Camal Mehmetxanoğlu ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Camal Mehmetxanoğlu ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 16.05.2010 > Kaç kez okundu? 3534

Paylaş


Camal Mehmetxanoğlu: "CanAz.TV-nin fəaliyyətinin ana fəlsəfəsində, mənbəyində CanAzərbaycan sevgisi dayanır."





"Məqsədimiz Azərbaycanımızı dünyaya tanıtdırmaqdır"



Bu gün Azərbaycanın haqq səsinin dünya içtimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələri mühüm rol oynayır. Xüsusilə, bu təbliğat vasitələri içərisində televiziyanın önəmli çəkisi var. Hazırda Azərbaycanımız haqqında təbliğat aparan belə televiziyalardan biri də Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən CanAzərbaycan Televiziyasıdır (CanAz.TV). Televiziyanın rəhbəri və İzmir Azərbaycanlıları Kültür Mərkəzinin başqanı Camal Mehmetxanoğlu "Təzadlar" qəzetinin suallarını cavablandırıb.



- Camal bəy, hal-hazırda CanAz.TV-də durum neçədir?



- Hazırda televiziyada müsbət ab-hava özünü göstərir. Hələlik bu, bizi qane edir. Ancaq buna baxmayaraq, hər gün işimizi gücləndirmək üçün əlimizdən gəldiyi qədər çalışırıq ki, ortaya bir şey çıxara bilək. Nəzərə alaq ki, bu gün CanAz.TV internet vasitəsilə yayımlanır və buna baxmayaraq, hər ay izləyicilərimizin sayı artmaqdadır. İndi televiziyanın daimi izləyiciləri 20 minə çatıb. İlk vaxtlar - televiziya yarananda 5-6 min insan izləyirdi. İndi isə hər ay yüksələn izləyici tendensiyasını görürük.



- Televiziyada peşəkar əməkdaşlar təmsil olunurmu?



- özüm başda olmaqla, əməkdaşlarımızın əksəriyyəti televiziya işini peşəkar səviyyədə bilmirik. Ancaq bununla yanaşı, imkanlarımız genişləndikcə peşəkar əməkdaşlar cəlb edəcəyik. İndi kiçik heyətlə nəsə etməyə çalışırıq. Əsas odur ki, əməkdaşlarımız arasında birlik var. Bu birlik fəaliyyətimizdə bizə mənəvi güc verir.



- Televiziya yarananda dünya Azərbaycanlıları arasında neçə qarşılandı?



- Cox gözəl qarşılandı. İndidə dünyanın hər yerində yaşayan soydaşlarımız tərəfindən sevgi dolu məktublar alırıq və onlar bizə mənəvi cəhətdən dəstək olurlar. Belə məktublar bizə stimul verir. Bu gün CanAz.TV-nin fəaliyyətinin ana fəlsəfəsində, mənbəyində CanAzərbaycan sevgisi dayanır.



- Başqa ölkələrdə televiziyanın nümayəndəliklərinin açılmasını planlaşdırırsınızmı?



- Əlbəttə. Bu bizim imkanlarımızdan aslı olan məsələdir. Həm də gələcək planlarımızın əsas ana hədəflərindən biridir. Hələlik, İzmirdə kiçik bir studiya qurmuşuq. Yuxarıda dediyim kimi, imkanlarımız genişləndikcə başqa ölkələrdə nümayəndəliklərimizi yaradacayıq. Onu deyim ki, televiziyanın xeyli sayda könüllü müxbirləri var və səmimi vətənsevərlikləri bizə kömək edirlər.



- ümümiyyətlə, oxucularımız üçün də maraqlıdır ki, televiziyanız iqtidar, yoxsa müxalifət yönümlüdür?



- CanAz.TV siyasiləşmiş bir kanal olmayacaq. Müstəqil bir kurs tutmuşuq. Əsas məqsədimiz gözəl Azərbaycanımızı dünyaya tanıtdırmaqdır. Bununla yanaşı, televiziya əlli milyonluq Azərbaycanlının haqq səsini dünyaya çatdırmağı qarşısına məqsəd qoyub. Azərbaycanın bütövlüyü, birliyi və güclənməsi kanalın əsas məramıdır.



- Hamımız bilirik ki, müasir dünyamızda geosiyasi proseslərə televiziya vasitəsilə təsir göstərirlər və güc mərkəzləri dünya içtimai düşüncəsini belə televiziyalarla idarə edirlər. Sizcə, biz bu işdə gec qalmamışıq ki?



- Bəli, düz deyirsiniz ki, televiziyalar dünyanın geopolitik dəngələrinin formalaşmasında mühüm rol oynayır. Azərbaycan 20 ilə yaxındır ki, müstəqilliyini əldə edib. İmkanlar artdıqca milli televiziyalar yaranacaq. Əsas odur ki, bu işlərin əsasını qoymaq lazımdır. GünAz.TV və CanAz.TV-nin yaranması bu işlərin başlanağıcıdır. Aparılan təbliğat mütləq öz müsbət nəticəsini göstərəcək. Əsas bizim daxildə və xaricdə yaşayan milli burjuaziyamız belə televiziyaların açılmasında maraqlı olmalıdır, öz dəstəklərini əsirgəməmələridir. Nəzərə alaq ki, ermənilər əllərində olan yalançı ideologiya ilə dünyada öz imiclərini formalaşdırırlar və içtimai düşüncəyə təsir göstərirlər. Belə olan halda, biz niyə geri qalmalıyıq.



- Televiziya yarananda Azərbaycan mediasına verdiyiniz açıqlamada bildirmişdiniz ki, televiziyanın bütün xərci sizin üzərinizdədir. İndi necə, televiziyanın bütün xərcləri yenə sizin üzərinizdədir?



- Hələlik, televiziya yarandığı gündən indiyəcən öz imkanlarım daxilində fəaliyyətini davam etdirir. Əgər gələcəkdə bizə yardım edilərsə, televiziyanı peykə çıxartmağa düşünürük. Bunu gerçəkləşdirə bilsək, dünyada Azərbaycanımız haqqında informasiyanın daha da genişlənməsinə səbəb olacaq. Bunun üçün də ciddi calışmalar aparırıq. Bu televiziya CanAzərbaycan deyən hər bir insanın üzünə açıqdır və daim də açıq olacaq.



- Siz həm də İzmir Azərbaycanlıları Kültür Mərkəzinin başqanısınız. Türkiyədə yaşayan soydaşlarımız içtimai-mədəni işlərdə fəaldırlarmı?



- Mən həmişə çıxışlarımda bildirirəm ki, Türkiyədə yaşayan dörd milyon Azərbaycan türkü Türkiyənin onurğa stünudur. Məncə, bu fikrim sizin sualınıza cavab olardı.



- Camal bəy, suallarımızı cavablandırdığınıza görə sizə təşəkkürümüzü bildiririk və gələcək işlərinizdə uğurlar arzu edirik.



- Mən də sizə öz təşəkkürümü bildirirəm və uğurlar arzulayıram. Sonda oxucularınızın nəzərinə onu çatdırmaq istəyirəm ki, CanAzərbaycana baxmaq istəyənlər www.canaz.tv saytına daxil ola bilərlər.



Söhbətləşdi: Elnur Eltürk







Yorumlar









Aktif Ziyaretçi 30
Dün Tekil 1349
Bugün Tekil 1387
Toplam Tekil 4074663
IP 18.118.12.222






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu