Vətəndaş Cəmiyyəti ilə Hüquqi Dövlətin vəhdəti və Siyasi Etika - Günel ABDULLAYEVA - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Vətəndaş Cəmiyyəti ilə Hüquqi Dövlətin vəhdəti və Siyasi Etika - Günel ABDULLAYEVA
Tarih: 20.05.2010 > Kaç kez okundu? 4290

Paylaş


Vətəndaş cəmiyyəti haqqında olan təsəvvürlərin kökləri Qərb siyasi nəzəriyyəsi və sosial fəlsəfəsinin ənənələrindən qidalanır. İlk dəfə XVIII əsrdə sosiologiyaya dair irəli sürülən bu anlayış XIX əsrdə dövlət müdaxiləsindən kənarda mövcud sosial qurumu xarakterizə edən məfhum kimi öz yerini almışdır. Liberal-parlamentar, sosialist, marksist ənənələrinin inkişafında aparıcı rol oynayan vətəndaş cəmiyyəti nəzəriyyəsi haqqında zaman-zaman müxtəlif fikirlər səslənib:

Teylora görə: “vətəndaş cəmiyyəti ideyası müasir dünyada aparılan mübarizənin tərkib hissəsidir”. M. Valtserin fikrincə: “O dövlət məfhumundan, istənilən təzyiqi və təsirindən azad, “ticari həyat” ugrundakı axtarışların nəticəsi olaraq müxtəlif dəyərlərin cəmidir”. A. Smitə görə isə: “vətəndaş cəmiyyəti təbii istəklər və bir-biri ilə ünsiyyətdə olmaq mühitidir”.

Bütün bunları ümumiləşdirərək belə bir tərif vermək olar ki: Vətəndaş cəmiyyətinin əsasını cəmiyyətdəki qeyri-siyasi münasibətlər həm də iqtisadi münasibətlər təşkil edir. Və ya bu elə bir cəmiyyətdir ki, burada vətəndaşların mahiyyətcə yaratmış olduqları müxtəlif birliklər vasitəsi ilə (partiya, klub, dini qurum, həmkarlar ittifaqı, gənclər hərəkatı, kooperativ - işgüzar assosiasiyalar) vətəndaş ilə dövlət arasında əlaqə yaranır və dövlətin şəxsiyyət üzərindəki dominantlığına mane olur. Bu cəmiyyəti həm hüquqi mühit, həm mülkiyyət-əmlak, sivillik həm də iqtisadi mühit kimi də adlandırmaq olar. Vətəndaş cəmiyyəti hüquqi baxımdan azad fərdlər birliyinə əsaslanır. Dövlətin müdaxiləsi yoxdur. Lakin bu mühit dövlətin buradakı vətəndaşların mənafeyini güdərəkdən qəbul etdiyi qanunlarla tənzimlənir. Buradakı vətəndaş azaddır və bu azadlıq, sərbəstlik ona tanınır. Kantın da dediyi kimi: “vətəndaş cəmiyyətindəki insanlar dövlətdən asılı deyil və tam sərbəstdirlər”. Yəni, vətəndaş cəmiyyəti müstəqil eyni zamanda fəal insanların öz məqsədlərinə doğru qurduqları, dövlət və hakimiyyət istibtadından kənar, liberal qanunlar vasitəsi ilə qorunan özünü ifadə mühitidir.

Bəs, vətəndaş cəmiyyətinin mövcudluğunu təmin edən, ona real imkan yaradan hüquqi dövlət nədir?

Bu anlayışa qısa olaraq xarakteristika versək onda qanuni olaraq müəyyən edilən hüquqi – konstitusion qayda və normaların başlıca prinsip kimi götürülməsi əsasında qurulan və bu cərcivədə fəaliyyət göstərən dövləti hüquqi dövlət adlandımaq olar. Məhz, hüquqi dövlət dedikdə, eyni zamanda dövlətin üç başlıca ünsürünün yəni, quruluşu, idarə formaları və siyasi rejimlərinin də bu normaya müvafiq olması da başa düşülür. Yəni bir dövlətə hüquqi aspektdən qiymət vermək ücün onun strukturuna nəzər yetirmək kifayətdir. Belə ki, bu cür dövlət sözün əsl mənasında liberal qanunvericiliyə, demokratik icraedici və konstitusion hakimiyyətə, insan bərabərliyi və azadlıqlarını özündə ehtiva etdirən hüquqa, siyasi və iqtisadi münasibətlərin bir sözlə, ictimai sferanın özəyini təşkil edən hüquqi normalara və nəhayət, dövlət ilə qarşılıqsız münasibətləri olan hakimiyyət, siyasət məfhumundan kənar, buxovsuz iqtisadi azadlıqdan yaranan vətəndaş cəmiyyətinə malikdir.

Hüquqi dövlət və vətəndaş cəmiyyəti. Nə dərəcədə doğrudur və labüddür bunların birgə vəhdət təşkil etməsi?

Müasir demokratikləşmə şəraitində bu vəhdətin vacib ən başlıca şərt olduğunu söyləmək bu suala konkret olaraq cavab vermək deməkdir. Cünki vətəndaş cəmiyyəti və hüquqi dövlət demokratiya ilə ayrılmaz əlaqədə cıxış edən, əslində demokratiyanın əsasında duran və onun dinamiklik səviyyəsini göstərən əsas ilkin amildir.

Ümumiyyətlə, dövlət ilə cəmiyyət hər zaman eynilikdə götürülmüş və buna haqq qazandırmaq ücün əslində, vətəndaş cəmiyyətini siyasi cəmiyyət adlandırmışlar. XVII əsrə qədər cəmiyyət anlayışı dövlətdən ayrılmırdı. İlk dəfə olaraq bu iki məfhum arası fərqi görən C. Lokk olmuşdur. Vətəndaş cəmiyyətini siyasi cəmiyyətə daha yaxın bilən filosof hesab edirdi ki, dövlət bu cəmiyyətə təsir etməlidir yox, onu öz təsirindən qorumalıdır. Belə ki, C. Lokk xüsusi mülkiyyətin tərəfdarı idi və haqlı olaraq iqtisadi münasibətlərin doğurduğu, dövlətdən kənar vətəndaş cəmiyyətini dəstəkləyirdi. T.Hobbs da “dövlət və cəmiyyət bölünür” deməklə bu ideyanın tərəfdarı kimi çıxış edir və bu istiqamətdəki Russo, Monteskyö nəzəriyyələri ilə razılaşırdı. Onlar vətəndaş cəmiyyətindən danışarkən hakimiyyətin bölgü prinsipinə də münasibət bildirirdilər. Bölgü prinsipi dövlətin və hakimiyyətin simasını dəyişir, parlament və məhkəməni gücləndirir, avtonomluq verir. Əlbətt ki, parlament və məhkəmə də gücləndikcə vətəndaş cəmiyyətinin inkişafına gətirir.

Cəmiyyətə təsirsiz hüquqi dövlət doğrudan da vətəndaş cəmiyyətinə real imkan yaradır. Belə ki, avtoritar rejimdə vətən cəmiyyətinin mövcudluğu abstrakdır. Amma hüquqi dövlətdə, bazar münasibətləri və iqtisadi cəhətdən müstəqil insan kütləsi məkanında vətəndaş cəmiyyətinin olması mümkündür. Vətəndaş cəmiyyəti bir növ siyasi yox sosial cəmiyyətdir. Və bura siyasi elita və ya dövlət hakimiyyətinin “söz keçirməsi” cəmiyyətin qeyri liberallığına şübhə yaradır. Nəzərə alsaq ki, onun özəyi iqtisadi sərbəstlikdir və bu sərbəstlik demokratiyanı yaradır və demokratik şəraitdə hüquqi dövlət daha da inkişaf edir onda bu üçünün bir-bir ilə labüd bağlılığı göz önündədir. Kantın da dediyi kimi: “ümumdünyəvi vətənaş cəmiyyətinin formalaşması demokratiyanın yaranması deməkdir”. Düzdür, qeyri demokratik şəraitdə də vətəndaş cəmiyyəti mövcud ola bilər. Lakin bu zaman cəmiyyət hakimiyyət strukturlarının nəzarəti altında olur və onlara hesabat verir. Məs: avtoritar rejimdə əgər vətəndaş cəmiyyətini təşkil edən qurumlar dövlət tərəfindən təsdiq edilir, birbaşa və ya dolayısı yolla onun nəzarəti altındadırsa, demokratik və hüquqi dövlətdə cəmiyyət nəzarətdən azaddır və əksinə dövlətə yox, dövlət ona hesabat verir. Bir sözlə: vətəndaş cəmiyyəti yalnız yüksək inkişaf etmiş hüquqi dövlət çərçivəsində fəaliyyət göstərə bilər. Belə dövlət vətəndaş cəmiyyətinə “qanunun qadağan etmədiyi hər işi görməyə” imkan verir, ona şərait yaradır, hüquqlarını müdafiə edir. Vətəndaş cəmiyyəti isə öz növbəsində dövlət tərəfindən verilən qanunlara əməl edir. Əslində bu tələblər arasında tam demokratik şəraitdə əlaqə var və bu iki tərəfə də xeyir verir. Yəni vətəndaş cəmiyyəti dövlətdən asılı deyil lakin onunla məqsədinə doğru “qarşılıqlı anlayış ” şəraitində fəalliyyət göstərir.

Vətəndaş cəmiyyətinin inkişafı dövlətin inkişafı deməkdir. Bu iki tərəfin inkişafı isə siyasi sistemin inkişafıdır. O siyasi sistemin ki, o vətəndaş cəmiyyətinə dövlət müdaxiləsinin qarşısını alır. Deməli nəticədə istər vətəndaş cəmiyyətinin, istərsədə hüquqi dövlətin mövcudluğu üçün bu ikisini birgə vəhdət təşkil etməsi mütləqdir.

O ki qaldı siyasi sistemin inkişafına onun ifadə vasitələrindən biri də siyasi etikadır. Siyasi etika – siyasi mədəniyyətin ən vacib tərəfidir və o bir tərəfdən siyasətlə, digər tərəfdən isə əxlaq və etika ilə bağlıdır.

“ Məqsəd hec nədir, vasitə vacibdir və irəliləyiş ” (Bern Şteyn) Buna zidd çıxaraq XIX əsrdə alimlərin bir qismi hesab edirdi ki, siyasət məqsədlə bağlıdır, vasitə isə önəmsizdir. Amma artıq XX əsrdə I və II dünya müharibələrindən sonra demokratiyaya kecid pilləsində hamı anladı ki, məqsəd vasitəsiz olanda zorakılığa aparır.

Siyasi etika demokratiya şəraitində daha tez formalaşır və vətəndaş cəmiyyətinin siması kimi çıxış edir. Totalitarizmdə də demək olar ki, etika var. Lakin burda sözü gedən etika yox, hakim etikası (lider etikası – vojd, fürer) olur. Məs: faşizmdə məqsəd millət idisə, vasitə hakim etikası yəni zorakılıq idi. Göründüyü kimi siyasi etika siyasətdə iştirak davranışı, normaları və dəyərləridir. Yəni siyasət məqsəd, siyasi etika isə ideal vasitədir. O vasitə ki, vətəndaş cəmiyyəti və hüquqi dövlət ücün xarakterikdir. Siyasi etika vətəndaş cəmiyyətinin inkişafına təkan verir. Yəni təbəqələr, fərdlər arası münasibətləri tənzimləyir və bu münasibətləri tolerant yolla mümkün edir.

Bazar iqtisadiyyatında da siyasi etikanın rolu vacibdir və bunsuz iqtisadiyyat geci – tezi korrupsiyaya gətirib çıxarır. Çünki demokratik şəraitdə üç cür cəmiyyət olur: siyasi, mədəni və iqtisadi. Marksistlər deyəndə ki: “hər şey iqtisadiyyatdan başlayır” bu düzgün deyil. Cünki hər şey siyasətdən, mədəniyyətdən və bir növ fəalların şüurundan asılıdır. Qərb alimləri haqlı olaraq hesab edir ki, bütün sivilizasiyalarda olduğu kimi siyasi etika elitalarda yaranır və vətəndaşlara kecir. Öz növbəsində də bu proses bazar iqtisadiyyatını doğurur.

Müasir Azərbaycanı təhlil etsək, siyasi etika ücün müəyyən şərait var. Yəni demokratiya, vətəndaş cəmiyyəti... Əgər Sovetlər dövründə bu proses din və komunizmlə bağlı idisə, indi milli ideya və ideologiya ilə bağlıdır. Lakin ölkədə hüquqi dövlətin əsasının ancaq müstəqillik dövründə qoyulduğunu nəzərə alsaq, müasir vətəndaş cəmiyyətinin və siyasi etikanın təşəkkülü birdən - birə mümkün deyil. Bunun ücün cəmiyyətin mədəni səviyyəsinin artması və hüquqi dövlətin möhkəmlənməsi gərəklidir.

Bütün bunları ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar:

Vətəndaş cəmiyyəti – demokratiya şəraitində vətəndaşların iqtisadi azadlığı olan birliyi.

Hüquqi dövlət – bu birliyə hüquq cərcivəsində xidmət edən, istibtaddan kənar qurum.

Siyasi etika – “ siyasətdə əxlaq olmur, əxlaq siyasətdən kənardır ” (Makiavelli) fikirlərinə zidd anlayış.





Günel Abdullayeva





Yorumlar









Aktif Ziyaretçi 34
Dün Tekil 1927
Bugün Tekil 948
Toplam Tekil 4067082
IP 3.137.161.222






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu