Şakir Ulubəylinin “Azərbaycan Bozqurdları” (Bozqurdlar Vadisi) kitabından - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Şakir Ulubəylinin “Azərbaycan Bozqurdları” (Bozqurdlar Vadisi) kitabından
Tarih: 10.06.2010 > Kaç kez okundu? 3596

Paylaş




İkinci bolüm

Millətçilik dünyagörüşdür və milli təfəkkür sistemidir.

Burda lider dəyərlərdir, minillik yaddaş, tarixdən süzülüb gələn zəka işığıdır.

Türk millətinin mənəvi dəəyərlərini, dövlətçilik ənələlərini, ictimai şüurunu,bədii təfəkkürünü, əxlaqını. qəhrəmanıq səlnamçəsini zənginləşdirmiş elə şəxsiyyətlər var ki, həm onların ərməğan qoyub getdiyi inciləri qorumalıyıq, həm də onların xatirəsini.

******************************************************************* Mənim Azərbaycan Xalq Cəbhəsi haqda geniş məlumat verməyimin əsas səbəblərindən biri budur ki, NƏ BU GÜNƏ QƏDƏR NƏ BUNDAB SONRA Azərbaycan Türklərinin siyasi həyatında ikinci bir möhtəşəm təşkilat olamyacaq.Və bu gün Azərbaycan siyasi həyatında təsir edici gücə malik təıkilatların ,siyasi partiyaların rəhbər lərinin əsas hissəsi Xalq hərəkatının liderləri və aparıcı qıvvələridir. Ona bir ictimai siyasi univeristet də demək olar, siyasi məktəbdə,azadlıq uğrunda mübarizənin beşiyi də, azadlıq inqilabının təkanverici qüvvəsi də, syasətin ata ocağıda.

Yüzlərlə kitablar yazılcaq, o dövrü doğru dürüst tədqiq etmək üçün tədqiqat əsərləri yazılacaq, lakin hər dəfə yeni faktlar və sirlər aşkarlanacaq. Mənim həmin günlərdə gördüklərimi,yaddaşımda saxladıqlarımı çox az adamlar görüb və bilir.Mən uzun müddət başqalarının dedikləri birtərəfin fikirlərini eşitdim, birini qaralayıb,digərinə ağ günə çıxardan yarımçıq fikirlərini oxudum. Sanki kimisə yuxarı qaldırmaq üçün kimisə onun ayaqlarının altına qoyub yuxarı qalxmaq lazımdır.

Təsəvvür edirsinizmi. Eyni millətə mənsub, müxtəlif təşkilatların nümayəndələri, öz sədrlərini tərifləmək üçün mütləq qaydada, digər təşkilatın sədrini müqayisə subyekti seçib ,onları qarşı-qarşıya qoymalıdır. Bu sovet kommunist sisteminin ideoloji təbliğat müxanizminin bir forması idi, və bəziləri bu xəstəlikdən qurtula bilməyiblər.Bəzən Azərbaycan Türkünə düşmən olan millətlərin təbliğat metodlarını, öz üzərimizdə elə təcrübədən keçirdirik ki, yad millətlər bizə “əhsən” deyir.

Bu gündə 2010 cu ildə. Seçki ilində,təbi fəlakətlərin tüğyan elədiyi bir zamanda, maliyyə krizisinin iqtisadi sistemi çökdürdüyü və digər minnlərlə problemin olduğu bir zamanda muxlifət- iqtidar, müxalifət –müxalifət, iqtidar –iqtidar, oliqarx məmurlar öz aralarında, və digər qurplar arasında gedən konfliktlərin təhlililini aparandan sonra bu qənaətə gəlirsən ki,bu heçdə bu gün yaranan ziddiyətlər deyil,bunun çox dərin kökləri var.



Sovet imperiyasını lərzəyə salan Azərbaycan Xalq Cəbhəsinin təşkilatlanma dövrünün birinci mərhələsinin başa çatmasına az qlmış, yəni 1989-cu iln sonlarında təşkilatın daxilində, əsası artıq Xalq Cəbhəsinin idarə heyyəti daxilində baş verən fikir ayrılığının, yavaş-yavaş aşağı strukturlara keçmə prosesi başladı.Syasi fikir ayrılığı,və bunu müdafiə edən idarə heyyətinin üzvləri, sonra isə bu cərəyanlara və liderlərə rəğbət bəsləyən aşağı strukturlar və yüz minlərlə cəb hə üzvü.

Bu iki, hələ tam formalaşmamış siyasi xəttin biri, milli azadlıq hərəkatı, digəri isə , demokratik hərəkat tərəfdarları kimi adlandırılmağa başlanmışdı.

Hər iki xətdin arxasında bir neçə idarə heyyətinin üzvü dayanırdı.

Yuxarıdan başlayan bölgü aşağı strukturları, bəzən butöv rayon təşkilatını əhatə edirdi.Mən bu parçalanma faktorunun arxasında kimlərin, hansı ideoloqların, hansı təşkilatların dayandığını dəqiq deyə bilmərəm, ancaq güman etmək olar ki, Azərbaycanın müstəqilliyini istəməyən bütün qüvvələr, impeiyanın xüsusi xidmət orqanları bu təxribatda fəal iştirak edirdi. Bu nəhəng, əzəmətli bir təşkilat o qədər böyümüşdü ki. onu idarə etmək də olduqca cətin idi.

*******

Bir əhvalat yadıma düşdü və o, mənə fikrimi tamamlamağa imkan vermədiyi üçün onu yazım sonra qaldığım yerdən başlayaram.

Hüseyn adlı Xalq Cəbhəsinin fəal üzvlərindən biri, gəlir Elçibəyin yanına deyir ki, filankəs KQB- yə işləyir.

- Elçibəy buna diqqətlə baxıb soruşur,- sən bunu dəqiq bilirsən?

- Bu da qayıdır ki. bəli bəy dəqiq bilirəm.

- Bəy yenə buna diqqətlə baxıb deyir, -

- Hardan bilirsən?Sən KQB- də işləyirsən?

- Hüseyn diksinir, başlayır kəkələməyə,....

- Əbülfəz bəy deyir ki, mən inanmıram o harasa işləyir. Amma sən özün hara işlədiyini dedin.

*******

Mən bu əhvəlatı ona görə danışdım ki, bu virus kim tərəfindənsə Xalq Cəbhəsinin üzvləri arasına atılmışdı və kim-kimə xöş gəlmirdi, kimsə bir qədər savadlı, təhsilli, təşkilatı işləri jüksək səviyyədə bacarırdı, tez bir neçə nəfər təxribatçı ona bu damğanı vururdu.1990 –cı ilin axırkarında bu cür ziddiyətlər kulminasiya nüqtəsinə catmışdı.

İdarə heyyətinin üzvlərindən , Sosial demokratik Partiyasının sədri olmuş Zərdüşt Əlizadə ilə indi məhşur Hüquq medafiəçisi Leyla Yunusla birgə Xalq Cəbhəsinin tərkibində Sosial demokratik qrupu yaradılması təklifi qəzəblə qarşılandı. Və onlara qarşı təbliğat maşını işə düşdü və belə şaiə yaymağa başladılar ki, bunlar cəsusdular, hər ikisi KQB-yə işləyir və Xalq cəbhəsini parçalmağa çalışırlar.

Əslində isə bunların hər ikisi yüksək intelek sahibi. O dövr üçün yetgin siyasi xadimlər idi, sadəcə siyasi hadisələrə fəqli bucaq altından baxırdılar.

Leyla Yunusovanın rusdilli olması, Türk dilində yaxşı danışa bilmməməsi, Zərdüşt Əlizadənin də siyasətçiyə zərər gətirən həddən artıq cəsarətli fikir bildirməsi ona çox ziyanlar gətirdi.

İdarə heyyətinin üzvlərinin fikir ayrılıqları, rayon şöbələrinin də işinə mane olmağa başladı, rayon idarə heyyətinin üzvüləridə qruplaşmağa başladı, və yerli özəklərdə bu minvalla parçalndılar.

Azərbaycan Xalq Cəbhəsinin ən parlaq simalarından biri Etibar Məmmədov, , Rəhim Qazıyev(sonralar müdafiə naziri oldu), və idarə heyyətininən ən gənc üzvü əfsanəvi Nemət Pənahov Milli Azadlıq tərafdarı kimi bu cərəyanı müdafiə edirdilər.

Körkəmli siyasi xadim, hal hazörda Azərbaycan tarixində müstəsna xidmətləri olmuş və olacaq Musavat partiyasının sədri İsa Qəmbər, bu gün ciyasi arenada cəngəvərcəsinə mübarizə aparan Pənah Hüseynov,Hikmət Hacızadə( bu gün günahsız yerə həbsə atılan Adnan Hacızadənin atası) və digər üzvlər isə Demokratik Hərəkat tərəfdarıları idi.

Ən qəribəsi isə o oldu ki, digər xətt tərəfdarlarına radikal, diktaturaya meylli , epitetlərlə yapışdıran denokratik xətt tərəfdarları 1992 –ci ildə hakimiyyətə gəldilər. o, dövrün ictimai siyasi vəziyyəti ilə tanış olanlar sonradan başa düşdülər ki, Milli Azadlıq mərhələsi başa çatmamış demokratik islahatları həyata keçirmək olmaz. Mənə də çox vaxt cəbhənin üzvləri irad tuturdular ki, sən çox sərtsən, ciddi sən , diktator qaydalarına üstünlük verirsən.

-Əfəndim ulu bir türk milləti qanicən bir imperiyanın əlində yüzillərdir qan ağlayır mən , bu millətin azadlıq nübarizəsini aparan millətçi bir türk necə demokrat olum.

-Yüz illərdir pusquda durub, imperiyalar yarananda, dağılanda bu hakimiyyət boşluğundan istifadə edib torpaqlarımı zəbt edən erməni daşnaklarının vətənimə müharibə elan edirsə mən necə demokrat olum.

- On minlərlə türk, əzəli Türk torpağı olan Ermənistan ərazisindən vəhşicəsinə qovulan , öldürülən,bir zamanda mən necə demokrat olum.

--İmperiyanın orduları hələdə ərazilərimizdə ikən mən necə sülhpərvər olum.

Bəli mən sərt xətt tərəfdarı idim, mən başımıza gələn fəlakətlərinin günahını bizə düşmən kəsilən qüvvələrdə görürdümsə, özümüzdədə çox çatışmamazlıqlar hiss edirdim. Laqeyidlik, intizamsızlıq, hadisələrə məsuliyyətsizliklə yanaşmaq meyləri var idi, düşməni öz içində axtarmaq, şaiələrə meyllilik, məsəslərə səthi yanaşmaq, bəzən isə biganəlik.

Ən dəhşətlisi isə gərgin anlarda özünü itirmək.

Deməli hakimiyyətə daha radikal, sərt xətt tərəfdarları gəlib, tarixin bizə verdiya şansdan yararlanaraq, Emənistan adlanan qondarma respublikanı yer üzündən silib atardı, sonra siz demokratik ideyaları həyata keçirərdiniz.

*******

Mən müəllim ailəsində böyümüşdüm, atam türk dili və ədəbiyyatı dərsi deyirdi. İctimai və siyasi cəhətdən yetgin, geniş dünyagörüşə malik savadlı bir türk olan atam bizi həm svadlı həmdə intizamlı bir övlad kimi böyütməyə çalışırdı.

Yaşayış tərzi hərbçilərə xas olan sərt, , həmdə yüksək bədii ruha sahib idi. Dünyanı anlamağa başlayan andan bizim evdə sözdən, şeyrdən, gözəl fİkirlərdən qiymətli heç nə olmazdı.Nə kommunist partiyasına üzv oldu, nə onun şəninə şeyir yazdı. Məllim məvacibi ilə dolanan böyük bir ailədə böyuyən mən elə o vxtlardan sovet sisteminin biizim xarakterimizə ögey, olduğunu anlamağa başlayırdım.

Əslən Baharlı mahalından olan babaları,19-cu əsrin sonlarında köç edib indiki Qubadlı- Zəngilan ərazisində məskunlaşırlar. Ucqar bir kəndə körpə ikən atasını itirmiş, yalnız ana himayəsində olan bu Azman Türk kişisi , bütün çətinliklərə baxmayaraq, təhsil alıb müəllim kimi fəaliyyətə başlayıb həmin rayonlarda düz altmış il müəllim işləmiş, Yazıçılar birliyinə üzv olmuş, altı kitab müəllifi , el şairi Məhərrəm Mahi bu gündə 86 yaşında Bakı şəhərində yaşayır yaradır.

Ana tərəfim isə İstambul ətrafında yaşamış oxtar tayfalarından olan nəsildəndir,babalarım ordan köç edib indiki Azərbaycan ərazilərinə gəlmişlər. Bəzi o nəsildən olan qohumların araıdırmalarından məlum olmuşdur ki, bu oxtarlar çox cəsur döyüıçü tayfasından olmuşdur. Anam bizə çox vaxt türk sözləri işlədən də biz o sözləri birinci dəfə eşitdiyimizdən, o bizə onları izah edərdi, pendirə- penir, qara rəngə siyah deyərdi, və yüzlərlə indi bizim az-az işlətməyə başladığımız türk sözlərinin çoxunu biz hər gün eşidirdik.

Damarlarımdan axan Türk qanı heç bir haqsızlığa, ədalətsizliyə, dözmür, əsarətə qarşı üsyan püskürürdüm.

Dünyanın ədalətli milləti olan Türklər nə özlərinin haqqının tapdalanmçağına dözər, nə də başqasının haqqını yeyərlər. Mənim qan yaddaşımdan süzülüb gələn Türklük məramı siyasi mübarizənin əsas prinsiplərinə çevrilirdi. Genetik kod daşıyıcısı olan insanlar, yüz il əsarətdə qalsalarda, onların şüurundan məlumatları silib atsalar da, qan yaddaşına, şüuraltina toxuna bilmirlər. Və günlərin bir günü, necə sovet dövləti çökəndə millətin qan yaddaşından bir Türklük oyandı, mən də Türk Dünyəvi Partiyasının məramnaməsini qan yaddaşımım köməyi ilə yazıb başa çatdırdım.

*********



Əbülfəz Elçibəyin isə hər iki xətti müdafiə edənlərin fikirlərinə hörmətlə yanaşır, və müdrikcəsinə təşkilatın dağılmaması üçün əlindən gələni edirdi.

Ayrı ayrılıqda qurultay keçirən hər iki xətt tərəfdarı öz tərəfdarlarını toplayıb hər kimin nəyə qadir oduğunu bir –birinı sübut edəndən sonra 1990-cı il yanvar ayının birinci ongünlüyündə birləşdirici qurultay keçirərək bir daha xalqın inamını özünə qaytardı və əzəmətini nümayiş elətdirdi.

Əbülfəz Elçibəyin Elmlər Akademiyasında keçirilən qurultayında bir fikri həmin hadisələr də yetkinləşmiş siyasətçilərə verilən ən dəyərli qiymət idi .

---Əvvəllər Həm Etibar həm də İsa siyasətdə gənc idilər, onları idarə etmək asan idi , indi isə onlar böyüyüblər, yetginləşiblər,ona görə mənim üçün indi bəzi çətinliklər yaranır.

Əbülfəz bəy təcrübəli analitik idi ,ictimai siyasi prosesləri dərindən bilirdi,Azərbaycan Xalq Cəbhəsini bətnindən onlarla siyasi partiya və hərəkatın yaranacağınıda bizdən qabaq bilirdi.

Mən bu sətirləri yaza-yaza qurultayın yekun qərarını gözləyən yüz minlərlə insanın necə təlaş keçirdiyi gözlərimin qabağına gəlir və elə küçədəcə soruşurdular ki, nə oldu, birləşdilərmi.

Çox qəribədir ki, bu birləşmə prosesi nə qədər ki, biz varıq, bu daima ən aktual fikir kimi bizi müşayət edəcək.



Min tonlarla yükü üzərinə götürmüş Azərbaycanı azadlığına qovuşduracaq inqilab qatarı yerindən tərpənmişdi və heç bir imperiya ordusu onun qarşısında davam gətirə bilmədi.



********

Bu hadisələrdən on gün keçməmiş qanlı yanvar hadisəsi baş verdi.Bu nəidi faciə idi, qanlı olay idi , imperiyanın bizi cəzalandırmaq cəhdi idi, əliyalın xalqa qarşı soyqırım idi.Bəlkədə bu fikirlərin hər birinin cavabını yanvar deyiləm bu hadisəni mahiyyətindən çıxartmaq olar. Biz yəni Azərbaycan xalqı və onun yadrosunu təşkil edən türk milləti azad olmaq. müstəqil dövlət qurmaq istəyirdik. Yüz illərlə bizi əsarətdə saxlayıb sərvətlərimizi talayan imperiya buna imkan verərdimi?.

Amma bu məqamda neçə illərdir məni narahat edən bir fikri indi burda yazmaq istəyirəm.

1918 –ci illə 1992-ci ili bəzən müqayisə edib belə nəticəyə gəlirəm ki, hər iki vəziyyətdə biz mübarizə aparıb azad oduq, müstəqil dövlət yaratdıq, çox qısa zamanda xalq üçün misilsiz işlər görüldü. 1920 –ci ildə yenidən işğal edib bütün rəhbərləri, hökümət nümayəndələrini, siyasətçiləri, təfəkkür sahiblərini,intelektuaları, millətin ən aparıcı hissəsini məhf etdilər.

Ya azad olmaq üçün mübarizə etməlisən, yada köləliyi qəbul etməlisən.



Türk kölə ola bilməz, əgər o kölədirsə Türk deyil demək.



Onsuzda sovet imperiyasında qorxudulub sarılıq xəstəliyinə düçar elədiyi xalqı yenidən yüz minlərlə ordunu üstünə yeritmək və onu qanına qəltan etmək və bir də gözünün odunu almaqla susdurmaq. Lakin millət bu cinayəti törədənlərin üstünə yeriyirdi.

Mən Milli İstiqlal Partiyasını lideri Etibar Məmmədov haqqda, onun Mili Azadlıq hərəkatında rolu barədə bir neçə kitab yaza bilərəm.

Lakin yüz kitab yazılsa belə Yanvar hadisəsinin qurbanlarının yas mərasimini təşkil edib, Fəxri xiyabanın məhz İndiki yerdə ,yəni əvvəllər Kirov deyilən, ondan qabaq isə elə şəhidlər xiyabanı adlanan yerdə salınmasını məsləhət bilən məhz o olub.

*******

Etibar Məmmədov, Sovet imperiya ordusu Azəərbaycana vəhşicəsinə basqın edəndə bəzi demokrat bəylərin harda olduğu bilinməyəndə gizli yolla imperiyanın baş şəhəri Moskvaya qəzəblə hücum çəkən və imperiyanın ürəyinə türk qılıncını saplayan ən cəsur Azərbaycan Bozqurdlarından biridir.

*******

Səbail rayonunun Icrayyə komitəsinin sədri Əli Mamedov, Raykomun birinci katibi Vəli Məmmədov ( sonralar o dövlət rəhbərləri ilə vertolyot qəzasında şəhid oldu), Etibar Məmmədovun səyi nəticəsində Şəhidlər xiyabanı məhz indiki yrdə salındı.Çox qəribədir ki, bu vətənpərvər insanların hər üçünün babasının adı Məhəmməd idi.



19- zu gecəsi mən Xalq Cəbhəsini Səbayil şöbəsinin , sonralar Azdlıq qəzetini redaksiyası yerləşən binada idim.Rəşid Behbudov teatrına bitişik bina.Hadisə baş verəndən sonra, dünyanın bütün informasiya agentliklərinə məlumatlar burdan verilirdi, Azadlıq radiosunun əfsanəvi aparıcısı,rəhbəri,Mirzə Xəzərə,Amerikanın səsi radiosuna, və digər agentlikləri rabitə nazirliyinin cəbhəçiləri bizimlə calaşdırırdılar. Şəhərdə nələr baş verirdisə əhali bizə məlumatlar verirdi.Bir neçə gündən sonra qərərgahlara basqın edildi və o vaxt dövlət məmurları olan lakin qəlbi Xalq hərəkatı ilə döyünən Əli Mamedov, Vəli Məmmədov kimi vətənpərvər insanların köməyi ilə qabaqcadan məlumatlandırıldığımız üçün oranı tərk elədik.

Ən ağır dövr başladı. Biz demək olar ki, küçələrdə əsgərlərlə üz-üzə fəaliyyət göstəriridik. Qəzəbdən hər an əsgərə hücum edib ,boğazından yapışıb, sən burda nə edirsən? – soruşmaq istəyirdik.

Bura mənimdir, mənim ölkəmdir, mənim ulu türk yurdumdur,sən rus donuzunun burda nə işi var soruşmaq istəyidim.Lakin hər tində, hər iki yüz metrdə nəzərat məntəqələri (postlar) qurulmuşdu, tank və ona yaxın əsgər keşik çəkirdi.

O vaxt Azərbaycan kommunist Partiyasının mərkəzi komitəsinin iclası keçirildi və orda qeyd olundu ki,Xalq Cəbhəsinin radikal qanadına mənsub olanlar şəhərdə hakimiyyət qıvvələrinə öz vəzifələrinin yerinə yetirilməsinə imkan verməmiş, Iğtişaşlar törətmiş, qanunları pozmuş, cinayətlər etmiş və sovet ordusuda əmin amanlığı bərpa etmək üçün Bakı şəhərinə daxil olmuşdur.

Bu qərar sovet imperiya ordusunun məğlub edə bilmədiyi Xalq Cəbhəsinə qarşı əxlaqsız hücumun başlanğıcı oldu.Kənardan heç bir təsir etmək gücünə malik olmayan kommunist rejimi bizi cəbhəçiləri radikallara və demokratlara bölüb bir birimizı qarşı qoydu.

Etibar Məmmədovun Moskvada aktiv mübarizə apardığı vaxt idarə heyyəti adından, Əbülfəz Elçibəyin xəbəri olmadan, bir məktub göndərilmişdir.O məktubdan sonra onu həbs elədilər, burda isə təqib və həbslərin ikinci dalğası başlandı, radikalları, milli azadlıq hərəkatının tərəfdarlarını həbs elədilər.

Səbail rayon şöbəsinin idarə heyyətinin gizli yığıncağında, Xalq Cəbhəsinin idarə heyyətinin üzvü Vurğun Əyubov eyni Mərkəzi komitəsinin qərarlarına uyğun tezisləri səsələndirəndə mən dəhşətə gəldim.Əyyubovun qətiyyətlə səsələndirdiyi—Radikal qüvvələri oz tərkibimizdən uzaqlaşdırmalıyıq, Cəbhəni təmizləməliyik.Bu mənə hərdən göstərilən sovet kinolarında bolşeviklərin iclaslarını xatırlatdı, ordada xalq düşmənlərini təmizləməliyik, fəhlə kəndli höküməti qurmalıyıq.



Məni həmin iclasdan bir neçə gün sonra həbs elədilər. Babası yüzbaşı olmuş, Müzəffər kişinin Bakı şəhərində gecə qondu adlanan məhəllədə, mənə verdiyi bir otaqlı mənzilimdə həbs etdilər. Axşam qaranlıq düşəndə özümın belə güclə tapdığım, ünvanı bəlli olmayan bu qarışıq məhəllədə məni necə tapmışdılar hələ bu gündə mənə qaranlıq qalıb.

Mənzil istismar idarəsinin işçisi ilə , sahə müvəkkili, bir KQB müstəntiqi. Iki milis və əli aftomatlı rus soldatı.Mən ayağa durdum paltomu çiynimə atdım heç nə olmayıbmış kimi onlarla küçəyə çıxdım. Kücədə maşın dayanmışdı və bir neşə silahlı əsgər də maşında idi.

Biz Səbail rayin polis idarəsinə gəldik, kabinetlərin birinə daxil olduq və əyləşdik. Axşam saat on olardı.Otaqda bir mülki geyimli müstəntiq idi, ona polkovnik deyə müraciət edirdilər, milis işçiləri tez-tez ondan nəsə soruşurdular, o otaqdan çıxanda bir milis mayoru qalırdı otaqda. O, mənim davranışımdan,təmkinli oturuşumdan xoşu gəldiyindən yavaşca qulağıma pıçıltı ilə dedi ki, - nə soruşsalar qısa cavab ver.

Mənə onsuzda cavab verməli, heç bir sual yox idi.Mən Millətimin azadlığı uğrunda mübarizə aparan bir Türkəm, bu mənim həyat tərzimdir. Əgər millətin azadlığı yolunda şəhid olaramsa bu böyük bir şərəf olardı.

Müstəntiq qayıtdı və biz siqaret çəkə - çəkə düz iki saat bir- birimizə baxa-baxa susduq.O, yenidən otaqdan çıxdı və yarım saatdan sonra əlində iki stəkan çay geri qayıtdı və biz çay içib yenidən susub bir-birimizə baxırdıq.

Mənum saqqalım mənə əsl inqilabçı körkəmi vermişdi,bu qədər səbrli olmağım isə, bu rus polkovnikində çılğın cənublu təsəvvürünü alt –üst etmişdi. Gecə saat üçə yaxınlaşanda o darıxmağa başladı.Psixoloji mübarizədə mən ona qalib gəlməyə başlayırdım. O fikirləşirdi ki, bu həbs olunub, amma özün elə aparır ki, eləbil o məni həbs edib.Bu qədər qürurlu, ləyaqətli, məğrur bir Türkün qarşısında imperiyanın KQB-sinin polkovniki əsəbləşməyə başladı. Kağızları qarşısına qoyub yazmağa başlayanda gecə saat dörd idi. Bu psixoloji təzyiqin bir formasıdırki,gecə saat dördə qədər gərginlik altında saxladığı müttəhimi sorğu-suala tutub istədiyin almaq. Elə ilk sualdan onin əsəbiliyi bir azda artdı, və o, bir neçə sual verəndən sonra ayağa qalxdı, diqqətlə mənə baxdı və dedi;

-Mən sizi kameraya salmağı ləyaqətimə sığışdırmıram,baxmayaraq ki, bu bütün qanunlra ziddir, stulları düzün və burda yatın. Yazı stolunun birtərəfində beş stulu o düzdü, qarşı tərəfdə beş stulu da mən düzüb uzandım və poltomuda üstümə saldım və rahatca yatdım.

Səhər ayıldıq, və o məni bir kabinetə gətirib başqa müstəntiqə həvalə etdi. Bizim milislər onların işinə qarışmırdılar,yəni qarışmağa cürət etmirdilər, hətta milis idarəsinin rəisi belə heç bir səlahiyyətə malik deyildi.

Mənə nə qədər sual verdilər, nə qədər sualı təkrar-təkrar verdilər bunları hesablamaq qeyri mümkün idi. Səhər yeməyi yemədən mən bir neçə müstəntiqin təxminən minə qədər sualına cavab verməli oldum. Onlar məni əsəbləşdirib,normal halımdan çüxartmağa çalışsalarda, mən onların bu hiyləsinə cavab olaraq, səbr və təmkinlə onların Xalq Cəbhəsi haqda fikirlərini alt-üst edirdim.Bir Ukraynalı müstəntiqin isə mən danışdıqca necə qürur hissi keçirdiyini, lakin bunu büruzə verməmək üçün yalandan əsəbləşməyini və əlini stola çırpıb ukrayna dilində nəsə deməyi heç yadımdan çıxmır.

Günortaya yaxın, mən həbs olunanda bizdə olan qardaşım Xəyalin vasitəsi ilə xəbər tutmuş, Namizəd Səfərov (vəkil), Həsən Kərimov( hal-hazırda AXCP-məclis sədri) və Fəzail Ağamalı( deputat) gəldilər.Mən onlara təcili buranı tərk rtməyi məsləhət bildim.Çünki bu məsələni bir azda böyüdə bilərdi.Həsən Kərimov milis rəisinə dediki bilirsən də bu kimdi, bu bəy olmasaydı səni çoxdan cinayətkarlar məhf eliyərdi, çünki o qədər haqsız iş görmüsünüz ki,ara qarışanda adamın ayağına düşüb yalvarırsınız.

Rus müstəntiqləri ilə işləyən bir yerli mayor rütbəli milis işçisi var idi Nazim ismayılov, onu əvvələr də tanıyırdım. Bir neçə ay qabaq cəbhə üzvləri bir neçə cinayətkarı tutub qərərgaha gətirmişdilər, mən onda milis şöbəsinə zəng etdim ki, bir nümayəndə gəlsin, onda bu milis gəlmişdi.

O, xeyli rus müstəntiqlərini başa saldı, nəyisə izah etdi.Sonra ispolkom Əli Mamedov gəlib onlara hətda hədiyyə də gətirmişdi Xeyli izahat verdi

Axşam saat doqquza yaxın məni azad etdilər və mən bunun bir hiylə olduğunu bildim.Mən səhərdən izlənməli, kimlərlə görüşüb, nə addımlar atacağımş müəyyənləşdirib, faktlar toplayıb həbs etsinlər.

Mən gecə ikən təqiblərdən qurtulmaq üçün və digər yoldaşlarında həyatına təhlükə törənməsin deyə, həyat yoldaşım, siyasi mübarizələrdə keçən həyatımın yoldaşı,fədəkar insan Zərnişan xanımla və qırxı təzə çıxmış qızım Gövhərtacla birlikdə Sumqayıt şəhərinə yerləşdik.



*******

Siyasi mübarizə isə davam edirdi,Cəbhənin daxilində süni yaradılmış bu radikal –demokrat qarşıdurması fövqəladə vəziyətdən, komendat rejimindəndə daha əzabverici idi. Qarşılıqlı ittihamlar kulminasiya həddinə gəlib çatmışdı. Həqiqətən Cəbhə daxilinə salınmış peşəkar KQB agenlərinin fəaliyyəti ilə qızışdırılan bu konflikt, bəzilərinin sayıqsızlığı,sayəsində o, zaman üçün ən təhlükəli, təşkilta ən ağır zərbə vuran bir fəaliyətə çevrilmişdi. İndi bunu açıqlaya bilərəm ki, burda millətçi türklərə qarşı, bir ayrı seçkilikdə öz rolunu oynayırdı.,

Belə mənasız mübarızənın əhmiyyətsizliyinin dərk edərək, müstəqil partiya yaratmaq ideyası yarandı.

1990- cı ilin yayında artıq bu istiqamətdə işləməyə başladım.



********

Gözlərimin qarşısında bir mavi dəniz dalğalanırdı, bu Rus imepriyasını darmadağın edən, SSRİ-ni lərzəyə salan TÜRK milləti idi.. Türk atlarının kiışnərtisindən əsrlərdir özünə gəlməyən Avropa və bu gündə Türk millətini Avropa birliyinə yaxın qoymur. TÜRK BİRLİYİ YARADILMALIDIR.

Bütün türk dövlətlərinin birliyi. Düşmənlərimizin bütün cəhdlərinə baxmayaraq, içimizə salınmış xarici güclərə arxalanan speratçılara aman vermədən bütün türk dövlətlərinin iqtisadi, mənəvi birliyinə nail olmaq lazımdır.

**********

Bozqurd müəsisəsi 1990-cı il noyabrında bizim səkkiz ay sərasər çalışmağımzın nəticəsində yarandı. Biz möhür aldıq, bankda hesab açdıq. Və düz Azadlıq meydanının yüz metrliyində azadlıq prospektində ofis yeri kiraladıq. Heç kimdə şübhə yaratmadan , fövqəladə vəziyyətdə, komendat saatının tədbiq edildiyi bir vəziyyətdə türk millətçi təşkilatlnı yaradırdıq

.Fabrikdən alınmış malları ofisin girəcəyinə qəsdən yığmışdıq ki, bura gəlib gedən kənar şəxslər belə bizim əsas fəaliyyətimizdən xəbər tuta builməzdi.Bizdən əlli metr aralı sarı rus kücükləri tankın yanında nəzarət məntəqəsində gecə-gündüz keşik çəkirdilər.Təşkilatın bütün üzvləri müəssisənin işçiləri idi. Əvvəllər Xalq cəbhəsində siyasi təcrübə keçmiş bəylər belə şəraitdə heç bir əlavə izahat verilmədən sərbəst işləyirdilər.Təşkilatın iclasları hər altıncı gün saat on birdə başlayırdı. Əsas mənim adətən gecələr və iş yerində yazdığım məramnamənin bəndlərinin müzakirəsi idi.



*********



Mən Türk milləti haqda olan yazılardan Türkçülük haqda olan bilgiləri çeçməli,Türkçülük haqda olan bilgiləri sistemləşdirib Millətçiliyə,Millətçiliyi isə siyasiləşdirib, ona təşkilatı forma verib, ictimai –siyasi proseslərin hərəkətverici qüvvəsinə çevirməli idim.

Tarix boyu Türklərin bəşəriyyətə verdiyi əvəzsiz töhvələri tarix kitablarında oxuyub qürurlanmaqla kifayətlənmiyib,onu müasir dünyanın siyasəti ilə səsələşən məzmuna salıb onu millətin bu gün ki, milli azadlıq mübarizəsinin mahiyyətinə yeritmək lazım idi.

Millətin cəngavərliyi, qəhrəmanlığı haqda hiss və duyğuları, millətin formalaşmağında istifadə etməklə, dinamik bir millətçi partiyanın fəaliyyət prinsiplərinə çevirmək missiyasını yerinə yeritmək lazım idi.

Göydə Tanrım, yerdə millətim deyib min illər bundan qabaq, Göytürklərin, Hunların Avropaya döğru başladıqları tarixi yürüşlərin əzəməti və ULU Türk Ruhunun bələdçiliyi ilə yola çıxdım.

Mən tək deyildim, arxamda, Metenin, Atilanın,Teymurləngin,Atatürkün və onlarla Türk sərkərdəsinin, minlərlə Türk alim və ziyalısının Müqəddəs Ruhları dayanmışdı.

20-əsrin ən böyük duhaları, Boqurd cəsarətli , Məmməd Əmin Rəsulazadə, Əlibəy Hüseyzadə, Əhməd bəy Ağaoğlu və onlarla türk millətçilərinin ruhu

bizə xeyr-dua verirdi.

*******

Məmməd Əmin Rəsulzadə Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasında misilsiz xidmətləri olan, türkçü, millətçi , Bozqurddur.

********

1991-ci il Azərbaycan xalqının həyatına fövqəladə hadisələrlə zəngin bir il oldu.Rus İmperiyası çökməyə başlamşdı. Həm işğal etdiyi respublikalarda milli oyanış başlamışdı, həm də rusiyanın daxilində millətçilər Rusiyanın müstəqilliyi haqda fikirlər səsləndirməyə başlamışdı.

Azərbaycan Milli Azadlıq hərəkatın qarşısı alınmaz bir qıvvəyə çevrilmişdi.

1991 ci ildə mən Dünyəvi Bozqurd Partiyasının məramnaməsini tezislər şəklində yazıb başa çatdırmış və təşkilat üzvülərinin müzakirəsinə vermişdim.

Türkçülük, millətçilik bütün dövrlərdə ən çətin və təhlükəli bir fəaliyyət olub.Nəinki ermənilər, ruslar, farslar, hətda bizim xalqın nümayəndələri olan etnik qruplarda bu məramlı partiyaların fəaliyyətindən yanlış olaraq özlərinə qarşı təhlükə hiss ediblər.Baxmayaraq ki, bizim doğmalarımız olan bu etnik qruplar, türklər tərəfindən daima sevgi ilə əhatə olunublar, onların öz təşkilatları olub, lakin türklərə aid bir qəzet, partiya yaranan kimi əndişələniblər.Yanlış və min Yanlış.

*******

Türkün millətçiliyi heç bir millətə qarşı yönəlməmişdir,çünki o böyük və əzəmətlidir.Türkün millətçiliyi ona qarşı gələn güclərin qarçısını almaq üçün səfərbərlikdir.

Türkün millətçiliyi saflaşmaqdır, öz məninə qayıdıb güc almaqdır, qüsurlardan təmizlənməkdir, durulmaqdır,inkişaf etməkdir.

********

Azərbaycan xalqı azad olmaq istəyirsə, onun istinad nöqtəsi nə ola bilər?

Kim bu suala cavab verə bilər.Azərbaycanda yaşayan azsaylı xalqlarında , etnik quruplarında bir cavabı ola bilər.

Türklük, Türkçülük, Türk millətçiliyi.

Millətin məğrurluq duğularını oyatmaq üçün tarixdən bizə gələn faktların içərisindən türklüklə əlaqəsi olamayan bir imperatorluq, bir dövlət qurumu, bir ictimai siyasi hadisə ,önəmli bir qəhrəmanlıq dastanı, bir qələbə əfsanəsi varmı?

Yoxrur.

Azərbaycanda türklərlə doğma qardaş kimi yaşayan digər xalqların, etnik qurupların, azsaylı xalqların, türklərin bu azadlıq mübarizəsində nə qədər fədakarlıqla iştirak etdiyinin mən şahidi olmuşam, Onların ziyalıları dəqiq bilirdilər ki, Azərbaycan Türkü öz azadlığına qovuşmaq üçün mübarizəyə qalxmasa, digərləri heç bir fəaliyyətdə buluna bilməzlər.Indinin özündə də Azərbaycan xalqının əsasını təşkil edən Azərbaycan Türkləri həm ərazilərimizi düçməndən azad etmək üşün digər etnik qruplar və az saylı xalqlarla çiyin-çiyinə mübarizə aparırlar.

Xarici düşmənlər, əsas farslar Türk millətçiliyindən ona görə qorxullar ki, İran dövləti Türk dövləti olmaqla orada otuz milyon Türk yaşayır və tezliklə onlar öz dövlətlərini qurub bizimlə birgə Büöv Azərbaycan dövlətini yaradacağıq.

Rusiya Türk millətçiliyindən qorxur, çünki,ərazilərimizi işğal etməkdə ermənilərlə bilavəstə iştirak edib, və indi də torpaqlarımızın işğalda qalmasına şərait yaradır.Bizi nəzarətdə saxlamaq, Müstəqill inkişafımıza mane olmaqla bizim Cənubi Azərbaycanla birləşib qüdrətli dövlət yaradıb Türkiyə ilə konfedarativ dövlət qurmağımızın qarşısını alır.

Ermənilərin yuxusuna ərşə çəkən türk xofu o qədər güclüdür ki, Azərbaycanda baş qaldıran istənilən millətçi hərəkat oğru milləti, fürsətgir,satqın, namərd qonşunu vahiməyə salır. Ona görə bütün bu bizim zəifliyimizi özlərinin nəin ki, hərbi doktirinalarının əsas qayəsi, bütün ədəbiyyat, təlim, əxlaq, və təbliğatlarının əsas məramı kimi illərdir, nəsilbə-nəsil tədris edirlər.

Biz isə çox vaxt öz millətçiliyimizdən qürur duymaq əvəzinə, sanki çəkinirik Həmin yuxarıda sadaladığım qonşu dövlətlər, daxilimizdə olan bəzi nümayəndələrindən istifadə etməklə bizim Türlk millətçiliyimizi gözdən salmağa çalışırlar. Lakin özləri “skinxertlər” “dasşnaklar”, və islam korpusu adı ilə din pərdəsi altda, orda yaşayan Türkləri milli ayrıseçkiliyə məruz qoyub kütləvi mənəvi terrora məruz qoyurlar.

Biz millətçi olmaqdan çəkinməməliyik. Hər bir insan mənsub olduğu millətin milli mənəvi dəyərlərini müdafiə etməyə, digər millətlərində mənəvi dəyərlərindən istifadə edib ona hörmət və ehtiram göstərməlidir.

Bəs mən bir Türk millətçisi niyə öz millətimin kültürünü, tarixini, ədəbiyyatını, bütün maddi və mənəvi dəyərlərini sevən də, bundan qürur duyanda, niyə bu bsşqalarına toxunmalıdır. Məgər mən başqalarının öz millətini az və çox sevməsindən bu qədərmi əndişələnirəm ki. onlar da bundan xoflanırlar.

Yox cənablar, Dünyaya hökm edən Türk milləti yüz yerə bölünərək oqədər də qürurlu olmayan bir vəziyyətə gətiriliblər.

Avropanın bütün millətləri öz millətçiliyini artıq dövlət siyasəti halına gətirdiyi halda, biz özünü müdafiə sisiteminin əsas qidaverici faktoru olan millətçiliyi sanki dördüncü və beşici sırada unutmağa başlamışıq.

Dünya hələdə ulu Türk millətinin hökmünün unutmayıb və özlərini sanki qorumaq üçün, bizi müxtəlif üsullarla öz Millətçilik duyğularımızdan kənarlaşdırıblar.

Hər bir millət hansısa dinə etiqad edir.Çox qəribədir ki, Azərbaycan Türklərinin ərazisini bir neçə yerə bölən düşmənlər, dindədə bizi iki yrrə bölüblər.

Hər bir millət etiqad etdiyi dinin tərkibində belə, öz təriqətini yaradaraq öz milli təəsübkeşdiyini qoruyub saxlayıb. Yalnız biz türklərdən başqa. Biz onlarla təriqət yaradıb daha da bölünmüş, və olduqca mürəkkəb hala gəlmişik.

Ermənilər və yəhudilər və onlarla millət var ki, dinə öz ana dillərində etiqad edirlər.Dindarlıq həmin millətlərdə elə millətçilik və dövlətçiliklə birləşdirilərək bir istiqamətdə, millətin azadlığı, dövlətin qüdrətlənməsi, və millətin inkişafına xidmət edir.

Mən çıxış yolu kimi yeganə bir müqəddəs yolu məsləhət bilirəm , bu Türkçülük və millətçilikdir.



******************************************************************

1991- ci ildəki bütün hadisələri təsvir etsəydim, biz əsas məqsəddən kənara çıxar və məqsəd və məramımızı çatdıra bilməzdim, ona görə mən rəsmi qaynaqlarda çap olunmuş bəzi hadisələr xronoloji ardıcıllıqla qeyd edərək, digər hadisələr haqda yazım.











Azərbaycanın istiqlalını birinci olaraq (4 iyun 1918-ci il) məhz Türkiyə tanımış, türk ordusu Azərbaycan Cümhuriyyətinin köməyinə qalxmışdı.

Azərbaycanın üçrəngli bayrağının dövlət rəmzi kimi qəbul olunması - 9 noyabr 1918-ci il, digəri isə yenidən ucalmış bayrağımızın və bərpa olunmuş müstəqilliyimizin ilk dəfə Türkiyə dövləti tərəfindən tanınmasıdır - 9 noyabr 1991-ci il.

Üçrəngli bayrağımız və dövlət müstəqilliyimiz 70 il sonra bərpa olundu. Cümhuriyyətin mavi-qırmızı-yaşıl bayrağı 1988-1989-cu illərdə Azərbaycan xalqının milli özünüdərk və Qarabağ davası üçün çıxdığı meydanda dalğalandı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (o vaxt Ali Sovet) qərarı ilə muxtar respublikanın adından «Sovet Sosialist» sözlərini götürüldü, Azərbaycanın sovet bayrağından imtina edildi və üçrəngli bayraq muxtar respublikanın rəmzi olaraq qəbul olundu. Azərbaycan Ali Sovetinə bayraqla bağlı müraciət edildi.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq üçrəncli bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi.

Heç təsadüfi deyildi ki, Azərbaycanın ikinci dəfə elan etdiyi müstəqilliyini də hamıdan öncə məhz Türkiyə Cümhuriyyəti tanıdı.



1991-ci il noyabrın 9-da Türkiyə hökumətinin iclasında Azərbaycanın müstəqilliyinin tanınması barədə qərar qəbul olundu.



O vaxt Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən (18 oktyabr) 22 gün keçmişdi və Azərbaycan xalqı, təbii ki, bu müstəqilliyə ilk dəstəyin Türkiyədən gələcəyini gözləyirdi.



Beləcə noyabrın 9-u Türkiyənin baş naziri Məsud Yılmaz Azərbaycanın baş naziri Həsən Həsənova zəng edərək bu xəbəri ona çatdırdı. Azərbaycanın müstəqillik faktı beynəlxalq müstəviyə çıxdı.



Qeyd etmək lazımdır ki, Türkiyənin hələ SSRİ-nin de-yure mövcud olduğu bir şəraitdə Azərbaycanın dövlət müstəqilliyini tanınması o dövr üçün cəsarətli addım idi. Təkcə ona görə yox ki, o vaxt hələ SSRİ formal şəkildə mövcud idi və Moskva (SSRİ XİN) Ankaranın bu niyyətinə etiraz notası vermişdi. Həm də ona görə ki, Türkiyənin təşəbbüsü onun NATO-dakı əsas tərəfdaşı olan ABŞ tərəfindən də təqdir edilməmişdi.



Hətta ABŞ-ın Ankaradakı böyükelçisi Türkiyə rəhbərliyinə müraciət edərək onu SSRİ respublikalarını tanımaqda tələsməməyə çağırmışdı. O vaxt Vaşinqton Moskva ilə SSRİ-nin nüvə arsenalının aqibəti ilə bağlı gərgin danışıqlar aparırdı və NATO üzvü kimi Türkiyənin "tələsik" addımı bu müzakirələr üçün arzuolunmaz fon idi.



Lakin buna rəğmən Türkiyə öz qardaşlıq missiyasını yerinə yetirdi. Bununla da MDB məkanında (Baltikyanı ölkələri çıxmaqla) birinci olaraq məhz Azərbaycan xarici dövlət tərəfindən tanındı.



Türkiyə sonrakı müddətdə də Azərbaycanla münasibətlərdə birinci olmaq şansını heç bir ölkəyə güzəştə getmədi. 1992-ci il yanvarın 14-də Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalandı. Bu, müstəqil Azərbaycanın beynəlxalq müstəvidə diplomatik münasibətlərə dair imza atdığı ilk sənəd idi. Bu faktın gerçəkləşməsi də həmin dövrdə Türkiyə dövlətinin apardığı çevik diplomatiyanın nəticəsi idi.



Türkiyə hökuməti Azərbaycanla diplomatik münasibətlər barədə prinsipial qərarını 1992-ci il dekabrın sonunda qəbul etmişdi. O vaxt qonşu İran birinci olaraq Azərbaycanda səfirlik açmağa, daha doğrusu, Bakıda hələ SSRİ dövründən fəaliyyət göstərən konsulluğunu səfirliyə çevirməyə tələsirdi. Amma Türkiyə bu əlamətdar (və heç də simvolik olmayan) şansı İrana verə bilməzdi.





Türkiyə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT, BMT, Avropa Şurası, NATO və s. formatlarda Azərbaycana hər zaman birinci əl uzadıb. 1992-ci ilin aprelində Azərbaycanın BMT-dəki (Nyu-York) diplomatik nümayəndəliyi də ilk dövrdə məhz qardaş Türkiyənin daimi nümayəndəliyinin ofisində fəaliyyət göstərmişdi. Həmçinin Azərbaycanın xaricdəki ilk səfirliyi də 1992-ci ilin avqustunda Türkiyənin paytaxtı Ankarada açılmışdı.



Ən maraqlısı odur ki, hadisələrin sürətlə cərəyan etdiyi bir vaxtda Türkiyənin Azərbaycan səfiri təyin etdiyi Altan Karamanoğlu yıxılıb ayağını sındırmışdı.



Bu axırıncı faktı diqqəttə saxlayın, çünki mən sonra bu hadisəyə qayldacam.Mən Altan Karamanoğlu ilə elə o vəziyyətdə dörd saata yaxın dartışmışıq.



Türk Dünyəvi Bozqurd Partiyasının rəsmi olaraq elan edilməsi də, 1991-ci ilin 18-zi oktyabra düşdü.



***********

Türk Dünyəvi Bozqurd Partiyasının bəyanatı



Dünyəvi Bozqurd Partiyası Proqram Nizamnaməsinin ilkin layihəsi təşəbbüs qrupu tərəfindən qəbul olunub.Patiyanın əsas qayəsi aşağıdakılardan ibarətdir:

-Türkə qayıtma, millətçilik.

-Milli özünüdərketmə və milli təfəkkürün formalaşması;

-Milli istiqlal;

-Ümumi türk dünyasının birliyi;

-Mütərəqqi, humanizm və dünyəvilik ideaları.

Dünyəvi Bozqurd Partiyası türk milli-demokratik dövlət quruluşuna əsaslanan, çoxpartiyalılıq, ümumi, bərabər, birbaşa seçki əsasında yaradılmış, parlamentli, hər bir vətəndaşın öz iradəsini sərbəst ifadə edə bilməsini təmin edən, türk-dünyəvi idealarından qidalanan bir respublika yaradılması uğrunda mübarizə aparır.

Dünyəvi Bozqurd Partiyası ana(türk) dilimizi milli varlığımızın ilkin və ən başlıca şərti hesab edərək, ana dilini millətin və dövlətin milli sərvətinə çevrilməsi, milli mənafe duyğusunun hər bir türkün təfəkkür və varlığına hopdurulması istiqamətində fəaliyyət göstərir.

Dünyəvi Bozqurd Partiyası fəaliyyətini türk-islam özülündə deyil türk-dünyəvi sintezi üzərində quraraq, milli ruhumuza,tariximizə, kökümüzə və milli ənənələrimizə uyğun olan beynəlmiləlçilik, humanizm və digər mütərəqqi idealardan qidalanır.

Dünyəvi Bozqurd Partiyası mübarizəsində “Hər şey türk milləti üçün, türkə doğru və türkə görə” prinsiplərinə əsaslanmaqda, millətçiliyi hər bir fərdin öz millətini müqəddəs hesab edərək onun adını ucaltması ilə bərabər, digər millətlərin milli hislərinə hörmət bəsləməsi mənasında qəbul edir.

Dünyəvi Bozqurd Partiyası ardıcıl radikallıq müxalifət mövqeyində cəmiyyətin siyasi həyatında ən fəal şəkildə iştirak etmək əzmindədir.









Dünyəvi Bozqurd Partiyasının

Təşkilat mərkəzi ; Şakir Ulubəyli



“Aydınlıq” qəzeti 18-zi oktyabr 1991-ci il



***********

Bu bəyanatı indi yenidən yazanda bir daha əvvəlki həyacanı yaşadım.Fövqəladə vəziyyətdə düşmən top-tüfənglə qapımızın ağzın kəsdirərkən bu bəyanat çap olunmuşdu. Sonralar AzTv-nin sədri olan Babək Hüseynoğlu ilə Məhşur jurnalist Mahal İsmayıloğlu kimi cəsarətli Türk millətsevərlərin köməyi ilə bəyanat çap olundu və bununlada Bozqurd artıq siyasət arenasına qədəm qoydu və cəmiyyətdə yaranmış xofu yumşaltdı.

Partiyaya rəsmi olaraq üzv yazılmağa başlandı Təbii ki. yalnız tanıdığmız və inandığımız adamlar vasitəsi ilə.Qadınlar da partiyaya üzv yazılmağa özlərində cəsarət tapırdılar. Türkiyədə yaxın qohumları olan millətçi xanımlardan biri Tahirə xanım bu yaxinlarda qohumlarının göndərdiyi dəvətnamə əsasında qardaş dövlətə gedəcəyi xəbəri bizi çox sevindirdi. Biz ona Türkiyədə ki, millətçilərlə görüşməyi xahiş etdik. Bi aydan sonra Tahirə xanım Türkiyədən qayıtdı və bizə çox qiymətli bir hədiyyə gətirdi. Millətçi Hərəkat partiyasının başqanı Alp Arslan Türkeşin öz əli ilə bizə yazılmış fotosu idi.

Çox sevgili Azerbaycanlı kardeşlerimize ülvi sayqılar. Türkeş. 4 ekim, 1991

*****

Müstəqilliyə doğru bu qədər qətiyyətli addımlar atan Azərbaycan xalqı, qarşıda onu, can verən Sovet imperiyası, İranın molla rejimi, və Türk düşməni ermənilərin nələr hazırladığından xəbərsiz idi.

-Rus milləti nə qədər düzgün, ləyaqətli,səmimi, mehriban,savadlı və yüz illərlə

azərbaycanlılarla dost münasibətindədirsə,Rus dövləti imperiya xislətli, məkrli, və xəyanətkardır. Bu şər imperiyası Azərbaycan dövlətinin düşmənidir, onun müstəqilliyinin əlehinədir,və bizi daima nəzarətdə saxlamaq üçün Qarabağı və onun ətrafında olan rayonları işğal edib.

Ərazimizi erməni adı ilə Rus dövləti işğal edib və biz bunu dünyaya ictimayyətinə, beynəlxaq təşkilatlara bəyan etməsək, illərlə bu problem oz həllini tapmayacaq.

Şər imperiyası oıan Rusiya nəinki, qonşu millət və xalqları eləcədə Rus millətini öz çirkin siyasətinin qurbanına çevirib, dünyanin ən zəngin təbii sərvətlərə malik olmasına baxmayaraq, miskin bir həyat yaşamağa məcbur edir.Dünyada eləcədə Rusiyada çoxlu insan itkisi ilə müşahidə olunan terror hadisələrinin hamısında Rusiya xüsusi xidmət orqnlarını əli var.

Fars rejimi haqda bundan daha dəhşətli faktlar yazmaq olardı, lakin biz şikayətlənməkdənsə, millətçiliyimizə güvənib hər iki imperiyanı diz çökdürməliyik.Buna bizim gücümüz çatar.

Erməni daşnakları, əzəli Türk torpağı olan ermənistandan bütün türkləri genosidə uğradıb doğma evlərindən didərgin etdilər.İlk türk qaçqınları ermənistandan Bakıya pənah gətirəndə, Səabail rayinu icra komitəsinin sədri Əli Mamedovla,qaçınlarla məşğul olan şöbənin müdiri Bəyverdi doğmalıqla onların məskunlaşmağına yardım edirdilər.

1991-ci ilin iyirmisi noyabrda Azərnbaycan hökümətinin üzvülərinin Qarabağ ərazisində, Xocavənd səmasında terrora yğradılması, Azərbaycan xalqına qarşı bu günə qədər törədilmiş ən böyük cinayət idi. Sovet-erməni xüsusi terror təşkilatı tərəfindən törədilən bu cinayət, TÜRK DİPLOMATLARINA VƏ HÖKÜNMƏT ÜZVÜLƏRİNƏ QARŞI TÖRƏDİLƏN SİLSİLƏ TEROR HADİSƏLƏRİNİN DAVAMI İDİ.

Hadisə oqədr dəhşətli idi ki, orda şəhid olan dövlət katibi, daxili işlər naziri, baş prokror, prezident aparatının məsul işçiləri, iki general və digər mühüm insanlar demək olar ki, Azərbaycan dövlətində əvəzoluna bilməyən şəxsiyyətlər idi.

Partiyanın bütün işlərində mənimlə çiyin-çiyinə birgə fəaliyyət göstərən Namizəd Səfərovla birgə bir bəyanat hazırladıq.Dövlətimizə qarşı teror törədilmişdi və bundan sonrada nələr olacağı məlum deyildi.

Biz Türk Dünyəvi Bozqurd Pariyası Türkiyənin Prezidenti Süleyman Dəmirəldən Türk qoşunlarının xalqın çox hissəsinin istəyi ilə, Azərbaycan ərazisinə daxil olmasını tələb edirdik. Bəyanatı Türk səfirinə çatdırmaq üçün o vaxt Azneft deyilən əraziyə yaxın dəniz kənarında Köhnə İnturist deyilən binada yerləşən Türk səfirliyinə getdik.

Ən maraqlısı odur ki, hadisələrin sürətlə cərəyan etdiyi bir vaxtda Türkiyənin Azərbaycana səfiri təyin etdiyi Altan Karamanoğlu yıxılıb ayağını sındırmışdı.

Mən həmin binada Altan Karamanoğlunu görmüyənə qədər bunun yalan olduğunu güman edirdim. Səfirin müavini bizi qarşıladı və dediki;

- səfir ayağını zədələyib. Mən sizi qəbul edə bilərəm.

- Mən təkidlə səfirlə görüşmək istədiyimizi təlb etdim.

Mən inanmırdım səfir ayağını sındırıb.Fikirləşdim ki. Azərbaycanda ictimai siyasvə hərbi vəziyyət gərgindir, səfirlə görüşmək istiyənlərin sayı çoxdu, ona gürə bizi qəbul etmək istəmir.

Bir saat keçəndən sonra müavin çox nəzakətlə, bir daha bizi qəbul edə biləcəyini, səfirin çox gec və ya heç gələ bilməyəcəyini bildirdi.

-Mən isə. Biz lazım olan qədər güzləyə bilərik,- dedim.

Namizəd bəy bir neçə dəfə mənə,-gəl səfirin müavini ilə görüşək, fikrimizi deyək, bəyanatımızı verək, əgər lazım olarsa sonra yenə gələrik,- deyə məsləhətlər versədə xeyri olmadı.

Üç saatdan sonra köməkçi Altan Karamanoğlunun bizi qəbul edə biləcəyini söylədi.

Biz geniş bir otağa daxil olduq və səfirin həqiqətən ayağının yarıya qədər gibsdə olduğunu gördüm və onu narahat etdiyimə görə üzürxahlıq etsəmdə, dövlətin müqəddaratının bizim bütün duyğularımızın fövqündə dayandığını qəbul etdiyim üçün narahatlığım sovuşub getdi.

Bizim kim olduğumuzu, nə məqsədlə görüşə bu qədər təkid etdiyimizi izah edəndən sonra özü də etiraf etdiki bu məsələ həqiqətən çox ciddi məsələdir.

Türkiyə dövləti, 1918-ci ildə olduğu kimi, xalqın tələbi ilə, ordusunu Azərbaycan xalqını qorumaq, onun müstəqilliyinə qovuşdurmaq üçün Azərbaycanın ərazisinə daxil olmalıdır.

O,bizə deynəlxaq siyasətdən və hüquqdan, dövlətlər arası münasibətlərdən, müqavilələrdən,Türkiyənin götürdüyü öhdəliklərdən uzun-uzadı danışdı.

Mən darıxmağa başladım.

-Əfəndim burda bir milləti məhv edirlər sizin gözlərininzin qarşısında, onun torpaqlarını işğal edirlər, dövlət rəhbəırlərini terrora məruz qoyurlar siz isə beynəlxalq hüquqdan danışırsınız. Məgər bütün bunları dünya görmürmü.

Həmin anda mən bəlkədə millətimi qorumaq üçün dünyanın bütün qanularını pozmağa belə hazır idim.

- Türk ordusu Azərbaycan girə bilməz, deyib bunun hüquqi aspektəlini izah etməyə çalışanda,- mən ayağa qalxıb,-

- Sizrən xahişmiz budur ki, Türk dünyəvi Bozqurd Partiyasının bəyənatını, Türkiyənin prezidenti sayın Süleyman Dəmirələ çatdırasınız.

O, bunu hökmən prezidentə çatdıracağına söz verdi,və bizimlə görüşdən məmnunluq hissi keçidiyini dilə gətirdi.

Mən Namizəd bəylə binadan çıxıb elə binanın önündə mübahisəyə başladıq. O, da hüquqşunas olduğundan, səfirin türkcə dediklərinin azərbaycan variantını danışmağa başladı.Mən səbrlə onun da dediklərinə qulaq asdım.

- Namizəd bəy mən səfirin də, sənin də dediklərininzi qəbul edirəm.Lakin səndə məni başa düş. Mən başa düşürəm ki,ordu elə mən deyən kimi bura gəlməyəcək.Danışdığımız şəxs Türk Cümhuriyyətinin Azərbaycandakı elçisidir. Özüdə təzə gəlib bura, oqədər də məlumatlı deyil.Əvəla belə bir adla partiyanın yaradılması və Türk səfiri ilə görüşməsinin özü fövqəladə bir hadisədir.Nəunki burda Türk millətçiliyinin, hətda burda azadlıq rəmzi olan Bozqurdun olması, və Türk ordusunun Azərbaycana girməsini təkid etməsi,Türk səfirinin fəaliyyətinin istiqamətlərinin müəyyənləşdirilməsində boyük əhmiyyət daşıyır.

Türk səfirliyi vasitəsi ilə məlumatlar alan Türk höküməti də Azərbaycanla münasibətlərində bu detalalrdan istifadə edərək daha fəal siyasət yeridəcək.

Biz səninlə belə də böyük bir iş görmədik, lakin biz səfirn Azərbaycan haqqında olan təsəvvürlərinə dəyişiklik, yeniulik gətirdik.O,bildi ki, 70-il kommunist əsarətində qalsada Türk olduğunu,Türkiyə dövlətinin 1918-ci ildə Azərbaycan Demokratik Cümhüriyyətinin qurulmasında Nuru Paıanın vasitəsi ilə Türklərin müstəsna rolunu unutmayıblar.

********



Milətçilik birləşdirici fünkusiyanı yerinə yetirmiyəcəksə deməli o insan bölücüdür və ondan Azərbaycan türkləri zərər görəcəklər. Belə insanlar həmin dövrdə də peyda oldular, anlmadıqları işlə məşğul olduqlarından millətə nəin ki. xeyir, böyük ziyanlar vurdular.Biz bu bəyanatı 2010- cu ilin mayında hazırlamışıq.1991-ci ildə də bəziləri bu bəyanatda qeyd olunduğu kimi bu cür fəaliyyət də bulundular, və əmin idim ki, vaxt gələcək kimin –kim olduğu təbii yolla aydınlaşacaq.



*************

Dünyəvi Bozqurd Partiyasının bəyanatı.



Bozqurd adı ilə fəaliyyət göstərmiş bəzi təşkilatlar, millətçilik. türkçülük və bozqurdçuluğun mahiyətini düzgün anlamamaq səbəbindən təbliğatlarını düzgün qurmamış və cəmiyyətdə bu ideyaya qarşı anlaşılmaz münasibətlərin yaranmasına şərait yaratmışlar.

Türk millətinin azadlıq,xilas və qurtuluş rəmzi olan Bozqurd anlamı bəzi həmvətənlərimiz tərəfindən düzgün qarşılanmamışdır.

Biz Azərbaycan Respublikasında bu ad və amalla yaradılmış ilk siyasi partiya kimi, dövlətçilik mövqeyində dayanmaqla, daima barışçı, mərkəzçi və marifləndiriçi yöndə fəaliyyət göstərmiş, və Azərbaycan Respublikası ərazisində yaşayan, milli azlıqları, etnik qrupları,digər millət nümayəndələrini öz xalqımızın tərkib hissəsi kimi qəbul etmiş,öz millətimizin milli varlığına hörmət bəslədiyimiz kimi digər millətlərində milli duyğularına sayqı ilə yanaşmışıq.

1990- cı ildən bu missiyanı öz üzərinə götürmüş Dünyəvi Bozqurd Partiyası 1993-cü ildə yanvarın 13 də rəsmi dövlət qeydiyatından keçmiş,1993-cü ildə ikinci qurulatayını keçirmişdir. Fəaliyyəti dövründə şəxsləri, liderləri deyil, Azərbaycan dövlətçiliyinin qorunması amalı ilə çalışmışdır.

Biz siyasətdə milli düşüncənin, milli təfəkkürün, Azərbaycan xalqının tərkib hissəsi olan digər milli qurumların heysiyatına toxunmadan dövlətçilik siyasətinə çevrilməsinə çalışmışıq.

Dövlətçiliyimizə, ərazimizə düşmən kəsilmiş və bizi yaşamaq imkanından məhrum edənlərə qarşı mübarizə aparmışıq. Dostumuzun yanında, düşmənlərin önündə olmuşuq.

Özünü millətçi adlandıran bəzi təşkilatlara bəyan edirəm! Ulu Türk millətinin ən müqəddəs duyğuları ilə oynamağınız yetər,apara bilmədiyiniz siyasi fəaliyyətin uğursuz sonluğundan nəticə çıxardın,Türk milli təfəkkür sisteminin ali ideyalarından xəbərsiz, bu müqəddəs niyyətin mahiyyətini anlamadan bu istiqmətdə naşı siyasət qurmaq zərərlidir..

Siyasət arenasını rinqlə səhf salmış, siyasi münasibətləri hiss və duyğuların təsiri ilə formalaşdırmış, milli siyasət kimi incə bir mahiyəti radikallıqla, qəzəblə cəmiyyətə təbliq etmək Azərbaycan Türklərinə heç vaxt xeyir gətirməmişdir.

Milli inanclar üzərində yaradılmış

partiya məramnaməsini- milli düşüncəyə,

millətçilik fəlsəfəsini- siyasi müstəviyə,

milli siyasəti-dövlət siyasətinə

gətirməyi qarşısına məqsəd qoyan Dünyəvi Bozqurd Partiyası yalnız siyasi fəaliyyətlə, partiya təşkilatı formasında, Azərbaycan Respublikasının qanunları çərçivəsində fəaliyyət göstərməyi məqbul sayır.

Ən müqəddəs vəzifəmiz Azərbaycan dövlətçiliyini qorumaq, ona xidmət edənləri müdafiə etmək olmalıdır.



Azərbaycan Dünyəvi (Bozqurd) Partiyasının sədri: Şakir Ulubəyli.

Tel: (994 50) 622 30 42 bozqurd.sh@mail.ru

www.shakirulubey.azersayt.com





**********

Millətçilik dünyagörüşdür və milli təfəkkür sistemidir.

Burda lider dəyərlərdir, minillik yaddaş, tarixdən süzülüb gələn zəka işığıdır.

Türk millətinin mənəvi dəəyərlərini, dövlətçilik ənələlərini, ictimai şüurunu,bədii təfəkkürünü, əxlaqını. qəhrəmanıq səlnamçəsini zənginləşdirmiş elə şəxsiyyətlər var ki, həm onların ərməğan qoyub getdiyi inciləri qorumalıyıq, həm də onların xatirəsini.

Azərbaycan Türklərinin tarixində çox belə şəxsiyyətlər var. Lakin təəssüflər olsun ki, biz müxtəlif quruplara bölünüb, bir təşkilatın lider, dahi, milət atası hesab etdiyı tarixi şəxsiyyəti, digərləri qəbul etmir..

Biz Azərbaycan türklərinin bütün dühalarının yaratdıqlarını bir yerə toplayıb milli mənəvi dəyərlər kimi dövlət səviyyəsində qorusaq, və hər kəsin yaratdığığına hörmətlə yanaşsaq, millət naminə bir –birimizə güzəşdə getsək bu ziddiyətlər gələcək nəslə keçməz və onlarda bu konfliktlər məngənəsində idrak enejilərini boşuna israf etməzdilər. Bütün toplumlarda olduğu kimi, millət yaranma prosesinin təzahürləri kimi xalqlar bu yolu keçmişlər.Lakin bizim qədər uzun bir zaman sərf edən ikinci bir millət də təsəvvürə gətirmək olmaz.

Sanki Azərbaycan Türklərini Türkiyədən, Türk milliyindən qoparıb atmaq istəyirlər ki. onu məhf etsinlər.Adımıza nə deyiblər, tatar,azəri, azərbaycanlı,gürcüstan azərbaycnlısı, ermənistanlı azərbacanlısı, azəri türkü,iranlı, sanki elə belə olmalıdır, deyib qəbul eləmişik.

Bu gün sayı əlli milyonu ötən Müstəqill dövləti olan bir millətik ki, bir olmaq üçün çalışsaqda hələdə bir ola bilmirik.

Mən tarixin qaranlıq səhifələrini araşdırmağı qarşıma məqsəd qoymadığım üçün bəzi tarixi hadisələri qeyd etməyi lazım bilirəm.

Babək türk idi , Türk millətçisi idi. Və Bozqurd idi.

AZƏRBAYCAN dövlətinin bir hissəsinin ərəb işğalçılarından qorumaq üçün 27-il bədəvi ərəblərlə mübarizə apardı.Mənim millətdaşım haqda yüz fars nadanı, əlli ərəb çızmaqaraçısı Babək haqda hədyanlar yazsada bu bizi bir daha Babəkin qəhrəmanığının böyülüyünə inandırmalıdır və biz bu qəhrəmanlıq, azadlıq cəngavərinin əfsanələrlə dolu həyatını təbliq etməli və millət arxivinin ən dəyərli yerində qorumalıyıq.

Mən Babəki misal çəkməklə onun güya islama qarşı vuruşduğunu iddia edənlərə cavabım dı ki, vətənin işğal olunursa bu ideyanın hansı olmasından asılı olmayaraq sən mübarizə aparmalısan.Necə ki, 1920-ci ildə bolşeviklər kommunizm ideiologiyasını əldə bayraq tutub bizi işğal etdilər.

İslam millət tanımır və dinə etiqad edənlər hamısı müsəlmandır.Burda bir sual ortaya çıxır,dinin mərkəzi olan ərəblər bəs niyə bu günə qədər öz milliyətlərini qoruyub saxladılar, bəs farsalr niyə, ən qatı dindar ola-ola fars şovinizmini , bir dövlətin tərkibində yaşayan türklərə qarşı tətbiq edirlər. Ərazimizi işğal etmiş ermənilərlə dodaq-dodağa öpüşənlər müsəlmançılığı nə tez unutdular.

Bəs biz Azərbaycan türkləri, dinə etiqad etməklə öz milliyətçiliyimizi edə bilmərikmi.Dindar ola –ola millətçi olmaq olmazmı.

Başqa millətlər kimi dindən öz millətimizin inkişafı naminə istifadə etmək olmazmı.

Özünü türk hesab edən hər bir dindar bütün təriqət fərqlərinin bir kənara qoyub,türk qardaşı ilə bir millətə mənsub olduğunu bilməlidir. ƏVVƏL MİLLLƏTDİR.

Allah insanı yaradanda onu birinci hansı millətə mənsub olduğunu məlum etdi, hansı dinə mənsub olmanı isə insanın öz seçiminə buraxdı.Dindarlıq bizim milli duyğularımıza ikiqat qüvvət verib bizi daha da möhkəm birləşdirməlidir.

**********

O GÜN Kİ, BİZ HANSI MİLLƏTƏ MƏNSUB OLDUĞUMUZU UNUTDUQ HƏMİN GÜNDƏN FACİƏLƏRİMİZ BAŞLANDI.

******

Bir anlıq düşün Azərbaycan türkü!

Nə üçün sənin milliyətinin kimliyi qeyri millətlər üçün bu qədər önəm daşıyır.?

Niyə alman özünə Alman, Fransız özünə Fransız, ərəb özünə ərəb, fars özünə fars, erməni özünə erməni deyə bilər biz niyə özümüzəı TÜRK DEYƏ BİLMƏRİK? NİYƏ?

Niyə biz ağzımızda olan bal kimi dilimizə Türk dili deyə bilmərik.?Niyə?

Biz kiminsə hətda sayları yüz min nəfərə çatan bir azsaylı xalqında öz milli mənsubiyətinə hörmətlə yanaşır, onun öz milliyəti ilə fəxr etməsindən qürur duyuruq.

Biz Türkük, Millətimiz Türk millətidir, dilimiz türk dilidir,heç kim bizim milli hissilərimizə qarşı çıxa bilməz və heş kim bizim milli ləyaqətimizlə oynaya bilməz.

Biz zaman –zaman bizi parçalamğa çalışan düşmənlərin bizə qarşı yeritdiyi məkrli siyasəti darmadağın etməliyik.



*Bunlardan birincisi dində olan təriqət fərqləridir ki,bir insanın türk olmağı kifayətdir ki. sən onu qardaş kimi qəbul edəsən.



* Sonra bəzi ideolji fərqlərdir ki,eyni bir millətin ,türk millətinin dahilərini qarşı qarşıya qoyub, onların fərqli fikirlərini əldə əsas tutub, iki cəbhəyə bölüb, bir –birinə qarşı mübarizəyə sövq edirlər.Tarix boyu elə hadisələr olub ki, bir hökmüdarın səhfi üzündən, düşmən dövlətlərin təhriki və riyakar siyasəti ilə iki türk hökmüdarı, Şah İsmayıl Xətai ilə Sultan Səlim müharibə ediblər.

Bugün yalnız düşmənlərin iyrənc siyasətinin davamı olar ki. həmin müharibənin acı nəticələri üstündə siyasət qurub iki yerə bölünüb bir- birinə qara yaxasan.Kim bu cür təbliğatadan istifadə edib,Türk millətini parçalıyırsa bilin ki, bu adam türk düşmənidir.

Biz şüurumuzda,yaddaşımızda,tariximizdə qara ləkələri silib atmasaq biz Millət ola bilməyəcək, başqa millətlərin əsarətində məhf olub gedəcəyik.

Biz rus milllətinin, Pyotrun vəsiyətləri deyilən konsepsiyadan az-şox xəbərimiz var.Bəs bizim Fars şovinistlərinin gizli doktrinalarından xəbərimiz varmı?

Erməınilərin bizi məhf etmək planlarından, digər Avropa millətlərinin erməni daşnakizminə yardım etməklə Ümumi Türk dünyasına qurduğu məkrli siyasətdən xəbərimiz varmı? Müsəlman olduğumuz üşün, müsəlman dünyasının inkişafınıı əngəlləmək üçün hansı iyrənc siyasət hazırlandığından xəbərimiz yoxdur.

Üstümüzə gələn bu qədər gücün qabağında biz müxtəlif quruplara bölünüb bi-birimizi qırmağımız yetməzmi.?

1918-ci ildə müstəqil Azərbaycan Demokratik Cümhuriyyəti quruldu.1920- ci ildə sovet imperiyası tərəfindən işğal olundu və Cümhuriyət tərəfdarlarını məhf elədilər.Ermənilərin və digər millətlərin əli və ozümüzünkülərin köməyi ilə bütün ziyalı təbəqəsi nəsilliklə məhf edid.

Bəşər boyu heç bir millətə belə bir genosid törədilməmişdi.

Cümhuriyyətin liderləri Məmməd Əmin Rəsulazadə başda olmaqla, Hökümət üzvüləri, türklər, düşmən elan olundu.

1992- Cİ İLDƏ YENİDƏN BİR ƏSRDƏ İKİNCİ DƏFƏ MÜSTƏQİLLİ DÖVLƏT QURMAQ ƏZƏMƏTİNƏ SAHİB OLDU AZƏƏRBAYCAN TÜRKLƏRİ.

Çox qısa bir zamanda eyni ilə əsrin əvvəllərində müstəqilliyə qənim kəsilən ermənilər, rus imperiyası,farz şovinizmi birləşərək Azərbaycan dövlətini dağıtmağa cəhd etdilər.

Mən Əbülfəz Elçibəyin fenomenal bir şəxsiyyət olduğunu birinci bölmədə geniş yazmışdım.İndi bir daha onun dövlətçilik üçün nə qədər möhtəşəm bir insan olduğöunu qeyd edirəm. Dövlətçilik, Əbülfəz Elçibəy üçün onun bir lider kimi, bütün iddialarının fövqündə dayandı.Eyni ilə həmin dövrdə Ali Sovetin sədri İsa Qənbərin, Baş nazir Pənah Hüseynovun, bir amalı var idi. Dövlətçiliyi qoruyub saxlamaq. Buna görə real vəziyəti təhlil edib ən optimal variantı seçmək ,Heydər Əliyevi Naxçıvandab Bakıya dəvət etmək. O, dövr haqda çox kitablar yazılıb, qarşılıqlı ittihamlar edilməklə bəzi faktları öz istədiyi kimi təhlil etməklə, bəzi siyasi hadisələri şəxsi qərəzliklə təqdim etməklə kifayət qədər ,mürəkkəb olan prosesə bir daha anlaşılmazlıq gətiriblər.

Milli istiqlal partiyasının sədri Etibar Məmmədovla, mən Əbülfəz Elşibəyi sona qədər müdafiə eləmişik. Biz hakimiyyətdə təmsil olunmayan qüvvələr, hakimiyyət uğrunda deyil dövlətçiliyimizin qorunması naminə Heydər Əliyevin Azərbaycan hakimiyyətinin ən yüksək postlarının birini tutmasının tərəfdar idik.

Bu gün kimsə həmin dövtdə baş verən hadisələri görmədən, hadisələrin içində iştirak etmədən fikir söyləyirsə onun dəqiqliyinə və mükəmməliyinə inanmayın. Hətda hakimiyəyətdə olan bəylərin çoxu nə baş verdiyini belə anlamq iqtidarında deyildilər.Hadisələri təhlil etmək üçün belə imkanları yox idi. Həqiqətən ictimai siyasi vəziyyt olduqca ağır idi.

Bu hadisələr millət həyatında o qədər də arzu olunan hadisələr olmadığı üçün hər kəs digərini günahlandırmaqla məsələnin əsl mahiyyətinin açılmasın mane olur. Günahkar axtarılır.

Bax mənim bayaqdan demək istədidiyim əsas məsələnin vaxtı gəlib çatdı. Həmin dövrdə Azərbaycan türklərinə müstəqil dövlət qurmağa imkan verməyən , xaricdən məlumatlandırılan daxili düşmənlər səs-səsə verərək, bir türk liderini tərifləyib, digərindən düşmən obrazı yaratmağa cəhd edirdilər.

********

İKİ TÜRK AZMANI, ƏBÜLFƏZ ELÇİBƏY VƏ HEYDƏR ƏLİYEV.

********

Hər ikisi Azərbaycan dövləti üçün canından keçən fədailər.İndi hər ikisi dünyasını dəyişmiş və yerləri cənnət olsun.



Məgər Heydər Əliyev və Əbülfəz Elçibəy bir amal uğrunda mübarizə aparmırdılarmı. Məgər Heydər Əliyevi təbliğ edənlər hökmən Əbülfəz Elçibəyi, təhqir etməli və ya əksinə. Bunu kimlər edir.Bununla biz cəmiyyəti iki yerə bölüb düşmənçilik toxumu səpmirikmi. Məmməd Əmin Rəsulazadə ilə Heydər Əliyevi qarşı-qarşıya qoyanlar, kommunist təbliğatının metodlarından istifadə edərək, Türk millətiniin liderlərini hansı haqla bizimkilər və düşmənlər bölgüsü ilə yarlıkjaşdırırlar.

**********

HEYDƏR ƏLİYEV öz əqli zəkası, fenomenal qabiliyyəti, fövqəladə isteda ilə sovet imperiyasının ən yüksək dövlət postlarını tutmuş,Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətləri olan, əzəmətli TÜRK GENERALIDIR.

********

1918-ci ilə qədər qurulmuş Türk dövlətlərinin baıçılarının sırasına, Məmm Əmin Rəsulzadə, Nəriman Nərimanov,Əbülfəz Elçibəy, Heydər Əliyevi də daxil edib bu dühaların hamısından qürur duymaq olmazmı.

Biz ovaxt millət olacağıq ki, içimizdəki, kiçik hissiləri boğub, bizi bölən parçalyan qara ləkələri yaddaşımızdan silib atıb, daha böyük amallarla yaşayacağıq.

Bir böyük meydanda Atatürkün, Məmməd Əmin Rəsulazadənin,Nəriman Nərimanovun,Əbülfəz Elçi,bəyin və Heydər Əliyevin bir yerdə əl-ələ verib Türk dünyasına xeyir dua verən bir heykəl kompleksini yaradıb,Yeni Azərbaycan, Xalq Cəbhəsi,Musavat,Milli İstiqlal və digər partiyaların üzvülərinin ziyarət yerinə döndərsək onda bir olacaq bir millət olacağıq.

Kim buna mane olur Türklər?





******

Dünyanın bütün mütərəqqi ideyaları, ideologiyaları, fəlsəfələri,təfəkür sistemləri, dünyagörüşləri, təriqətləri, dinləri bizim millətimizin inkişafına ,tərəqqisinə xidmət etməlidir.

Bunun üçün Aərbaycan Türk ziyalısının üzərinə müqəddəs bir vəzifə düşür.

******

Biz Ulu Türk millətinin nüvəsini təşkil edən, fövqəladə zəka sahibləri ,xüsusi bir təfəkkür sisteminə malik, güclü qan yaddaşına sahib, genetik kodun daşıyıcıları olan Azərbaycan Türkləriyik.



Şakir Ulubəyli

Tel: (994 50) 622 30 42 bozqurd.sh@mail.ru

www.shakirulubey.azersayt.com





Ardı var.

Növbəti bölümlər.

1)Türk ziyalısı və siyasət.

2)Azərbaycan türk millətçiliyinin əsasları və Dünyəvi Boqurd Partiyasının məramnaməsi.

Ⅶ3) İsgəndər Böyük və Azərbaycan siyasəti







Yorumlar









Aktif Ziyaretçi 28
Dün Tekil 1787
Bugün Tekil 787
Toplam Tekil 4068708
IP 3.131.13.37






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.001 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu