Türkiyə məzunları ən yüksək postlarda - Gültəkin Qəhrəmanlı - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Türkiyə məzunları ən yüksək postlarda - Gültəkin Qəhrəmanlı
Tarih: 13.06.2010 > Kaç kez okundu? 3456

Paylaş


Çingiz Bayramov: "İstər yerli, istərsə də xarici iş adamları Türkiyə məzunlarına ehtiyac duyur"

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin yaranmasından 10 il keçir. Müstəqilliyin əldə olunması ilə Türkiyədə təhsil almaq arzularını reallaşdırmaq şansı qazanan məzunlar artıq Azərbaycan dövlətinin ən mühüm qurumlarında öz yerlərini tutmaqdadır. Təsadüfi deyil ki, dövlət qurumları möhkəmləndikcə istər Türkiyə, istərsə də Avropanın bir sıra dövlətlərində təhsil alıb Azərbaycana dönən məzunların işlə təmini daha çox arzulanır.TUMİB-nin sədri Çingiz Bayramovla söhbətimizin bayram ərəfəsinə düşməsi də təsadüfi deyil.



- TQMİB-nin yaradılması çox maraqlı bir ideyanın başlanğıcıdır...



- Biz Türkiyədə təhsil aldığımız dövrlərdə müxtəlif sahələr üzrə bir sıra Qeyri Hökumət Təşkilatlarının fəaliyyət göstərdiyini görürdük. Onların arasında universitet məzunlarının birlikləri, dərnəkləri, cəmiyyətləri, fondları da vardı. Eyni zamanda da hər bir universitetin ayrıca belə birlikləri fəaliyyət göstərir. Həmin qurumların mexanizmi belədir ki, ildə bir dəfə olmaqla toplanmalı, məzunların bir araya gətirilməsinə nail olunmalıdır. Kimin, hansı məzunun hansı ildə universiteti bitirməsindən asılı olmayaraq, bütövlükdə hamı toplantılarda iştirak etməlidir. Bu bir tərəfdən həmrəyliyi təmin etmək idisə, digər tərəfdən imkansız tələbələrə təqaüdlərin verilməsini təmin etmək, problemlərinin həllinə nail olmaq məqsədi daşıyır. İmkansız tələbə dedikdə burada təkcə Türkiyə vətəndaşı nəzərdə tutulmur, bütövlükdə Türkiyə universitetlərində təhsil alan məzunlar, tələbələr düşünülür. Belə bir birliyin qorunub saxlanması Azərbaycandan olan bütün tələbələrində düşüncələrində yer almışdı. 1992-ci ildən xüsusilə Türkiyə ali məktəblərində təhsil alanların sayı artmağa başladı və əksəriyyət də təhsilini davam etdirirdi. Elələri vardı ki, 10-12 il müddətində Türkiyə ali məktəblərində təhsil alırdı. Bütün tələbələr özlərini bir ailənin üzvü kimi hiss edirdilər. Vətəndən uzaq vətəndə özünə bağlılıq və təhsil aldıqları ölkədə gördükləri yaxşı nə vardısa onu mənimsəmək əsas amalımız hesab olunurdu.



- Təşkilatın yaranmasını zəruri edən səbəblər hansılardır?



- Azərbaycana qayıtdıqdan sonra belə bir qurumun formalaşdırılması zərurətini hiss etdik. Təşkilatın yaradılmasının ən mühüm səbəblərindən biri də TMİB-nin QHT kimi formalaşması ilə yanaşı, həm də səsimizin duyurmasına xidmət etməsi idi. Türkiyədə təhsil alıb Azərbaycana qayıdan məzunların böyük əksəriyəti ilkin dövrlərdə böyük işsizlik problemi yaşayırdılar. Bu məzunlar hər hansı bir yerdə özlərinə illərlə iş tapa bilmirdilər.



- Təşkilat yarandıqdan sonra hansı fəaliyyətinə görə daha çox tanınmaq şansı qazandı?



- Birliyin əsas qayələrindən biri də o idi ki, Türkiyədə təhsil alıb vətənə dönən məzunlar arasında bir koordinasiya funksiyasını yerinə yetirsin. Yəni məzunlar arasında Türkiyədə qurulan dostluğun, qardaşlığın Azərbaycanda da davam etdirilməsi vətən, millət üçün effektiv fəaliyyətin göstərilməsinə nail olmaq düşünülürdü. Biz başarılı bir şəkildə bu istiqamətdə irəli getdik. Artıq dövlət qurumlarına işə qəbul üçün test imtahanları keçirilir və məzunlarımız da bu şansdan yararlanmaq imkanı əldə edir. Özəl sektor da bu istiqamətdə öz işini lazımı səviyyədə qurub. Bizim məzunlarımızın bir hissəsi artıq öz işlərini qurub. Onların müəyyən hissəsi milli burjaziyamızın təmsilçilərinə çevriliblər. Siyasi partiyalarda, QHT-lərdə aktiv rol oynamaqdadırlar. Həmçinin də demək olar ki, dövlətin bütün qurumlarında təmsil olunurlar. Bu proses enən deyil, artan istiqamətdə irəliləməkdədir.



- Hazırda demək olarmı ki, Türkiyə məzunlarının işsizlik problemi yoxdur?



- Məzunların problemləri də zamanla həllini tapdı və əminəm ki, bu gün Azərbaycanda Türkiyə məzununun iş problemindən daha çox yeni-yeni iş yerlərini dəyişməsi prosesi davam etməkdədir. Çünki məzunlarımız artıq bir yerdə dayanmaq deyil, irəliləmək, söz sahibi olmaq istəyir. Elə məzunlarımız var ki, işlədiyi şirkətlərdə ikinci, üçüncü şəxs postunu tutur və öz işini mükəmməl qurmaqla birinci şəxs olmaq niyyətindədir. Dövlət orqanlarında da bir mütəxəsis kimi fəaliyyətə başlayan məzunlarımız artıq idarə rəisləri, nazir müavinləri, icra başçıları səviyyəsinə gəlib çatıblar. Xüsusilə də xidmət sahəsində fəaliyyət yüksək səviyyədədir. Dövlətimizə və millətimizə ən yüksək xidmət səhiyyə sahəsindədir. Səhiyyə sistemində bizim məzunlarımız artıq barmaqla göstəriləcək qədər nümunəvi kadrlar kimi tanınmaqdadır. Biz Türkiyə məzunları olaraq bundan qürur hisləri keçiririk. inanırıq ki, Türkiyə məzunları Azərbaycan dövlətinin müxtəlif sahələrinin daha da inkişaf edib möhkəmlənməsində layiqli töhfələrini verəcəklər. Düşünürük ki, məzunlarımız hələ potensiallarının 10 faizindən istifadə etməyiblər. 90 faizini isə bundan sonrakı dövrlərdə fəaliyyətlərində istifadə edəcəkləri şəksizdir.



- Bəs, məzunlarınız arasında heç işsiz olanı yoxdur?



- Bütün dünya işsizlik problemi yaşayır. O cümlədən də Azərbaycanda insanlar işsizlikdən əziyyət çəkir. Bunu Azərbaycan prezidenti də dəfələrlə qeyd edib. İşsizlərin arasında bizim məzunlarımız da var. amma çoxluq təşkil etmirlər. Türkiyə məzunlarının ən böyük problemi öz ixtisaslarına uyğun işləməmələridir. Tutaq ki, Türkiyədə təhsil alan bir fizika mütəxəssisi və yaxud da iqtisadçı, hüquqşünas Azərbaycanda öz ixtisası üzrə deyil, başqa bir işdə işləməyə məcburdur. Həllini tapmayan belə problemlər var.



- Deməli, məzunlarınız öz ixtisasları üzrə əldə etdikləri biliklərin həyatda tətbiq olunmaması problemini yaşayır...



- Bu tipli problemlər koordinasiya olunmadığı şəraitdə ortaya çıxıb. 1998-ci ildən başlayaraq Türkiyə universitetlərində təhsil alan məzunların Azərbaycana qayıdışı prosesi başlandı. Bu elə bir dövr idi ki, dövlətimiz yeni-yeni öz strukturlarını möhkəmləndirirdi. Dövlət qurumlarına işə düzəlmə üçün dövlət məmuru statusunu qazanmaq məqsədilə test imtahanları da keçirilmirdi. Eyni zamanda da ölkədə özəl sektor yetərincə inkişaf etməmişdi ki, bu məzunlara ehtiyac duyulsun. Məzunlarımız iş tapmaq məqsədilə qəzetlərdə verilən elanları axtarmalı olurdu. Şükür Allaha ki, zamanla hər şey Azərbaycanda yerinə oturdu.



- Milli burjaziyanın formalaşmasında mühüm rol oynayan Türkiyə məzunları digər işsiz məzunların probleminin həllində rol oynayırlarmı?



- Əlbətə ki, onlar ilk növbədə Türkiyə məzunlarının işsizlik probleminin həllinə çalışıblar. Eyni zamanda onlar istər Azərbaycanda, istərsə də xarici ölkələrdə təhsil alıb vətənə dönən məzunların işlə təmininə çalışırlar. Sevindirici haldır ki, Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlərin hamısında Türkiyədə təhsil alıb Azərbaycana qayıdan məzunların öz işçiləri olması arzusu var. Özü də təkcə türk iş adamlarının qurduğu şirkətlərdə deyil, həmçinin də Azərbaycan iş adamlarının qurduqları şirkətlərdə Türkiyə məzunlarının işlə təmini üçün bizə müraciətlər olunur.

Gültəkin Qəhrəmanlı





Yorumlar









Aktif Ziyaretçi 58
Dün Tekil 1349
Bugün Tekil 176
Toplam Tekil 4073453
IP 3.141.30.162






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap