Güclü Dövlətin, Böyük Millətin Əsas Dayağı - İnsan Kapitalı - Rauf ƏLİYEV - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Güclü Dövlətin, Böyük Millətin Əsas Dayağı - İnsan Kapitalı - Rauf ƏLİYEV
Tarih: 07.06.2010 > Kaç kez okundu? 2373

Paylaş


Güclü dövlətin, böyük millətin əsas dayağı - insan kapitalı



Bu gün Türkiyə universitetlərindən məzun olan 5 minədək azərbaycanlı gənc bu



kapitalın əsas tərkib hissəsini təşkil edir



Qüdrətli dövlətlərin tarixini araşdırdıqda belə məlum olur ki, onların bu səviyyəyə yüksəlməsində ayrı-ayrı şəxsiyyətlərlə yanaşı, həmin şəxsiyyətlərin ətrafında birləşən xüsusi hazırlığa malik öz işini bilən insanlar da böyük rol oynamışlar. Dövlət idarəçilik sisteminin şaxələndiyi, müəyyən mənada mürəkkəbləşdiyi, bununla bərabər idarə olunan kütlənin tələblərinin kifayət qədər artdığı bir dövrdə kadr amili daha qabarıq şəkildə nəzərə çarpır. Ona görə də dünyada və regionda söz sahibi olmaq istəyən hər bir dövlət daxili imkanlarını səfərbər etmək naminə ilk öncə insan kapitalına ciddi diqqət yetirir. Çünki bunsuz təbii sərvətlər, geostrateji mövqe və bu kimi digər önəmli məsələlər xalqlara, millətlərə, dövlətlərə o qədər də fayda vermir, əksinə, həmin ölkələr sərvətlərə sahib çıxmaq və bölgəni nəzarətdə saxlamağa can atan dövlətlərin, iqtisadi maraq qruplarının və gizli qlobal güclərin təsirinə düşür, sözün həqiqi mənasında koloniyaya çevrilir və ancaq sözdə müstəqil olurlar. Bunu yaxşı bilən Ulu Öndərimiz Heydər Əliyev hələ Sovetlər Birliyi dönəmində azərbaycanlı kadrların hazırlanmasına və insan kapitalının formalaşmasına ciddi diqqət yetirir, bu istiqamətdə məqsədyönlü təhsil siyasəti həyata keçirirdi. Təsadüfi deyil ki, Əbədi Öndərin birinci dəfə hakimiyyətə gəldiyi 1969-cu ildən etibarən yüzlərlə azərbaycanlı tələbə Rusiyanın nüfuzlu elm ocaqlarında təhsil almağa göndərilmiş, sanki bununla Azərbaycandakı kadr potensialı müstəqillik dövrünə hazırlanmışdı.



Sevindirici haldır ki, bu siyasət müstəqillik dövründə daha geniş miqyasda davam etdirildi. Hələ 1991-ci ildə Azərbaycandakı bəzi müxalif qüvvələr Böyük Öndərin bu istiqamətdəki fəaliyyətindən nümunə götürərək, onu təqlid etməyə çalışdılar. Ancaq alınmadı... Bir qrup tələbə Türkiyəyə təhsil almağa göndərildi. Amma təəssüf ki, həmin tələbələrə təhsil almaqla bərabər həm də bəzi siyasi missiyalar birbaşa və ya dolayı yolla həvalə olundu. Bu, müxalifətin Türkiyədəki mövcud dayaqlarını gücləndirmək və ya yeni dairələrlə münasibət qurmaq niyyətləri ilə bağlı idi. İstənilən halda çox mənfi bir hal ortaya çıxırdı. Tələbənin siyasətçimi, hansısa bir partiyanın təmsilçisimi, yoxsa təhsil almağa gələn şəxsmi olduğu anlaşılmır, türkiyəli gənclər və müəllimlər tərəfindən heç də yaxşı qarşılanmırdı. Təhsil almağın, hazırlıqlı kadr kimi yetişməyin əhəmiyyətini anlayan bəzi azərbaycanlı tələbələr isə siyasi oyunlardan kənarlaşır, oxumağa, öyrənməyə üstünlük verirdilər. Ancaq həyat reallıqları ilə təzad təşkil etsə də, sonralar siyasiləşmiş tələbələrin faydalı tərəfləri də ortaya çıxmışdı. Bu məsələyə birazdan aydınlıq gətirəcəyik.



Azərbaycancan Respublikası müstəqillik əldə etdikdən qısa vaxt sonra, yəni 1992-ci ildə əsil tələbə “bumu” yaşandı. Türkiyə Cümhuriyyəti yenicə azadlığına qovuşmuş Azərbaycan və digər 6 türkdilli ölkələrin kadr hazırlığına və yeni dünya düzəninin tələblərinə cavab verəcək kadr potensialının formalaşmasına dəstək vermək məqsədi ilə “Böyük tələbə layihəsi”ni həyata keçirməyə başladı. Layihəyə əsasən 7 ölkədən minlərlə gənc Türkiyənin müxtəlif universitetlərində məhz qardaş ölkənin təmənnasız maddi dəstəyi ilə təhsil alacaq, təcrübə keçdikdən sonra öz ölkələrinə geri dönəcək və dövlət quruculuğu prosesində yaxından iştirak edəcəkdilər. Təbii ki, burada ön sıranı Türkiyəyə həm coğrafi, həm də mənəvi baxımdan yaxın olan Azərbaycan tutmuşdu. Bu, çox mühüm əhəmiyyətə malik olan hadisə, gələcəyə hesablanmış ciddi perspektivlər vəd edən layihə idi. Yerləşdiyi regionu və dünyadakı siyasi durumu dərindən analiz edə bilməyən və buna görə də sırf Türkiyə oriyentasiyalı xarici siyasət həyata keçirən o dövrdəki AXC-Müsavat iqtidarı bu layihəni dərhal qəbul etdi. Nəticədə iki ölkənin təhsil nazirlikləri arasında müqavilə imzalandı. 1992-ci ildə Azərbaycanda ilk dəfə test üsulu ilə Türkiyə universitetlərinə qəbul imtahanları keçirildi. Türkiyəli təhsil işçilərinin nəzarəti və koordinasiyası ilə baş tutan imtahanlarda yüzlərlə azərbaycanlı gənc qardaş ölkədə təhsil almaq imkanı əldə etdi. Onlar arasında imkansız ailələrin uşaqlarının da olması imtahanların şəffaf keçirildiyinə inamı artırırdı. Bu, müstəqil Azərbaycan Respublikasının tarixində mühüm hadisə idi.



Vurğulamaq istəyirəm ki, azərbaycanlıların Türkiyədə təhsil alması məsələsi həmin dövrdəki iqtidarın uğuru kimi qələmə verilə bilməz. Çünki AXC-Müsavat cütlüyü bir sıra sahələrdə olduğu kimi, təhsil sahəsində də bərbad siyasət həyata keçirirdi. Azərbaycanlıların Türkiyədə təhsil alması məsələsi sırf rəsmi Ankaranın, konkret olaraq həmin dövrdə ölkənin Baş naziri olan Süleyman Dəmirəlin alqışalayiq təşəbbüsü idi.



Burada maraqlı bir məqama da toxunmaq istəyirəm. 1992-ci ildə Naxçıvan Muxtar Respublikasından da 100 nəfər gənc Türkiyənin müxtəlif universitetlərinə təhsil almağa göndərildi. Amma fərq onda idi ki, bunun təşəbbüskarı Ankara deyil, məhz Naxçıvan rəhbərliyi idi. İmtahanlar həmin dövrdə Muxtar Respublikanın Ali Məclisinin sədri olan Ulu Öndərimiz Heydər Əliyevin tələbi və təkidi ilə baş tutmuşdu. Hadisə belə olmuşdu: 1992-ci ilin mart ayında Böyük Öndər Ankaraya səfər etmişdi. Səfər zamanı Türkiyə rəhbərliyi ilə 1921-ci il oktyabr ayının 13-də imzalanmış Qars müqaviləsində Ankaranın üzərinə düşən öhdəliklər ətrafında yenidən müzakirələr aparıldı. Sənəddə qardaş ölkənin Naxçıvan MR-ın təhlükəsizliyinə zəmanət verməsi məsələsi ön planda olduğu üçün müzakirələr də xüsusən bu istiqamətdə gedirdi. Çünki həmin dövrdə erməni-rus hərbi birləşmələri Dağlıq Qarabağ ilə yanaşı ətraf rayonları da işğal etməyə cəht göstərir, Ana Vətəndən ayrı düşən Naxçıvanı zəbt etməyə çalışırdılar. Kiçik Torpağın igid övladları düşmənə həddini bildirsələr də, Türkiyənin təhlükəsizlik zəmanəti erməni-rus birləşmələrinə görk ola bilərdi. Böyük Öndər Heydər Əliyevin apardığı müzakirələrdən sonra 1992-ci il martın 24-də Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında Qars müqaviləsini bir daha təsdiq edən və özündə əks etdirən anlaşmalar imzalandı. Sənədlərə əsasən Türkiyənin “Eksibank”ı Qədim Diyara 100 milyon ABŞ dolları dəyərində kredit ayıracaq, 100 nəfər naxçıvanlı gənc isə Türkiyənin müxtəlif universitetlərində qardaş ölkənin maddi dəstəyi ilə təhsil alacaqdılar. Məhz bu məqam, yəni 100 nəfərin Türkiyədə təhsil alması məsələsində Əbədi Öndərimiz xüsusilə israr etmişdi. Belə ki, Ankarada bildirmişdilər ki, naxçıvanlı gənclər də Azərbaycan Təhsil Nazirliyinin xətti ilə ölkədə təhsil ala bilərlər. Lakin Böyük Şəxsiyyət qəti şəkildə demişdi ki, Naxçıvan blokada şəraitində yaşayır, ona görə də Muxtar Respublika üçün əlavə yerlər nəzərdə tutulmalıdır.



Türkiyədə Heydər Əliyevin sözünün qarşısına söz deyəcək siyasətçi, siyasətçi ola bilməzdi. Ona görə də dərhal razılıq əldə olunur. Beləliklə, ümumilikdə Azərbaycandan göndəriləcək gənclərin sayı daha da artmış oldu. Bu isə ölkəmizdə formalaşacaq yeni kadr potensialına mühüm töhfə idi. Bu, ilk dəfə Azərbaycan Cümhuriyyətinin Bayrağını və Himnini Rəsmi Dövlət Bayrağı kimi qəbul edən Naxçıvan Muxtar Respublikasının həm də o dövrdəki müstəqil təhsil siyasətinin nəticəsi hesab oluna bilərdi. Dövlətçilik prinsiplərinin tələbi də budur ki, xarici ölkələrdən gələn istənilən təkliflərə öz siyasətini, özünün mili maraqlarını əsas götürməklə cavab verəsən, mövqe müəyyənləşdirəsən.



Hər kəsin həyatında baş verən hansısa əlamətdar hadisə onun taleyində, gələcəyində böyük rol oynayır, necə deyərlər, inkişaf trayektoriyasını təyin edir. Çox sevinirəm ki, mənim gələcəyimi müəyyənləşdirən xüsusi bir məqam Böyük Öndərlə bağlıdır. Belə ki, Əbədi Lider Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci il iyulun 4-də Türkiyə universitetlərinə keçirilən imtahanda mən də iştirak etdim və jurnalistika ixtisası üzrə nəzərdə tutulan 1 yer mənim qismətimə düşdü. Təbii ki, bunu öyrənəndə sevincimin həddi-hüdudu yox idi. Gənc və yeniyetmələr olaraq uğrunda fədailər qrupu yaratdığımız və ölməyi gözə aldığımız Heydər Əliyev ilə görüş keçirəcəyimizi öyrəndikdə isə sevincim daha da artdı. Görüş 1992-ci il oktyabrında Naxçıvan Muxtar Respublikasının iclas zalında baş tutdu. Milli Lider hər bir tələbə ilə səmimi söhbət edir, bizə tövsiyyələrini verirdi. Heydər Əliyev məndən Türkiyənin hansı universitetinə qəbul olunduğumu soruşdu:



-- İstanbuldakı Mərmərə Universitetinin jurnalistika fakultəsinə, -- dedim.



Əbədi Liderimiz həyacanımı duyaraq dedi:



-- İstanbul çox qədim tarixə malik olan nadir şəhərlərdən biridir. Bu şəhərdə təhsil almaq sənin və digər yoldaşların üçün bir şansdır. Mən istəyirəm ki, siz gənclərimiz gələcəkdə xoşbəxt, firavan yaşayasınız, xalqımızın, Vətənimizin ləyaqətli övladları olasanız. Ona görə də sizi Türkiyənin ən nüfuzlu universitetlərinə göndərirəm. Bu fürsəti yaxşı qiymətləndirin, vaxtınızı səmərəli keçirin, yaxşı oxuyun və öz sahənizin kamil mütəxəssisləri kimi Vətənimizə qayıdın, xalqımıza xidmət edin.



Biz gənclər Ulu Öndəri maraqla dinləyir, onun sözlərindən, ata nəsihətindən qeyri-adi güc alırdıq. Hər birimizdə oxumağa, öyrənməyə olan həvəs birə on qat artırdı. Artıq zəif, kövrək duyğular bizi tərk etmiş, yerini gələcəyə olan qəti inam almışdı.



1992-ci il oktyabrın 29-da bir qrup tələbə avtobuslarla Naxçıvan ilə İğdırı birləşdirən “Ümid” körpüsünü keçərək qardaş ölkəyə gəldik. Burada hörmətlə qarşılayıb, hər birimizi təhsil aldığımız şəhərlərə göndərdilər.



Yazının əvvəlində qeyd etdiyim kimi, 1991-ci ildə Azərbaycan müxalifəti tərəfindən Türkiyəyə göndərilən bəzi tələbələrin “siyasətçi rolunu” oynamağa çalışmalarının müsbət tərəfləri də oldu. Ziddiyətli və teorik baxımdan mümkün olmasa da, bu, belədir. Məsələ burasındadır ki, Türkiyədəki bəzi radikal qruplaşmalar 1992-ci ildə Azərbaycandan və Mərkəzi Asiya ölkələrindən gələn çoxsaylı tələbələri öz tərəflərinə çəkmək üçün bütün vasitələrdən istifadə edirdilər. “91-lər” bunları təfsilatı ilə bildiklərinə görə yeni gələnlərə xəbərdarlıq edir, onları yad təsirlərdən qorumağa çalışır, hətta bəziləri eyforiyaya qapılaraq gəncləri öz ətrafında birləşdirməyə cəhd göstərirdilər. Beləliklə, Türkiyədəki bəzi radikal qruplaşmalar ilə “91-lər” arasında baş verən “qarşıdurma” nəticəsində, sanki “neytrallaşma effekti” meydana çıxırdı.



Yaxşı xatırlayıram: həmin günlərdə Azərbaycandan gələn bəzi “siyasətçilər” də bizimlə görüşür, guya, radikal qruplaşmalar barədə bizi məlumatlandırır, ardınca isə özlərinin Azərbaycanda yaratdıqları “axmaqlar dəstəsi”nin sıralarına dəvət edirdilər. Biz isə bəzən açıq və kəskin, bəzən də sakit bir şəkildə etirazımızı bildirirdik. Hətta bir dəfəsində həmin siyasətbazlardan biri İstanbuldakı yataqxanalardan birinə gələrək azərbaycanlı tələbələri başına yığmış və həmişəki kimi, boş-boş danışmağa başlamışdı. Sonra vəziyyət o həddə çatmışdı ki, o, döyülməkdən xilas olmaq üçün yataqxananın 2-ci mərtəbəsinin pəncərəsindən aşağı atlamışdı. Ancaq bu da faydasızdı. Çünki yataqxananın həyətində toplaşan azərbaycanlı tələbələr də elə onu gözləyirdilər.



Qısa bir müddətdən sonra, bəlkə də qürbətdə olmağımızın təsiri ilə, biz tələbələr biri-birimizə daha çox qaynayıb-qarışdıq, sıx birləşdiq. Necə deyərlər, hamımız birimiz, birimiz hamımız devizi münasibətlərimizin əsas prinsipinə çevrildi. Vəziyyət o həddə çatdı ki, artıq Türkiyədəki radikal qruplaşmalar öz üzvlərini bizdən qorumağa məhkum oldular. Səbəb isə çox sadə idi. Azərbaycanın siyasiləşmiş (politizasiya) mühitində formalaşan biz gənclər qısa zaman ərzində Türkiyənin böyük şəhərlərində ölkə əleyhinə hansı oyunların getdiyini görür, bu oyunlara alət olan dostluq münasibəti qurduğumuz türk gənclərinə həqiqətləri çatırır, onları bu səhv yoldan uzaqlaşdırırdıq. Bunun nəticəsində ətrafımızdakı arkadaşlarımız təxribatlara uymur, araqızışdıranlara əhəmiyyət vermirdilər. Bir müddət sonra türk tələbələri arasında belə bir anektod (fıkra) da dolaşmağa başlamışdı: Bunkerlərin birində xarici qüvvələrin maşası (aləti, oyuncağı) olan bir əbalı molla ilə terrorçuların lideri oturub Türkiyəni necə parçalayacaqlarını müzakirə edirmişlər. Birdən xəbər gəlir ki, ordu bombardmançı təyyarələr vasitəsi ilə bunkeri bombalayacaq. Heç birinin vecinə olmur. Sonra xəbər gəlir ki, bəs, bunkeri dağıtmaq üçün atom bombası atılacaq, yenə veclərinə almırlar. Birdən kimsə deyir ki, azərbaycanlı tələbələr bunkerə yaxınlaşır. Hər iki namərd təşvişə düşür və aradan çıxmaq üçün qapıya doğru yüyürürlər. Deyirlər ki, bəs gecdir, azərilər artıq qapıda dayanıb. Çarəsizlər silahlarını çıxarır və “azəri tələbələrin əlinə keçməkdənsə, ölmək yaxşıdı”-- deyib intihar edirlər.



Təbii ki, bu, “tələbə yumoru” idi. Ancaq bunda bəzi reallıqlar da gizlənmişdi. Bu bir həqiqətdir ki, 1992-ci ildən etibarən Türkiyənin demək olar ki, əksər universitetlərində ən yaxşı oxuyan və sosial fəaliyyət baxımından ən fəal olan tələbələr azərbaycanlılar idi. Bu, Türkiyə rəhbərliyinin də diqqətini cəlb etmişdi. Təsadüfi deyil ki, hər bayramda Türkiyənin Baş naziri, siyasi partiya liderləri biz azərbaycanlı tələbələrə təbrik məktubları göndərir, təhsilimizdə əldə etdiyimiz yüksək uğurlar barədə məlumatlandırıldıqlarını və bizimlə fəxr etdiklərini bildirirdilər.



Azərbaycan rəhbərliyi də bizimlə maraqlanırdı. Ancaq 1993-cü ildən etibarən... Həmin ilin iyunun 15-də Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev fəlakətə sürüklənən ölkəni parçalanmaqdan, dövlətimizi məhv olmaqdan xilas etməklə yanaşı, Türkiyənin müxtəlif universitetlərində təhsil alan tələbələrin maddi vəziyyətinin nə yerdə olması ilə də maraqlanırdı. Bunun üçün Təhsil Nazirliyinə xüsusi göstəriş verilmişdi. Qısa müddət sonra Əbədi Öndər tələbələrin əsas problemi barədə məlumatlandırıldı. Bu, Vətənə gəlmək və geri dönmək məsələsi idi. Heydər Əliyev dövlətin imkanı olan kimi bu məsələnin həll edilməsini əlaqədar qurumlara tapşırdı.



Türkiyədə eşitdiyimizə görə, Heydər Əliyev 1994-cü ildə təkrar bu məsələyə qayıdanda həmin məmurlar təəccüblərindən donub qalıblar. Məsələnin nə yerdə olduğunu soruşan qətiyyətli Liderə deyəcək sözləri olmadığı üçün vəziyyətdən çıxmağa çalışıblar, ancaq alınmayıb. Sonra əlaqədar qurumların rəhbərləri belə bir təklif irəli sürüblər ki, Türkiyədə təhsil alan tələbələr təyyarə biletlərini yarı qiymətinə alsınlar. Böyük Öndər isə çox sərt bir şəkildə deyib ki, tələbənin bu qədər pulu haradandır? Və ardınca Türkiyədə təhsil alan yüzlərlə gəncin hər il bir dəfə heç bir məbləğ ödəmədən Vətənə gəlmələrinin təmin olunması barədə xüsusi tapşırıq verib.



Bu xoş xəbər Türkiyədə təhsil alan yüzlərlə tələbə tərəfindən hədsiz sevinclə qarşılandı. Ancaq dərindən düşünəndə bu xəbərin doğru ola biləcəyinə də şübhə edirdik. Çünki həmin vaxtlar Azərbaycanda həm siyasi, həm də iqtisadi vəziyyət çox gərgin idi. AXC-Müsavat iqtidarı ölkəni elə bərbad vəziyyətə salmışdı ki, ekspertlərin proqnozlarına görə, iqtisadiyyat heç on ilə də düzələ bilməzdi. Düşünürdük ki, belə bir vəziyyətdə Türkiyədə təhsil alan gənclər heç yada düşməz. Lakin biz qeyri-adi şəxsiyyət olan Heydər Əliyevin heç kəsi, heç nəyi yaddan çıxarmadığını və hər kəsə diqqətlə yanaşdığını unutmuşduq.



Gələcək kadrların yüksək səviyyədə təhsil almasına və dünyagörüşünün müasir tələblər səviyyəsində formalaşmasına diqqət yetirmək və bu mənada onların problemlərini həll etməyə çalışmaq yalnız onilliklərdən sonrakı gələcəyin strategiyasını müəyyənləşdirən və həyata keçirən böyük siyasi xadimlərə xas olan keyfiyyətdir. Bu keyfiyyətlər Heydər Əliyev timsalında daha əzəmətli görünür. Türkiyədə təhsil aldığımız illərdə biz bunun bir daha şahidi olduq. Böyük İnsan Türkiyəyə hər səfərində bizimlə görüşür problemlərimizlə maraqlanırdı. Təsadüfi deyil ki, qardaş ölkədəki tələbələrin problemlərini araşdıran və bəzi məsələlərə aydınlıq gətirən rəsmi təmsilçilərin Türkiyəyə göndərilməsi də məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra baş tutmuşdu. Bu gün Azərbaycanı uğurlu gələcəyə aparan nurlu yol Ulu Öndərin siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə və yeni meyarlarla zənginləşdirilərək davam etdirilir. Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin artıq Azərbaycan Respublikası tərəfindən tam təmin olunması da bunun bariz nümunəsidir.



Bu gün gənclərin dünyanın qabaqcıl ölkələrində təhsil alması məsələsi birbaşa Azərbaycan dövlətinin nəzarətində planlı şəkildə həyata keçirilir. Bu baxımdan, dövlət başçısının 2007-ci il aprelin 16-da “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq olunmasını nəzərdə tutan sərəncamı imzalaması xüsusi əhəmiyyətə malikdir. Həmin Dövlət Proqramında, 2015-ci ilədək 5 min azərbaycanlı gəncin dünyanın nüfuzlu universitetlərində təhsil alması nəzərdə tutulub. Bu, Azərbaycan iqtidarının hazırlıqlı kadrların yetişdirilməsinə, insan kapitalına verdiyi önəmin növbəti təzahürüdür.



Sevindirici haldır ki, bu gün təkcə Türkiyədə deyil, dünyanın bir sıra qabaqcıl ölkələrində yüzlərlə azərbaycanlı tələbə təhsil alır. Bu ölkələr sırasında ABŞ, Almaniya, İngiltərə, Fransa, Cənubi Koreya, Rusiya da vardır. Həmin ölkələrdə oxuyan azərbaycanlı gənclərin təhsil almalarını təmin etmək məqsədilə təkcə 2007-2008-ci tədris ilində Prezidentin Ehtiyat Fondundan 2,2 milyon manat məbləğində vəsait ayrılıb. Bütün bunlar Milli Liderin təhsil strategiyasının uğurla davam etdirildiyinin bariz nümunəsidir.



Vaxtilə Türkiyədə təhsil almış tələbələr isə artıq Vətənə qayıdaraq müxtəlif sahələrdə çalışır, əldə etdikləri bilikləri, öyrəndikləri qabaqcıl təcrübəni öz sahələrində tədbiq edirlər. Onlar arasında tanınmış həkimlər, müəllimlər, jurnalistlər, mühəndislər, dövlət məmurları və s. var. Hər biri Türk xalqının öz millətinə, dövlətinə sədaqətini görərək və bundan dərs alaraq öz xalqına, millətinə, dövlətinə böyük məhəbbətlə xidmət edirlər. Həmin məzunlarımızın bir çoxu bu gün artıq quruluşunun 10-cu ildönümünü qeyd edən “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) ətrafında birləşib. Ölkədəki ictimai proseslərdə yaxından iştirak edən TUMİB isə hər ötən gün məzunları biraraya gətirən mühüm quruma çevrilməkdədir.



Sonda Ulu Öndərimizin Türkiyəyə təhsil almağa gedən tələbələrlə 1994-cü il fevralın 7-də keçirdiyi görüşdə söylədiyi nitqi bir daha yad etmək istəyirik. Heydər Əliyev demişdir:

-- Şübhə etmirəm ki, siz ali təhsil aldıqdan sonra ölkəmizə qayıdacaq, respublikamızın müxtəlif sahələrində çalışacaq və xalqımıza sədaqətlə xidmət edəcəksiniz. Bilməlisiniz ki, siz Azərbaycan gənclərinin bir hissəsi olaraq, eyni zamanda imtiyazlı imkanlar əldə edirsiniz. Azərbaycan gəncləri indi, ölkənin həyatının bu çətin və mürəkkəb dövründə, nə gizlədəsən, ağır həyat keçirirlər. Onların böyük bir hissəsi torpaqlarımızı erməni işğalçılarından qorumaq üçün, işğal olunmuş ərazilərimizi azad etmək üçün cəbhələrdə vuruşur, şəhid olur, müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, müstəqilliyini möhkəmləndirmək üçün canlarından keçirlər. Onlar sizin qardaşlarınızdır. Unutmayın ki, qanı tökülən, döyüşlərdə qəhrəmanlıq göstərən o gənclər müstəqil Azərbaycanın tərəqqisi və inkişafı uğrunda vuruşur və şəhid olurlar. Siz bunu da unutmamalısınız. Bilməlisiniz ki, sizə belə bir şərait yaradıldığı halda bu şəraitdən maksimum faydalı, maksimum səmərəli istifadə etməli və məmləkətimiz üçün, ölkəmiz üçün gələcəkdə faydalı olmalısınız… Şübhə etmirəm ki, siz göstərilən bu etimada layiq olacaqsınız….



Sizə bir daha cansağlığı arzulayıram. Siz hələ gəncsiniz, qarşıda sizi uzun bir yol gözləyir. Arzum budur ki, bu yolu uğurla keçəsiniz. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz Azərbaycanı Türkiyədə layiqincə təmsil edəcək, ali təhsil alacaq və qayıtdıqdan sonra Vətənimizə, xalqımıza sədaqətlə, yorulmadan xidmət edəcəksiniz.”



Ulu Öndərin bütün çıxışları kimi bu nitqi də biz Türkiyə məzunları və ümumilikdə bütün gənclər üçün bu gün də aktuallığını qoruyur, xoş xatirə kimi yaddaşlarımızda yaşayır. Onun müəyyənləşdirdiyi yolla getmək, bu yola sədaqətli olmaq isə bizim hər birimizin vətəndaşlıq borcudur. Türkiyədə Böyük Öndər Mustafa Kamal Atatürk üçün söylənilən sözü mən Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev üçün təkrar demək istəyirəm: Atam, izindəyik!







Rauf ƏLİYEV,

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin baş katibi



rauf_kengerli@yahoo.com.tr



KAYNAK: http://tumib.az/index.php?option=com_content&view=article&id=261:gueclue-doevltin-boeyuek-milltin-sas-daya-nsan-kapital&catid=68:yazarlar&Itemid=90





Yorumlar








Aktif Ziyaretçi 19
Dün Tekil 825
Bugün Tekil 740
Toplam Tekil 1636271
IP 54.163.94.5






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ben sadece asil bir ailenin evladı olmakla değil, fakat asil bir milletin evladı olmakla gururluyum.
(ATİLLA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu