Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqı Azərbaycanın və Gürcüstanın müstəqillik gününə həsr olunmuş tədbir keçiriblər - Nərgiz Əliyeva - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqı Azərbaycanın və Gürcüstanın müstəqillik gününə həsr olunmuş tədbir keçiriblər - Nərgiz Əliyeva
Tarih: 28.05.2010 > Kaç kez okundu? 4893

Paylaş


Tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən gənclərlə çalışan QHT-nın nümayyəndələri, ali məktəb tələbələri, orta məktəblərin yuxarı sinif şagirdləri iştirak etmişlər. Tiflis şəhərinə səfər zamanı gənclər əvvəlcə Gürcüstanın müstəgilliyi uğrunda həlak olanların xatirəsinə həsr olunmuş qəhramanlar meydanındakı abidəni ziyarət etdilər və abidə önünə gül dəstələri qoydular. Burada Qardabani rayon Qaratəhlə məktəbinin gürcü dili kurslarının müəllimi Zairə Allahyarova Gürcüstanın müstəgillik tarixindən danışdı. Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular. Heydər Əliyevin tarixi xidmətlərindən danışdılar.



Bundan sonra tədbir iştirakçıları Tiflisin ən gözəl güşələrindən bir olan - Nəbadət Bağında uyuyan Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən Fətəli Xan Xoyskinin və Həsən bəy Ağayevin məzarını ziyarət etdilər, abidələr önünə gül əklilləri qoydular.



Müstəgillik günü ilə bağlı olan tədbirdə Gürcüstanın Azərbaycanlı Gəncləri İttifaqının sədri Leyla Məmmədova çıxış etdi: “Bu gün tarixi bir gündür həm Gürcüstanın həm də Azərbaycanın müstəgillik aktları Tiflis şəhərində elan olunmuşdur”. L.Məmmədova Gürcüstanın KİV-ə verdiyi müsahibə zamanı qeyd etdi ki, biz azərbaycanlı gənclər hər zaman Gürcüstanı azad, müstəgil bir dövlət kimi görmək istəyirik. Gürcüstanın müstəgilliyi uğrunda mübarizə aparanlar biz gənclərin vətənpərvər ruhda tərbiyələnməsinə bir nümunədir”.



Gürcüstanın Tarixçilər Assosiasiyasının üzvü Nərgiz Nəbiyeva Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının tarixindən danışdı. O qeyd etdi ki, 1918-ci il may ayında Azərbaycan Xalq Cumhuriyyətinin müstəgilliyi də məhz Tiflis şəhərində elan olunmuşdur.



Elmi Aradırmalar Assosiasiyasının prezidenti Ehtiram Əmirxanlı: 1918-ci ildə Gürcüstanın və Azərbaycanın müstəgillik tarixinin eyni yoldan keçdiyi haqqında danışdı. O qeyd etdi ki, tarixən dost olan gürcü və azərbaycan xalqlarının müstəgillik taleyləri də eyni olmuşdur. Müvvəqəti bir dövr yaşayan Zaqavkaziya Seymi dağıldıqdan sonra, seymində fəaliyyət göstərən gürcü nümayyəndələri və müsəlman frasiyasının üzvləri ayrılaraq müstəgillik aktlarını tarixin səhifəsinə yazmışlar.



“Ziya” qəzetinin baş redaktoru Nizami Məmmədzadə öz çıxışında qeyd etdi ki, hər iki ölkənin tarixi gənclərimizə təbliğ olunmalıdır. Gürcüstanda yaşayan hər bir azərbaycanlı gənc həm Azərbaycanın, həm də Gürcüstanın tarixini dərindən öyrənməli və onu gələcəyə ötürməlidir. Müstəgillik xalqlarımızın tarixində ən əhəmiyyətli və şərəfli səhifələrdən biridir. Ulu öndərimiz Heydər Əliyevin bu müdrük kəlamı heç vaxt yadımızdan çıxmayacaq. Müstəgilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Tədbirdə iştirak edən GAGİ-nın üzvü Lamiyə Piriyeva ilə müsahibə zamanı qeyd etdi ki, belə tədbirlərin keçirilməsinin gənclər üçün böyük əhəmiyyəti var. “Gənclərimiz şanlı tariximizi nə qədər dərində öyrənsələr, gələcəyi də bir o qədər yaxşı görə bilərlər”.



Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqının idarə heyətinin üzvü : Nərgiz Əliyeva



KAYNAK: http://www.regionmedia.net/az/borchali/1684-gencler-ittifaqi









Yorumlar









Aktif Ziyaretçi 32
Dün Tekil 1927
Bugün Tekil 1459
Toplam Tekil 4067593
IP 3.149.234.141






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu