BMU-da “9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə bayram tədbiri - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









BMU-da “9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə bayram tədbiri
Tarih: 08.11.2018 > Kaç kez okundu? 364

Paylaş


“9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə Bakı Mühəndislik Universitetində bayram tədbiri keçirilib. Tədbirə universitetin rəhbər şəxsləri, professor-müəllim heyəti, bütün struktur-bölmə rəhbərləri və tələbələr iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Dövlət Bayrağımıza həsr olunmuş videoçarx nümayiş olunub. Universitetin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edə