QLOBALLAŞMA VƏ MƏDƏNİYYƏT: AZƏRBAYCAN MƏDƏNİYYƏTİ QLOBALLAŞMA DÖVRÜNDƏ - Rəşad Mehbaliyev - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









QLOBALLAŞMA VƏ MƏDƏNİYYƏT: AZƏRBAYCAN MƏDƏNİYYƏTİ QLOBALLAŞMA DÖVRÜNDƏ - Rəşad Mehbaliyev
Tarih: 20.05.2010 > Kaç kez okundu? 11517

Paylaş


Rəşad Mehbaliyev



Azərbaycan Gənclər Parlamentinin üzvü,

Mərkəzi Avropa Universitetinin İqtisadiyyat fakültəsinin I kurs magistratura tələbəsi



Qloballaşma nədir?



1990-cı illərdən başlayaraq qloballaşma anlayışını tez-tez eşitmək mümkündür. Lakin bu o demək deyil ki, qloballaşma mahiyyət etibarilə yeni bir prosesdir və cəmiyyətin tarixi inkişafında bu proses mövcud olmayıb. Bu proses müxtəlif formalarda təzahür edib. Belə ki, artıq bir sıra mütəxəssislərin də qeyd etdiyi kimi bütün dünyanı bürüyən qloballaşma fenomeni əslində dörd mərhələli tarixi bir prosesdən keçib: sənətkarlıq, manufaktura, mexanikləşmə və avtomatlaşdırma.



Sənətkarlıq dövründə əmək ən əhəmiyyətli istehsal vasitəsi olub. Bazarda əmtəə-əmtəə mübadiləsi hökm sürürdü. Manufaktura mərhələsində isə əmək sahibi, əvəzində istehsal etdiyinin bir qismini almaq şərti ilə əməyini satır və ya müəyyən bir əmək haqqı alırdı. Mexanikləşmə dövründə əmək gerçək mənada ilk dəfə texnologiya ilə tanış oldu. XIX əsrin 80-ci illərində gerçəkləşən məhsuldarlıq inqilabı, bu mərhələdə fəhləni (proletariatı) işçiyə çevirdi. Mexanikləşdirmə böyük ölçüdə əməyi əvəz etməyə başladı. Dolayısı ilə əmək keyfiyyət dəyişdirərək müxtəlif mexaniki qurğuları, ehtiyatları, nasazlıq və problemləri nəzarətdə saxlayan bir mövqeyə gəldi. Avtomatlaşdırma mərhələsində isə daha əvvəl aşağı keyfiyyətli əməyin gördüyü və ya görə bilmədiyi demək olar ki, bütün işləri müasir robotlar artıqlaması ilə yerinə yetirirlər.



1950-ci illərdə idarəetmə inqilabı gerçəkləşdi. A. Tofflerə görə, sənətkarlıq və manufaktura mərhələlərini əhatə edən əkinçilik inqilabı (birinci dalğa) ən əhəmiyyətli istehsal faktoru olaraq torpaq və əməkdən istifadə etməkdə idi. Mexanikləşmə və avtomatlaşdırma mərhələlərini əhatə edən sənaye inqilabı (ikinci dalğa) isə kapitalı ən əhəmiyyətli istehsal faktoru halına gətirdi. Təqribən XX əsrin 90-cı illərindən yaşanan üçüncü dalğa isə istehsal prosesində informasiyanın əsas rol oynadığı dövrdür. Yaşanan prosesdə əmək yekcins və standart olmaqdan çıxaraq informasiya işçisi, menecer, bəşəri və sosial kapital, fiziki işçi kimi müxtəlif şəkillərə bürünüb. Hazırda qloballaşma adlandırılan proses müxtəlif dövrlərdə müxtəlif xalqlar, hətta müəyyən şəxslər tərəfindən həyata keçirilib. Makedoniyalı İsgəndərin, Atillanın o vaxt məlum olan demək olar ki, bütün əraziləri işğal etməsi, müəyyən tarixi dövrlərdə müəyyən dillərin hegemonluğu (Yunan, Latın, Ərəb və s.) mahiyyətcə qloballaşma sayıla bilər. Sadəcə bugünkü qloballaşma özünün həyata keçirilmə vasitələrinə görə fərqlənir. Əgər daha əvvəllər qloballaşma silah, qorxu vasitəsi ilə həyata keçirilirdisə, hazırda bu informasiya vasitəsilə həyata keçirilir.



Qloballaşma və mədəniyyət



Qloballaşmanın mədəni tərəfi bir-birindən fərqli, hətta biri digəri ilə ziddiyyət təşkil edən iki fərqli nəticəyə gedib söykənir:



a) Birinci nəticə “mikromilliyətçilik” şəklində ortaya çıxmışdır. Son nümunəsini Yuqoslaviya hadisəsində gördüyümüz, “mikromilliyətçilik” milli dövlətin sərhədlərini aşan və onu daha kiçik parçalar halında qəbul edən bir sistemə sahibdir.



b) Qloballaşmanın mədəni tərəfinin ikinci nəticəsi, xüsusilə istehlakçı davranışına təsir edərək, dünyada tək mədəniyyətliliyə şərait yaratmasıdır. Bununla bərabər hər bir xalqa şərait yaradır ki, öz mədəniyyətini təbliğ etsin. Məsələn, bu gün Türk ustası Avropada yaşayan həvəskarlara saz çalmağı öyrədir və ya Yaponiyadan gəlmiş qrup yerli rəqsləri olduğu kimi öyrənib ifa edir.



Qloballaşmanın güclənməsi dünya miqyasında qlobal cinayətlərin, qlobal mənəvi aşınmaların getməsi üçün də şərait yaradır. Narkomaniya, beynəlxalq miqyasda mütəşəkkil cinayətkarlığın həyata keçirilməsi, böyük mafiyaların, beynəlxalq terrorun hərəkətə gəlməsi buna misal ola bilər. Bütün bunların hamısı qloballaşma məsələsinin birmənalı hadisə olmadığını göstərir. Mədəniyyətin qloballaşması geniş mənada dünya iqtisadiyyatının və informasiya texnologiyalarının inkişafının nəticəsi olaraq xalqların dünya dövlətləri sisteminə inteqrasiyasını, onlar arasında mədəni əlaqələrin inkişafını və qarşılıqlı mədəni təsirini nəzərdə tutur. Mədəniyyətin qloballaşması dünya mədəni dəyərlərinin sintezini və yeni formada təşəkkülünü ehtiva edir. Müasir dünyamızda xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsi, onların ünsiyyəti və qarşılıqlı şəkildə bir-birini dərk etməsi həmin xalqların yaxınlaşmasını şərtləndirir. Lakin belə yaxınlaşma heç də təsirsiz ötmür. Bu, azsaylı xalqların özünəməxsusluğunun böyük xalqların mədəniyyətinin təsiri altında unudulmasına, mədəni eyniliyin yer almasına şərait yaradır.Dünya əlaqələrinin qloballaşması bizim iradəmizdən asılı olmayaraq inkişaf edən bir prosesdir. Buna qarşı etiraz etmək demək olar ki, mümkünsüzdür. Lakin vahid iqtisadi mədəniyyətin formalaşması prosesi öz-özlüyündə bir çox xalqlarda mədəni özünəməxsusluğun qismən və ya tam itirilməsinə real təhlükələr yaradır. Beləliklə, qloballaşma neqativ və pozitiv tərəflərə malikdir. Qloballaşmanın neqativ tərəfi mədəni özünəməxsusluğun qismən və ya tam itirilməsi təhlükəsi ilə bağlıdır. Qloballaşmanın pozitiv tərəfi isə xalqların dünya sisteminə inteqrasiya olunması prosesinin sürətləndirilməsi, başqa xalqlarla mədəni əlaqələrin genişləndirilməsi və insanların miqrasiyası ilə bağlıdır.



Qloballaşma siyasi və fəlsəfi kateqoriya olaraq insan amili ilə məntiqi bağlılığa malikdir. Ətraf aləmdə baş verən istənilən hadisə insan tərəfindən qəbul edilmək üçün onun şüurunun süzgəcindən keçir. İnsan şüurunda baş verən dəyişikliklər ilk növbədə onun həyatının məqsədi və dəyəri ilə bağlıdır. Mənalı ömür sürmək, sağlam fiziki və psixi aləmdə yaşamaq daim insanın arzusu olmuşdur. Bu arzuya çatmaq üçün yeni maddi və mənəvi dəyərlərin təcəssümü kimi qloballaşmanın tələblərinə cavab verən mədəniyyətin mənimsənilməsi və bu dəyərlərə əsaslanan dünyagörüşün ifadə edilməsi şərt kimi irəli sürüldükdə, şübhəsiz ki, bəşər övladı bu şərtləri qəbul etməyə üstünlük verəcəkdir. Qloballaşma yeni dünya nizamını və dünyanın yeni mənzərəsini formalaşdırdığından onun mədəni dəyərləri də bu mənzərənin tələblərinə cavab verməyə hazır olmalıdır.Bu gün cəmiyyətimizin inkişafının müasir mərhələsində sosial-mədəni şüurun inkişafına təsir edən amillərdən biri də qloballaşma ilə bağlıdır. Belə qloballaşmanın başlıca problemlərindən biri etnomədəniyyətlə “qloballaşma mədəniyyəti” arasında qarşılıqlı əlaqələrin qurulması sərhədləri, onların bir-birinə təsirinin hüdudları ilə bağlı konkret meyarların və doktrinaların olmamasıdır.



Beləliklə, qloballaşmaqda olan dünyada baş verən dəyişikliklər onun mədəni dəyərlərindən yan keçə bilməz. Yeni mədəni dəyərlər yeni məna ifadə etdiyindən və dünyanın yeniləşməkdə olan mənzərəsinə təsir etdiyindən bu dəyərlərin daşıyıcısı olan insan yeni nöqteyi-nəzərdən öyrənilməli və onun davranışının ümumi çərçivəsi müəyyən edilməlidir.Lakin artıq dünyada gedən proseslərdən də göründüyü kimi bəzi xalqlar öz mənəvi silahlarını asanlıqla yerə qoymurlar və bu prosesin də sakit keçəcəyinə ümid bəsləmək sadəlövhlük olardı.



Azərbaycan mədəniyyətinin qloballaşmada iştirakı



Qloballaşma ilə mübarizə aparmaq, ya da ona öz dəyərlərini diktə elətdirmək üçün qarşı çıxa bilinməyən məqamlarda başqa tərəfdən getmək və hədəfə doğru, bəzən saman altından su kimi yeriyərək, bəzən isə sel kimi coşub çağlayaraq, amma heç vaxt məqsədi gözdən qaçırmadan axıb getmək lazımdır. Lakin bu müəyyən mənada mümkünsüz görünür. Bu zaman qədim Çin müdriklərinin bir kəlamı yada düşür: “Əgər güclü külək əsirsə, onun qarşısını almaq üçün hündür və möhkəm divarlar tikmək lazım deyil, sadəcə yel dəyirmanları tikib güclü küləkdən başqa məqsədlər üçün– enerji almaq üçün istifadə etmək lazımdır”. Yaxşı, bəs qloballaşma qarşısında bizim müdafiə edə biləcəyimiz hədəf nə ola bilər? Hədəf, həm yuxarıdan həm də aşağıdan gələn təzyiqlərə qarşı, milli dövlətçiliyimizi müasir və təsirli hala gətirərək, əhatə elədiyi sərhədlər içərisində bütün insanların xoşbəxtliyini və gözəl yaşayışını təmin etməkdir.Niyə milli dövləti qorumalıyıq? Çünki, bir milli dövlətçiliyin əhatə elədiyi siyasi sərhədlər içərisindəki bütün vətəndaşların rifahını və xoşbəxtliyini qoruya biləcək başqa heç bir siyasi güc və siyasi qurum mövcud deyil. Qeyri-ənənəvi modernizasiya variantları axtararkən qarşımıza Cənub-Şərqi Asiyadan başqası çıxmır. XXI əsrin ikinci yarısında Şərqdən böyük çiçəklənmə gözləyən bəzi Qərb intellektualları bu mənada haqlıdırlar. Bu, ədəbiyyatda da, texniki tərəqqidə də özünü göstərəcək. Post-sovet ölkələri isə eynilə Yaponlar və Koreyalılar kimi təkcə bugünkü cəmiyyətə lazım olan mədəniyyət yox, sabahkı cəmiyyət üçün lazım olacaq mədəniyyət yaratmalıdırlar.İslam mədəniyyətinin dini və mədəni çoxmədəniyyətlilik sahəsindəki tarixi mövqeyinə qısaca nəzər salmaq yerinə düşərdi. Müsəlman cəmiyyətlər tarix boyunca başqa din və mədəniyyətlərə mənsub insanlarla bir arada yaşamaq sahəsində bir xeyli təcrübələr əldə ediblər. İslam dünya tarixi səhnəsinə çıxanda, Roma, Yunan, Fars, Mesopotamiya, Afrika və Hind (daha sonra isə Çin və Uzaq Şərq) mədəniyyətləri başda olmaqla insanlığın mədəniyyət təcrübəsinin demək olar ki, hamısının fikri və coğrafi özəlliklərini əhatə edəcək səviyyəyə gəldi. İslam mədəniyyəti “digər mədəniyyətləri düşmən, yox edilməli olan ciddi problem yaradan qüvvə kimi yox, insani varlığı daha da zənginləşdirən bir dəyər kimi qəbul edir. İslam dünyasında XVIII və XIX yüz illərdə ortaya çıxan Qərb əleyhinə rəddedici hərəkatlar süni yaradılmışdı, lakin o dövrün dəhşətli zülmlərinə baxmayaraq, Müsəlman millətlərində nasist və faşist hərəkatları kimi irqçi meyllər yaranmadı.



Qloballaşma prosesində ümumbəşəri dəyərlər kimi qəbul olunan müstəqillik, insan hüquq və azadlıqları, din və vicdan azadlığı, ədalət, bərabərlik kimi anlayışlar, insanlığın ortaq bir hədəfə doğru yönəlmə imkanlarının ciddi olduğunu göstərən dəyərlərdir. Bu nöqtədə müəyyən bir din və mədəniyyətə mənsub olmaq, yəni öz dəyərlərimizin fərqində olmaq qloballaşma ilə ziddiyyət törədən amillər kimi yox, əksinə onu tamamlayan dəyərlər hesab olunmalıdır. İslam baxımından baxdığımız zaman ədalət, azadlıq, mal, can və din hüquqları, dinin əsl ünsürlərindəndir və bu mənada İslam, bu dəyərlərin məkan və mədəniyyətin bir hissəsi kimi yox, əksinə mütləq və ümumbəşəri dəyərlər olduğunu tam mənası ilə qəbul edir.Lakin qeyd etmək lazımdır ki, qloballaşma qaçılmazdır. Onun gərəkli-gərəksiz olduğuna biz qərar vermək gücündə deyilik. Bizim əsas rolumuz insanların və bəşəriyyətin qloballaşmasını məqsədyönlü şəkildə istiqamətləndirməkdir. Qloballaşma həm obyektiv (bu proses heç kimdən və heç nədən asılı olmadan gedir), həm də subeyktivdir (insanların iştirakı ilə gedir). Bu prosesdə biz elə iştirak etməliyik ki, o, insanlara tərəqqi gətirsin, dəhşət gətirməsin. Ona görə də bütün yer üzü bu prosesdə iştirak etməlidir. O cümlədən də, Azərbaycan. Yaxşı olardı ki, Azərbaycan bu prosesdə müşahidəçi deyil, iştirakçı olsun.Lakin biz qloballaşmaya nə dərəcədə hazırıq? Bu prosesə Fransanın, Almaniyanın hazırlıq səviyyəsi ilə yenicə müstəqilliyinə qovuşmuş və iqtisadiyyatı, təsərrüfat həyatı keçid dövründə olan Azərbaycanın hazırlıq səviyyəsini yüksək saymaq olmaz. Nəzərə almaq lazımdır ki, bu proses elə bir seldir ki, bizi də öz axınına qatıb aparacaq.Bu təhlükə həqiqətən də var. Mümkün qədər, bir etnos, xalq olaraq özünü toplamaq, bu proseslərdən fayda götürmək, mənfi təsirlərə az məruz qalmaq lazımdır. Qloballaşma istər-istəməz milli-mənəvi dəyərlərə, mentalitetlə, dinlə bağlı məsələlərə mənfi təsir göstərəcək. Kənardan gələn təsirlər missioner təsir də ola bilər. Din və dövlət, mənəviyyat səviyyəsində duyulacaq bu missioner təsirlərdən xalqı, milləti qorumalıyıq. Qloballaşmanın dərəcəsindən asılı olmayaraq, biz öz kökümüzə bağlılığımızı itirməməliyik. Çünki kökündən qopandan sonra o qloballaşmanın gətirdiyi xeyirin daha böyük fəsadı olacaq. Mənəviyyatından, dinindən, imanından qopmamaq şərtilə qloballaşmaq lazımdır. Qloballaşma və inteqrasiya prosesləri məhz texnoloji istiqamətlər üzrə getməlidir. Mədəniyyət və mənəviyyat məsələlərində mümkün qədər mühafizəkar olmaq lazımdır. Gənclərin bədii-estetik tərbiyəsində, zövqündə, mənəviyyatında bir çox deformasiyalar özünü göstərməkdədir.Bazar iqtisadiyyatının və informasiya texnologiyalarının sürətlə inkişafı dünya dövlətləri sistemində müxtəlif maddi və mənəvi dəyərlərə, o cümlədən mədəni düşüncələrə malik xalqlar arasında əlaqələrin harmonik uzlaşmasını və inkişafını tələb edir. Əgər bu gün dünyada mövcud münaqişələri ədalətli şəkildə həll edib bəşəriyyətə sabitlik və sülh gətirmək istəyi varsa, ilk növbədə başqa mədəniyyətlərə və düşüncələrə sahib xalqların özünəməxsusluğuna hörmətlə yanaşmalı, etnomədəniyyətin xüsusiyyətləri nəzərə alınmaqla onun bəşəri dəyərlərlə uzlaşmasına nail olmalıyıq.Hər hansı bir dövlət iqtisadi və mədəni inkişafa nail olmaq istəyirsə, o, artıq bu baxımdan yüksəliş əldə etmiş dövlətlərin tarixi sınaqlarından uğurla çıxmış qanunları tətbiq etməlidir. Bu qanunlar bütün xalqlar və mədəniyyətlər üçün eyni olmasa da, oxşardır. İqtisadiyyatda inkişafın əldə olunması cəmiyyətdə mədəniyyətin bir forması kimi iqtisadi mədəniyyətin təşəkkülünə təkan vermiş olur. Digər mədəniyyət formalarından fərqli olaraq iqtisadi mədəniyyət qanunlarının ümumiliyi nəticəsində məzmununa görə eyniliyi şərtləndirir. Bu baxımdan dünya dövlətləri sistemində vahid iqtisadi mədəniyyətin formalaşdırılması iqtisadi qanunların tətbiqi ilə mümkündürsə, bu, artıq iqtisadi mədəniyyət fonunda mənəvi mədəniyyətlərin uzlaşmasına və mübadiləsinə real imkanlar açmış olur. İqtisadi inkişafa nail olmaq yolu ilə mədəni dəyərlərin uzlaşmasına və harmoniyasına nail olmaq vacib şərtdir.Dövlətlər arasında iqtisadi əlaqələrin inkişafının qloballaşması və tədricən vahid dünya iqtisadi məkanının formalaşması dünya dövlətləri sistemində yaşayan xalqların mədəniyyətlərinin, mədəni düşüncələrinin və davranışlarının bu reallığın tələblərinə uyğun olaraq formalaşması zərurətini yaratmışdır. Lakin bu formalaşma prosesi digər xarici mədəni dəyərlərin kortəbii şəkildə mənimsənilməsindən ibarət olmayıb, öz etnomədəniyyətinin başqa mədəniyyət nümayəndələrinə təbliğ edilməsini və mədəni dəyərlərin qarşılıqlı mübadiləsini tələb edir. Şübhəsiz, mədəni dəyərlərin qarşılıqlı mübadiləsinin və sintezinin ana xəttini bəşəriyyətin çiçəklənməsinə, onun düzgün və ədalətli inkişafına xidmət edən vahid dünya mədəniyyətini formalaşdırmaq, sosial-mədəni münasibətlərin harmonik inkişafına nail olmaq təşkil etməlidir. Dünya mədəniyyətinin vahidliyinə nail olmaq, günümüzün reallıqları fonunda çətin görünsə də, sabahın tələbi və bəşəriyyətin gələcək inkişafı üçün başlıca təminat olacaqdır. Biz bu həqiqəti bu gün söyləməsək, sabah həmin həqiqət özü-özünü söylətməyə vadar edəcəkdir. Bu baxımdan mədəniyyətlərin qloballaşması və bu sahədə mövcud problemlərin nəzəri təhlilinin araşdırılması olduqca əhəmiyyətlidir.



Azərbaycanın mədəniyyət sferasında beynəlxalq əlaqələri



Mədəniyyət sferasında Azərbaycan Respublikası UNESCO (Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatı), İCESCO (İslam Konfransının Təhsil, Elm və Mədəniyyət Təşkilatı), Avropa Şurası kimi beynəlxalq və regional qurumlarla əməkdaşlıq edir və layihələrdə iştirak edir.2003-cü ilin 26-28 sentyabr tarixində Azərbaycan Respublikasında Avropa Şurasının “Avropa Mədəni İrs Günləri-2003 Kompaniyası” keçirilmişdir. “Avropa Mədəni İrs Günləri-2003 Kompaniyası” zamanı beynəlxalq layihələr üzrə bərpası sona çatmış abidələrin açılışında iştirak, eləcə də bərpa işləri hələ də davam etdirilən abidələrə baxış, keçən illərdə olduğu kimi, növbəti (8-ci) “Photoexperiense – 2003” Beynəlxalq Foto Təşəbbüsü üzrə sərginin və kataloqun təqdimatı, məktəblərdə və universitetlərdə “Avropa ümumi irs” Proqramı və Avropa Mədəni İrs günləri Kompaniyası, “Mədəni irsin qorunması-mənim vətəndaşlıq borcumdur” fakültativ dərslərinin aparılması nəzərdə tutulmuşdu.Azərbaycan Avropa Şurasının mədəniyyət sahəsinə aid olan digər mühüm bir layihəsində – “STAGE” (“Support for Transition in the Arts in Greater Europe”) layihəsində də iştirak etmişdir. Layihənin əsas prinsipləri aşağıdakılardır: mədəni özünəməxsusluğun dəstəklənməsi, mədəni müxtəlifliyin dəstəklənməsi, yaradıcılığın dəstəklənməsi, ölkənin mədəni həyatında bütün təbəqələrin iştirakının dəstəklənməsi. “STAGE” layihəsi çərçivəsində Avropa Şurasının ekspert qrupu 2001-ci ilin may ayında Azərbaycanda olmuşdur. Bu səfər zamanı ekspertlər Avropa Şurasının dəstək verə biləcəyi sahələri qeyd etmişlər və Mədəniyyət Nazirliyi ilə vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən irəli sürülən təklifləri nəzərə almışlar. 2001-ci il iyunun 13-dən 17-dək bu layihə çərçivəsində Tbilisi şəhərində “Mədəniyyətin keçid dövründə maliyyələşdirilməsi” mövzusunda seminar keçirilmişdir. Seminarda Azərbaycan Respublikası 6 nəfər nümayəndə heyəti ilə təmsil olunmuşdur.Avropa Şurası çərçivəsində mədəniyyət sahəsində son dövrlərdə baş verən ən mühüm hadisələrdən biri 2004-cü il dekabrın 9 -10-da Polşanın Vrotslav şəhərində Avropa Mədəniyyət Konvensiyasının 50 illiyinə həsr edilmiş konfransın keçirilməsi olmuşdur. Konfransda Azərbaycan Respublikasının da nümayəndələri iştirak etmişlər.





Yorumlar









Aktif Ziyaretçi 22
Dün Tekil 1238
Bugün Tekil 387
Toplam Tekil 4064595
IP 3.17.28.48






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























9 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Saraylarda s remem da larda s rd m , Bin cihana de i mem u ks z T rkl m .
(H seyin Nihal ATSIZ)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 3.099 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu