ABŞ DOĞRUDANMI AZƏRBAYCANDA HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR? - Etibar SEYİDAĞA - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









ABŞ DOĞRUDANMI AZƏRBAYCANDA HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR? - Etibar SEYİDAĞA
Tarih: 01.05.2010 > Kaç kez okundu? 2330

Paylaş


Bu sualı verdiyimiz bəzi ekspertlər deyir ki, Ağ Ev rəsmi Bakını demokratiya yoluna gətirməyə çalışır



Rəsmi Vaşinqtonla Azərbaycan hakimiyyətinin münasibətlərində soyuqluğun açıq-aydın müşahidə olunması “Amerika Azərbaycanda hakimiyyəti dəyişmək istəyir”, kimi söhbətlərin ortaya çıxması ilə nəticələnib. Bu söhbətlər nə dərəcədə əsaslıdır? ABŞ Azərbaycanda hakimiyyəti dəyişmək istəyirmi? İstəyirsə, dəyişə bilərmi?



Politoloq Elxan Mehdiyev hesab edir ki, ABŞ administrasiyası Azərbaycan hakimiyyətini demokratiya yoluna gətirməyə çalışır. ABŞ-ın Azərbaycanla bağlı siyasətində önəmli dəyişmənin səbəblərindən biri rəsmi Bakının davranışı olub: “Hakimiyyət bütün demokratiya tələblərini qulaqardına vurub və qapalı rejim yaradıb. Son dövrlərdə siyasi fikir və rəy sahibi olan Avropa və Amerika media quruluşlarının rejimin mahiyyəti ilə bağlı reportaj və yazıları azad dünyanın Azərbaycandakı durumu qəbul etməməsinin, hakimiyyətə tənqidi yanaşmasının göstəricisidir. ABŞ-ın Azərbaycanda demokratik inkişafa olan ümidi İlham Əliyevin hakimiyyətə gəlişi ilə artsa da, tezliklə hər şey başqa istiqamət aldı. Ölkədə demokratik inkişafın bütün əlamətləri və elementləri qapadılıb. Jurnalistlər həbs edilib, qaçaq salınıb, hətta öldürülən jurnalist də olub; partiyaların ofisləri əllərindən alınıb, partiya liderlərinin xaricə çıxışı yasaqlanıb, ”Azadlıq", “Amerikanın səsi” kimi azad informasiya kanallarının Azərbaycan milli tezliyində yayımı ləğv edilib, bütün televiziya və radio kanalları inhisara alınıb, seçkilər saxtalaşdırılıb, ömürlük prezidentliyə rəvac verən cəmiyyət qurulub. Gənc bloggerlərin həbsi isə ABŞ-da heyrətlə qarşılanıb. Artıq Vaşinqton bundan sonra qərara gəlib ki, Azərbaycan hakimiyyətini tutduğu yanlış yoldan döndərmək lazımdır".

Ekspertin sözlərinə görə, ABŞ hakimiyyətin dəyişməsi üçün bura İraqa qoşun yeritdiyi kimi, qoşun yeridəsi deyil: “Amerika da, Avropa da istəyir ki, insanlara sərbəst seçim hüququ verilsin, xalq kimi seçib kimi seçmədiyini özü müəyyən etsin. Amerika prosesə siyasi formada təsir edə bilər. Hakimiyyəti beynəlxalq öhdəliklərə riayət etməyə, xalqa qarşı güc tətbiq etməməyə çağıra və bu məsələnin üstündə dura bilər. Hakimiyyət bütün bunların qarşılığında yenə də öz istədiyi kimi hərəkət edib xalqa qarşı güc tətbiq eləsə, o zaman hakimiyyətə ciddi sanksiyalar, rejim mənsublarının kənara çıxışına qadağalar, bank hesablarının qapanması kimi sərt addımlar atılar. Hakimiyyətin dəyişdirilməsi qərarı hələ qəti şəkildə verilmədiyi üçün bunlar edilmir. Hələlik Azərbaycan hakimiyyətinə qarşı yavaş izolə etmə metodu seçilib. Məqsəd hakimiyyəti demokratiya və insan haqlarına hörmət etməyə məcbur etməkdir. İndiki halda Amerika Azərbaycan hakimiyyətini öz xalqına hörmət etməyə, ona sərbəst seçim imkanı verməyə çağırır. Rejimin narahatlığı da bundan qaynaqlanır”.

Politoloq Qabil Hüseynli bildirdi ki, Amerikanın geosiyasi maraqlarında Cənubi Qafqazdan keçməklə, Orta Asiya ölkələrində möhkəmlənmək fikri var. Bu marşrutda özünə azacıq maneələr görəndə Vaşinqton qəzəblənir və həmin maneəni yaradana təzyiq edir: “Qondarma ”erməni soyqırımı"ndan istifadə etməklə, Türkiyəyə təzyiq göstərilməsi gözümüzün qabağındadır. Eləcə də Qarabağ məsələsi ilə Azərbaycana təzyiq göstərilir. Amma Azərbaycana təzyiqin güclü olması üçün demokratiya və insan haqları məsələsini də qaldırır. Haqlı olaraq Azərbaycanda bu sahədə olan nöqsanları qabardır. Azərbaycana bu məsələdə təzyiq etmək üçün yetərincə faktlar var. Amma ABŞ demokratiya və insan haqları tələbində ardıcıl olacaqmı, sonadək gedəcəkmi, demokratiyanın qələbə çalması üçün lazımi resursları işə salırmı? Məncə, bu sualların müsbət cavabı hələ yoxdur. Deməli, Amerikanın maraqları arasında birinci yerdə iqtisadi və geosiyasi maraqları gəlir. Demokratiya və insan haqları isə birinci yerdə olan maraqlarını ictimai rəyə təqdim etmək üçün makiyaj rolunu oynayır. Ən azı Amerika Azərbaycanda demokratiya və insan haqlarının müdafiəsində çox da uzağa, hakimiyyət dəyişikliyinə qədər dərinə getmək niyyətində olduğunu hələ nümayiş etdirmir".





Yorumlar








Aktif Ziyaretçi 14
Dün Tekil 790
Bugün Tekil 254
Toplam Tekil 1639796
IP 54.163.159.27






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































8 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim Türklükten başka bir şey değildir.
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.193 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu