Seymur HESENLİnin Türkiye Ziyareti haqqında geniş Müsahibe - Xeber24 - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Seymur HESENLİnin Türkiye Ziyareti haqqında geniş Müsahibe - Xeber24
Tarih: 21.05.2010 > Kaç kez okundu? 3495

Paylaş


Seymur Həsənli: "Dostlarımızla birlikdə hər işin öhdəsindən gələrik"

Ötən həftə Türkiyədə səfərdə olan Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədri, “Yeni Nəfəs+” qəzetinin qurucusu və yönətim başqanı Seymur Həsənli Türkiyə səfəri ilə bağlı özəl olaraq Xeber24.com –a açıqlama verdi.



-Seymur bəy, Türkiyə səfərinə dəvət almanızın arxasında hansı məsələlər dururdu?

-Bildiyiniz kimi 2011-ci il mart ayının 15-22 tarixində Türkiyənin paytaxtı Ankarada I Böyük Turan Qurultayı keçirilməyi təşəbbüsü irəli sürülüb. Bu təşəbbüsün müəllifi Turan Strateji Araşdırmalar mərkəzi və onun başqanı Elnur Həsən Mikayldır. Mənə də Azərbaycan üzrə təşkilat komitəsinin rəhbərliyini təklif etdi. Təbii ki, Turan davası varsa, kənar qala biməzdim. Qəbul edib Azərbaycan üzrə ilk addımları atmağa başladım. Onu da deyim ki, bu addımlar ümümilikdə Qurultayla bağlı ilk addımlar idi. Bir neçə təşkilatdan bu davada “biz də varıq” dəstəyi gəldi. Siyasi partiyalardan isə Ümid Partiyası münasibətini açıqlayaraq sədr müavini Taleh Əliyevi bu məsələdə görəvli olaraq təyin etdi. Biz də həm qurultayla bağlı ümumi hazırlıqlar, Azərbaycanda olan fəaliyyətlər, Türkiyənin milliyətçi dairələrinin, strateji mərkəzlərinin qurultaya münasibəti və iştiraki səviyyəsi, qurultayın gündəliyində duran məsələlər haqqında yaxından tanış olmaq üçün Türkiyə səfərini gerçəkləşdirdik.

-Mətbuatdan izlədiyimzə əsasən belə qənaətə gəlmək olar ki, Türkiyədə çox önəmli görüşlər keçirmisiniz. Bu görüşlərdə nələr əldə edə bildiz?

-İlk görüşümüz Milliyətçi Hərəkat Partiyasının başqanı sayın Dövlət Baxçalı ilə gerçəkləşdi. Həm qurultay, həm Azərbaycanın siyasi vəziyyəti barədə maraqlı söhbətlər oldu. Dövlət bəy millətçilik donuna girib qərbin maliyəsi əsasında oyuncaq rolu alan qüvvələrin artıq iç üzünün məlum olduğunı bildirdi. Bu görüş əməkdaşlıq baxımından bizim üçün çox mühüm oldu. Daha sonra Türk Tarix Qurumunun rəhbəri Ali Birinci ilə görüşdük. Bütöv Azərbaycanın tarixinin nəşri və Türkiyədə tanıdılması barədə aparılan danışıqlar və əldə olunan real nəticələr bu görüşün əhəmiyyətini göstərdi. Türkiyə Strateji Araşdırmalar Mərkəzinin başqanı Sinan Oğanla təşkilatımızın gənclərinin həmin qurumda təcrübə keçməsi barədə razılaşmamız oldu. Ülkü Ocaqları başqanı Harun Öztürklə gələcək əməkdaşlıq, Yeni Nəfəs qəzeti və Ülkü Ocaqları dərgisnin qarşılıqlı yayımı, gələcəkdə Azərbaycanda belə bir dərginin nəşri barədə danışıqlar aparıldı. Bundan başqa Böyük Birlik Partiyasının başqanı Yalçın Topçu, Türkiyə Böyük Millət məclisində MHP-li millət vəkilləri, İğdır Azərbaycanlıları Kültür dərnəyinin başqanı Ənvər Türkoğlu və başqan yardımçısı Eyyub Kartalkaya, İzmirdə Egey Universitetinin professoru Yavuz Akpinar, həmin Universitetin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar İnstitunun başqanı Fikrət Türkmən kimi dəyərli şəxsiyyətlərlə görüşlər reallaşdı və lazımı nəticələr əldə olundu. Bundan başqa İzmirdə Canaz TV-nin qonağı olduq. Proqramda çıxış edərək görüşlərimiz barədə hesabat verdik. Bu səfəri İstanbul görüşləri ilə yekunlaşdırdıq. İstanbulda Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı Turan Yazqanla çox önəmli görüşümüz reallaşdı. Bundan başqa bir sıra qeyri-rəsmi görüşlər oldu. Ümumilikdə hər bir görüşdə real əmələ hesablanacaq məqsədimiz var idi. Buna da zənnimcə nail olduq. Zaman keçdikcə hər kəs şahidi olacaq. Sevənlər də, sevməyənlər də.

-Qurultayla bağlı sizin fəaliyyət planınızda nələr var?

-Qarşıdan yay mövsümü gəlir. İki nəfərlik nümayəndə müəyyənləşdirəcəyik. Konkret konsepsiya ilə hər bir siyasi partiya, təşkilat, qurum və bu istiqamətdə çalışan fərdlərlə görüşəcəklər. Təşkilat komitəsində yer almaları barədə danışıqlar aparılacaq. Şəxsi münasibətlər kənara qoyulacaq. Sonra hansısa qurumun rəhbəri deməsin ki, bizi dəvət etmədilər, görüşmədilər. Mən gərəkən bütün addımları atacam. Sentyabrda təşkilat komitəsinin tərkibin elanı barədə mətbuat konfransı keçirməyi planlaşdırıq. Sonradan da təşkilat komitəsinə qoşulmaq olacaq. Hər ay təşkilat komitəsinin toplantısı olacaq, qurultayla bağlı təkliflər səslənəcək. Bizim ilkin hədəfimiz Azərbaycandan qurultaya 100 nəfərin qatılmasıdır. Təbii bu bizim Azərbaycan üzrə planımızdır. Amma bunların tam olaraq gerçəkləşməsi üçün Türkiyə tərəfinin də öhdəsinə böyük məsuliyyət düşür. Bu yaxınlarda Bakıda toplantımız olacaq. Daha geniş və tam olaraq hər şey aydın olacaq.

- Sizin gənc olmağınız insanların təşkilat komitəsinə qoşulmasında sorun yarada bilərmi?



-Bəy, biz hər kəslə işləyəcəyik. Qoy gəlməsinlər. Dostlarımız bizimlə olacaq. Bir yerdə bu işi ən yüksək səviyyədə reallaşdıracayıq. Düşmənlər təbii çox rahatsız olacaq. O ki, qaldı ölkə içində digər qüvvələrə bunlar marağımda belə deyil. Biz bu yolda özümüzə rəqib qüvvə olaraq kimsəni görmürük. İstəyirik olsun. Amma hələ ki, yoxdur. Rəqib o qüvvə olar ki, bizim gördüyümüz işin 50 faizini etsin. Bunu edən rəqibimiz ola bilər. Bunun olması üçün də çalışmalarımız var.

-Bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik. Bütün fəaliyyətinizdə uğurlar arzu edirik.

-Təşəkkür edirəm. Mən də sizə yeni başlamasına baxmayaraq, böyük nüfuz qazanmış portalınızın fəaliyyətində başarılar diləyirəm. Azərbaycanda ilk deycest portalı olduğu kimi, bütün Türk Dünyasının ortaq informasiya məkanı olmasını arzulayıram. İlklər fəaliyyətinizdən əksik olmasın./Xeber24.com/







Yorumlar









Aktif Ziyaretçi 51
Dün Tekil 1505
Bugün Tekil 1865
Toplam Tekil 4076647
IP 18.191.168.228






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.193 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu