XXI əsrin türk əsri olması üçün hadisələri düzgün dəyərləndirməli, bizim olanlara sahib çıxmalıyıq - Nadir AZƏR/Yeni Nəfəs+ qəzeti - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









XXI əsrin türk əsri olması üçün hadisələri düzgün dəyərləndirməli, bizim olanlara sahib çıxmalıyıq - Nadir AZƏR/Yeni Nəfəs+ qəzeti
Tarih: 15.06.2010 > Kaç kez okundu? 2987

Paylaş




15 İyun 2010 | Göndərən: Yeni Nəfəs+



Turan Yazqan



Hazırda dünya düzənində maraqlı və təhlükəli oyunlar oynanılır. Ona görə də, varlığını qorumaq arzusunda olan ölkələr düşünülmüş şəkildə hərəkət etmək məcburiyyətindədirlər. Bu günlərdə Bakıda səfərdə olan Türk Dünyası Araşdırmaları Vəqfi başqanı, prof.dr. Turan Yazqan bu mövzuda verilən sualları cavablandırıb.



Qeyd edək ki, 1938-ci ildə İspartanın Egirdir ilçəsində anadan olan prof.dr. Turan Yazqan 1980-ci ildə bir neçə məsləkdaşı ilə birlikdə Türk Dünyası Araşdırmaları Vəqfini təsis edib. Fəaliyyətə başlamasının 30 ili tamam olan sözügedən Vəqfin qurulmasında əsas məqsəd türk dünyasındakı şagird və tələbələrə təlim və təhsil verilməsinə yardımçı olmaqdır. Türk Dünyası Bakı Atatürk Liseyi və Azərbaycan İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası Bakı İşlətmə fakültəsi də Vəqfin bu məqsədlərinə xidmət üçün yaradılıb.



- Siz zaman-zaman türk dünyası ilə bağlı çeşidli tədbirlərin təşəbbüskarı, ideyaların müəllifi olmusunuz. Bəs, bu gündən baxanda türk dünyasının sabahını necə görürsünüz?



- Türk dünyasının mənim düşündüyüm yerə getməsinin şərtləri var. Təəssüflər olsun ki, türk dünyası o yerə getmir. Çünki bəzi türkdilli ölkələrdəki siyasi iradələr çox səmimi olaraq bu məsələyə əyilə bilmir. Bunun da səbəbi var. Belə ki, həm daxili, həm də xarici problemləri çoxdur. Ən böyük nöqsanlardan biri isə işin təməlinə enilməməsidir.



- Bu işin təməli nədir?



- Mən 1980-ci ildən bəri hər bir çıxışımda bəyan edirəm ki, bu işin təməli əlifbadır. Dünyada heç bir dilin iki əlifbası yoxdur. Bizim, türk dünyasının 38 cür əlifbası var. Halbuki, heç bir dilin iki əlifbası yoxdur. Bu, bizə qəsdən düşünülmüş şəkildə tətbiq edilmiş bir işdir. Bu, bizi, türk dünyasını bölmək üçün həyata keçirilmiş bir plandır. Deməli, ağıllı addım atmalıyıq. Yəni, madam ki, bizi əlifba ilə bölüblər, o zaman biz də əlifba ilə birləşməliyik. Yəni, türk dünyasını birləşdirmək üçün bundan asan bir iş ola bilməz. Türk dünyasının bütün ölkələrinin vahid əlifbaya keçməsi vacib və lazımdır. Əlifba birliyi əldə edilməyəcəyi təqdirdə türk dünyası layiq olduğu yerə gedə bilməyəcək. Çox yaxşı haldır ki, bu gün Azərbaycan latın əlifbasına keçib. Məncə bu proses Orta Asiyaya doğru irəliləməlidir.



- Dediniz ki, bəzi türkdilli ölkələrdə siyasi iradə ortaya qoyulmur. Bəlkə də kənar güclər, konkret olaraq Qərb bu iradənin ortaya qoyulmasına mane olur…



- Bu, tamamilə mümkündür. Dünyadakı heç bir dövlət tək deyil. Hər bir dövlətin həm dostu, həm də düşməni var. Mənfəətlərin birləşdiyi yerdə dostlar çıxar, mənfəətlərin ayrıldığı yerdə düşmənlər çıxar. Ancaq dövlətin uğuru onda olur ki, vəziyyəti düzgün dəyərləndirib, maraqlarını qoruya bilir.



- Belə olan halda ictimaiyyətin üzərinə hansı vəzifə düşür?



- Təbii ki, fərd olaraq hər kəsin üzərinə düşən vəzifə var. Lakin bu vəzifənin yerinə yetirilib-yetirilməsi həmin fərdin özündən asılıdır. Buna görə də yenə siyasi iradə amili önə çıxır. Məsələn, siyasi iradə əlifba məsələsinə məktəblərdən başlaya, şagirdlərimiz arasında türk birliyi ideyası formalaşdıra bilər. Hələ qanlı-qadağalı sovetlər dönəmində şairlər, yazıçılar, bəstəkarlar, qeyrətli ziyalılarımız gizli də olsa, türklük üçün mesajlar veriblər. Bu üzdən onların başı bəlalar çəkib. Məsələn, təkcə Bəxtiyar Vahabzadə hansı təqiblərə tuş gəlib, bunu hər kəs bilir. Lakin bu təqiblərə baxmayaraq, bizlər gizli də olsa, türklüyümüz haqda məlumatlana bildik. Daha doğrusu, sizlər. Buna görə ziyalılarımıza borcluyuq.



- Bu gün türkçülük ruhu ayaqdadırmı?



- Biz bura ilk dəfə 1989-cu ildə gəldik. O zaman təyyarə 7 saat gecikmişdi. Amma hava limanından bir insan belə geri dönməmişdi. 250 min nəfər türkük deyə bizi qarşıladı. O gün türklük ruhu ayaqdaydı. 1990-cı ildə Yakutiyaya getdik. Yenə saatlarla təyyarə gecikdirildi. Amma hava limanından heç kim getməmişdi və orada 30-40 min insan bizi türkük deyə qarşıladı. O gün də türk ruhu vardı. O gün var olan, bu gün yox ola bilərmi? Əsla. Yəni, harada türk yaşayırsa, orada türklük ruhu var. Biz hər il çocuk festivalı keçiririk. Dünyanın müxtəlif nöqtələrindəki türk yurdlarından Türkiyəyə uşaqlar gəlir. Onlar türk olduqlarına görə, Türkiyədəki türk uşaqları ilə qovuşduqları üçün özlərini xoşbəxt sayırlar. Bax, türklük ruhu, türklük şüuru budur.



- XXI əsr türk əsri olaraq tanımlandı. Bəs, bu əsrə sahib olmağa gücümüz varmı?



- Öncə onu deyim ki, heç bir şey sözlə olmur. Yəni, bizlər “XXI əsr türk əsridir” deməklə, bu əsrə sahib ola bilmərik. Sözlə, arzu ilə yanaşı, iş də görməliyik. “Olacaq” demək əvəzinə, “XXI əsr türk əsri olmalıdır!” deyərək, lazım olanı etsək, daha doğru olar. Qısası, “olmalıdır!” qərarında olan, bu şüurla yetişən gənclərimiz olmalıdır. Lakin indiki şəkildə davam etsək, XXI əsr türk əsri olmayacaq. Çünki türk torpaqları əcnəbilər tərəfindən somürülür, neftimiz-qazımız istismar edilir. Bu işğalçılıq davam edir. Qazaxıstan nefti hələ də Rusiya vasitəsilə Türkiyəyə axır. Biz Türkmənistan qazını Rusiyanın üzərindən keçməklə almaq məcburiyyətindəyik. Beləliklə, istismar olunuruq. Axı, Xəzərin altı ilə Türkmənistan qazını Türkiyəyə nəql etmək olar. Yaxud, Azərbaycanın qətiyyəti və siyasi iradəsi hesabına başa gəlmiş Bakı-Tbilisi-Ceyhan xətti var və Qazaxıstan neftini, deyək ki, Aktau-Bakı-Tbilisi-Ceyhan vasitəsilə Türkiyəyə nəql etmək olar. Bununla həm türk dünyası birbaşa əlaqə qura bilər, həm də soyulmağımıza son qoyular. Türkmənistan Rusiya ilə enerji nəqli ilə bağlı 25 illik müqavilə imzaladı. ABŞ isə gəldi, insanları qətlə yetirdi və İraq neftini ələ keçirdi. Eyni zamanda, 25 il sonranı yüzdə-yüz təminat altına almaq üçün Əfqanıstana əsgər yeritdi. Çünki Əfqanıstan düyün nöqtəsidir, qızıl nöqtədir. Əfqanıstan tarix boyunca çox böyük önəm daşıyıb və bu gün də daşıyır. Bütün bunları xatırlatmaqla demək istəyirəm ki, XXI əsrin türk əsri olması üçün hadisələri düzgün dəyərləndirməli, özümüzə, bizim olanlara sahib olmalıyıq. Dildə, fikirdə, əməldə birliyə nail olmalıyıq.//Yalquzaq.com



KAYNAK: http://www.yeninefes.net/?p=921#more-921





Yorumlar









Aktif Ziyaretçi 41
Dün Tekil 1388
Bugün Tekil 826
Toplam Tekil 4062216
IP 18.219.236.62






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























7 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K rler ar s nda ayna satma, sa rlar ar s nda gazel atma.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu