28 MAY RESPUBLİKA GÜNÜ İLƏ ƏLAQƏDAR KONSERT KEÇİRİLDİ - Nermin MEMMEDLİ - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









28 MAY RESPUBLİKA GÜNÜ İLƏ ƏLAQƏDAR KONSERT KEÇİRİLDİ - Nermin MEMMEDLİ
Tarih: 28.05.2010 > Kaç kez okundu? 2625

Paylaş




Bu günlərdə Dünya Azərbaycanlılar Konqresi Gənclər Təşkilatının təşkilatçılığı ilə 28 May Respublika gününə həsr olunmuş Konsert keçirildi. Konsert Rəşid Behbudov adına Mahnı teatrında təşkil olunmuşdu. Konsertin keçirilməsində məqsəd millətçi ruhun daşıyıcısı, son nəfəsini belə düşünmədən Vətən, Millət uğrunda savaşmaq əzminə sahib, sözdə deyil, əməlində bozqurd olan Azərbaycan Türk gənclərini bir araya toplayaraq 28 may Cümhuriyyətin qurulması ildönümünü qeyd etmək idi.

Konsertə 250 nəfərdən çox iştirakçı qatılmışdı. Tədbirə təşkilatlar səviyyəsində də dəstək verilirdi. Belə ki, konsertdəki qonaqlar Dünya Azərbaycanlıları Konqresi İdarə Heyəti, DAK Qadınlar Şurası , "Yeddi Dövlət - Bir Millət” Kültür və Dayanışma Dərnəyi və digər təşkilatlar səviyyəsində təmsil olunurdular. Önəmli məqamlardan biri də cəmiyyətdə tanınmış ziyalıların konsertə qatılması idi. Bakı Dövlət Universitetinin professor-müəllim heyətindən Almaz Əliqızı, Nüşabə Sadıxlı, Fikrət Əlizadə, Atamoğlan Məmmədli, politoloq Taleh Əliyev və s. bu kimi dəyərli şəxslərin iştirakı konsertə rəng qatdı.

Konsertin əsas təşkilatçısı hər zaman gördüyü işlərlə millətçi gənclər arasında özünəməxsus yeri olan Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədri və "Yeni Nəfəs+” qəzetinin qurucusu və başqanı Seymur Həsənli idi. Onunla yanaşı millətçi gənclərdən olan Hüseyn Günəşli, Nərmin Məmmədli, Zümrüd Rzazadə, Dilşad Səmədli, Ülkər Sanılı, Mehman Həsən, Orxan Əlirzayev, Səbuhi Turançı, Cavid Mövsümlü, Elşən Edilli, Çingiz Qəribov, Əfqan Həsənov,Sənan Qaraca, Roman Hüseynzadə, Fuad Musabəyli, İsmayıl Qulusoy və digər gənclər, həmçinin DAK Mətbuat Xidmətinin rəhbəri Əlirza Amanbəyli tədbirin ərsəyə gəlməsində yaxından iştirak etdilər.

Konserti giriş sözü ilə açan DAK Gənclər Təşkilatı İdarə Heyəti üzvü gənc şair Elşad Ərşadoğlu qonaqları salamladıqdan sonra sözü Seymur Həsənliyə verdi. Seymur bəy tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edərək konsertin təşkil olunmasında məqsədi açıqladı. Daha sonra son 100 ildə Azərbaycanın tarixində mühüm rol oynamış şəxsiyyətlər haqqında məlumat verərək “Məmməd Əmin Rəsulzadə Azərbaycan deməkdir, nə qədər ki Azərbaycan var, Məmməd Əmin Rəsulzadə də o qədər var olacaq” deyə bildirdi.

Törəni millətçi sənətçilərdən Şəmistan Əlizamanlı, Əlirza Amanbəyli, Zahidə Məmmədsalahova, Süleyman Zeynalov, Yaqut Qarabağlı, Mahirə Şirinova, Aybəniz Çələbi, Kəmalə Qurbanova, Aliyə rəqs qrupu, Savalan qrupu, İstiqlal rep qrupu, və digərləri öz musiqi parçaları, bədii qiraətçi Məleykə Məmmədova, şair Sərvər Məsum, DAK Gənclər Təşkilatı üzvü Cavid Mövsümlü isə şeirləri ilə rövnəqləndirdilər. Konsertin keçirildiyi salon tamamilə Azərbaycan və üzərində bozqurd rəsmi əks edilmiş bayraqlarla bəzənmişdi. Bu konsertin bir özəlliyi də bu oldu ki, Azərbaycanda ilk dəfə məhz burada 250 nəfərin iştirakı ilə MİLLİ AND içildi. Bu isə tədbir iştirakçılarını daha da coşdurdu.

Tədbirdə Məmməd Əmin Rəsulzadənin 1953-cü ildə Amerkanın səsi radiosu ilə çıxışı, Güney Azərbaycanın futbol komandası Tirəxtur və hazırda inkişaf edən Azərbaycan ordusu haqqında video roliklər yayımlandı.

Konsertdə Gunaz Tv və müxtəlif mətbuat nümayəndələri iştirak edirdi. .



Nərmin Məmmədli





Yorumlar








Aktif Ziyaretçi 12
Dün Tekil 880
Bugün Tekil 703
Toplam Tekil 1641939
IP 50.16.17.16






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































10 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yüksel Türk; senin için Yüksekliğin Hududu Yoktur. (Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.621 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu