddia etmişdir.

Doğrusu bu açıqlama çox da gözlənilməz deyil. Çünki 19 ay boyunca Bakırköy Ruh və Sinir Xəstəlikləri xəstəxanasında yatan Adnan bəyə “Paranoid Şizofren” diaqnozu qoyulmuşdur, hətta bu səbəbdən haqqında açılan soruşdurmadan cəzasız qurtulmuşdur. Lakin hansı səbəndən bilinməz GATA (Gülhane Askeri Tıp Akademisi) tərəfindən ağlının yerində olduğuna dair rapor almışdır.

2009-cu ildə Amerikanın məşhur universitetlərindən olan Georgetown Üniversitesi ilə Kraliyet İslami Stratejik Çalışmalar Mərkəzi tərəfindən yayımlanan “Dünyanın ən təsirli 500 Müsəlmanı” siyahısında olan 20 türkdən - Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan, Cümhurbaşqanı Abdullah Gül, Xarici İşlər Naziri Ahmet Davutoğlu, nurçu camaatının lideri Fethullah Gülənlə bərabər Adnan Oktarın da ismi vardı. Maraqlıdır, bugünə kimi “Paranoid Şizofren” raporlu olan daha hansı İslam “alim”inin ismi bu siyahıya salınıb?

Adnan Oktarın xeyli qabarıq bir məhkəmə tarixçəsi də var. Bunların içərisində “Şəbəkə qurmaq, idarə etmək və üzv olmaq” günahlandırmalarıyla əlaqədar açılan məhkəmə xeyli maraqlıdır. Belə ki, 3 il boyunca hakimlər Adnan bəyin məhkəmə işini bir-birinin üzərinə atdılar, prokurorlar isə işə “təqibsizlik” qərarı verdilər, digər məhkəmələr də “səlahiyyətimiz yoxdur” dedilər. Ümumən Adnan Oktarın 10 məhkəmənin baxdığı bu işi hələ də sonuçlanmayıb. Hal-hazırda iş Yargıtay Cəza Dairəsi Başkanlığındadır. Son qərarı onlar verəcək. Təbii ki, verə bilsələr....

Türkiyədə indiki dövrdə aktual məsələlərdən sayılan kürt açılımına çox böyük içtənliklə qəbul edib dəstəkləyən Adnan Oktar PKK sorununun da çözümünü tapmışdır. “Tək yol PKK-lılara yeni təhsil verməkdir. Çünki onlar Stalinist, Marxist düşüncəyə sahib olduqlarından bugünkü olaylar meydana çıxır.” Bu mövzu ilə bağlı bütün müsahibələrində kürtləri nə qədər sevdiyindən canla-başla danışan bu adam PKK yandaşlarının, kürt qardaşlarının özgürlük sevdasına dəstək olub, onların bu istəyinin reallaşmasının tərəfdarı olduğunu hər dəfə ortaya qoyur.

Harun Yəhya kimi tanıdığımız Adnan Oktarın erməni qardaşları haqqındakı fikirləri isə insanı dəhşətə salacaq növdəndir. Belə ki, müsahibələrində, TV proqramlarında sıxılmadan, utanmadan bu hibrit milləti məzlum, mehriban, gözəl xasiyyətə malik sənətsevər insanlar adlandıraraq, onların məqsədinin əslində dostluq, qardaşlıq olduğunu açıqlayır. 14 avqust 2008-ci il tarixində Azərbaycan Dövlət Xəbər Agentliyinə müsahibəsində “Ermənistan heç bir zaman üçün düşmanlıq siyasətindən xoşlanmaz.” demiş və açıqlamaları ilə bu dövlətin siyasətini dəstəklədiyini ortaya qoymuşdur. Başqa bir müsahibəsində (Azərbaycan Ayna qəzeti, 8 Avqust 2008) isə “Türkiyə ilə Rusiya əl-ələ versə, Rus iqtisadiyyatı güclənər, Erməni iqtisadiyyatı da onla bərabər inkişaf edib şahlanar. Çünki Ermənistanın biz orada təkbaşına qalmasından rahatsızıq.” deyərək can-ciyər qardaşlarının təkliyindən şikayətlənir, rahatsızlığını dilə gətirir. Bu səbəbdən Türkiyə-Rusiya birliyinin vacibliyini ortaya qoyur.

Erməniçilik siyasətinin bariz nümunəsi olan Adnan bəy sərhəd tanımır,o hətta “Ermənistanı içinə alacaqdır onsuz Türk-İslam Birliyi, Ermənilər də bu birliyin içinə qatılacaqlar, çünki Osmanlı dönəminin ən cəsarətli igidləri idi Ermənilər.” açıqlamasında qardaşlarının da Türk birliyinə qatılması planını hazırlamış kimi əminliklə danışır. Bu da yetmir, onları bu birlikdə ən cəsarətli igidlər adlandırır. Bir tərəfdən qazılmaqla bitməyən türk məzarlarından, Xocalı soyqırımından bəhs edən bu şəxs digər tərəfdən də bunu edənləri igid adlandırır. Bu yəqin ki, hörmətli Yəhyanın igid, cəsarət kəlimələrinin anlamını bilməməyindən irəli gəlir. Ancaq çoxunun alim adlandırdığı bu adamın bu sözlərin anlamını bilməməsi mümkün deyil. Əslində isə bu, sırf onun erməniçilik siyasəti və ruhi xəstəliyi ilə bağlıdır.

Soyu-kökü doğru-dürüst bəlli olmayan hibrit erməni milləti haqqında və qədim türk torpaqları hesabına dövlət qurub hal-hazırda var olan Ermənistan adlanan ölkə haqqında bu qədər xoş sözlər sərf edən bu adamı həqiqətən türk millətinin, türkçülüyün üzqarası saymaq belə ona veriləcək ən gözəl ünvan sayıla bilər. Bu adamın açıqlamaları yenə də bitmir, onun Azərbaycan, Türkiyə, Ermənistan- bu üç ölkənin münasibətləri haqqında özünəməxsus fikirləri vardır. Bu Adnan bəyin hansı əqidəyə malik olduğunu bir daha sübut edir.

“Türkiyə Ermənistana əl uzatsa, Ermənistan da bu əli tutarsa, soyqırım iddiaları da ortadan qalxar. Türk məzarlarını qazmaqla bitmir. Azərbaycandakı Xocalı qırğını məlum, bax haqqımızı halal edirik, qani qani halal edirik. Belə bir intiqam hissi içərisində deyilik. Olmuş bir dəfə, Allahın təqdiri.”

Bu açıqlama bir daha təsdiqləyir ki, Bakırköy Ruh və Sinir Xəstəlikləri xəstəxanasında keçirilən 19 ay heç də boşuna deyilmiş. Çünki bu adam özünü bütün türk dünyasının “cəngavər”i sayıb türklərin adından istənilən fikri səsləndirmək hüququna sahib olduğunu sanır. O qədər ki, biz türklər adından canı-ciyəri erməni qardaşlarına Xocalı soyqırımını halal etmək haqqını belə özünə tanıyır. Hətta, bizim ölkədə belə “alim” adlandırılan bu şəxsin Xocalı soyqırımı haqqında bu cür dırnaqarası fikir səsləndirməsi niyə çoxuna hələ də bəlli deyil?

Dəfələrlə Azərbaycanın müxtəlif xəbər agentliklərinə, qəzetlərə müsahibələr verən bu şəxs orginal fikirlərini səsləndirməyə davam etmişdir. 8 avqust 2008-ci ildə Ayna qəzetinə müsahibəsində “Bu Dağlıq Qarabağ problemi, Naxçıvan hadisəsi, bunlar tamamilə süni, məcbur etmə, masonluğun iki millətin arasını ayırmaq üçün ortaya atdığı və meydana gətirdiyi süni problemlər, çünki torpaq problemi yox orada, orada dostluq problemi var, sevgi problemi var. Məsələn Xocalı qırğını qəsdən etdirilmiş müdhiş bir rüsvayçılıqdır, sırf arada kin olsun, nifrət olsun deyə etdirilmişdir bu” deyərək özünün rüsvayçı fikirlərini bir daha ortaya qoymuşdur. Eyni ildə 28 sentyabr tarixində Azərbaycan Xalq qəzetinə verdiyi müsahibədə isə Ermənistanın da işğal etdiyi yerlərdən asanca çəkiləcəyini, Erməni xalqının istəyinin torpaq deyil, sevgi, söhbət və barış olduğunu, Türk, Azərbaycan, Erməni qardaşlığının önümüzdəki illərdə ən gözəl şəkildə yaşanacağını anlatmışdı.

Çox təəssüf ki, belə bir adamın açıqlamaları Türkiyədən əlavə bizim ölkədə də göründüyü kimi KİV-də xeyli yer alır. Bizdə müxtəlif qəzetlərə, agentliklərə müsahibələr verən bu şəxsin ermənipərəst siyasəti ehtimal ki, bizim saf KİV nümayəndələrinə hələ də tam şəkildə bəlli deyil. Əslində buna görə jurnalistləri, qəzetçiləri qınamaq olmaz. Çünki bu yazarın açıqlamaları, dırnaqarası araşdırmaları, kitabları ölkədə bir sıra qüvvələr tərəfindən geniş şəkildə təbliğ olunur. Belə ki, şəhərimizdə fəaliyyət göstərən bir sıra mağazalarda Harun Yəhya kitabları, görüntülü video cd-ləri açıq-aşkar satılır. Hətta, şəhərimizin mərkəzində yerləşən Kitab Akademiyasında Harun Yəhyanın istənilən kitabını tapmaq mümkündür. Hətta o səviyyədə ki, orada Harun Yəhya bölməsi hazırlanıb və beləcə müxtəlif kitabları alıcıların ixtiyarına verilir. Ermənipərəst Adnanın kitabları həmçinin bizim metrolarımızın vazgeçilməz aksesuarına çevrilib. Xüsusilə gənclər arasında təbliğ olunan Harun Yəhyanın çox maraqlıdır ki, Azərbaycan Respublikası rəsmi domain zonasında yerləşən harunyahya.az adlanan saytı belə fəaliyyət göstərir.

Bir sözlə, araşdırma adı altında İslam dinini oyuncağa çevirən, Dostluq-qardaşlıq deyərək erməniçiliyi açıq-aşkar təbliğ edən bu “Paranoid Şizofren” raporlu alimin içüzünü görmək üçün heç də alim olmaq lazım deyil. Sadəcə biraz diqqət yetirsək, kifayət edər.







Yorumlar









Aktif Ziyaretçi 30
Dün Tekil 1238
Bugün Tekil 1713
Toplam Tekil 4065920
IP 18.117.196.184






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























9 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Saraylarda s remem da larda s rd m , Bin cihana de i mem u ks z T rkl m .
(H seyin Nihal ATSIZ)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu