Vasif Namazlı ile SAYO-KAN Döyüş növü üzre Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Vasif Namazlı ile SAYO-KAN Döyüş növü üzre Müsahibe - Elnur ELTÜRK
Tarih: 03.06.2010 > Kaç kez okundu? 3358

Paylaş


Vasif Namazlı: ”SAYOKAN-çılığın əsas missiyası vətən üçün sağlam bir gəncliyin yetişməsini gerçəkləşdirməkdirsə, sabah Qarabağ uğrunda savaş başlayacağı təqdirdə, hər bir sayokançı əlinə silah alıb, ölkəmizin bütövlüyü uğrunda düşmənə qarşı döyəşəcəkdir”



Artıq bir ildən çoxdur ki, Azərbaycanda yeni yaranan idman növlərindən biridə SAYOKAN–dır (Mənası Türk döyüş idman növü- Savaşın və Qanın yolu) Sırf milli döyüş sistemi üzərində qurulan bu, idman növünun ölkəmizdə fəaliyyət göstərməsi təqdirə layiqdır və alqışlanmalıdır. Əsas odur ki, Sayokan ölkəmizdə yeni yaranmasına baxmayaraq, ən qısa zamanda, bu, idman növü ilə məşğul olan gənclərimiz beynelxalq yarışlarda Azərbaycan bayraqını zirvələrə qaldırırlar və ölkə daxili cempionatlarda uğurlara imza atırlar.



Beləliklə bu, idman növü haqqında ətraflı məlumat almaq üçün, Azərbaycan Sayokan İdman Mərkəzinin prezidenti Vasif Namazlının “Təzadlar” qəzetinə verdiyi müsahibəsini təqdim edirik.



-Bizim fəaliyyətimizin əsas ana xətti gənclərimizin fiziki sağlamlığını formalaşdırmaqla yanaşı, eyni zamanda milli-mənəvi düşüncələrinin formalaşmasına önəm veririk. Bu, idman növününü fəaliyyət fəlsəfəsi, təkcə idman fəlsəfəsi yekunlaşmır, xüsusilə milli düşüncəsinin inkişafı, vətənsevərlik bir prinsip kimi təbliğ olunur. SAYOKAN-nın əsas mərkəzi Türkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərsədə, dünyanın 90-yaxın ölkəsində nümayəndəliyiklərimiz var. Amerika, Avropada, Asiya qitəsində sayokana maraq artmaqdadır. Bizim əsas hədəfimiz odur ki, ölkəmizdə milli idman ideyasını formalaşdırmaqdır. Çünki, bizdə olan idman növlərinin əksəriyyəti çin, yapon, koreya idman sistemi üzərində fəaliyyət göstərir. Düşünürük ki, bu, idman növləri ilə yanaşı türk döyüş sisteminində Azərbaycanda fəaliyyət göstərməsi-ölkəmizin gələcəyi üçündə vacibdir. Bu gün sevindirici hal odur ki, SAYOKAN bütün türk dünyasına geniş yayılmaqdadır.



-Ümumiyyətlə, kənardan nəzər salanda görünən mənzərə odur ki, SAYOKAN-nın Azərbaycanda yeni yaranmasına baxmayaraq, kifayyət qədər içtimaiyyələşə bildi. Ölkə miqyasında tanındı...



Bəli. İlk gündən SAYOKAN-nın Azərbaycanda təbliği ilə bağlı maarifçilik sistemini düzgün qura bildik. Bu işə komanda ilə yanaşdığımıza görə, SAYOKAN cəmiyyət tərəfindən müsbət qarşılandı. Xüsusilə ölkə cempionatlarını yüksək səviyyədə təşkil edə bildik. Hazırda, Sayokanın potensial qüvvəsi ölkəsini sevən, millətinə bağlı olan gənclər ordusudur. Təsadüfi deyil ki, yarışlarda qalib çıxan idmançılarımıza kuboklarla yanaşı, tariximizi, milli ideologiyamızı özündə daşıyan dərgilər-kitablar hədiyyə edirik. Bu dərgiləri,kitabları əlinə alan hər bir sayokançı ölkəsinin tarixi,ədəbiyyatı,fəlsəfəsi haqqında bilgilənsin. İdmançılarımıza ayrıca olaraqda milli ideyalarının təbliği ilə bağlı kurslar təşkil edirik.



-Sizcə, SAYOKANIN Azərbaycanda inkişafı ölkə idmanı üçün, hansı təsirini göstərə bilər?



Prinisp etibarı ilə Azərbaycanda bütün idman növlərinin inkişaf etməsi, ölkəmizdə sağlam bir nəsilin formalaşmasında müstəsna rol oynayır. Ancaq, biz bununla yanaşı idmançılarımızın intellektual savadının artırılmasıda istəyirik. Düşüncənin inkişafına üstünlük veririk. Bu, bizim ən əsas prinsiplərimizdən biridir. Həmdə, bu, amil sayokanın ana qanunda göstərilir. Ölkəmizdə idman komplekslərinin tikilməsi, ölkəmizdə fiziki cəhətdən sağlam bir gənclər ordusunun yaranmasına stimul verəcəkdir. Bu, şübhəsizdir. SAYOKAN bu idman komplekslərindən yararlanıb, öz fəaliyyətini davam etdirir. Deməli, ortada olan məntiq odur ki, ölkəmizdə geniş böyük idman zallarının tikilməsi-sayokanında inkişafına səbəb olur.



-Son illər dövlətimizin tərəfindən idmana qayğı artıb. Bəs Sayokan bu qayğını hiss edirmi?



Mən dövlətimizdəndə, sayokana maddi-mənəvi cəhətdən yardım etmək istəyən insanlara öz dərin təşəkkürümü bildirirəm. İlk öncə onu qeyd edim ki, elədə güclü imkanlarımız yoxdur. Minimum imkanlarla nəsə etməyə çalışırıq. Bu gün öz imkanlarımız daxilində rayonlarda nümayəndəliklərimiz yaranır və formalaşır. Bizim bir çətinliyimiz var ki, sayokanın federasiyası kimi qeydiyyat məsələsidir. Onu qeyd edim ki, bu sahəyə yatırım qoymaq istəyən insanlarımız uduzmayacaqlar. Çünki, sabah dövlətimizin,vətənimizin keşiyində duran sağlam bir gənclik ordusu yetişir.



-Qarşıdakı aylarda sayokançıların beynelxalq yarışlarda iştirakı gözlənilirmi?



-Bir ildə bir neçə dəfə beynelxalq yarişlarda iştirak edib,uğurlu nəticələr əldə edirik. İyunun ayının 4-6 arası Türkiyənin İstambul şəhərində beynelxalq yarışda iştirak edəcəyik. Bundan başqa qarşıdakı aylarda başqa dövlətlərdə də beynelxalq yarışlarda iştirakımız gözlənilir.



-SAYOKAN-nın federasiya kimi, qeydiyyata alınması məsələsi nə yerdədir?



-Sənədlərimizi İdman və Gənclər Nazirliyinə təqdim etmişik. Ümidvarıq ki, sənədlərimizə hörmətli nazirimiz Azad Rəhimov müsbət cavab verəcək.



-Bildiyimiz qədər idman fəaliyyətinizlə yanaşı, içtimai işlərdə də fəalsınız. Ermənilərin tarix boyu türklərin başına gətirilən faciələr haqqında beynelxalq yarışlarda təbliğat apararsınız. Qorxmursunuz ki, düşmənlərimiz bundan istifadə edib, “idman siyasətə qarışır” prinsipini əsas gətirərək sizi beynelxalq yarışlardan uzaqlaşdırırlar?



-Bəli. Mən Dünya Azərbaycanlıları Konqresinin üzvüyəm. Diaspor fəaliyyəti ilədə məşğul oluram. Mən bir vətəndaş olaraq Azərbaycanın iyirmi faiz torpaqlarının işğal altında qalması ilə barışa bilmərəm. Hər şeydən öncə öz tariximi, ölkəmin başına gətirilən faciələrdən danışıram. Çıxışlarımda kimlərisə təhqir etmirəm, millətimizin başına gətirilənləri dilə gətirirəm. Bu gün ermənilər bütün vasitələrdən istifadə edib, öz yalançı həqiqətlərini təbliğ etmirlərmi? Biz niyə bunu etməyək. Guya bunu beynelxalq qurumlar bilmirlər? Sadəcə olaraq göz yumurlar. SAYOKAN-çılığın əsas missiyası vətən üçün sağlam bir gəncliyin yetişməsini gerçəkləşdirməkdirsə, sabah Qarabağ uğrunda savaş başlayacağı təqdirdə, hər bir sayokançı əlinə silah alıb, ölkəmizin bütövlüyü uğrunda düşmənə qarşı döyəşəcəkdir.



-Vasif bəy, suallarımızı cavablandırdığınıza görə, sizə öz təşəkkürümüzü bildiririk və Sayokançılarımıza beynelxalq yarışlarda uğurlar arzu edirik:



-Bizdə “Təzadlar” qəzetinin bütün əməkdaşlarına öz təşəkkürümüzü bildiririk və uğurlar arzu edirik. Xüsusilə onu qeyd etməliyəm ki, “Təzadlar” qəzeti hər bir sayokançının qəlbində öz dərin yerini tutub.



Söhbətləşdi: Elnur Eltürk



“Təzadlar” qəzetinin xüsusi müxbiri





Yorumlar









Aktif Ziyaretçi 40
Dün Tekil 1787
Bugün Tekil 1359
Toplam Tekil 4069280
IP 3.128.205.109






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 3.600 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu