Türkün birliyini poza bilməzsən - Elçin Mirzəbəyli - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Türkün birliyini poza bilməzsən - Elçin Mirzəbəyli
Tarih: 01.05.2010 > Kaç kez okundu? 3204

Paylaş


Elçin Mirzəbəyli Dil və millət bölücülərinə cavab







Kim tutub mayasın bu sifarişin,

Bu “dil” savaşını kim salıb işə?

Görən yetmədimi dərsi keçmişin,

Nə vaxt səngiyəcək bu “münaqişə”?



Yenə ortalıqda meydan sulayır

Qardaşı qardaşdan ayrı tutanlar.

Kimin qarşısında quyruq bulayır

Fitnə yaradanlar, ara qatanlar?



Açılıb qapısı fitnəbazların,

Yatan iştahlar da ayılıb yenə.

Ucalır sədası yad avazların,

Yırtılır niqablar, boşalır sinə:



“Yox, bu Azərbaycan, o türk dilidir,

Fərqlidir, ayrıdır”, – deyir bir “qoçaq”.

Dodağı üstündə özgə kilidi…

Açıblar – danışır, yenə susacaq.



Yenə cıdırdadır özgə atları…

Bəlli simaları, bəlli zatları…

Kişnəyir “köhlənlər” ana dilində

Fəqət yüyənləri özgə əlində…



***



Dilimin adını kim verib görən?

Onun “Ol” dediyi andanmı gəlir?

Tarixə sığmayan tarix yaradan

Fatehlər doğuran qandanmı gəlir?

Şumerdənmi gəlir?

Hundanmı gəlir?



Dilimin adını kim verə bilər?

Sönmüş ocaqlara od verən mənəm!

Qitədən qitəyə axan çaylara,

Yurdlara, ellərə ad verən mənəm!



Dilimin adını kim verə bilər!

Kimdir bu cəsarət yiyəsi, Allah!

Ruhum varlığını dünyadan silər,

Kəsər sözlərimin “tiyəsi”, Allah!



Dilimin adını kim verə bilər?

Adım da, sözüm də Tanrıdan gəlir,

Kimsənin önündə, Tanrıdan özgə,

Yenməyən dizim də Tanrıdan gəlir!



Başımın üstündən göy çəkilməmiş,

Ayağım altından Yer qaçmayınca…

Kimliyim, varlığım, ruhum, vücudum

Soyuq məzarlara yol açmayınca…



Şəhid qanı kimi son damla qanım

Vətən torpağına hopana qədər.

Bilin!

Yürüdükcə ərzin zamanı,

Dünya məhvərindən qopana qədər

Dilimin adı da yalnız Türkdür, Türk!

Amalım dünyanın özündən böyük!



Bir anda dilimə neçə ad gəlir

Altaydan Təbrizə…

Bu yurd mənimdi!

Nədən Türkün sözü Türkə yad gəlir,

Nədən Türkün sözü Türkə qənimdi?



…Kəhər atlarımın dırnaqlarından

Qopan daşlar belə türkcə danışır.

O mavi səmanın ənginliyindən

Uçan quşlar belə türkcə danışır.



Əlçatmaz zirvələr, keçilməz dağlar,

Yaxınlar, uzaqlar türkcə danışır.

Kükrəyən dənizlər, sısqa bulaqlar,

Çiçəklər, yarpaqlar türkcə danışır,

Türk varan torpaqlar türkcə danışır!



Yarıb neçə-neçə qaranlıqları -

Ruhundan yol alan bir gündüzü var.

Fəth edib əlçatmaz ucalıqları!

Hər yerdə, hər yerdə Türkün sözü var.



***



Kim tutub mayasın bu sifarişin,

Kim salır ortaya ayrılıq yenə?

Qaniçən iştahlar qıcayıb dişin

Qılınc saplamağa Türkün sözünə.



Mayası yadlardan tutulanlara

Türkün birliyimi göz dağı olub?!

Qoy ruhu qısırlar eşitsin yenə

İstər Azərbaycan, istər Türkiyə,

Qitədən qitəyə Turan elləri

Hər zaman türklərin torpağı olub!



Sözünü geri çək,

Sözümü dinlə!

Sən mənim dilimi bölə bilməzsən!

Tanrı bir yaradıb Türk millətini

Tanrı yazdığını silə bilməzsən!



Şirin layla səsi, telli saz səsi,

Qolça qopuz səsi – Türkün dilidir!

Haqqa əsgər olan Uca Millətin

Əbədi nəğməsi – Türkün dilidir!



Gah həzin, axıcı…

bir bulaq kimi,

Gah alov püskürər gur ocaq kimi…

Dillər arasında durub dağ kimi!

Dillərin zirvəsi – Türkün dilidir!



Hər sözü İlahi -

Cana can gəlir,

Hər sözün içində bir ümman gəlir…

Ruhu göydən gəlir, səmadan gəlir

Tanrı möcüzəsi – Türkün dilidir





Yorumlar









Aktif Ziyaretçi 47
Dün Tekil 1505
Bugün Tekil 863
Toplam Tekil 4075645
IP 3.149.24.159






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu