15 İYUN - MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ “TÜRK DÖVLƏTÇİLİK TARİXİNDƏ LİDERLƏRİN ROLU” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR - Çingiz BAYRAMOV - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









15 İYUN - MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ “TÜRK DÖVLƏTÇİLİK TARİXİNDƏ LİDERLƏRİN ROLU” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR - Çingiz BAYRAMOV
Tarih: 12.06.2010 > Kaç kez okundu? 2631

Paylaş


Bakı, 11 iyun (AzərTAc). İyunun 11-də “Türkiyə Universitetləri Məzunları” (TUMİB) və “Yeni Nəsil Azərbaycan Gəncliyi” (YNAG) ictimai birliklərinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Türk dövlətçilik tarixində liderlərin rolu” mövzusunda konfrans keçirilmişdir.

Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra türk dövlətçilik tarixində əhəmiyyətli rol oynamış Mete xandan Atatürkə və Heydər Əliyevədək türk liderlərini əks etdirən videoçarx göstərilmişdir.

TUMİB-in baş katibi Rauf Əliyev bildirmişdir ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn böyük öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, yox olmaqdan xilas etməklə yanaşı, dövlət quruculuğu prosesinə də başlamışdır. Bu məsələyə ümumilikdə türk dövlətlərinin gələcək birliyi və qarşılıqlı əməkdaşlığının inkişafı baxımından yanaşdıqda, ulu öndər təkcə Azərbaycanı deyil, bütün türk dünyasının gələcək birliyinə pəncərə açmışdır.

TUMİB-in sədri Çingiz Bayramov qeyd etmişdir ki, bəşəriyyət yaranandan bəri ulu tanrı böyük türk millətini heç vaxt dövlətsiz və lidersiz qoymamışdır. Vurğulanmışdır ki, müasir türk dövlətçilik tarixində Mustafa Kamal Atatürk və Heydər Əliyev zirvələrinin özünəməxsus yeri vardır.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev çıxışında türk mifologiyasından və dövlətçilik tarixindən ətraflı söz açmışdır. R.Mirzəyev qeyd etmişdir ki, Heydər Əliyev həmişə azərbaycanlı olmağı ilə fəxr etmiş və daim hər bir azərbaycanlıya öz Vətənini, millətini sevməyi aşılamışdır.

YNAG-ın sədri Ruslan Rizayev, Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil üzrə müşaviri Halis Koyuncuoğlu, türkiyəli jurnalist-tədqiqatçı Səlcuk Düzgün, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, “Azərbaycan Gözdən Əlillər” Cəmiyyətinin sədri Səmyar Abdullayev diqqətə çatdırmışlar ki, atalarımızın bizə verdiyi ən böyük miras dövlətçiliyimizdir. Heydər Əliyevdən miras qalan dövlətçiliyimizi qorumaq isə biz gənclərin müqəddəs borcudur.

Orxan Qazi, Atatürk və Heydər Əliyev kimi şəxsiyyətlər Allahın türk xalqlarına bəxş etdiyi seçilmiş insanlardır. Türk dövlətçilik tarixində başbuğluk sistemindən, onun dövlətçiliyin möhkəmlənməsində və inkişafındakı rolundan danışılarkən vurğulanmışdır ki, müasir dövrümüzdə bu sistem Heydər Əliyevin timsalında uğurla davam etdirilmişdir.

Çıxışlarda həmçinin, ulu öndərin fəaliyyətinin bütün dövrlərində milli mənəvi dəyərlərimizə ehtiramla yanaşdığı və hələ sovetlər dövründə bu dəyərlərə sədaqətini ən yüksək səviyyədə nümayiş etdirdiyi nəzərə çarpdırılmış, ümummilli liderin bizə bəxş etdiyi Milli Qurtuluş Gününün xalqımızın həyatındakı əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir.

Tədbirin sonunda təşkilatçılar Milli Qurtuluş Günü münasibətilə xalqımızı təbrik etmişlər.



KAYNAK: http://tumib.az/index.php?option=com_content&view=article&id=271:bakda-qtuerk-doevltcilik-tarixind-liderlrin-rolu-moevzusunda-konfrans-kecirilmidir&catid=46:siyast&Itemid=69





Yorumlar








Aktif Ziyaretçi 11
Dün Tekil 763
Bugün Tekil 42
Toplam Tekil 1636336
IP 54.161.208.7






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































4 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ne kadar bilirsen bil; söylediklerin karşındakinin anladığı kadardır.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.907 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu