Nazim Məmmədov ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Nazim Məmmədov ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 21.06.2010 > Kaç kez okundu? 3195

Paylaş


Nazim Məmmədov: “Qırğızıstanda baş verən olaylarında arxasında, bir başa olaraq Rusiyanın bölgə ilə bağlı maraqları dayanır”



Son vaxtlar Qarabağ danışıqları ilə bağlı gərgin danışıqlar gedir, ümümiyyətlə, bölgədə müharibə riski gözlənilirmi, üstəlikdə son vaxtlar qardaş türk dövləti Qırğızıstanda baş verən hadisələr bizləri üzməyə bilməz, bu vəya digər sualları Azərbaycan Milli Məclisin üzvü Nazim Məmmədov cavablandırır:



-Nazim müəllim, Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarla bağlı fikirlərinizi eşitmək istərdik.



-Azərbaycan tərəfi konkret olaraq Qarabağ münaqişənin əsas danışıqlar mövzüsu olan və konfliktin həlli üçün təklif edilmiş Madrid prinsiplərini rəsmi olaraq qəbul edib. İndi növbə ermənistanındır və rəsmi İrəvanın bu, yöndə atacağı addımları gözləyirik. Bu, məsələdə Azərbaycan prezidenti də mövqeyini ortaya qoyub. “Yenilənmiş Madrid” prinsiplərini münasibət bildirməsi ilə bağlı İrəvanın iki həftə istədiyi vaxtdan, artıq indiyə kimi altı ay keçib.Ortada heç bir cavab yoxdur.

Buda onu təsdiqləyir ki, Ermənistan və onun havadarı olan Rusiya münaqişənin uzanmasında maraqlıdır. Bu gün Azərbaycan və onun strateji müttəfiqi Türkiyədə bölgədə münaqişənin həll olunmasını çalışır və iki qardaş dövlət fəal siyasət aparırlar. Həmdə,bu məsələdə haqq bizim tərəfdədir və Azərbaycan beynelxalq hüquqa əsaslanaraq bölgədə sülhün yaranmasını dəstəkləyir. Hələ bir neçə ay bundan öncə Türkiyə-Ermənistan arasında imzalanmış xoş məramlı Surix protokolları bölgədə münaqişənin həllinə kömək etmək üçün imzalanmışdırsa, sonradan Ermənistan fəaliyyəti ilə sübut etdi ki, öz təcavüzkar siyasətindən əl çəkmir və gələcəkdə bunun üfüqləri görsənmir. Üstəlikdə, hamının qeyd etdiyi kimi Ermənistan blokada şəraitində yaşamır. Əgər belə olmasaydı, ermənistan təcavüzkar siyasətindən əl çəkərdi.

Amerikanın Azərbaycan qarşı tətbiq etdiyi ədalətsiz 907-ci maddənin qüvvədən düşməməsi-ortaya ortaya belə bir nəticə çıxardır ki, Azərbaycan haqqlı olaraq silahlanır və öz hərbi maşınını işə salmalıdır. Dünyada bütün ölkələr öz hərbi büdcəsini azaltdığı bir zamanda, Azərbaycan isə artırır. Hazırda bölgədə gedən siyasi proseslər və buna uyğun olaraq bu il dövlət büdcəsinə daxil olan vəsaitin 400 milyon manatı hərbi xərcə ayrılması-beynelxalq içtimaiyyətə siqnalıdır ki, Azərbaycan dövləti münaqişə sülh yolu ilə həllini tapmasa, məsələnin hərbi müstəviyə keçəciyi şühbəsizdir. Hər gün Azərbaycan öz müdafiə imkanlarını artırır və həmdə bu içtimaiyyət üçündə bir siqnaldır. Bu məsələdə xaricdə fəaliyyət göstərən xaricdə fəaliyyət göstərən diaspor qurumlarımızın, QHT, KİV-lərin üzərinə böyük iş düşür və ümümmilli məsələlərdə birgə mövqedən çıxış etməlidirlər.

Guman edirəm ki, 2010 ci ildə Madrid prinsipləri əsasında Dağlıq Qarabağ məsələsi öz həllini tapmalıdır. Ermənistan işğal etdiyi torpaqları mərhələ-mərhələ azad etməli, beynelxalq qurumlar Qarabağda Azərbaycan və erməni əsilli vətəndaşlarımızın normal yaşaması üçün təminat verilməli, beynelxalq donor təşkilatları xüsusilə torpaqlarımızın işğal edilməsində ermənistanına öz fiziki-mənəvi köməkliklərini göstərmiş, başda Amerika-Rusiya dövlətləri olmaqla bölgədə sosial-iqtisadi və normal həyatın yaxşılaşdırılması üçün səylərini artırmalıdır. Əsasda Azərbaycan tərəfi beynelxalq hüquq prinsipindən çıxış edərək, Ermənistandan və onun havadarlarından bunu tələb edəcək.



-Ümümiyyətlə, bölgədə yeni müharibə riski gözlənilirmi?



-Bölgədə hər an müharibə başlaya bilər. Beynelxalq güclər bunu nəzərə almalıdırlar və onlar ermənistanı torpaqlarımızı azad etməsi üçün təsir göstərməlidirlər. Əgər ermənistan bu, qərarları qəbul etməsə müharibə riski labuddur. Belə olan halda Azərbaycan xalqı, “Ya Qarabağ-Ya Ölüm” şüari ilə döyüşə atılacağı şübhəsizdir.



-Son vaxtlar Azərbaycan-Rusiya münasibətləri inkişaf edir. Neçə düşünürsünüz bu faktorun münaqişənin həllinə nə kimi köməyi dəyə bilər?



-Mən hesab edirəm ki, Boris Yeltsin dönəmindən fərqli olaraq indiki vəziyyət başqa istiqamətdə cərəyan edir. O, zaman Yeltin administrasiyasında güclü erməni lobbisi fəaliyyət göstərirdi və güclü qruplar erməni maraqlarından çıxış edirdilər.

Ancaq son illər Azərbaycan hakimiyyətinin Rusiya dövləti ilə apardığı düzgün siyasət nəticəsində və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində qurulması, hesab edirəm ki, Rusiya dövlət və içtimaiyyətini bu, məsələdə neytrallaşdıra bilmişik. Biz bu vəziyyətdən istifadə edib, torpaqlarımızı azad etməliyik. Ya Rusiya Ermənistana təsir etməlidir ki, Azərbaycanın işğal etdiyi torpaqlarından çıxmalıdır və bildirməlidir ki, sabah müharibə başlayacağı təqdirdə ona köməklik göstərə bilməyəcək. Çünki Rusiya nəzərə almalıdır ki, sabah müharibə başlayacağı təqdirdə Ermənistana yardım etsə, onun beynelxalq imici zədələnəcək. Bölgədəki vəziyyət əvvəlki illərə müqayisə etsək, indi Rusiya Ermənistanı müdafiə etmək o qədər sərf etmir.



Mən açıq Azərbaycanın Qarabağ ətrafı rayonları azad etməyinə normal baxıram və bunu dəstəkləyirəm. Biz bu gün demirik ki, Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız oranı tərk etsinlər, onlara yüksək şərait təklif edirik, onların yaşamaları üçün yüksək status yaradırıq. Bu məsələlərdə heç bir problem ola bilməz.



-Yəqin ki, son günlər Qırğızıstan baş verən olayları izləyirsiniz. Bu ölkədə nələr baş verir?



-Bəli, orada cərəyan edən hadisələri diqqətlə izləyirəm. Qırğızıstanda baş verən olayların əsas səbəblərindən biridə türk birliyinin yaranmasını qarşısını almaqdır.

Xüsusilə, bu məsələlərin baş verməsində Rusiyanın izini görməmək mümkün deyil. Bu qabaqcadan planlaşdırılmış bir işdir və mediadan yazıldığı kimi, 100 tacik snayperçilərinin açdığı atəşlə 200 yaxın insan qətlə yetirildi. Artıq həmin snayperçilər həbs ediliblər. Bu baxımından postsovet ölkələrində belə münaqişələrin yaranmasında Rusiya əsas rol oynayırsa, geostrateji baxımından isə belə proseslərin baş verməsində Amerikada maraqlıdır.

Əsas məqsəd Türkiyənin bölgədə artan nüfuzunun qarşısını əngəlləməkdir. Bugün nəzərə alsaq ki, Türkiyə inkişaf tempinə görə, G-20- lərə daxildir. 15-20 ildən sonra isə G-8 təmsil olunacağı gözlənilir. Türkiyənin güc halına gəlməsi və türküstanda genişlənən milli düşüncənin qarşısını almaq üçün proseslər bu formada həyata keçirilir. Son vaxtlar türk birliyinin qurulması üçün önəmli addımlar atılır. Bildiyiniz kimi Naxçıvanda türk dilli dövlət başçılarının zirvə görüşü, bunun ardınca Türk Dilli Dövlətlərin Parlament Assambleyasının təsis edilməsi haqqında qərarın qəbul etməsi Rusiyanı narahat etməyə bilməz. Məhz, Oşda, Cəlilabadda baş verən hadisələr bu, prosesin qarşısını almaq üçün həyata keçirildi. Heç bir şübhə yoxdur ki, proseslərin arxasında bir başa olaraq Rusiya dövlətinin bölgədə olan maraqları dayanır.



Söhbətləşdi: Elnur Eltürk,









Yorumlar









Aktif Ziyaretçi 27
Dün Tekil 1349
Bugün Tekil 1260
Toplam Tekil 4074536
IP 3.137.218.230






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap