Türkiyə yeni geosiyasi aktor rolunda - Nadir AZERİ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Türkiyə yeni geosiyasi aktor rolunda - Nadir AZERİ
Tarih: 12.06.2010 > Kaç kez okundu? 3196

Paylaş


Və ya İran probleminin həllində rəsmi Ankaranın vasitəçiliyi beynəlxalq güclərin narahatlığına səbəb olub

Son zamanlar beynəlxalq münasibətlər sistemində regional və qlobal siyasi-iqtisadi proseslərin təsiri ilə əsaslı geosiyasi dəyişikliklər baş verməkdədir. Artıq beynəlxalq arenada qəbul və icra etdikləri qərarlara müvafiq olaraq dünyanı idarə edən nəhəng aktorlar dünya siyasətinin əsas tendensiyalarını yönləndirmək monopoliyasını öz əllərində saxlaya bilmirlər. Çünki bu imkan onların əllərindən çıxıb. Belə ki, bu və ya digər səviyyədə cərəyan edən regional və qlobal proseslərə müxtəlif bölgələrin aparıcı aktorları əsaslı təsir göstərməkdə və ikitərəfli, eləcə də, çoxtərəfli formatda baş tutan təmaslar və münasibətlərin əsaslarını müəyyənləşdirməkdədirlər. Yəni, müasir dövrdə mövcud olan beynəlxalq təhlükəsizlik və münasibətlər regional aktorların ön plana çıxması və daha geniş dairəni əhatə edən qərarlarla çıxış etmələri üçün olduqca geniş imkanlar yaradır. Məhz bu cür geosiyasi şəraitin fonunda daha praqmatik siyasi-strateji kursa və intensiv fəaliyyət mexanizminə malik olan aktorlar regional və qlobal miqyasda cərəyan edən proseslərə daha əsaslı təsir edir, eləcə də, özünün və tərəfdaşlarının milli maraqlarının reallaşdırılmasını ən yüksək səviyyədə təmin etməyə nail olurlar...

Yeni zamana uyğun atılan addımlar...

Təsvir edilən geosiyasi reallıq və şəraitin fonunda son zamanlar önə çıxan, daha praqmatik addımlar atan və fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artıran regional aktorlardan biri də Türkiyədir. Təsadüfi deyil ki, bu gün artıq Ankara regional və qlobal miqyasda baş verən olaylar və yaşanan təmaslar zamanı, ilk növbədə, özünün və strateji tərəfdaşlarının milli maraqlarını rəhbər tutaraq konkret qərarlar qəbul edir və praqmatik addımlar atır. Bu da nəticə etibarilə Türkiyəni müasir beynəlxalq münasibətlər sistemində ideoloji, diplomatik-siyasi, hərbi və iqtisadi-maliyyə cəhətdən sayılan, nəzərə alınan başlıca tərəflərdən və tərəfdaşlardan birinə çevirib...

Müasir beynəlxalq münasibətlər sisteminin tələblərinə müvafiq qaydada xarici siyasi-strateji kurs həyata keçirən Ankara dünyanın “qaynar nöqtə”ləri hesab edilən müxtəlif bölgələrin problemlərinin həlli prosesində olduqca prinsipial mövqe sərgiləyir. Balkanlar, Yaxın və Orta Şərq, Cənubi Qafqaz kimi strateji əhəmiyyətli, bir o qədər də həssas balansa malik olan bölgələrdə yeni təhlükəsizlik çətirinin formalaşdırılması üçün Türkiyə kifayət qədər ciddi səy və cəhdlərlə çıxış etməkdədir. İstər İsrail-Fələstin münaqişəsi, istər Suriya-İsrail qarşıdurması, istərsə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində rəsmi Ankara barışdırıcı aktor qismində çıxış edib. İndi isə Türkiyə İranın nüvə problemi ilə bağlı mənfi meyillərin və durumun aradan qaldırılması, eləcə də, ümumi uzlaşmanın əldə edilməsi üçün öz imkanlarını səfərbər edib. Təbii ki, bu məsələdə regional təhlükəsizlik balansını alt-üst edə biləcək ciddi problem və qarşıdurmaların yaranmaması Türkiyənin milli və transmilli maraqlarına tam adekvat cavab verir. Məhz buna görə də, rəsmi Ankara bu problemin həlli naminə daha tutarlı və prinsipial addımlarla çıxış edir. Və gözləniləndir ki, Türkiyə bu məsələdə öz fəallığını daha da artıracaq.

Türkiyə regional proseslərin və problemlərin tənzimləyici aktoru kimi...

Ərazicə Yaxın Şərqdə yerləşən, siyasi cəhətdən Avropa dövləti hesab olunan Türkiyə bu gün öz fəaliyyətinin miqyası baxımından müxtəlif regionlarda hərbi-siyasi-iqtisadi proseslərin və problemlərin nizamlanması prosesinin mühüm aktorlarından hesab olunur. Məsələn, Türkiyə Yaxın və Orta Şərq, Balkanlar, Mərkəzi Asiya və Qafqazlar kimi mühüm strateji əhəmiyyətə malik olan bölgələrdə cərəyan edən hadisə və proseslərin tənzimlənməsi yönündə olduqca istəkli və prinsipial siyasət aparır. Həyata keçirilən intensiv və hücumçu xarici siyasi-strateji kurs bu gün Türkiyəni dünyanı idarə edən güclərin başlıca strateji tərəfdaşlarından və istinad mərkəzlərindən birinə çevirib. Məsələn, dünyanın “barıt çəlləyi” kimi təsvir edilən bölgələrindən biri sayılan Yaxın Şərqdə Türkiyənin mövqeyi və atdığı addımlar regional miqyasda cərəyan edən proseslərin nizamlanması istiqamətində olduqca güclü təsir və tənzimetmə mexanizmi hesab olunur. Düzdür, Yaxın Şərq bütövlükdə ABŞ-Türkiyə tandeminin strateji maraq dairəsindədir, məhz buna görə də, bəhs edilən tandem bu bölgədə daha fəal və genişmiqyaslı fəaliyyət göstərir. Amma hər halda, demək olar ki, Ankara Yaxın Şərqdə baş verən önəmli siyasi proseslərin mərkəzində qərar tutmaq potensialına malikdir...

Onu da qeyd etmək lazımdır ki, Ankaranın bu günədək ciddi cəhdlə həllinə çalışdığı regional problemlər sözün əsl və tam mənasında öz həllini tapmayıb. Ona görə də, aparıcı analitik mərkəzlər belə bir qənaətdədirlər ki, Türkiyə problemlərin həlli istiqamətində öz resurslarını beynəlxalq təhlükəsizlik sistemi üçün daha çox önəm kəsb edən məsələlərə yönəltməlidir. Bu məsələlərin başında da şübhəsiz, İranın nüvə məsələsi gəlir. Ekspertlərin sözlərinə görə, İranın nüvə məsələsi ətrafında Ankaranın səylərini optimist qiymətləndirmək olar. Ən azından ona görə ki, Türkiyənin fəallığının fonunda bu məsələnin həlli baxımından istənilən-arzuedilən son nəticənin əldə olunmasına ümidlər var...

İranın nüvə problemini həll edə biləcək addım

İranın nüvə probleminin həlli istiqamətində Türkiyənin fəallığı artıq öz səmərəsini verməkdədir. Belə ki, bir neçə gün bundan əvvəl zənginləşdirilmiş uran mübadiləsi ilə bağlı Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, İranın xarici işlər naziri Mənuçöhr Motakki və Braziliya xarici işlər naziri Celso Amorun arasında Tehranda keçirilən görüş nəticə verib. Görüşdən sonra tərəflər arasında uranın mübadiləsi ilə bağlı saziş imzalanıb. İmzalanma mərasimində İran prezidenti Mahmud Əhmədinejat, gözlənilmədən İrana səfər edən Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan və Braziliyanın prezidenti Da Silva da iştirak edib. İmzalanan razılaşmaya görə, uran mübadiləsi Türkiyədə həyata keçiriləcək. Bunun ardınca Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Madriddə olarkən qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı problemi tam olaraq bitməsə də, onun həlli mümkündür: “Mən problemin tamamilə bitdiyi iddiasında deyiləm. Amma problemin həll oluna biləcəyini ortaya qoymaqdan məmnunuq. Diplomatik yolla bir çox məsələlərin həll oluna biləcəyini xüsusilə ifadə etmək istəyirəm”.

Razılaşma özündə nələri əks etdirir?

Bu anlaşma İranın nüvə fəaliyyətləri ətrafında Qərblə Tehran arasında illərdir davam edən çəkişmədə ciddi dönüş nöqtəsi ola bilər. Belə ki, Avropa İttifaqı, ABŞ və Rusiya ilə birlikdə İranın zənginləşdirilmiş uran maddəsinin ölkə xaricinə çıxarılaraq orada nüvə yanacağına çevrilməsini və geri qaytarılmasını nəzərdə tutan təklifləri ötən il Tehrana təqdim ediblər. Bunun əvəzində İran öz ərazisində zənginləşdirilmiş uran emalını dayandırmalı idi. Lakin aylarla davam edən danışıqlara baxmayaraq Tehran anlaşmadan imtina edib və nəticədə yeni iqtisadi sanksiyalar, habelə, hərbi əməliyyatlar təhdidi ilə üzləşib. Türkiyə gərginliyi aradan qaldırmaq üçün öz vasitəçilik rolunu təklif edib və bildirib ki, zənginləşdirilmiş uran maddəsini onun ərazisində saxlaya bilər. İmzalanan sənəddə deyilir ki, İranda 3,5 faizə qədər zənginləşdirilmiş uran Türkiyə ərazisində qurulacaq reaktorlarda 20 faizə qədər zənginləşdiriləcək. Daha sonra həmin zənginləşdirilmiş uran 93 faizə qədər zənginləşdirilmək üçün Rusiya və Fransaya göndərilməlidir. İmza mərasimindən sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib ki, artıq İrana qarşı yeni sanksiyaların qəbul edilməsinə ehtiyac qalmır. “Bu anlaşma İranın konstruktiv mövqeyini göstərir, ona görə də, BMT Təhlükəsizlik Şurası yeni sanksiyalar haqda qətnamə çıxarmaqdan çəkinməlidir”.

İran prezidenti Mahmud Əhmədinejat da ölkəsinin Qərblə nüvə məsələsində əməkdaşlığa açıq olduğunu bildirib, ancaq əlavə edib ki, ölkəsi dinc nüvə enerjisi texnologiyaları əldə etmək hüquqıından geri çəkilməyəcək. Məlum olub ki, anlaşma ilə Türkiyə İranın 1200 kiloqramlıq zənginləşdirilmiş uran maddəsi üçün həm də təminatçı rolunda çıxış edir. Belə ki, anlaşma həmin miqdarda uranın bir il ərzində nüvə yanacağına çevrilərək Türkiyə üzərindən İrana qaytarılmasını nəzərdə tutur, əgər anlaşma pozularsa, Türkiyə 1200 kiloqram zənginləşdirilmiş uranı İrana qaytarmağa borcludur. İranın anlaşmanın imzalanmasından bir ay sonra uranı Türkiyəyə göndərəcəyi bildirilir. Rəsmi Tehran bir həftə ərzində bu anlaşma barədə Beynəlxalq Atom Enerjisi Agentliyini məlumatlandıracaq.

Beləliklə, əldə edilən razılaşma Türkiyə diplomatiyasının nailiyyəti kimi qiymətləndirilməlidir. Çünki Mahmud Əhmədinejat 2005-ci ildə İranda hakimiyyətə gəldikdən sonra nüvə məsələsi dünyanın gündəmindən düşmür. Məhz bu məsələnin həll edilməməsi ucbatından İrana qarşı hərbi əməliyyatların başlaya biləcəyi ehtimalları isə artmaqdadır. Əksər ekspertlərin də qeyd etdikləri kimi, məhz belə bir məqamda Türkiyənin atdığı addımlar, həmçinin, İranın bu dövlətin təkliflərinə razılıq verməsi heç şübhəsiz ki, regionda müharibə təhlükəsinin qarşısını alır.

Böyük güclərin ikibaşlı oyunları...

Lakin görünür, bir türk və müsəlman ölkəsi kimi, Türkiyənin önə çıxması bəzi beynəlxalq gücləri narahat etməkdədir. Əgər belə olmasaydı, o zaman başda Birləşmiş Ştatlar olmaqla, bəzi qüvvələr Türkiyənin addımlarını dəstəkləmək əvəzinə, yenidən İranı qıcıqlandıra biləcək hansısa sanksiyalardan danışmaz, yaxud da ikibaşlı oyunlara baş vurmazdılar. Belə ki, Birləşmiş Ştatlar İranın Braziliya və Türkiyə ilə nüvə yanacağı mübadiləsi haqqında razılıq əldə etməsinə baxmayaraq, Tehrana qarşı təzyiqlərini davam etdirəcəyini bəyan edib. Bu barədə jurnalistlərə Ağ evin rəsmi nümayəndəsi Bill Berton bildirib: “Biz hər vasitə ilə İrana qarşı təzyiqlərimizi davam etdirəcəyik. Biz bunu İran üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirənədək davam etdirmək niyyətindəyik” -deyə vurğulayıb.

Bu arada isə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü artıq İrana dair yeni və daha güclü qadağalarla bağlı qətnamələrin qəbulu barədə razılığa gəlib. İranın nüvə problemi ilə bağlı bəyanat verən ABŞ-ın dövlət katibi Hillari Klinton isə bildirib ki, İslam Respublikasına dair yeni qadağalar son dərəcə sərt olacaq.

Maraqlıdır ki, bunun əksinə olaraq, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı ABŞ prezidenti Barak Obama sanki sülhpərvər meyil sərgiləyib. Məlumatlara görə, Barak Obama Ərdoğanın və Braziliya prezidenti Luis İnasio Lula da Silvanın problemin diplomatik yollarla həlli üçün göstərdiyi səyləri razılıqla qarşıladığını bildirərək İranın Beynəlxalq Atom Enerjisi Agentliyinə göndərəcəyi məktubu diqqətlə təqib edəcəklərini deyib: “5 ildir sizinlə dostluq və əməkdaşlıq edirik. Sizin həm ölkənizdə, həm də beynəlxalq müstəvidə göstərdiyiniz liderliyi razılıqla izləyirəm. Sizin bu prosesi diplomatik yollarla həll etmək səylərinizi yaxşı başa düşürəm. Bu prosesdə sizinlə müştərək fəaliyyətlərə davam edəcəyik. Problemin diplomatik və qəbul olunan saziş çərçivəsində həll olunacağına ümid edirəm. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının İran üçün qəbul edəcəyi qərarları icra edəcəyik”.

Klinton bir söz deyir, Obama başqa söz...

Öz növbəsində Baş nazir Ərdoğanla telefon danışığı zamanı Rusiya hökumətinin başçısı Vladimir Putin də İranın nüvə proqramı məsələsində Türkiyə və Braziliyanın apardığı fəaliyyət və səyləri dəstəklədiyini bildirib. Türkiyənin bir müddətdir apardığı fəaliyyətlərin diplomatiyaya əhəmiyyətli töhfə verdiyini deyən Putin, BMT Təhlükəsizlik Şurasında İrana qarşı qərar qəbul edilməsi üçün danışıqların davam etdiyini, Türkiyənin səylərinin bunun üçün əlavə imkanlar yaratdığını, bunu diqqətdə saxlayacaqlarını deyib.

Bir sözlə, yuxarıda da qeyd etdiyimiz kimi, görünən odur ki, Türkiyənin regionda artan nüfuzu bəzi beynəlxalq güclərin yuxusunu ərşə çəkib. Məhz buna görə də, onlar rəsmi Ankaranın İranın nüvə proqramı ilə bağlı məsələdə əldə etdiyi ilkin uğurun davamlı olmasını istəmir, əksinə, buna mane olmağa çalışırlar. Lakin özlərinin guya sülhpərvər olmasını dünyaya həzm etdirmək siyasətindən də əl çəkmirlər. Hər halda, bir tərəfdən dövlət katibi Hillari Klintonun “İran İslam Respublikasına dair yeni qadağalar son dərəcə sərt olacaq” məzmunlu hədələyici bəyanatı fonunda prezident Barak Obamanın sülhsevər mesajlar səsləndirməsi belə deməyə əsas verir. Bu isə bəzi beynəlxalq güclərin ikibaşlı oyun oynamasından, proseslərə ikili standartlardan yanaşmasından xəbər verir. Yəni, son hadisələr bir daha sübut etdi ki, Birləşmiş Ştatlar və digər beynəlxalq güclər, əslində, İranın nüvə probleminin həllinə deyil, regionu öz nəzarətlərinə götürməyə çalışırlar. Türkiyənin vasitəçilik missiyası isə onların planlarının reallaşmasına mane ola bilər...

“Yeni Azərbaycan”ın

Analitik Qrupu





Yorumlar









Aktif Ziyaretçi 29
Dün Tekil 1349
Bugün Tekil 1226
Toplam Tekil 4074502
IP 18.191.46.36






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu