Şakir Ulubəylinin “Azərbaycan Bozqurdları” (Bozqurdlar Vadisi) kitabından - 3 - - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Şakir Ulubəylinin “Azərbaycan Bozqurdları” (Bozqurdlar Vadisi) kitabından - 3 -
Tarih: 18.06.2010 > Kaç kez okundu? 2509

Paylaş




-3-





3-cü bölüm

Hakim Yeni Azərbaycan Partiyası, tezliknən demokratik islahatlar həyata keçirib, mülayim siyasi mühit yaratmalı və seçkilərin ədalətli keçirilməsinə təminatçı olmalıdır. Bu isalhatları həyata keçirmək iqtidarında deyilsə,.......................





TÜRK MİLLƏTİ

Biz türkük və Ulu Türk millətinin nüvəsini təşkil edirik.Yerləşdiymiz ərazi Turanın mərkəzidir. Bizim özümüzdən başqa bütün millətlər bizim kimliyimizi bilir.Bu millətin nə qədər böyük intelekt imkanlaraına malik olduğunu, ərazimizin geosiyasi baxımdan nə qədər əlverişli olduğunu biz qiymətləndirə bilməsəkdə başqaları bilir.

Bizə dövlət qurmağa yüzillərlə imkan verməsələrdə biz bir mükəmməl millət olduğumuzu zorla da olsa sübut edib dövlət qurmuşuq. Lakin o, dövləti0, millətin rifahına xidmət etməyə imkan verməyiblər.

Zaman- zaman Türk ziyalısını,Türk zədəganını və Türk igidlərini, hərbiçilərini,qırıblar.

Bu siyasət dünəndə var idi bu gündə davam edir və biz TÜRK MİLLƏTİ

OLMAYANA QƏDƏR DAVAM EDƏCƏK.

Amma buna dur deməyin vaxtı çatmayıbmı ƏFƏNDİLƏR?

********************************************************************

******************************************************************* Düşmən siyasətinin mahiyyətində, Azərbaycan xalqının nüvəsini təşkil edən TÜRK millətinin milli mənəvi dəyərlərini deqredasiyaya uğradıb, son nəticədə onun genefondunu məhf etmək məqsədi durur.

Ərəb xilafəti,Fars şovinizm, Rus imperiya siyasəti və bunların hər üçünə zəhər daçıyan, qanımıza susamış erməni daşnakları min illər boyu bizim dövlətçiliyimizə ağır zərbələr vurmuşlar.

Xalq ayağa qalxıb öz müstəqill dövlətini quran zaman, rus,fars, ermənilər və daxildən bu siyasəti dəstəkləyən daxili düşmənlər, buna qarşı çıxaraq, onu devirməyə çalışırlar.Hakimiyyətə o qüvvələrin gəlməyinə çalışırlar ki, o, həm rus, həm fars, həm də ermənilərin mənafeyinə xidmət etsinlər.

AZƏRBAYCAN XALQINI təşkil edən millətlərin və etnik qurupların əsasını, səkkiz milyonunu türklər təşkil edir.Bütün zərbələr bu etnosun sıradan çıxarılmasına, onun ZiİYALILARININ,YERLİ TÜRK İŞ ADAMLARININ, TÜRK MİLLİ SYASƏTÇİLƏRİNİN MƏHF EDİLMƏSİNƏ yönəlib.

Biz, irqçi və şovinist millətçi deyilik,Biz yüksəlişin, inkişafın disturunu bildiyimiz üçün bunları açıqlığı ilə yazırıq. Böyük millətin dilini, təhsilini, elmini, mədəniyyətini, əxlaqını hərraca qoyub, bazar dəllallarının ixtiyarına verəndən sonra, kiçik etnik qrupların adət ənənəsini, dilini məhf etməyə nə var ki.

******************************************************************* İran molla dövləti tezliknən işğal olunacaq. NATO dövlətləri bu bəradə daima xəbərdarlıqlar etməsinə baxmayaraq molla rejimi Iran xalqının məhf olunması təhlükəsinə baxmayaraq öz məkrli iddialarından əl çəkmədilər.

Bu münaqişədə ən çox zərər çəkən Azərbaycan dövləti və Azərbaycan türkləri olacaq.Bizim əzəli və əbədi düşmənimiz olan ermənilər bu məqamdan istifadə edib yeni ərazilər iddiasında ola bilərlər.Yüz minlərlə millətdaşımız İrandan bura pənah gətirəcəyi təqdirdə çox mürəkkəb vəziyyət yarana bilər.

Azərbayacan türkləri ayıq olmalı, taleyinə biganə qalmamalıdır.

**************************************************************************************************************************

Azərbycan Türklərinin birliyinə nail olmaq üçün, bu birliyə mane olan Ideoloji, dini, hüquqi və dini səbəbləri araşdırıb tədqiq edib aradan qaldırmaqla mümükündür.Dışmənlərimiz daima bu ziddiyətlərdən istifadə edib bizi parçalayır, dövlətimizi zəiflədirlər.

Milli birliyə zərər verən ən klasik faktorlardn biri, dini təriqət, sünni-şiə fərqidir.

Digəri isə 20-ci əsrdə formalaşmış siyasi cərəyan tərəfdarlarının, dövlətçiliyə fərqli baxışlarıdır.

Azərbaycan Dövlətinin qüdrətli olmasını təmin edən ən başlıca şərtlərdən biri milli birlikdir..

Azərbaycan Türkləri bir dini təriqətə və Türk milli mənəvi dəyələr sistemi üzərində qurulmuş, bir milli idielogiyaya əsaslanan MİLLİ Dövlət siyasəti formalaşdırmalıdır.

****************************************************************

Min illər boyu bu Azərbaycan ərazisində hakimiyyət uğrunda xalqın ən dəyərli nümayəndələri məhf edilmişdir. Heç bir tayfa, nəsil digərininə güzəştdə getməmiş, düşmənlə güzli saziş bağlayarq öz millətdaşının qanını axıtmışdır.

Azərbaycanda heç bir vaxt qanunui hakimiyyət dəyişikliyi baş verməmiş, vəzifədən gedən, yeni gələnin əlini sıxıb ona xeyir-dua verməmişdir.

Bu günki iqtidar da necə fəaliyyət göstərməsinə baxmayaraq bizimdir, bu xalqın övladlarıdır.Nə qədər biz iki yerə parçalanıb bir- birimizin qanın axıdırıq, düşmən millətlərdə bundan istifadə edib, həm sərvətimizi, həmdə torpaqlarımızı talamalıdırlar.

Olmazmı ki, hakimiyyətdə olan özünü ömürlük hesab edib hər-cür qanunsuzluq etməsin, hakimiyyətə gələndə ona düşmən gözü ilə baxıb ondan nəsilliklə qisas almasın.

Əgər mövcud hakimiyyət, bu illər ərzində respublikada heç bir qlobal problemi həll edə bilmirsə, deməli bunu ehtiraf etməklə, könüllü olaraq hakimiyyət dəyişilməsinə rəhbərlik etməlidir.

Azərbaycan ziyalısı o dövlət başçısıyla fəxr edəcək ki, bütün demokratik prinsipləriə əməl etməklə, azad,ədalətli,şəffaf secki keçirərək xalqın ən istedadlı nümayəndələrini hakimiyyətə gətirib, onların əlini sıxıb, uğurlar arzulasın.

Bax onda bu gün həlli çətin olan problemlər çox asanlıqla öz həllini tapacaq, heç bir dövlət bizə təzyiq edə bilməyəcək.

Hakimiyyət bir qrup mafiozun girovuna çevrilməməli, xalqın taleyini düşünməlidir.

Bu addım ziyalı, dövlət adamı, elm xadimləri olan böyük nəslin Azərbaycan tarixində oynadı əhəmiyyətli fəaliyyətə, parlaq bir tövfə olardı.









Azərbaycan Türk millətçiliyinin əsasları

------------------------------------------------

Millətçilik dünyagörüşdür,

O,insanda o vaxt yaranmağa başlayır ki, həmin insanda müdrikləşmə prosesi gedir, ictimai şüur formalaşır,öz milli mənini təsdiq etmək istəyir.

Millətçilik ziyalı dünyagörüşüdür.Öz millətini toplum səviyyəsindən, milli şüura sahib millət səviyyəsinə qaldırır.

Millətçilik geriyə deyil, irəliyə, inkişafa doğru istiqamətlənmiş milli ideyadır.Sən öz şəxsi “mənini” deyil, mənsub olduğun millətin ictimai “mənini” təsdiq etmək üçün ən kamil və sənə döğma olanını, millətçi dünyagörüşü seçirsən.

Eqoist düşüncədən, özünü millətə qurban vermə fəlsəfəsinə yiyələnməklə bütün istedad və qabiliyyətini şəxsi mənafe üçün deyil, ümumi milli mənafe üçün sərf edirsən.

Bizim ziyalı dediyimiz və bu gündə xatirəsini yad etdiyimiz, yaratdıqlarını göz bəbyi kimi qorumağa çalışdığımız, şəxsiyyətlər, bizim millətin həytında millətləşmə prosesinin sürəıtlənməsində böyük işlər görmüşlər.

******

Türk millətinin mənəvi sərvətinə çevrilmiş elə dəyərlər var ki, həm müqəddəs varlıq kimi qorunmalı, həmdə onu yaradanlara qarşı millət yaşadıqçan sayğı duyulmalıdır.Azərbaycan türklərinin mənəvi sərvətinə çevrilmiş dahilər var ki, zaman –zaman onlar hansısa hakimiyət nümayəndəsinin göstərişi ilə,unutdurulur, qadağan olunur, hətda təhqir olunur. Bu AZƏRBAYCAN Türklərinin həyatında fövqəladə işlər görmüş dahilərdir ki, hərdən adama elə gəlir ki, məgər onların sahibi yoxdurmu, biz onlara sahib çıxmasaq kim onları qoruyacaq , saxlayacaq.

Heç kim, nə dini rəhbərlər, nə rejimlər, nə padşahlar, nə də prezidentlər müəyənləşdirə bilməz ki,kim millətin qiymətli şəxsiyətidir, kim isə deyil, bunu yalnız millətin özü, tarixi, və mənəvi yaddaşı zəka süzgəcindən keçirib gələcək nəsillərə çatdıracaq.

70-il hakim olmuş sovet irtica rejimi bizim bütün türklüyümüzü, məhf etmək siyasəti yeritisədə, qısa bir zaman da özləri tarixin zibiliklərinə atıldılar və indi onları gənc nəsil heç tanımır.



*******

Mən o fəlsəfə ilə razıyam ki, bəşəriyyət inkişaf etdikcən, kainatda elə mürəkkəb, və təhlükəli hadisələr baş verəcək ki, hələ də milli düşüncəyə sahib olmadıqları üçün, inkişaf səviyyəsindən geri alan millətlər bu cür fəlakətlər qarşısında aciz qalacaq.

Millət olmuş aliləşmiş, qüdrətli dövlət qurmuş, xalqlar belə hadisələrin qarşısını asanlıqla alacaqlar.

Eyni ilə, hər hansı bir dövləti yaradan xalqın ən istedadlı və ağıllı insanları hakimiyyətdə olmalıdır ki, həmin dövlətdə demokratik inkişaf olsun, ən zəkalı insanlar, dövlət tərəfindən, qiymətləndirilsin və onlar həm mənsub olduğu millətə, həmdə bəşəriyyətə kömək etsinlər.

******

Ədalətin qoruyucusu olan Türk millətinin millətçi dünyagörüşünün təqdim etdiyi idarə etmə forması, demokratik prisiplərə əsaslanan azad ədalətli bir sistemdir.

********

Mən millətçilk anlamının türkçülük anlayışı ilə eyniləşdirərək, bunların hər ikisinin mahiyyətinin bir olduğunu nəzərə çztdırmaq istəyirəm. Çünki bizim Azərbaycan Türk millətçiliyi dediyimiz vaxt , bu ümumi Türk milli mənəvi dəyərlər sisteminin tərkib hissəsi olmaqla bir mənbədən qidalanır- Tük millətindən.

Türk millətçiliyi haqda danışanda , Azərbaycanda 1988-ci ildə başlanan milli azadlıq hərəkatının vüsət aldığı dövrdə əldən-ələ gəzən Ziya Göyalpın Türkçülüyün əsasları kimi fundamental bir əsər haqda yazmamaq mümkün deyil.

*O, yazır; Bu aydınlaşdırılmalardan anlaşılır ki, MİLLƏT nə irqə, nə qövmə, nə coğrafiyaya , nə siyasətə, nə də iradəyə,bağlı bir topluluq deyildir.MİLLƏT eyni dilə, dinə,şifahi və yazılı ədəbiyyata, eyni əxlaqa, tarixə, dövlətçilik ənənələrinə,estetika baxımından ortaq olan, eyni tərbiyəni görmüş,-eyni kültürə- malik fərdlərdən ibarət zümrədir.*

*Türkçülüyün ilk ataları Osmanlı dönəmində, Əhməd Vefir paşa ilə Süleyman paşadır.*

Elə həmin zamanlarda Rusiyada iki böyük türkçü bütün millətçilərin öyündüyü ,fəxr etdiy böyük mütəfəkkir, Mirzə Fətəli Axundzadə və

Və Krımda “Tərcüman” qəzetinini çıxardan Qaspıralı İsmaildir.

Bunlrın təsiri ilə “Turan” şeyiri ilə “Turançılıq” ülgüsünü- ideyasını ilk ortaya qoyan Əli bəy Hüseynzadə müasir tükçülüyn ən böyük simalarından biridir.

Mirzə Fətəli Axundzadə haqda bəziləri haqqı danaraq, ya bilərəkdən, yada türk olduğu üçün qəsdən bəzən o, böyük şəxsiyyətə layiq olmayan fikirlər yazdılar. Bəlkə onlar dərk etmədilər ki, Türk millətinin müqəddəs hesab etdiyi dühalar haqda ona layiq olmayan heç bir fikir söyləmək olmaz. Ümumiyyətlə həyatını dəyişmış, və millət üçün misilsiz xəzinə qoyub getmiş millətçilər var ki, heç kəsin onların haqda onu aşağılamaq məqsədi ilə heç bir fəaliyyətdə buluna bilməzlər.

Əgər belə bir niyyətdə bulunsalar,.........qarşılarında türk millətçilərini görəcəklər.

Dinlərdə imamlara qoyulan hörmət ehtiram qədər, millət həyatında da onun ziyalılarına o səviyyədə hörmət və ehtiram bəslənilməlidir.

Millətçiliyin mahiyətindən doğur ziyalılara, yaradıcı insanlara, alimlərə, ehtiram.

Mirzə Fətəli Axundzadədən sonra yüzlərlə türk millətçisi yetişdi və onlar həyatlarını təhlükə altında qoyaraq milətimizin şüurunda ziya işığı yandırdılar.

-----------------------------------------------------------------------------------------------------Ziyalı kimdir.

Dövləti və milləti yolunda təmənnsasız, heç bir niyyət güdmədən, istedadını,həyatını şam kimi əridən kamil insanlardır ZİYALILAR.

Hakimiyyətdə müəyyən vəzifə tutan ziyalı, haqqın yox, mövcud iqtidarın siyasətinə xidmət edəcək və ziyalı adına xələl gətirəcək.Hakimiyyət uğrunda mübarizə aparan müxalifət partiyasında səlahiyyət sahibi olan ziyalı hakimiyyətə gəlmək üçün həqiqətin yanında ola bilməyəcək.Ziyalı xalqın içində elə bir təbəqə olmalıdır ki nə iqtidarı, nə müxalifəti, haqqı, həqiqəti xalqı, dövləti müdafiə etsin.

Lazım olan anda həm iqtidar nümayəndələrini, həm də müxalifət mənsublarını tənbeh edib onları düz yola gətirmək səviyyəsində olsun.Sərt ciddi, intizamlı bir ordu kimi dövlətin ən böhranlı anında irəli çıxıb, ağsaqqallıq edə bilsin.Prezidentədə, Ana müxalifət partiyasının başqanınada, özlərini dövlətçilik mövqeyindən aparmaları haqda xəbərdarlıq edə bilmək səviyyəsində olsun.

Hal – hazırda indiki iqtidara belə bir missiyanı yerinə yetirən ziyalılar lazım deyil. Çünki bunlar hər şeyi satın aldıqları kimi bəzi ziyalılarıda satın alıb müxtəlif təşkilatlar altında birləşdiriblər.Xalq bu ziyalı qruplarına inanmır desəm bir az mədəni yanşma olar,- nifrət edir- daha düzgün ifadə olar. Müxalifətin yanında çox əqidəli, ancaq sayca cox az ziyalı var, bunlar həyatlarını ideyaya qurban vermiş inqilabçılardır. Nəzərə almaq lazımdır ki bütün ziyalılar, yaradıcı insanlar, inqilab və çaxnaşmalardan kənar insanlardır. Onlar inqilabi şərait yarananda, dəyişikliyin ziyalı mərhələsi gələndə həmişə xalqın önündə olacaqlar.

*******

Dünyada yeganə xalq bizik ki, düşməni daima içimizdə axtarmaqla yanaşı, rəqib seçəndə də kənar millətlərdən deyil həmişə öz daxilimizdən arayırıq..Bizim çox dəyərli dühalarımızıda, başqa millətlərin dahiləri ilə müqaisə etmək əvəzinə bir birinə qarşı qoyuruq. Sanki bir qısqanclıq mikrobu salınıb bizim təfəkkürümüzə və biz yüz illərdir bu naqislik kompleksindən qurtula bilmirik.

Bu rəqabət digər sahələrdə, nə qədər zərərlidirsə ictimai-siyasi müstəvidə xalqımıza olduqca böyük ziyanlar vuraraq, dövlətçiliyimizi daima təhlükə qarşısında qoyur.Eyni xalqın hakimiyyətdə olan və hakimiyyətə gəlməyə çalışan dəyərli insanlarını bir –birinə qanlı düşmən edərək, bütün diqqəti əsl düşmənlərdən yayındırırlar.Bu təxribatı törədən kimlərdir və bunu necə törədirlər.?

Hakimiyyətdə olan türk siyasətçisi ilə , müxalifətdə olan türk siyasətçisini müqaisə edək. Hər ikisi bizim millətin övladıdır.Hər ikisi jüksək səviyyəli ictimai siyasi xadimdir.Biri hakimiyyətdədir, biri hakimiyyətə gəlmək uğrunda mübarizə aparır.İlk baxışda fikirləşmək olar ki, bunlar arasıdakı rəqabət, mübarizə, SİYASİ MÜBARİZƏ olmalıdır. Çünki heç kim hakimiyyəti mübarizəsiz digərinə vermək istəmir.Lakin reallıqda necə olduğunu bütün çürkinliklərinə qədər xalqımız bilir.Mən dəqiq bilirəm ki, nə hakimiyyətdəki siyasətçi, nədə müxalifətçi lider bir- brinə bu qədər kəskin nifrəti onların öz əxlaqından və mədəniyyətlərindən gəlmir.

Bu kabinetlərdə düşünülmüş, çox dəqiqliklə hasablanmış və xüsusi adamlar tərəfindən daima qızışdırılan təxribatdır.Mən hakimiyyətdə oan siyasətçinin ətrafında olan adamların,müxalifət nümayəndəsinin şəxsi haqda dediklərinin necə yanlış olduğunu və informasiya təxribatçısının girovuna çevrildiyini təəssüflə qarşılıyıramsa, müxalifət liderinin ətrafında olanların da qarşı tərəfin səxsi haqda dediyi cavablarada təəssüflənirəm.Bu hakimiyyətdə olan siyasətçinin əxaqının ifadəsi deyil, onun ətrafında olan, özünü onun müdafiəcisi kimi göstərməyə çalışan əqli cəhətdən, qabiliyyət baxımından naqis olmaqla bərabər xalqa və dövlətçiliyə təhlükəli olan ,çox məkrli bir qrupun daima oynadığı çirkin oyunların kiçik bir hissədir.

Siyasətdə, ictimayətdə, fəal olan, millətimizin dəyərli insanlrını bir- birinə düşmən edən və bir mənbədən zəhər götürən BU QRUP HAKİMİYYƏTİN ƏN YÜKSƏK SƏVİYYƏLƏRİNDƏ TƏMSİL OLUNURLAR.

Biz ermənilərlə yalnız cəbhədə savaşmırıq,biz içimizdəki bizə ikinci cəbhə açan, hamımın yaxşı tanıdıqı bu ideoloqların fəaliyyətinə dur demiyənə qədər, heç bir inkişafdan, demokratiyadan , azad seçkidən danışmağa dəyməz.



Xalq və ziyalı.

==========

Ziyalı, müdrikləşmə dövrünü yaşayan millətlərin və xalqların bəşəriyyətə töhvələr verən dühalarıdır.

Ziyalı, hər bir xalqın özünü qoruma instinkini daima ayıq saxlayan, milli və mənəvi dəyərləri qoruyan və onu inkişaf etdirən, həmişə xalqın önündə gedən, ömrünü təmənnasız olaraq xalqının savadlanmasına həsr edən, öz xalqının mədəniyyətini, elmini,əxlaqını digər dünya millətlərinə çatdıran,tarixin sərt dönəmlərində, xalqın həyatına təhlükə törənəndə özünü qurban verməyi bacaran nurlu insanlardır.

Xalqın uman yei, güvənc qalası, son ümüdi,arxalandığı möhtəşəm cüc mərkəzi,son eşidəcəyi müqəddəs söz, xalqın yeganə tabe olduğu müqəddəslərdir Ziyalılar.

Bir xalqın keçmişi, bu günü, gələcəyidir Ziyalı.



Gözmün nuru Millətim!

===============

Son illər başımıza gələn müsübətlər sənin gözlərinin qarşısında baş vürmədimi. Ziyalılardan şikayət etməyə, küsməyə, haqqın çoxdur. Lakin hərdən ziyalıların da qəlbinə dəyən bəzi hadisələr olur. Çox zaman səni ucuz şoularla, məzhəkələrlə, yalançı şüarlarla yoldan sapdırmağa çalışırlar. Bəzən məqsədlərinə nail olurlar.Bəzən görürsən ki, məclislərinin başında, ziyalı, müdrük, kamil insanlar kənarda qalır, pullu nadanlar otururlar. Xalqın- sənin sərvətlərini talayan məmurların anti milli siyasətini bəlağətlə tərifləyən sonrada döşündən asdığı ordeni az qala əsl ziyalının gözünə soxmağa çalışan bu ştatlı “ziyalılar” a elə heyranlıqla tamaşa etdiyini görəndə əsl ziyalılar gedib o dünyanı görüb gəlirlər.

Müdrük millətimiz!

=============

Sən əgər qəddar rejimlərin hakimiyyəti dövründə öz ziyalılarını qorumasan, bohran vəziyyətlərdə ziyalılar necə hadisələrin qabağında gedə bilər?.

Əzabkeş Millətim!

=============

Bir xalqı yer üzündən silmək üçün onun ziyasını,intelektini,ziyalısını məhf etmək bəs edər və necəki anti-xalq rejimləri bu represiya siyasətini zaman –zaman aparıblar..

Tarix yaradan Millətim!

================

Qəlbinə dəymək istəməsəm də ziyalılarla əlaqədar tariximizdə baş vermiş bəzi hadisələri yada salmaq istərdim,

Nəsimini gözümüzün qabağında dərisin soydular, biz ehtiraz etmədik, bizim xalqın ziyası idi,

Fizuli dolanmaq üçün şahın bürokrat məmurlaraına ağız açdı, bizim xalqın varlı kişiləri yoxudurmu,

Sabiri mollaların hücumlarından qoyuya bilmədik,

Mizə Fətəli Axundovun cənazəsi mollaların fitvası ilə üç gün ortada qaldı,

Mirzə Cəlil soyuqdan, kasıbçılıqdan can verdi, o dövrdə imkanlı millət üzvləri onu təmin edə bilməzdilərmi.

İncimə ulu Millətim!

================

Əgər bizim Millətin varlı nümayəndələri qumara,əcnəbi xanımlara verdikləri pulun cüzi bir hissəsini, həyatını xalq yolunda qurban verən ziyalıların fəaliyyət göstərmələrinə kömək etsələr, onda bizim nə torpaqlarımız işğal olaunar, nə imperiyalar cürət edib bizi işğal edə bilər, nə də hansısa hakimiyyət bizim milli ləyaqətimizi alçalda bilər..

Dəyərli Millətim!

===========

Müşviq kimi istedadı həbs etdilər, ailəsindən başqa heç kim onu axtarmadı,kim deyirki etiraz etmək mümkün deyildi, mümkün idi əgər biz Müstəqil Cümhuriyyətimizi qoruya bilsəydik,

Məmməd Əmin Rəsulzadə və onun silahdaşlarına erməni və ruslar gözümüzün qarşısında divan tutdular,

1937 ci ildə xalqımızın ən dəyərli insanlarını, ziyalılarını ,alimlərini, mütəfəkkirlərini həbs etdilər, sürgünə göndərdilər,güllələdilər niyə üsyan etmədik.

Səməd Vurğunu KQB kabinetlərində ölüm təhdidi ilə çərlədib əlli yaşında öldürdülər, xalqın ən sevimli şairini görəsən müdafiə etmək olmazdımı,

Şıxali Qurbanov kimi dühanı, bu gün orta və yaşlı nəslin gözü qarşısında iynə vurub öldürdülər, onun xeyr duası ilə keçirilən Novruz bayramında milyonlarla insan iştirak etdiyi halda, bu cinayətə ehtiraz edən bir neçə adam tapılmadı,

Məmməd Arazın şeyrləri ilə müstəqillik savaşı apardıq, lakin onu iflic edənlərə savaş aça bilmədik cəzalandıra bilmədik,

Dözümlü millətim!

=============

Bu yazdıqlarım tariximizdə olan hadisələrin cüzi bi hissəsidir.Son yüz ildə baş verən eybəcərliklər bütün tarix boyu olanlardan daha dəhşətlidir.Buna son qoymağın vaxtıdır.

Əsl ziyalılar sağlığında öz qiymətlərini almasalarda onlar yenədə həyatlarını döğma xalqının yolunda qurban verməyə hazırdırlar,

Üzünü ziyalılara çevir əziz xalqım!.





*Bizim irəli sürdüyümüz millətçilik, həm irqçilərin, həm də romantik düşüncəli millətçilərin düşüncələrindən kəskin fərqlənir.

Çünki millətçiliyin mahiyyətində milli ziyalı təfəkkürü əsas mahiyyət qaynağı olmasa, o milliyətçiliyin heç bir faydası olmayacaq. Bəlkədə zərəri daha çox olacaq.

Bizim millətçi baxışlarımız ziyalı dünyagrüşdür. Çünki, ziyalı dünyagörüş həm demokratik, həm mərkəzçi, həm barışdırıca, həm zəngin, həm də ali ideyalara xidmət edən bəşəri təfəkkür sistemidir.

Milli ziyalı dünyagörüşü, fərqli fikir və düşüncə sahiblərini, milli əməkşi və zəhmətkeşləri, milli iş adamları, sahibkarları və istehsalçıları, və intelekt sahiblərini bir amal ətrafında birləşdirməyə qadirdir.

Bizim millətimizin elə nümayəndələri var ki, onlar artıq kültür səviyyəsindən , bəşəri mədədniyyət səviyyəsinə daxil olublar. Bəzən onlar fikirlərini heç ana dilində belə ifadə edə bilmirlər.İlk baxışda elə fikirləşmək olar ki, onlar artıq milli şüurdan uzaqlaşıblar, onlra qarşı ögey münasibət göstərmək lazımdır.

Əksinə, biz elə ziyalılara daha yüksək qiymət verməli, onları qorumalı, və dünya səviyyəsinə çıxmağa yardımçı olmalıyıq. Biz millətimizi dünyada tanıda biləcək

körkəmli insanlara, millətimizi başqa millətlər yanında təmsil etməyə qadir olduqlarına görə dahada mötəbər yanaşmalıyıq.

Kültürü zənginləşdirənlərlə, mədəniyyətimizi zənginləşdirən zyalıların hər iki zümrəsini qarşı-qarşı qoymamalı, hər ikisini milli sərvətimiz kimi qiymətləndirməliyik.

Professor Nizami Cəfərovun milli kültür xəzinəsini, dünya mədəniyyət arenasına çıxardan Maqsud İbrahimbəyovun hər ikisinə millətimizin ən dəyərli övladalrı kimi sayqı ilə yanaşmalıyılıq.

Dünya mədəniyyətində bizim millətimizi təmsil etməyə layiq insanların, təkəbbürlü davranışı, əddası , manerası, məğrurluğu, başqa dilləri yaxşı bildiyi üçün fikrini o dildə ifadə etməsi belə ona münasibəıti dəyişməmizə səbəb olmamalıdır, o bizimdir, bizim millətin nümayəndələridir, təmsilçimizdir, onları qorumalıyıq.

Millətçi dünyagörüş, qapalı, statik, bir sistem deyil, o inkişaf edir, müasir dünya ilə həmahəngdir və o, milli mənəvi dəyərləri yüz illərlə irəliyə aparmağı bacarır.

Biz romantik millətçilikdən, sərt Avropa millətçiliyinə keçid etməliyik.

Özünü qurban verməyə hazır olmaq, öz zəhmətini qurban vermək, öz əmmlakını qurban vermə mənəvi zənginliyə yetmənin təzahürü kimi, zəkalı insanların müstəsna xüsusiyyətləridir. Öz “mən”ini, ümuminin, millətin mənafeyinə təslim etmə, özünü müdafiə instinkinin ali formasıdır.

Həqiqi insan mədəniyyətiini ilkin təzahürləri,ən əvvəl bu xarakterdə olan insanların sayının artması və hər an, şəxsi istəklərini millətin istəyinə qurban veriləndə meydan çıxırdı. Ancaq belə məqamlarda, belə möhtəşəm işlər görmüş ziyalıların qiymətini vaxtında verməsələrdə,onların yaratdıqları gələcək nəsillər üçün əvəz olunmaz xeyir gətiridi.Anlamq lazımdır ki,çox sayda vicdanlı insasnlar çox sadə həyat tərzi sürsələr də,özlərini millətin mənafeyinə həsr edirdilər ki, millət üçün gözəl həyat yaratsınlar. Hər bir əməkçi, məmur, iş adamı, həkim, müəllim, bir sözlə, kim millət üçün zəhmət çəkirsə,özünün də nə vaxtsa varlana biləcəyini qarşısına məqsəd qoymadan çalışırsa onlar ən ali ideyanın daşıyıcıları kimi müstəsna hörmətə layiqdirlər.

Hansı insan öz həyatını millətin müdafiəsinə və inkişafının təmin olunmasına sərf edirsə, bu özünü qurban vermənin ən ali formasıdır, yalnız bu yolla millət ziyalılarının yaratdıqlarını qorumaq olar, yalnız bu yolla təbiətin ilahi qüvvəsinin əksinə olan ideyalrdan qurtulmaq olar.

Hər bir insan mənsub olduğu millət qarşısında məsuldur,borcu yerinə yetirmək özünə xidmət deyil, millətə xidmət deməkdir.Bu prinsipdən yaranan fəaliyyəti idealist, özünü düşünənləri eqoist adlandırırıq. Gözlərimizin qarşısına, hansı dövlət quruluşu olmağından asılı olmayaraq,hansı padşahın, dövlət başçısının, prezidentin hakimiyyəti olmağından asılı olmayaraq,böyük fədakarlıqlar etmiş millətimizin böyük dühaları gəlir.Bütün təhlükələrə baxmadan əllərinə düşən kiçicik imkandan belə millətinin mənafeyinə xidmət ediblər.İstər Nizamimiz olsun, Nəsimimiz, Fizulimiz, Mirzə Fətəli Axundzadə,Mirzə Cəlil , Sabir,Hadi, Əli bəy Hüseynzadə, Səməd Mənsur, , Cavid,Müşviq, Cəfər Cabbarlı, Səməd Vurğun,Üzeyir Hacıbəyov, Vahid, Rəsul Rza, Bəxtiyar Vahabzadə,Şəhriyar,Xəlil Rza, Məmməd Araz, və dünyasını dəyişmiş yüzlərlə türk millətçisi, millət tariximizin ən uca zirvəsində dayanan müqəddəslərimizdir.

Bəli mən bu sözün əsl mənasında deyirəm müqəddəslik mərtəbəsinə ucalmış türklərdir.Dinlərdə imamlar olan kimi onlar da bizim Türk millətinin imamlıq şərəfinə layiq görülmüş ziyalılarıdır.

Niyədə olmasın? Məgər Türklərdən imam ola bilməzmi, məgər yuxarıda adlarını sadaladığım insanlar türk millətinin həyatında , dində imamların gördüyü qədər işlər görməmişlərmi. Biz niyə öz millətimizin dühalarına qiymət verəndə, başqa millətlərin dahilərinə verdiymiz kimi səxaxətli olmayaq.

Bizim dünya görüş elə bir hərəkatın yaranmasını diqtə edir ki, bu hərəkat özünün ana xətti kimi, millət içərisindən belə qiyməıtli ziyalları tapıb axtarsın, onun irsini təbliğ etsin , qorusun gələcək nəsillərə çatdırsın.Hal –hazırda yaşayan fəaliyyət göstərən milli ziyallarımızada sağlığında qiymətini versin və onun imkanlarını daha geniçlənməsi üçün ona şərait yaratsın. Dövlətin elə insanlara köməyi ola bilər, lakin millətin özü bu cür dahilərin qorunmasına çalışmalıdır.

Həqiqətən idealizmi ayrıca bir insanın maraqlarını , ehtiyacalrını, həyatını millətin mənafeyinə tabe etdirməsi kimi anlaşılmalıdır.Yalnız bu cür tabeçilik millətin yaranmasını təmin edə bilər. Bu mənada idealizm təbiətin dərin tələblərinə, yüksək hökmünə tam uyğundur.Təbiətin dərin elmi və idealizmi bir –birini inkar etmir üst-üstə düşür.Hansı millətlərdə belə idealizmi yox olursa, həmuin anda o, millətin həyatında özünü qoruma instinkinin qida mənbəyi də məhf olur, çox keçmir ki, o millətin, ərazisi, və maddi mənəvi dəyərləri digər millətlər tərəfindən mənimsənilir.

Hansı millətin həyatında eqoizmi üstünlük təşkil edirsə, o millətin zümrələri arasında,- intelekt- gənclik- iş adamları, ağıl- pul- güc arasındakı əlaqələr zəifləyir, milli əlaqələr pozulur həmin millət tənəzzülə uğrayır.Hər kəs öz xoşbəxtliyi dalınca qaçsa, son nəticədə heç nəyə qadir ola bilməz, yalnız milli birlik vasitəsi ilə bütöv milləti xoşbəxt etmək olar və son nəticədə o, millətimn ayrı-ayrı nümayəndələrinin də firavan həyat tərzi ilə təmin etmək olar.

Gələcək nəsillər o insanları qiymətləndirib yaşadacaq ki, öz “mən”ini, öz xoşbəxtliyini, öz həyatını millətin mənafeyinə qurban vermişdir.. O, insanlar daima millətin qan yaddaşında həkk olacaq ki, o insanlar,öz millətinə sadiq olmuş, bütün xoşbəxt həyatını bu müqəddəs işə sərf etmişdir. Öz zamanında ola bilər ki, belə adamlar müxtəlif hökmdarlar, hakimiyyətlər tərəfindən təqib olunsunlar, həbs olunsunlar,lakin millət o insanların fədəkarlığını, aliliyini, müqəddəsliyini həm öz sağlığında həmdə dünyalarını dəyişəndən sonra da heç vaxt unutmayacaqlar.



Ən acı həqiqət budur ki, Azərbaycan türkləri sayı artıq əlli milyona çatmsına baxmayaraq dünyada özünün layiq olduğu məqama çata bilməyib,əraziləri bölünüb, müxtəlif dövlətlərdə , müxtəlif əlifba, dil, din fərqləri ilə dağınıq vəziyətdədir.Yüzlərlə təşkilatlar yaranmış, onların fəaliyyətləri hələdə lazım olan nəticəni verməyibdir. Cənublu millətdaşlarımız tərəfindən yaradılmış təşkilatların heç birində konseptual formada milətçilik məsələləri öz həllini tapmamışdır.

Bizim millətçi dünyagörüşün yaradacağı hərəkat Azərbaycan Türk millətinin azadlaq hərəkatı olacaq və qarşısındakı təxirəsalınmaz möhtəşəm vəzifə işğal ounmuş əraziləri geri qaytarmaqla, Azərbaycanı birləşdirmək, və Türkiyə dövləti ilə konfederativ əsaslarla münasibətlər qurmaq.

*Hədəf Turandır.*

* Dünyanın heç bir gücü türk millətinin qarşısında tab gətirə bilməz əgər biz millət olsaq.*

***Bunun üçün ən birinci addım Azərbaycan türklərinə ( şimallı, cənublu, şərqli, qərbli) türk millətçi dünyagörüşə malik elmli, savadlı,TÜRK dini rəhbər lazımdır.****



Bir millət özünün azadlığı uğrunda mübarizə aparmağa qadir deyilsə, deməli o, millət bütöv halda yer üzündə yaşamağa layiq deyildir.Öz mövcudluğunun davam etməsi uğrunda mübarizə apara bilməyən qorxaq millət üçün bu çarpışan, yaşamaq uğrunda savaşan cəngəvər dünyada yer yoxdur.

O, partiya və hərəkat millətə, möhtəşəm dünyagörüş təqdim edə bilərsə, o zaman bu hərəkat fövqəladə qüvvəyə malik olub milləti azadlığa qovuşdurar. İnsanlara. onların mənsub olduğu millətin milli ruhundan, mənəvi dəyərlərindən, cazibədar və doğma olan ikinci bir qüvvə olmadığı üçün, bizim dünyagörüşümüz, dünyanı dərk etmə fəlsəfəmiz, və təfəkkürümüz türk milli mənəvi dəyərlərinin təməli üzərində təşəkkül tapmalıdır.

Ali insanlar ali ideyalara qulluq etmək üçün yaşayırlar, eyni zaman da ali ideyalarsız insan cəmiyyətinin özüdə mövcudluğunu itirə bilər,ən ali ideya isə milli azadlıq ideyasıdır.

Lakin milli azadlıq ideyası, yalnız hissiyatların, emosiyalrın, ehtirasların şiddəti ilə həyata keçə bilməz.Bizim milli ideyamız, bütövləşməyə, birləşməyə istiqamətlənməklə Bütöv Azərbaycanın müstəqiliyi, müxtəlif ölkələrdə yaşayan Azərbaycan Türklərini, əzəmətli bir təşkiltda birləşdirməklə mümükün olacaqdır.

Millət üçün min dəfə düzgün, cəlbüdici, xeyirli ideya, millətin həyatında o vaxt praktiki əhmiyyətə malik olacaq ki, həmin dünyagürüşün prinsipləri , partiya və hərəkatın prinsipləri ilə üst-üstə düşsün.Biz ümumi türk millətçiliyindən, dəqiq proqrama döğru getməli, ümumu ideyalarrdan biz gərək müəyən siyasi inanclar ayırmalıyıq. Bizim dünyagürüşümüzə, görə dövlət qurmaq prinsipial olaraq məqsəd deyil,vasitədir.Məqsəd isə millətin inkişafının təminatı, ərazilərin qorunması, dünyada millətimizin yeri və rolunun müəyənləşdirilməsi və bəşəriyyətə verəcəıyimiz töhfələrdir.

Millətçilik ideyası kütlə anlayışından, şəxsiyyət anlayışını ayırmaqla, süni bərabərlik modelləri irəli sürən təlimlərin anti milli və dağıdıcı olduğunu bəyan edir.Millətçilik insaniyyətin seçilmiş dühalarının ideyallaşdırılmasının vacibliyinə inanaır, çünki bu mahiyətdə millətin mövcudluğunun təməlini görür.

Bizim millətçi düyagörüşümüz, təbiətin həqiqi tələbləri ilə əl-ələ verib ali təkminləşməyə və yaradıcı qüvvələrin qələbəsini təmin edəcək azad oyunun bərpa olunmasına kömək olacaqdır.

Millətçi dünyagörüşə təşkilatı ifadə verilməsi, bu ideyaları dəqiq və aydın formalaşdırılması ilə mümkündür. Ehkamlar din üçün nə qədər böyük rol oynayırsa, partiyamız üçün bu prinsiplərin böyük əhəmiyyəti var. Millətçi ideyaların qələbəsi, güclü, və intizamlı, mütəşəkkil bir partiya təşkilatı yaratmaqla mümkündür.Bizim Millətçi baxışlarımız o vaxt qələbə çalacaq ki, bizim ideyalarımız, millətimizin ümumi milli ideyalarına çevrilmiş olsun.

Məhz buna gürə ilkin vəzifə ondan ibarətdir ki, ideyaların bütün rəngarəngliyindən, ali və mərkəzi ideyaları seçib, onlara son ehkamlar forması vermək, hansılarının ki, ətrafında boyük insan potensialını birləşdirmək olar. Başqa sözlə desək ümumi millətçi dünyagörüşdən, Dünyəvi Bozqurd partiyası, dövrün bütün özünəməxsusluğunu, günün bütün praktiki tələblərini, üzləşdiyimiz problemləri nəzərə alaraq daha əsaslı olanını seçir, . Partiya müəyyən inanc simvolarını hazırlayır və proqram əsasında biz ciddi təmərküzləşmiş təşkilat qururuq.

Əgər biz, millətçi ideyalarımızın qeyri- müəyyən ideya olaraq qalmasını istəmiriksə, real praktik uğurlara nail olmaq istəyiriksə, gərək elə cəlbedici tezislər formalaşdıraq ki, onlar öz forma və məzmununa görə bütün Azərbaycan Türklərini toplamağa qadir olsun. Kim bizim millətçi hərəkatımızın qələbə çalmasını istəyisə, o bilməlidir ki,uğur üçün , intelektual, qətiyyətli, və böyük maliyyə potensialına malik təşkilat yaratmaq, ikinci isə bu milli hərəkatın məramnaməsinə dəyişikliklərə məruz qalmayan tezislər daxil etmək lazımdır. Millətçi ideyalarımızı qələbə ilə təmin etmək üçün biz gərək Millətin bütün zümrələrini, ziyalıları, əməkçiləri,məmurları, istehsalçıları, biznesmenləri,təsərrüfat adamlarını, birləşdirən bir təşkilat yaradaq.

Millətin dirçəlişi ilk növbədə həmin millətin özünümüdafiə instinkinin sağlamlaşdırılması ilə mümükündür.

Azərbaycan türklərinin yüksəlişini, onun milli özünü müdafiə instinkinin dirçəldilməsi əsasında mümükün oduğunu dərk etsək, onsuz da, az-çox milli əhval ruhiyyəli zümrəni cəlb etməklə yanaşı, ilk növbədə anti- milli kütlələrə milli ideyanın təlqin edilməsi vacibdir. Müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi və bütün Azərbaycan türklərinin yaşadıqları ərazi ilə birgə, bir dövlət iradəsi daxilində firavan yaşaması vəzifəsini öz qarşısına məqsəd qoyan Dünyəvi Bozqurd Partiyası millətin bütün zümrələrini fəth etməyi bacarmalıdır.

Bizim yenicə yaranmaqda olan milli burjaziya bu gün ona görə belə aciz vəziyyətdədir ki, o milli qüvvələrə yardım etmir, onları axtarmır,onların inkişafına kömək etmir, çünki onlarda milli hissiyat zəifdir. Bu səbəbdəndir ki, xarici şirkətlər istehsalın böyük bir hissəsini nəzarətdə saxlamaqla, sərvətlərimizi sümürərək öz dövlətlərinə aparırlar.

Nə qədər ki bizim iş adamları onlara qarşı yönəlmiş bu anti milli siyasəti dərk etməyəcəkləri təqdirdə, böyük işlər görmək iqtidarında olmayacaqlar.

Bir fikri çox uca səslə bizim bəzi anti milli şürlu vətəndaşlarımıza demək istəyirəm ki, Avropanın hər hansı bir dövlətində hakimiyyət milliyətçi ruhda olmasa onu heç bir gündə hakimiyyətdə saxlamaz o millət.Milliyətçi ruhlu qüvvələri hakimiyyətə, isə milli burjaziya gətirir.Milli siyasətlə,milli iqtisadiyyatın vəhtədindən yaranır qüdrətli dövlət.Əgər hər hansı bir ölkədə, maddi sərvətlərin idarə olunması yad qüvvələrin əlindədirsə, deməli o ölkənin vətəndaşları müstəqill dövlətlərinin olması iddiasında ola bilməzlər.Hətta mən onları ikiqat əsarətdə olmalalrını qeyd edə bilərəm.

Ancaq uzağı görməyən məhdud düşüncəli ,vəzifə sahibləri, iş adamları, müəyyən sərvət və əmlak sahibləri başa düşməlidilər ki, əgər biz milli həmrəyliyə nail olmasaq, möhkəm təsərrüfat inkişafı mümükün deyil.

Uzun illər formalaşmış, beyinləri beynəlmuləlçilik, kosmopilitizm ilə zəhərlənmiş zəhmetkeş kütlələrin , böyük sərvətə malik müstəqill iş adamlarına münasibətlərini tənzimləmək üçün milli şüurda büyük dəyişikliklər etmək lazım olacaq.

Milli zəhmətkeşin, milli sahibkara münasibətində hər iki tərəf belə bir inama sahib olmalıdılar ki, milli iqtisadiyatın çiçəklənməsi zəhmətkeşlərin maddi rifah halını yaxşılaşdıracaq, milli ruhlu sahibkar və rəhbərlər isə bilməlidilər ki, onların müəssisəsinin işçilərinin təminatı, onların istehsal sahəsinin çüçəklənməsinin təməl daşıdır. Həm mili zəhmətkeşlər, həmdə milli sahibkarlar eyni cürə millətin xidmətçiləridirlər, onun tapşırıqlarını yerinə yetirirlər. Biz belə bir dəmir qanunun hokmüranlıq etməsinə çalışmalıyıq ki, millətin və vətənin mənafeyi bir bütöv kimi, müxtəlif ixtisasların, qrupların mənafelərindən üstündür.

Millətçi hərəkatımız millətimizə aydınlaşdırmalıdır ki, xırdalıqlardan, kiçik hissilərdən, əl çəkib ən əsas məsələlərdə milli birliyə nail olsun, ikinci dərəcəli problemlərə öz qüvvəsini sərf etməsin və heç vaxr yaddan çıxarmasın ki, bizim üçün əsas məqsəd- millətimizin mövcudluğu üçün möhtəşəm mübarizədir.

Bizim üçün ən böyük düşmən,o dövlətdir ki, o bizi yaşamaq hququndan məhrum edir.

Bizim hərəkat millətimizin gözünü açmalıdır ki, düşmənin harada olduğunu görsün və nifrətini millətimizin həqiqi düşməninə və bütün əzabların əsil günahkarına qarşı yönəltsin.

Qoy bizim rəhbərimiz ağıl, qüvvəmiz polad iradə olsun!

Qoy bizim müqəddəs milli borc anlayışımız, millətimiz qarşısında duran qlobal problemlərin həllində bizə kömək olsun!

Bütün işlərdə Tanrımız Türk millətinə yar olsun!





Şakir Ulubəyli

Tel: (994 50) 622 30 42 bozqurd.sh@mail.ru

www.shakirulubey.azersayt.com





Ardı var.

Növbəti bölümlər.

1) Dünyəvi Bozqurd Partiyasının proqramı.

2) 1993- cü ildə partiya qurultayının qərarları.

3) İsgəndər Böyük və Azərbaycan siyasəti.

4) 17 il Müxalifəti zəiflədən partiya sədri kimdir?





Yorumlar








Aktif Ziyaretçi 19
Dün Tekil 790
Bugün Tekil 295
Toplam Tekil 1639837
IP 54.158.173.184






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































8 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim Türklükten başka bir şey değildir.
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu