Ermənilər Qarabağda uduzdu - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Ermənilər Qarabağda uduzdu - Elnur ELTÜRK
Tarih: 27.05.2010 > Kaç kez okundu? 2267

Paylaş




13:53

Vaxtında ermənilərin işğalçılıq siyasətinin qarşısı alınsaydı, indi proseslər başqa istiqamətdə cərəyan edərdi"



Dünyaxanım Əliyeva: "Separtçıların Qarabağda keçirdiyi "seçkiləri"n beynəlxalq təşkilatlar, böyük dövlətlər tərəfindən tanınmaması uzun illərdir erməni diasporunun, separtçıların apardığı təbliğatı fiaskoya uğratdı"

Fəal diasporçular eksklüziv olaraq "Təzadlar" qəzetinə verdikləri açıqlamalarında separtçıların Qarabağda keçirdikləri "seçkiləri" beynəlxalq qurumlar, eləcə də Rusiya, Amerika, Fransa dövlətləri tərəfindən tanınmamasını Azərbaycanın uzun illərdir apardığı mübarizənin məntiqi nəticəsi kimi qiymətləndirirlər.



"Separtçıların Dağlıq Qarabağda keçirdiyi "seçkilər" özlərinə təskinlik verməkdən başqa bir şey deyil. Bir daha beynelxalq təşkilatlar, böyük dövlətlər bəyanatlarında göstərdilər ki, Qarabağda hansısa bir müstəqil separtçı dövlət qurmaq mümkün deyil. Qarabağ Azərbaycanın torpağıdır. Bunu separtçılar birmənalı olaraq qəbul etməlidirlər. Separtçıların Qarabağı beynəlxalq hüququn subyekti kimi tanıtmaq siyasəti, xüsusilə, erməni dövlətinin, diasporun uzun illərdi apardığı təbliğat fiaskoya uğratdı. Bu məsələyə beynəlxalq birliyin münasibəti bunu göstərdi".



Bu fikirləri Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədri, fəal içtimaiyyətçi Dünyaxanım Əliyeva "Təzadlar" qəzetinə verdiyi eksklüziv açıqlamasında bildirdi. "Beynəlxalq təşkilatlar çox düzgün olaraq separtçıların keçirdiyi "seçki"ni tanımadılar. Düşünürəm ki, bu ermənilərə yaxşı mənada vurulan bir şillə oldu. Bu, separtçılara bir dərs olmalıdır. Həm də ermənilərin yaddaşından getməyəcək bir hadisə oldu.



Əgər düşünürlərsə ki, onların bu hərəkətləri davamlı olaraq gedəcək, yenə də yanılırlar. Bundan sonrada Azərbaycan dövləti, 50 milyonluq Azərbaycan xalqı torpaqların işğal altında qalmasına imkan verməyəcək. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarından bir xahişim var. Onlar güclərini birləşdirib ermənilərin apardığı təbliğatı fiaskoya uğratmaları üçün gecə-gündüz çalışmalıdırlar. Onsuz da onlar öz gücləri hesabına işlər görürlər".



"Bununla yanaşı, güclərimizi birləşdirməliyik ki, düşmən təbliğatını daha da zəiflədə bilək. Son illər Heydər Əliyev Fondunun diaspor sahəsində çox maraqlı və təsiredici tədbirlər keçirdiyini, bu tədbirlərin nəticəsi olaraq beynəlxalq içtimai düşüncənin ölkəmizin xeyrinə dəyişdiyini" deyən Dünyaxanım Əliyeva son olaraq xalqımızın bir yumruq kimi birləşməsinin vacibliyini vurğuladı.



Ayhan Dəmirçi: "Ermənilər bir şeyi nəzərə almalıdır ki, hər gün Azərbaycanın beynəlxalq arenada mövqeləri güclənməyə doğru istiqamət alır"



Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin başqanı, fəal diasporçu Ayhan Dəmirçi də qəzetimizə verdiyi açıqlamasında Qarabağda keçirilən "seçkiləri" gülünc bir şou adlandırdı: "Ermənilər nə qədər ki, dünya içtimaiyyətinə Qarabağı müstəqil dövlət kimi tanıtmağa çalışsalar da, istəklərinə nail ola bilmirlər. Ola da bilməyəcəklər. Bunu nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycanın mövqeləri indi çox güclüdür. Diaspor sahəsində Heydər Əliyev Fondu erməni təbliğatını ifşa edən tədbirlər keçirdi və xüsusilə də, Xocalı faciəsi ilə bağlı kampanıyanı beynəlxalq arenada tanıtımını uğurla apardılar. Görünən odur ki düzgün siyasət yürüdülür. Beynəlxalq təşkilatlar məsələnin mahiyyətini anlamağa başlayırlar. Əgər ermənilər bilsəydilər ki, keçirdikləri "seçki" belə bəyanatlarla qarşılanacaq, sizi inandırıram bunu təxirə salardılar. Buna getməzdilər. Düşünürəm ki, beynəlxalq təşkilatların separtçıların keçirdiyi seçkini tanımaması ermənilərə gözəl bir cavab oldu. Bundan sonrada ermənilərin əleyhinə bu cür bəyanatlar veriləcək".



Camal Mehmetxanoğlu: "Zamanında beynəlxalq güclər tərəfindən ermənilərin işğalçılıq siyasətinin qarşısı alınsaydı, indi proseslər başqa istiqamətdə cərəyan edərdi"



İzmir Azərbaycanlılar Kültür Mərkəzinin və CanAzərbaycan Televiziyasının rəhbəri Camal Mehmetxanoğlu isə qeyd etdi ki, vaxtında ermənilərin işğalçılıq siyasətinin qarşısı alınsaydı, indi proseslər başqa istiqamətdə cərəyan edərdi: "çünki bu gün BMT-nin dörd qətnaməsi ermənilərin Azərbaycanın işğal etdiyi torpaqlardan geri çəkilməsi üçün hüquqi bir baza rolunu oynayır. Təəssüflər olsun ki, qərarın gerçəkləşməsi mümkün olmadı. Daha doğrusu, işğalçılara lazımı təzyiq göstərilmədi.



İndi beynelxalq qurumların bəyanatları erməni diasporuna qarşı güclü təzyiqin yaranmasını stimullaşdıra bilər. Türkiyə-Ermənistan sərhədlərinin açılmaması erməniləri və bu ideyanı dəstəkləyən qüvvələri məyus etdi".



İlhan Aşkın: "Ermənilərin Qarabağda "seçki" keçirməklə biabır olmaları, bununla paralel olaraq onların mənasız bir işin qulpundan yapışdığını təsdiqləyir"



Hollandiyada fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Mərkəzinin sədri İlhan Aşkın isə ermənilərin getdikcə yalanlarının üzə çıxdığını və dünya içtimaiyyətində onlara qarşı bir etimadsızlığın baş qaldırdığını qeyd etdi: "Ermənilərin Qarabağda "seçki" keçirməklə biabır olmaları onların mənasız bir işin qulpundan yapışdığını təsdiqləyir. Avropada onların təbliğatının qarşısını almaq üçün Azərbaycan diasporu öz imkanları daxilində əlindən gəldiyi qədər çalışır və bundan sonra da çalışacağıq".



Söhbətləşdi: Elnur Eltürk,



"Təzadlar" qəzetinin xüsusi müxbiri



http://tezadlar.az/index.php?type=xebergoster&id=13973





Yorumlar








Aktif Ziyaretçi 19
Dün Tekil 828
Bugün Tekil 193
Toplam Tekil 1638082
IP 54.197.75.176






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































6 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Türk Devletinin yenilmez, zinde hayat gücü ve Türk Milletinin teminatı ve istikbali gençliktir.
(Alpaslan TÜRKEŞ)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu