Toğrul İsmayıl ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Toğrul İsmayıl ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 11.05.2010 > Kaç kez okundu? 3269

Paylaş


"Minsk Qrupunda Azərbaycanın haqlı sözünü deyə bilən bir tərəfsiz ölkəyə ehtiyac var"





Türkiyənin "6News" telekanalının rus bölməsinin baş redaktoru, politoloq Toğrul İsmayılın müsahibəsini təqdim edirik:





- Toğrul bəy, Türkiyə prezidenti Abdulla Gül Ermənistanla "bir müddət səssiz diplomatiya"nın aparılmasını bildirdi. ümumiyyətlə, "səssiz diplomatiya" nə deməkdir? Bu açıqlama gələcəkdə sərhədlərin açılması üçün presedent ola bilərmi?







- "Səssiz diplomatiya" (silent diplomacy) müxtəlif səviyyələrdə - istər daxili, istərsə də beynəlxalq müstəvidə səssiz, amma intensiv diplomatik görüşlərin aparılması deməkdir. Yəni erməni protokolları ilə bağlı müzakirələrin kilidlənməməsi üçün müxtəlif səviyyəli görüşlər davam edəcək. Bu açıqlama, sadəcə, iki ölkə arasında münasibətlərin düzəlməsi üçün səylərini davam etdirəcəkləri anlamındadır. Sərhədlərin açılmasına gəlincə, əsas məsələ sərhədin açılmasından daha çox diplomatik münasibətlərin qurulmasıdır. Türkiyənin hazırda Ermənistanla ancaq quru sərhədi bağlıdır. Amma hava yolu və başqa ölkə üzərindən yolları ermənilər üçün açıqdır. Ermənilərin Türkiyəyə erməni pasportları ilə gəlməsi də qadağan deyil. Bu gün Türkiyədə minlərlə erməni yaşayır, o qədəri də ölkəyə gəlib-gedir. Rəsmi olmasa da, ticarət əlaqələri də var. Quru sərhədin açılmasına gəlincə, burada əsas məsələ mənəvidir. Mən düşünürəm ki, sərhədin açılması ilə nə Ermənistan qurtulacaq, nə də ABŞ bu ölkəni Rusiyanın əlindən ala biləcək. Amma Türkiyə ciddi şəkildə mənən uduzacaq.







- Əvvəlki illərlə müqayisə etsək, indi rəsmi Ankaranın Cənubi Qafqaz bölgəsində gedən proseslərə təsir imkanları hansı səviyyədədir?







- Türkiyə bölgədə çox ciddi bir oyunçuya çevrilib və təsir imkanları daha da artmaqdadır. Bunu hər müstəvidə görmək mümkündür. Nəinki Cənubi Qafqazda, hətta Qara dəniz regionunda hər hansı bir məsələnin Türkiyəsiz həllini təsəvvür etmək çox çətindir.







- Hazırda mediada müzakirə olunan aktual mövzulardan biri də Türkiyənin Minsk Qrupunun həmsədrliyində təmsil olunmasıdır. ümümiyyətlə, bu məsələ reallaşsa, münaqişənin həllinə kömək edəcəkmi?







- Bu, mənim hər zaman dilə gətirdiyim məsələlərdən biridir. MQ üç həmsədrin tərəfsizliyi məndə artıq şübhə doğurur. Həm Fransanın, həm də Rusiyanın ermənipərəst mövqeyi çox açıqdır. ABŞ isə tərəfsizliyinə senatın xarici işlər komitəsindəki səsverməsi ilə ləkə gətirdi. Ona görə də MQ-da Azərbaycanın haqlı sözünü deyə bilən, bölgəni yaxşı tanıyan bir tərəfsiz ölkəyə ehtiyac var. Bu da Türkiyədir. Əgər Türkiyə həmsədr olarsa, Azərbaycan heç bir zaman təklənməz. Bunun üçün də rəsmi Bakının bu məsələdə çox ciddi şəkildə iradə nümayiş etdirməsi vacibdir.







- Bu gün Rusiya-Türkiyə əlaqələri yüksək səviyyədə inkişaf edir. İki dövlət arasında ticari dövriyyə otuz milyardı keçməkdədir. Bu əlaqələr Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nələr vəd edir?







- Rusiya-Türkiyə əlaqələrinin müsbət inkişafı Qarabağ probleminin həllini sürətləndirə bilər. Amma onu deyim ki, bu dövlətlər arasındakı ticari dövriyyənin otuz milyardı keçməsi hələ heç bir şeyi ifadə etmir. Bölgədə sabitlik üçün strateji əməkdaşlığın yaranması vacibdir. Bugün isə bu məsələ hələ real görünmür. Maraqların toqquşması daha üstün ehtimallar arasındadır.







- Mayın 11-də Rusiya prezidenti Dmitri Medvedyevin Türkiyəyə səfəri gözlənilir. Səfərdə müzakirə olunan məsələlərdən biri də Qarabağ məsələsidir. Bu səfərdən gözləntiləriniz nədən ibarətdir?







- Açığını desəm, Qarabağ məsələsi ilə bağlı çox ciddi irəliləyiş gözləmirəm. Amma Rusiya prezidenti Dmitri Medvedyevin Türkiyəyə səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni bir təkan verəcək. Rusiy-Türkiyə münasibətlərində hələlik problemli məsələlər daha çoxdur. Bu problemlərin bir anda həll olunacağına inanmaq və ya ümid etmək sadəlövhlük olardı.







- Toğrul bəy, son vaxtlar Amerika-Azərbaycan münasibətləri öz soyuqluğu ilə seçilir. Sizcə, bu vəziyyətin mövcudluğu Rusiyanın Cənubi Qafqazda mövqelərinin güclənməsinə səbəb olmurmu?







- Amerika-Azərbaycan münasibətlərində soyuqluğun müvəqqəti hal olduğunu düşünürəm. Düzdür, Azərbaycan öz xarici siyasətində istədiyi siyasəti yürütməkdə sərbəstdir. Zənnimcə, balanslı siyasət ən uğurlu siyasətdir. Rusiyanın Cənubi Qafqazda mövqelərinin güclənməsinə gəlincə isə, bu, daha çox ABŞ-ın bölgədəki siyasətinin necə və nə qədər uğurlu olacağından asılıdır.







Söhbətləşdi: Elnur Eltürk







Yorumlar









Aktif Ziyaretçi 36
Dün Tekil 1238
Bugün Tekil 1340
Toplam Tekil 4065547
IP 3.144.252.153






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























9 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Saraylarda s remem da larda s rd m , Bin cihana de i mem u ks z T rkl m .
(H seyin Nihal ATSIZ)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu