Keçid dövrü bitdimi? - Kənan Aslanlı - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Keçid dövrü bitdimi? - Kənan Aslanlı
Tarih: 09.06.2010 > Kaç kez okundu? 3343

Paylaş


Son dövrlər Azərbaycanda müxtəlif ekspertlərin və rəsmilərin dilindən tez-tez belə bir iddialı bəyanat eşidirik: “Azərbaycanda keçid dövrü artıq başa çatıb”. Doğurdanmı sosial-iqtisadi həyatımızı təsvir edərkən ən çox istinad etdiyimiz bir nəsnə olan mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan azad bazar iqtisadiyyatına “keçid dövrü” ifadəsini artıq tam rahatlıqla keçmiş zamanda işlətməliyik?

İqtisadi keçid prosesinin Beynəlxalq Valyuta Fondu tərəfindən işlənən və geniş miqyasda qəbul olunan əsas tərkib elementləri bunlardır:

a) Qiymətlərin liberallaşması: bu proses qiymətlərin mühüm əksəriyyətinin azad şəkildə bazar tərəfindən formalaşmasını nəzərdə tutur və qiymətqoymanın strukturu ilə dünya bazarlarında baş verənlər arasında əlaqənin kəsilməsinə səbəb ola biləcək ticarət baryerlərinin minimallaş- dırılması ilə müşayiət olunur.

b) Makroiqtisadi stabilləşmə: burada ilk növbədə keçid dövrünün birinci fazasında yüksələn inflyasiyanın nəzarət altına alınması, dövlət büdcəsi üzərində maliyyə nəzarətinin və intizamının təmin olunması, pul kütləsinin səmərəli idarə olunması, kredit siyasətinin düzgün qurulması, tədiyyə balansının davamlı artımının təmin olunması nəzərdə tutulur.

c) Özəlləşdirmə və müəssisələrin restrukturizasiyası: dövlət mülkiyyətində olan itgi ilə işləyən müəssisələrin tədricən özəlləşdirilməsi, dövlət mülkiyyətində qalan iri müəssisələrin struktu- runun və funksional idarəetmə sisteminin bazar mühitinə uyğunlaşdırılması keçid dövrünün ömrünü qısaltmaq üçün həddən arıq önəm daşıyır.

d) Hüquqi və institusional islahatlar: dövlətin iqtisadiyyatdakı rolu yenidən müəyyən edilməli, qanunun aliliyi təmin edilməli, müvafiq rəqabət siyasəti tətbiq edilməli, bazar infrastrukturu formalaşdırılmalı, yeni maliyyə institutları və qiymətli kağızlar bazarının fəaliyyəti təmin edilməlidir.





Mənbə: Avropa Yenidənqurma və İnkişaf Bankı

Beynəlxalq təcrübə göstərir ki, liberallşma, makroiqtisadi stabillik və kiçik miqyaslı özəlləşdirmə keçid dövrünün birinci fazasında cəld həyata keçirilir. İri miqyaslı özəlləşdirmə, hüquqi və institusional islahatlar isə daha sonrakı mərhələdə həyata keçirilir və əvvəlkinə nisbətən daha çox vaxt tələb edir.

Post-sovet məkanı iqtisadiyyatlarında keçid dövrünün ölçüləbilən yeganə aqqreqasiya edilmiş göstəricisi Avropa Yenidənqurma və İnkişaf Bankının “Keçid indeksi”dir (EBRD Transition Indicatores Scores). Bu indeks üzrə Azərbaycanın 2009-cu il üçün mövqeyi 9 keçid dövrü indikatorundan 6-sı üzrə aşağı qimyətləndirilir. Onu da qeyd edək ki, yuxarıdakı diaqramda Azərbaycanla bağlı konkret keçid prosesi indikatorları üzrə verilən qiymətlər son 5 ildirki stabildir. Dolayısı ilə bu diaqram həm də son 5 ildə keçid dövrü proseslərinin əhəmiyyətli sıçrama olmadan eynitempli getdiyini göstərir. İndeks əsasən iri-miqyaslı özəlləşdirmə, kçik miqyaslı özəlləşdirmə, müəssisələrin cari restrukturizasiyası, qiymətlərin liberallaşdırılması, ticarət və valyuta bazarları sistemi, rəqabət siyasəti, bank islahatları, qeyri-bank maliyyə institutları, infrastruktur islahatları kimi aspektləri qiymətləndirir.

Bankın 2009-cu il üçün olan “Böhran dövründə keçid prosesləri” mövzulu hesabatında Azərbaycanda əmtəə, xidmət , onların dövriyyəsi üçün təkləb olunan valyuta dövriyyəsi, habelə sərmayələrin rahat hərəkətini nəzərdə tutan “cari hesabın dönərliliyi”nin (current account convertibility) sərbəstliyi müsbət qiymətləndirilir. Habelə, faiz dərcələrinin müəyyən olunması mexanizminin liberallığı, valyuta məzənnəsi rejimi, rəqabət mühitini tənzimləməyə çalışan ayrıca institusional strukturun olması, əmanətlərin sığortalanması sisteminin mövcudluğu, kapital adekvatlığı dərəcəsinin (capital adequacy ratio) 8-10%-lik minimal həddən yüksək olması (12%) kimi məqamlarda pozitiv amillər kimi göstərilir. Ancaq eyni zamanda, müəssisələrin müflisləşməsi prosesinin hüquqi prosedurlarının keyfiyyəti, telekommunikasiya və kommunal xidmətlərin tənzimlənməsi səviyyəsi, təhsil və səhiyyə xərclərinin ÜDM-dəki payının cüzi olması, maliyyə və istehsal infrastrukturu ilə bağlı çatışmazlıqlar, torpaqların ticari obyekt olaraq alqı-satqısı ilə bağlı vəziyyət, əmək haqqı siyasəti, özəl pensiya fondlarının olmaması ölkənin keçid prosesinin ləngimə-sinə təsir edən faktorlar kimi vurğulanır.





Mənbə: Statistika Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi



Ancaq təbii ki, hər bir keçid iqtisadiyyatında keçid dövrünün əsas simvolu (hüquqi və institusional islahatlar, makroiqtisadi stabilləşmə və qiymətlərin liberallaşması ilə yanaşı) məhz özəlləşdirmə prosesidir. Azərbaycanda özəlləşdirmədən daxilolmaların artımına qarşılıq və özəlləşdirmədən daxilolmaların ÜDM-də payı ümumən azalma tendensiyası göstərir. 2009-cu ilin sonuna ölkədə fəaliyyət göstərən müəssisələrin cəmi 1.7%-i özəlləşdirmə əsasında yaradılmış səhmdar cəmiyyətlərdir. Ölkə iqtisadiyyatının bir çox aparıcı sektorlarında hələ də özəlləşdirilməsi aparılmayan və indiki vəziyyəti isə heç bir iqtisadi rentabellik vəd etməyən onlarla orta və iri müəssisələr mövcuddur.

Beləliklə, keçid dövrü bəlkə də rəsmi rəqəmlər üzərində bitib; reallıqda, davranışlarda və düşüncələrdə isə o hələ də davam edir. Keçid dövrünün həqiqətən bitdiyini söyləmək üçün Azərbaycanda iri miqyaslı özəlləşdirmə prosesinin yeni mərhələsi başlamalı, qiymətlərin tam liberallaşdırılması həyata keçirilməli, dövlətin sosial-iqtisadi həyatdakı rolu optimallaşdırılmalı, rəqabət mühiti təmin edilməli, vergiyaratma və vergi yolu ilə tənzimləmə mədəniyyəti daha da inkişaf etdirilməlidir.



İstinad edilən bəzi mənbələr:

http://www.ebrd.com/pubs/econo/series/tr.htm

http://www.imf.org/external/pubs/ft/fandd/1999/06/havrylys.htm

http://www.imf.org/external/np/exr/ib/2000/110300.htm

http://www.azstat.org/statinfo/system_nat_accounts/az/001.shtml

http://www.emdk.gov.az/?/az/content/145/







İqtisadçı ekspert

Kənan Aslanlı







Yorumlar









Aktif Ziyaretçi 44
Dün Tekil 1505
Bugün Tekil 1461
Toplam Tekil 4076242
IP 18.217.182.45






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu