TÜRKDİLLİ DÖVLƏTLƏR ÇƏRÇİVƏSİNDƏ İNTEQRASİYANIN ƏSAS İSTİQAMƏTLƏRİ - Ferit MEHMET - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









TÜRKDİLLİ DÖVLƏTLƏR ÇƏRÇİVƏSİNDƏ İNTEQRASİYANIN ƏSAS İSTİQAMƏTLƏRİ - Ferit MEHMET
Tarih: 20.05.2010 > Kaç kez okundu? 2977

Paylaş


Keçən dövr ərzində türkdilli ölkələr arasında inteqrasiyanın əsas istiqamətləri olan siyasi, iqtisadi və mədəni inteqrasiya səviyyələrinə nəzər yetirdikdə məlum olur ki, heç də onların inkişaf prosesi eyni səviyyədə getməmişdir.

Türkdilli dövlətlərin yaxınlaşması üçün birinci dərəcəli məsələ “siyasi yaxınlaşma” olmalıdır. Belə ki, Türkiyə və Azərbaycan arasındakı iqtisadi və mədəni yaxınlaşmanın hər cür maneəyə baxmayaraq iki ölkə arasındakı siyasi yaxınlığın gətirdiyi imkanlar sayəsində inkişaf etməsi , bütün Türk Dünyası üçün də siyasi yaxınlaşmanın eyni dərəcədə vacib olduğunu sübüt edir. Bu misalda Türkiyə ilə Azərbaycan arasındakı mədəni oxşarlıqların çox olmasının buna imkan yaratdığı fikri də ortaya çıxa bilər. Ancaq Azərbaycan Türklüyü ilə Türkiyə Türklüyü arasındakı mədəni bənzərliklər Türkiyə ilə Özbəkistan arasındakı bənzərliklərdən heç də çox deyil. Tarixən də türklər arasında hər zaman mədəni yaxınlıq olsa da, onlar arasında siyasi yaxınlığın olmaması inteqrasiyaya mane olmuşdur. Burdan belə bir nəticəyə gəlmək olar ki, inteqrasiya üçün siyasi yaxınlıq mədəni yaxınlıqdan daha vacibdir.

Türkdilli ölkələr arasında siyasi inteqrasiyanın genişləndirilməsi üçün bir çox cəhdlər edilsə də, son dövrlərədək konkret nəticələr əldə olunmamışdı. Bu gün Türk respublikalarının ortaq siyasi davranış sərgiləyə bilməməsi açıq şəkildə ortadadır. Türkiyə daha çox Qərb təsirinə məruz qalaraq Qərbə istiqamətlənirsə, digər Türk dövlətləri isə daha çox Rusiya, Çin, İran kimi dövlətlərin təsirinə məruz qalaraq, onlara doğru istiqamətlənmiş siyasət həyata keçirirlər.

Dövlətlər arasında siyasi inteqrasiyaya nail olmaq üçün ilk növbədə bunu həyata keçirə biləcək siyasi institutlar və təşkilatlar yaradılmalıdır. Türkdilli dövlətlər arasında isə son dövrlərədək belə bir vahid təşkilat yox idi. Yalnız 2009-cu ildə keçirilən Naxçıvan Zirvəsində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul edildi. Lakin bu heç də tezliklə siyasi birliyə nail olunacağı anlamına gəlmir. Çünki bunun üçün ilk növbədə müasir dövrdə dövlətlərarası münasibətlərin əsasını təşkil edən iqtisadi bazis yaradılmalıdır.

Türkdilli ölkələr arasında iqtisadi inteqrasiyanın səviyyəsinə nəzər yetirdikdə isə görürük ki, burda da vəziyyət ürəkaçan deyil. Çünki hazırda Türkdilli ölkələr arasında iqtisadi sahədə ciddi bir çoxtərəfli əməkdaşlıqdan danışmaq mümkün deyil. Əməkdaşlıq əsasən ikitərəfli səviyyədə həyata keçirilir, daha çox Türkiyə ilə digər Türk dövlətləri arasında.

İqtisadi inteqrasiya nəzəriyyələrinə görə adətən iqtisadi inteqrasiya prosesi ticarətin liberallaşdırılması ilə başlanır və bu hal kapitalın, əmtəələrin və xidmətlərin hərəkətlərinin məhdudlaşdırılmasını aradan qaldırır. Tədricən vahid iqtisadi hüquq və informasiya məkanı formalaşır. Daha sonra iqtisadi inteqrasiya ən sadə forma olan azad ticarət zonaların yaradılmasından başlayır, gömrük ittifaqı, ortaq bazar, iqtisadi birlik və ən nəhayət siyasi birlik mərhələsinədək yüksəlir.

Türkdilli dövlətlər arasında isə bu mərhələlərin heç biri hələlik həyata keçirilməmişdir. Əksinə Türk dövlətləri ayrılıqda bu mərhələlər üzrə inkişaf edən digər iqtisadi inteqrasiya birliklərinə qoşulmağa başlamışlar. Belə ki, əgər Türkiyə Avropa Birliyinin gömrük ittifaqına qoşulursa, Qazaxıstan və Qırğızıstan Rusiya, Belorusiya və Tacikistanın da daxil olduğu Avrasiya İqtisadi Birliyinə ( Gömrük İttifaqına) , Azərbaycan GUAM-a, eyni zamanda Türkiyə ilə birlikdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olmuşdur.

Yalnız Mərkəzi Asiya İqtisadi Birliyini (MAİB) nisbətən Türkdilli ölkələrin iqrisadi birliyi adlandırmaq olar. Lakin Türkiyə, Azərbaycan və Türkmənistanın bu birliyin üzvü olmaması onun ümumtürk iqtisadi birliyi adlandırılmasına əngəl olur.

Bu təşkilat 1993-cü ildə Qazaxıstan və Özbəkistan prezidentlərinin təşəbbüsü ilə yaradılıb. MAİB-in əsas vəzifəsi üzv ölkələr arasında azad ticarət və iqtisadi birlik yaratmaq, iqtisadi, sosial və mədəni inteqrasiya məqsədilə ölkələrin birgə səyini koordinasiya etməkdən ibarətdir. 1994-cü ildə Qırğızıstan, 1998-ci ildə Tacikistan quruma daxil olur. Gürcüstan, Türkiyə, Ukrayna və Rusiya müşahidəçi sifətində təşkilatın işində iştirak edirlər. MAİB çərçivəsində 1994-cü ildən üç ölkənin – Qazaxıstan, Özbəkistan və Qırğızıstanın birgə yaratdığı Mərkəzi Asiya Əməkdaşlıq və İnkişaf Bankı fəaliyyət göstərir ki, bu da dövlətlər arasında maliyyə-konvertasiya və ödəmə işlərinin standartlaşdırılmasına yardım edir.

2000-ci ildə MAİB üzvləri 2000-2005-ci illər üçün birlik çərçivəsində inteqrasiya strategiyasi qəbul ediblər. Bu strategiyaya görə 4 mərhələ çərçivəsində Mərkəzi Asiya azad ticarət zonasının, gömrük ittifaqının, ödəmə və vahid valyuta birliyinin, vahid əmək, maliyyə-resurs bazarının yaradılması təmin edilməli idi. 2001-ci ildə Almatıda keçirilən dövlət başçılarının Şurasında bu strategiyanın həyata keçirilməsi üçün ilk cəhd göstərilir. Şurada MAİB-in iqtisadi forumu yaradılır və Mərkəzi Asiyada sabitliyin möhkəmləndirilməsi, elm, texnika, təhsil və s. sahələrdə əməkdaşlıq haqqında qərarlar qəbul edilir. Bu günə qədər MAİB-in Şuraları tərəfindən 200-dən çox müxtəlifyönlü, ən iddialı və cəsarətli qərarlar qəbul edilsə də, hələ ki, təşkilat çərçivəsində dərinləşdirilmiş inteqrasiyanın real nəticələri görünmür. ABŞ-da baş verən 11 sentyabr 2001-ci il terror hadisələri və dünyanın diqqətinin Əfganıstana yönəlməsi, bu regionda cərəyan edən digər neqativ proseslər hələ ki, MAİB çərçivəsində nəzərdə tutulan inteqrasiyanı yubadır.

Türkdilli ölkələrin hamısının daxil olduğu yeganə iqtisadi təşkilat isə İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Lakin bu təşkilata 6 müstəqil Türk dövlətilə yanaşı İran, Pakistan, Əfqanıstan da daxildir və bu baxımdan bu təşkilat türkdilli ölkələrin iqtisadi inteqrasiya təşkilatı deyil, Avrasiya ölkələrinin regional iqtisadi inteqrasiya təşkilatı statusunu daşıyır.



Türkdilli ölkələr arasında ikitərəfli iqtisadi əlaqələrə gəldikdə Azərbaycan və Türkiyə arasında həyata keçirilən Bakı-Tblisi-Ceyhan neft kəməri, Bakı-Tblisi-Ərzurum qaz kəməri, Bakı-Tblisi-Qars dəmiryol layihələri kimi iqtisadi əməkdaşlıq digər Türkdilli dövlətlər üçün də nümunə olmalıdır. Gələcəkdə zəngin ehtiyatlarına malik olan Mərkəzi Asiya dövlətlərinin də bu layihələrə qoşulması Türkdilli ölkələr arasında iqtisadi inteqrasiyanın daha da intensivləşməsinə səbəb olar.

Türk dövlətlərinin yerləşdiyi bölgənin iqtisadi potensialına baxdıqda isə xüsusilə təbii ehtiyatlar baxımından çox zəngin olması gözə çarpır. Bu ölkələrdən xüsusilə Azərbaycan, Qazaxıstan və Türkmənistanda zəngin neft və təbii qaz ehtiyatları vardır. Qazaxıstanın Tengiz neft yataqlarından ildə təxminən 50 milyon ton neft hasil edilir. Türkmənistan isə hələ 90-cı illərin əvvəllərində ildə 85 milyard m3 qaz hasil etməklə MDB ölkələri arasında ikinci, dünyada isə təbii qaz istahsalına görə dördüncü yeri tuturdu. Ümumilikdə Türkmənistanın təsdiqlənmiş təbii qaz ehtiyatları 2,8 trilyon m3 təşkil edir. Bundan başqa təkcə Qazaxıstanda olan kömür ehtiyatları SSRİ-nin 120 illik təlabatını ödəmək iqtidarında idi. Bölgənin digər vacib ehtiyatları sırasında dəmir və qızıl mədənlərini göstərmək olar. SSRİ-nin dövründə ittifaqın neft hasilatının 32%-i, mis hasilatının 78%-i, civə hasilatının 100%-i, qurğuşun və sink hasilatının 86%-i, xrom və uran hasilatının 100%-i və fosfor hasilatının 90%-i Türk Respublikalarının torpaqlarından əldə edilirdi. Bundan başqa pambıq hasilatının 65%-ni Özbəkistan təkbaşına təmin edirdi.

Türkdilli ölkələr arasında mədəni inteqrasiya isə siyasi və iqtisadi inteqrasiya ilə müqayisədə çox yüksək səviyyədə həyata keçirilir. Dünyanın siyasi xəritəsində yeni türk dövlətlərinin yaranması siyasi, iqtisadi münasibətlərlə yanaşı, mədəni əlaqələri də intensivləşdirdi. Daha çox nailiyyətin məhz mədəniyyət və incəsənət sferasında əldə olunması təsadüfi deyil. Dili, dini, tarixi kökləri, adət-ənənələri bir olan xalqların qarşılıqlı münasibətləri uzun müddət əngəllənsə də, yeni mərhələdə bu tendensiya dərhal aradan qalxdı. Müstəqilliyin ilk illərində yeni yaranmış türk dövlətlərinin Türkiyə ilə münasibətlərində obyektiv və subyektiv amillərdən qaynaqlanan ehtiyatlılıq hiss olunurdusa, bu, mədəniyyət əlaqələrinin dirçəlişinə şamil edilməməlidir. Türkiyə təbii istəkdən irəli gələn mədəniyyətlərin yaxınlaşması, ümumtürk dəyərlərinin yenidən dirçəldilməsi, sovet təhsil sisteminin müasir standartlarla yeniləşməsi, müstəqil dövlətlərin yeni ixtisaslı kadr potensialının ödənilməsi məqsədilə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirdi. Məqsədyönlü kursun nəticəsində bütöv Türk Dünyasının yeni coğrafiyası formalaşdı. Dünyada gedən qloballaşma, qarşılıqlı əlaqələrin intensivləşməsi fonunda türk ölkələri arasında mədəni inteqrasiyanın əsası qoyuldu. Bu istiqamətdə TÜRKSOY-un xüsusi rolu var. 1993-cü ildən fəaliyyət göstərən təşkilat öz sıralarında tək müstəqil ölkələri deyil, eyni zamanda müşahidəçi qismində türk muxtar qurumlarını, Rusiya Federasiyası tərkibində olan türk respublikalarını da birləşdirir. TÜRKSOY-un az müddət ərzində strukturlaşması, Türk Dünyasının mühüm tarixi əhəmiyyətli hadisələri özündə əks etdirən olduqca zəngin bir təqvimin tərtib edilməsi, yarandığı vaxtdan bəri intensiv işlədilməsi mədəniyyət və incəsənət sahəsində bir çox uğurların təminatı olub. Ümumtürk dəyərlərinin qorunub saxlanılması, tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, incəsənətin müxtəlif sahələrində birgə müsabiqələrin təşkili vahid Türk Dünyası ideyasını dünyanın nəzərinə çatdırır. TÜRKSOY ilə YUNESKO arasında birgə əməkdaşlıq müqaviləsinin imzalanması təşkilatın beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.

Türkdilli ölkələr arasında mədəni inteqrasiyasını sürətləndirmək istiqamətində atılmış ən mühüm addımlardan biri də ortaq türk televiziyasının – “TRT-Avaz”ın yaradılmasıdır. 2009-cu ildə fəaliyyətə başlamış bu ortaq televiziya sözsüz ki, türk dövlətləri arasında mədəni əlaqələri daha da gücləndirəcək və ən əsası ortaq türk dilinin formalaşmasında mühüm rol oynayacaq.

Türk dünyasının inteqrasiyası iddiaları, hər şeydən əvvəl, etnoqrafik-mədəni «bütövlük kompleksi»nə əsaslanır ki, bunun da ən populyar tərkib hissəsi dil birliyidir. Formal olaraq sayı 25-ə çatmış türk dillərində üç ortaq qat mövcuddur:

a) genetik (qədim türkcədən gələn aparıcı fonetik, leksik və qrammatik) qat;

b) ərəb, fras dillərindən gələn ümummüsəlman leksik qatı;

c) Avropa dillərindən gələn intellektual-terminoloji qat.

Lakin türk dillərinin inkişaf səviyyəsi eyni olmadığına görə, haqqında söhbət gedən «ortaqlıq» da tələb olunan qədər mükəmməl deyil. Odur ki, istər- istəməz «ortaq türk dili» ehtiyacı meydana çıxır. Mütəxəssislər, ümumən türk mədəni-ictimai fikri həmin ehtiyacı ödəmək üçün indiyə qədər iki təklif vermişdir: 1) türk dilləri üçün ən ümumi, ən geniş yayılmış fonetik, leksik və qrammatik variantları seçib ortaq bir ünsiyyət vasitəsi tərtib etmək; 2) türk dillərindən birini (təbii ki, ən inkişaf etmişini) ortaq ünsiyyət vasitəsi kimi işlətmək.

Birinci təklif nə qədər «demokratik» görünsə də, süni yaradıcılıq texnologiyası olduğuna görə özünü doğrultmadı. İkinci təklif isə həm təbii idi, həm də XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq özünə xeyli tərəfdar toplamışdı. Və hər dəfə də ən inkişaf eləmiş türk dili söhbəti ortaya çıxanda diqqət Türkiyə türkcəsinə - İstanbul ləhcəsinə yönəlmişdi.

Keçən əsrin 20-ci, 30-cu illərindən başlayaraq Atatürk inqilablarının əhatə dairəsinə daxil olub müasirləşən, bütün Türkiyə cəmiyyətinin normativ (ədəbi) dilinə çevrilən İstanbul ləhcəsi türk dilləri içərisində bu gün ona görə daha böyük nüfuza malikdir ki: 1) öz fonetik, leksik və qrammatik quruluşuna, funksional üslubi imkanlarına görə ən mükəmməl, ən zəngin dildir; 2) inkişaf etmiş dünya dilləri, Qərbi Avropanın universal dil təfəkkürü ilə ən çox kontaktda olan türk dilidir; 3) bu dilin bilavasitə daşıyıcılarının ümumi sayı yüz milyona yaxınlaşmaqla yanaşı, onu digər türk xalqlarının çoxu rahat anlayır; 4) Türkiyə Cümhuriyyəti türk dövlətləri içərisində xüsusi iqtisadi, siyasi və mədəni mövqe tutur ki, bu mövqe Türkiyə Cümhuriyyətinin dövlət dilinə özünəməxsus səlahiyyət verir.

Lakin Türk Dünyasının Türkiyə türkcəsinə bu cür önəm verməsi o demək deyil ki, Azərbaycan, özbək, qazax, uyğur, tatar, başqırd və s. türk dilləri aradan qalxacaq; Türkiyə türkcəsi isə mexaniki olaraq bütün türk xalqları tərəfindən qəbul ediləcəkdir.

Burada söhbət türk xalqlarının ortaq ünsiyyət vasitəsinə yiyələnməyindən gedir ki, həmin mədəni inteqrasiya prosesi artıq başlamışdır. İnteqrasiyanın birinci göstəricisi türk xalqlarının tədricən latın əlifbasına keçməsi, ikinci göstərici - müxtəlif türk dillərində Türkiyə türkcəsi ünsürlərinin meydana çıxması, üçüncü göstərici isə Türk Dünyasında Türkiyə türkcəsindən bu və ya digər sahədə sərbəst istifadə edənlərin sayının sürətlə artmasıdır.

Türk Dünyasının ümumi ünsiyyət ehtiyacı və bu tarixi ehtiyac üçün məhz Türkiyə türkcəsinin seçilməsi həmin dil (Türkiyə türkcəsi) qarşısına eyni dərəcədə tarixi məsuliyyət qoyur; belə ki, türk gen tipologiyasını daşıyan, müxtəlif dövrlərin beynəlxalq ünsiyyət standartlarını mənimsəmiş, ən yeni dövrün «özləşmə» devirimini keçirmiş Türkiyə türkcəsi Türk Dünyasının ortaq ünsiyyət vasitəsi olmaq üçün hazırlanmalıdır. Bu hazırlanma digər türk dillərinin ən ümumi, ən perspektivli ifadə imkanlarının ehtiva olunmasından, dünyanın universal dil ifadə standartlarının ümumtürk dil təfəkkürü mövqeyindən qəbul edilməsindən ibarətdir.

Türkdilli dövlətlər arasında təhsil sahəsində əməkdaşlıq da mühüm əhəmiyyət daşıyır. Türkiyənin yeni yaranmış türk dövlətlərindən fərqli təhsil sisteminə malik olmasına baxmayaraq, yeni dövrdə müasir ixtisaslı kadrların hazırlanması zərurəti bu istiqamətdə əməkdaşlığın başlanmasına təkan verdi. Sözügedən respublikalardakı ali təhsil müəssisələri qapalı sovet təhsil sisteminin tərkib hissəsi idi və burada bir qayda olaraq standart ixtisaslar öyrədilirdi. Təhsil sahəsində əməkdaşlığın mühüm istiqamətlərini tələbə mübadiləsi, birgə orta məktəblərin, litseylərin və universitetlərin açılması təşkil edir.

1992-ci ildə Türkiyənin Təhsil Nazirliyinin Xarici Təhsil İdarəsi “Böyük tələbə layihəsi” adlanan layihə həyata keçirməyə başladı. Bu çərçivədə 1992-1993-cü təhsil ili üçün Türkiyənin ali təhsil müəssisələri türk dövlətlərindən gəlmiş ilk tələbələri qəbul etdi. Tələbə mübadiləsinin həyata keçirilməsində maddi təminatı öz üzərinə götürən Türkiyə təhsil prosesinin daha da keyfiyyətlə qurulmasında maraqlıdır. Amma qeyd etmək lazımdır ki, postsovet məkanından gedən tələbələrin türk dilini mükəmməl bilməməsi, Türkiyədə dərsdənkənar müxtəlif dini və siyasi yönümlü dərnək və qurumların təbliğatının hədəfinə çevrilməsi müəyyən çətinliklər yaradır.

Tələbə mübadiləsi hətta dövlətlərarası münasibətlər səviyyəsində müəyyən narazılıq elementlərinin baş qaldırması ilə müşayiət olunub. 1992-1993-cü illər ərzində Türkiyəyə oxumağa 2 minə yaxın özbək tələbəsinin getməsinə baxmayaraq, 2-3 aydan sonra onların böyük bir hissəsi geri qayıtdı, ya da orada bizneslə məşğul olmağa başladı. Özbəkistan tərəfi təhsilin keyfiyyətinin yüksək olmamasından, özbəklərə münasibətdən, həmçinin, tələbələr arasında özbək müxalifətinin ciddi təbliğat işi aparmasından şikayətlənmişdi. Bundan başqa, 1995-ci ildən tələbə göndərilməsi praktiki olaraq dayandırıldı. Belə ki, 1995-ci ildə əlavə olaraq keçirilmiş imtahandan sonra cəmi 148 nəfər abituriyent seçilməsinə baxmayaraq, 1996-cı ildə bu say 100-ə qədər azalmışdı. Ancaq Türkiyə siyasi sistemində islamçıların mövqeyi gücləndikdən sonra Özbəkistan hətta bu kiçik qrupun da yola düçməsinə imkan verməmişdi.

Tələbə mübadiləsinin ilkin mərhələsində yaranmış bir çox problemlərin həlli istiqamətində Türkiyə dövləti müəyyən proqramlar həyata keçirməkdədir. Təhsil sahəsində digər istiqamət Türk Dünyasının ayrı-ayrı məktəb və litseylərinin bir-biriləri ilə əlaqələr qurmasıdır. 1995-ci ildən başlayaraq, “Qardaşlaşmış məktəblər” yaranmağa başladı. Hazırda belə ənənəni 99 bu tipli məktəb davam etdirməkdədir.

Türk respublikalarında birgə universitetlərin qurulması da ənənə halını alıb. Bunların sırasında Manasın adını daşıyan Türk-Qırğız Universitetini, Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetini və Bakıdakı Qafqaz Universitetini göstərmək olar.

Müstəqil türk dövlətlərinin yaranmasından sonra eyni soykökə, tarixə, adət və ənənəyə malik türk xalqlarının vahid mədəni məkanda daha da möhkəmlənməsi məqsədilə müxtəlif ideyalar irəli sürüldü. Bunlardan biri də türk dövlət və muxtar qurumlarının latın qrafikalı əlifbaya keçməsi və bununla əlaqədar türk dilinin formalaşması məsələsidir. Bu ideyanın meydana gəlməsinin tarixi əsasları var. Belə ki, Türk Dünyasının mədəni inteqrasiyasına təkan verən təşəbbüs böyük mütəfəkkir İsmayıl bəy Qaspıralının məşhur “ dildə, fikirdə və işdə birlik” düşüncəsindən qaynaqlanır. Alimlərin bu baxımdan tarixi reallıqdan qaynaqlanan aşağıdakı fikri həmişə aktuallığını qoruyub saxlayacaq. “Ortaq əlifba olmadan dildə birliyə nail ola bilmərik. Dildə birlik olmasa, fikir birliyindən danışmağa dəyməz. Fikirdə ortaq məxrəcə gəlmədən, işdə, fəaliyyətdə birlik mümkün deyildir. Türk Dünyasının ortaq mənfəətlərinin qeydinə qalmaq və onları qorumaq üçün isə bütün sahələrdə birliyə nail olmalıyıq. Əlbəttə, fikirlərimizdə fərqlər ola bilər. Fəqət son nəticədə mütləq ortaq fikir və düşüncə ətrafında toparlanmağımız gərəkdir”. Ortaq əlifbanın – latın qrafikasının istifadə edilməsi ümumtürk mədəni inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, müasir elmi-texniki nailiyyətlərin mənimsənilməsi baxımından da dəyərlidir.

Beləliklə, 1992-ci ildən Türkiyənin Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Böyük tələbə layihəsi” çərçivəsində türk dövlət və muxtar qurumlarından olan gənclərin təhsillərini burada davam etdirilməsinə şərait yaradılmışdır. Layihənin həyata keçirilməsində məqsəd bazar iqtisadiyyatı və müstəqil dövlət quruculuğu prosesinə başlayan ölkələrin müasir ixtisaslara yiyələnmiş kadr potensialına olan ehtiyacını ödəmək idi. Beləliklə, qarşılıqlı əlaqələrin digər sferalarında olduğu kimi, mədəniyyət sahəsi üzrə də münasibətlər məhsuldar olmuşdur.

Lakin bütün bunlara baxmayaraq türkdilli dövlətlərin inteqrasiyası istiqamətində ciddi problemlər də mövcuddur. Belə ki, coğrafi uzaqlılıq və ayrılıq, xarici ölkələrin zidd siyasəti, vacib mövqeydə olan Türkiyənin yetərli gücə sahib olmaması və son dövrlərdə siyasi qeyri-stabilliyə düşməsi, türkdilli dövlətlərin vətəndaş cəmiyyəti, demokratiya kimi məsələlərdə hələ yenicə fəaliyyətə başlamaları inteqrasiyaya əngəl olan amillər kimi qarşımıza çıxmaqdadır.

Avropa Birliyi üzvü ölkələrin coğrafi bütünlüyü ilə müqayisədə türkdilli dövlətlər belə şəraitdən demək olar ki məhrumdurlar. Mərkəzi Asiyanın bir-birilə həmsərhəd olan türkdilli dövlətlərinin Türkiyə və Azərbaycanla coğrafi əlaqəsizliyi, həmçinin Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa quru əlaqəsinin olmaması geostrateji baxımdan türk qurşağının zəif halqasını təşkil edir. Bu problem dünyadakı inteqrasiya prosesinin sürətləndirilməsində mühüm rol oynayan müasir texnoloji yeniliklərdən maksimum dərəcədə istifadə edərək rabitə və informasiya sahəsində ortaq yatırımlar olduğu təqdirdə çözülə bilər.

Türkdilli dövlətlərin inteqrasiyası və institutlaşdırılması problemlərinə toxunarkən türk dünyasının mənafelərinin qonşu dövlətlərin geosiyasi maraqları ilə ziddiyyət təşkil etməsi, mənafe uyğunsuzluğuna nəzər salmamaq problemə səthi yanaşma tərzindən xəbər verərdi. İstər regional, istərsə də Avropa dövlətləri tarixən türk xalqlarının bir araya gəlməsi fikrinin özünə belə ehtiyatla yanaşmışlar.

Türk alimi Kamal Karpata görə Türkiyənin türkdilli respublikalarla münasibətlərinin bugünkü durumu belə bəzi Avropa ölkələrini rahatsız etməkdədir. Ona görə İngiltərə və Fransa tarixən Türkiyəni Yaxın Şərq, Balkanlar, Qafqazlar və Mərkəzi Asiyadakı mənafelərinə zərbə vurmağa çalışmışlar. 1991-ci ildən sonra Fransanın PKK məsələsini ortaya atması da bu siyasətin davamıdır.

Amerikalı tədqiqatçılar isə türk birliyi fikrini pan-türkizmin yenidən doğuşu olaraq görməkdə və narahatçılıqla qarşılamaqdadırlar. Məsələn, Alvin Toffler “Kiprdən Çin sərhəddindəki Qırğızıstana qədər türkcə danışanları yeni bir Osmanlı İmperatorluğunda toplama xəyalı quran bəzi türkləri” dünyada inkişaf edən proseslərə təsir göstərəcək fəallar arasında görür. Burada açıq-aydın türkdilli dövlətlərin timsalında yeni güc mərkəzinin yaradılmasından narahatçılıq ifadə olunur. Avrasiyanın, xüsusən Mərkəzi Asiyanın əhəmiyyəti sürətlə ardıqca, ABŞ Rusiyanın burada yeganə qüvvə olmasına real baxmayaraq, daima bölgəyə diqqətini artırmaqdadır. Bundan başqa ABŞ Rusiyanın bölgədə tək qüvvə olmasına izin verməməklə, öz nəzarətini artırmağa çalışır. ABŞ adətən müttəfiqlərinə yardımı özünə asılılıqdan qurtulmayacağı bir tarazlıq daxilində etməkdədir. Bu səbəbdən ABŞ Türkiyənin nəinki nəzarətdən çıxması, hətta onun türkdilli dövlətlər üzrə müstəqil siyasət yeritməsini məhdudlaşdırmağa çalışacaqdır. ABŞ-a görə, Türkiyənin son onillikdə elmi ədəbiyyatda tez-tez səsləndirilən “türkdilli dövlətlər üçün model” olması, “Mərkəzi Asiya ilə Qərb arasında körpü olma” kimi vasitəçilik missiyası ilə tamamlanmalıdır. “Türk dünyasında liderlik” məsələsi də daha çox Qərbin maraqlarını həyata keçirmək xatirinə bir rol olaraq dəyərləndirilir.

Uzun müddət “qəlb sahəsi” ( heartland ) olaraq adlandırılan Mərkəzi Asiyanın geosiyasi önəmi İran körfəzi və Sibir bölgəsindən sonra dünyanın üçüncü böyük neft və təbii qaz mənbələrinə malik olduğunun gündəmə gətirilməsi ilə daha da artmışdır. Mərkəzi Asiya haqqında “İpək yolu və boru xəttlərinə nəzarət edən dünyaya nəzarət edər” şəklində nəzəriyyələrin yaranması bir daha onun əhəmiyyətinin artmasından xəbər verir. Bu qədər önəmli bir bölgədə Rusiya və İranın qarşı çıxacaqları kimi “türk birliyi” ideyasının ABŞ-ın mənafeyinə də toxunacağını unutmaq olmaz. Belə əhəmiyyətli bir bölgədə 120 milyon əhaliyə və 4 milyon km2 əraziyə malik bir qüvvənin ortaya çıxmasına ABŞ kimi Avropa da qarşı çıxacaqdır.

Göründüyü kimi bütün regional və qlobal əhəmiyyətli dövlətlərin belə bir inteqrasiyanı narahatlıqla qarşılaması, türkdilli dövlətlərin öz aralarındakı inteqrasiyaya mənfi təsir göstərən əsas səbəblərdəndir. Belə bir narahatçılığa səbəb verməmək üçün türkdilli dövlətlərin liderləri bu barədə ehtiyatlı fikirlər söyləyərək, müvafiq strategiya qurmağa çalışmalıdırlar.

Türkiyə və türkdilli respublikalararası münasibətləri nəzəri cəhətdən araşdırdıqda, ümumi tarixi və mədəni bağların yetərli səviyyədə olduğu, hazırda da inkişaf etdirildiyi, ümumi mənsubiyyət və şüur yaxınlığı kimi xüsusiyyətlərin inteqrasiya üçün kifayət edəcək səviyyədə sayıla biləcəyi, iqtisadi, siyasi və digər sahələrdə güc birliyini yaratmağın hər iki tərəfin mənafeyinə cavab verəcəyi, iqtisadi münasibətlərin yetərli səviyyədə olmasa da getdikcə güclənən cəmiyyətlərarası qarşılıqlı təsirin artıdığı aşkarlanmaqda və inteqrasiya ehtimalını gücləndirməkdədir.Ölkələr üçün ortaq bir təhdid olmasa da Rusiya ilə mənafe rəqabəti və Ermənistan kimi satellitlər baxımından güc birliyinin faydalı olacağı, inteqrasiyanı təmin edəcək dövlətlərüstü təşkilatların tam formalaşmadığı, fəqət cəmiyyətlərarası ünsiyyəti təmin edəcək olan vətəndaş cəmiyyəti təşkilatları və könüllü qurumlar kimi qeyri-dövlət təşkilatlarının təsirinin artdığı, siyasət adamları və cəmiyyətlərarası inteqrasiya tərəfdarlarından əlavə, bu işə yanaşanların olduğu kimi xüsuslar isə ortaq təhdid, dövlətüstü və qeyri-dövlət qurumları, ictimai rəy kimi amillərin qeyri-müəyyənliyini qoruduğunu ortaya qoymaqdadır.

Bütün bu dəyərləndirmələrdə irəliyə doğru, optimist bir fikir söyləmək üçün türk birliyini, inteqrasiya mərhələlərinin ən ali səviyyələri olan siyasi, iqtisadi və mədəni inteqrasiya səviyyələri baxımından araşdırdıq. Bu ölçülərə görə qiymətləndirmə zamanı qısa və orta müddətə nəzərdə tutulmuş birliyin – hətta bir gömrük birliyinin belə qurulmayacağı ortaya çıxmaqdadır. Ancaq uzun müddətə belə bir inteqrasiyanın gerçəkləşməsinə imkan yaradacaq imtiyazlı ticarət anlaşmalarının bağlanması və tətbiq edilməsi və sonra isə bir ortaq bazar mərhələsinə keçilməsi imkanının olmasını söyləmək olar. Lakin belə bir mərhələyə çatmaq üçün də Avropa Birliyi nümunəsindəki kimi Kömür və Polad Birliyi, Atom Birliyi kimi dövlətlərüstü qurumlar təşkil edilməlidir. Türkiyə və türkdilli dövlətlər arasında gələcəkdə “Neft və təbii qaz” birliyi qurulduğu təqdirdə bu mövzuda çox ciddi bir addım atılmış olacaqdır.





FERİT MEMMET, BSU





Yorumlar








Aktif Ziyaretçi 15
Dün Tekil 790
Bugün Tekil 205
Toplam Tekil 1639747
IP 54.146.176.35






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































8 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim Türklükten başka bir şey değildir.
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu