Eldar İsmayılov ilə müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Eldar İsmayılov ilə müsahibə - Elnur ELTÜRK
Tarih: 13.06.2010 > Kaç kez okundu? 3378

Paylaş


Eldar İsmayılov: “Ukraynada bir mənalı olaraq, Azərbaycanı Cənubi Qafqazın lider dövləti olduğunu qəbul edirlər. Hətta, bu fikri mənə eks-prezident Leondi Kuçmada əminliklə bildirdi ”



Beynelxalq Dədə Qorqud Fondunun prezidenti və “Azərbaycan Dünyası” jurnalının baş redaktoru, tanınmış ziyalı Eldar İsmayılovun müsahibəsini təqdim edirik:



-Ukraynaya səfəriniz haqqında oxucularımıza məlumat vermənizi istərdik:



-Səfərimizin əsas məqsədi “Azərbaycan Dünyası” jurnalı tərəfindən Azərbaycanın dostlarında olan, Ukrayna Milli Aviasiya Akademiyasının rektoru, akademik Nikolay Sergeyivic Kulika ölkəmizlə bağlı xeyirxah işlərinə görə, “Vətən Övladı” qızıl medalının təqdim etmə mərasimində iştirak etmək idi. Tədbir akademiyanın böyük akt zalında keçirilirdi. Xüsusilə tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Ukraynanın Avropa Parlamentində deputatı, akademik Anatoli Raxanski, Azərbaycanlı professor Arif Quliyev başda olmaqla, ölkənin tanınmış içtimai-siyasi xadimləri, ziyalı elitası, Azərbaycan diasporunun rəhbər və fəalları iştirak edirdi.



Tədbir başlayan kimi, ilk öncə Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev cənablarının akademik Kulika “Vətən Övladı” qızıl medalının verilməsi ilə bağlı təbrik məktubu oxundu. Çıxış edən ziyalılar, içtimai xadimlər bugünkü Azərbaycan-Ukrayna arasında olan münasibətlərindən inkişafından danışdılar. İki dost və qardaş ölkə arasında əlaqələrin bundan sonrada yüksələn xətlə inkişaf edəcəyini bildirdilər. Xüsusilə onlar Beynelxalq Dədə Qorqud Fondunun və “Azərbaycan Dünyası” jurnalının bu sahədə gördüyü işləri təqdirə laiq olduğunu qeyd etdirdilər.



Belə gözəl çıxışlardan sonra mən “Vətən Övladı” medalını cənab akamedik Kulika təqdim etdim. Onuda əlavə edim ki, Ukrayna Aviasiya Akademiyası ilə Azərbaycan Milli Aviasiya Akademiyası arasında, birgə əməkdaşlıq haqqında saziş var. Akademiya bir ildən çoxdur ki, Arif müəllimi Ukrayna Milli Aviasiya Akademiyasının fəxri doktoruna laiq görüb. Bununla yanaşı akademik Arif müəllim “Vətən Müharibəsi” ordeni ilə təltif edilib. Bu medalı verilməsində əsas məqsəd odur ki, II Dünya müharibəsində Azərbaycanın oynadığı rol və Bakı insanın qəhrəmanlıqlarına verilən hədiyyə kimi başa düşmək olar.



Hazırda, iki akademiya arasında əlaqələr yüksək səviyyədə inkişaf etməkdədir. Akademik Kulik çıxışında Arif müəllimə, Beynelxalq Dədə Qorqud Fonduna, “Azərbaycan Dünyası” jurnalına onu “Vətən Övladı” qızıl medalına laiq görüldüyünə görə, öz təşəkkürünü bildirdi və məmnunluğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.



Onu qeyd edim ki, bugün Azərbaycanın akademik Kulik kimi dostlar qazanması, xarici ölkələrdə mövqelərimizin güclənməsinə təkan verir. Nəzərə almaq lazımdır ki, akademik Kulik Ukraynada çox tanınmış ziyalıdı və aviasiya sahəsində böyük nailiyyətlər əldə edib. Fond və “Azərbaycan Dünyası” jurnalı bundan sonrada bu istiqamətdə işlər görəcək.



-Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu ilə görüşləriniz oldumu? Ümümiyyətlə, Azərbaycan diasporunun fəaliyyəti sizi qane edirmi?



-Ukraynada çox güclü Azərbaycan diasporu fəaliyyət göstərir. ÜmümUkrayna Azərbaycanlıları Konqresinin yeni seçilmiş sədri İlqar Abbasovla görüşümüz oldu. İlqar Abbasov iş adamı olmaqla yanaşı, olduqca geniş potensiala malik şəxsdir. Onun diaspor sahəsində uğurlu fəaliyyəti nəticəsində, Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu dahada güclənir. Kiev şəhər diasporunun sədri əslən şamaxıdan olan, dünya çempionu Ali Krapinovunda bu sahədə işləri alqışlanmalıdır. Kiev diaspor nümayəndələri ilə görüşdən sonra, Xarkov şəhərində fəaliyyət göstərən diaspor nümayəndələrimizlə, diasporun Xarkov şəhəri üzrə nümayəndəsi Seyfəddin Qurbanovla görüşüm oldu. Onların təşkil etdiyi tədbirdə iştirak etdik. Ayrıca olaraqda Azərbaycanı haqq səsini beynelxalq arenada müdafiə edən, deputat Aleksandr Raxanski maraqlı bir görüşmüz baş tutdu. Akademik Raxaniski Azərbaycana seven və ölkəmizə bağlı olan şəxsdir. Mənim şəxsən Azərbaycanın Ukraynada fəaliyyət göstərən daispor ilə bağlı təəssüratlarımda olduqca nikbinəm. Əsas odur ki, hansısa bir soydaşımızın probemləri yaranan kimi, diaspor rəhbərləri əllərindən gəldiyi qədər kömək edirlər. Xüsusilə Azərbaycan diasporunun ən əsas uğurlarında biridə, yerli Ukrayna insanınıda öz sıralarına cəlb etmələridir.



-Səhv etmirəmsə, Sizin Ukraynanın keçmiş prezidenti Leonid Kuçma ilə də görüşünüz baş tutmuşdu?



-Bəli, Ukraynanın keçmiş prezidenti Leonid Kuçma ilə belə görüşümüz olub. Ancaq bu görüş indiki səfərimizdə yox, keçən səfərlərimizdə baş tutmuşdu. Leonid Kuçma ilədə görüş çox maraqlı keçmişdi. Biz onun öz dilindən, Azərbaycanla bağlı çox gözəl və maraqlı fikirləri eşitdik.



-Konkret olaraq Kuçma ölkəmizlə bağlı hansı fikirlərin üzərində dayandı?



-O, Azərbaycanın strateji önəmliyini qeyd edərək, bir mənalı olaraq qeyd etdi ki, Azərbaycan bölgənin lider dövlətidir. Ermənilər bununla barışmalıdırlar. Zaman gələcək ermənilər səhv etdiklərini görəcəklər. Düşünürəm ki, Kuçma ağıllı siyasətçi olaraq regionda prosesləri çox düzgün dəyərləndirir. Bu gün Ukrayna siyasətçiləri Azərbaycanın bölgədə artan nüfuzunu görürlər və ölkəmizi bir mənalı olaraq bölgənin lider dövləti olduğunu qeyd edirlər.



-Fondun və “Azərbaycan dünyası” jurnalının rəhbəri olaraq bundan sonrakı fəaliyyətinizdə Ukrayna ilə bağlı hansı işləri həyata keçirməyi düşünürsünüz?



-Bizim fondun Ukrayna ilə çox sıx əlaqələri var. “Azərbaycan Dünyası” jurnalının bu dəfə ki, sayı Ukraynaya həsr olunacaq. Onu qeyd edim ki, jurnal 10 min tirajla çıxır. Bu ilin avqust ayının 25-də Xarkov şəhərinin yubleyi keçiriləcək. Xarkov şəhərinin qubernatoru hörmətli Dudkin məni tədbirə dəvət edib. Xarkov şəhərinin yubleyində iştirak edəcəm.



Eyni zamanda bu günlərdə Zaporoji şəhərinə azərbaycan diaspor nümayəndələri tərəfindən dəvət almışam və diaspor nümayəndələri ilə görüşüm olacaq. Şəhər məclinin sədri Yevgeni Kartaşovla görüşəcəm. Onun Azərbaycana olan münasibətinə və ölkəmizin yaxın dostlarından olduğuna görə, “Dədə Qorqud” mükafatı təqdim edəcəyik. Bu şəxsin Azərbaycana qarşı çox gözəl münasibəti var. O, çıxışlarında Azərbaycanın Cənubi Qafqaz bölgəsinin lider dövləti olduğunu qeyd edir. Çox maraqlıdır ki, o mənə Azərbaycanın siyasətində, çoğrafiyyasında, mədəniyyətindən danışaraq ölkəmizin unikal dövlət olduğunu qeyd etdi. Bu aradada Yaltayada dəvət almışam.



- Sirr deyilsə, Yaltaya səfəriniz nə ilə bağlı olacaq?



-Yaltanın Sakiski şəhərində dünyanın məşhur sanatoriyası fəaliyyət göstərir. Bu ay orada Ukrayna səhiyyəsinin yaranmasının 80 illiyi ilə bağlı tədbir keçiriləcək. Sanatoriyanın baş həkimi Vitalik Petrovic Azərbaycanı sevən ziyalı insanlarımızdandır. Xüsusilə onu qeyd edim ki, bu şəxsin təşəbbüsü ilə Qarabağ savaşlarında əlil olmuş əsgərlərimizin reabilitasiyası (bərpası) üçün, əlindən gəldiyi qədər kömək etmişdir. Xeyli sayda yaralı əsgərlərimiz, bu tip oçağından şəfa tapmışlar. İndi onun təşəbbüsü ilə sanatoriyada məscidin tikilməsi gözlənilir. Bu haqda qərarda var.

Bizim şurada Vitalik Petrovicin ölkəmizlə bağlı xidmətlərini dəyərləndirirək “Vətən Övladı” qızıl medalı ilə təltif edilməsi haqqında qərar çıxarıb və tədbirdə medal ona təqdim ediləcək.



- Ukrayna-Azərbaycan münasibətlərinin gələcək perspektivlərini neçə görürsünüz?



-Ukrayna ilə Azərbaycanı tarixi,mədəni və siyasi-iqtisadi əlaqələr bağlayır. Ukrayna lüğətində xeyli sayda türk sözləri var. Ukraynada çoxlu sayda Azərbaycanının dostları var. Eyni zamanda Azərbaycanda Ukraynaya qarşı çox gözəl münasibət var. Bu gün iki dövlət arasında olan siyasi-iqtisadi və mədəni əlaqələr, iki xalq arasında gözəl formada davam etməkdədir. Beynelxalq arenada iki dövlət bir birlərindən maraqlarında çıxış edərək,birgə addımlar atırlar.



-Eldar müəllim təşəkkür edirik suallarımızı cavablandırdığınız görə, Sizə uğurlar arzu edirik:



-Məndə Sizə təşəkkürümü bildirirəm.



Söhbətləşdi: Elnur Eltürk,









Yorumlar









Aktif Ziyaretçi 37
Dün Tekil 1349
Bugün Tekil 1202
Toplam Tekil 4074478
IP 18.222.22.244






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu