Fariz Hüseynov ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Fariz Hüseynov ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 27.04.2010 > Kaç kez okundu? 3089

Paylaş


Fariz Hüseynov:Madrid prinsiplərini qəbul etməyimiz də bizə şans verir ki, Ermənistan üzərində təzyiq yaradaq.

12:32



Şimali Dakota Dövlət Universitetinin professoru Fariz Hüseynovun "Təzadlar" qəzetinə eksklüziv müsahibəsi:







-Fariz bəy, İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinin həlli olunmasında aktiv rol oynamaq üçün hər iki tərəfə öz təkliflərini verib. Bu gün İran dövlətinin Ermənistanla güclü əlaqələrə malik olduğunu nəzərə alsaq, rəsmi Tehran məsələnin həllində hansı töhfələri verə bilər?





-Qonşu ölkələrin Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün göstərdiyi səylər, vasitəçilik istəkləri müsbət haldır. Bu, münaqişənin digər ölkələrin diqqətində olduğunu göstərir. Münaqişənin tarixinə baxanda görürük ki, İran əvvəllər də bu konfliktin həllində vasitəçı rolunda iştirak edib. Ancaq bunun Azərbaycana xeyir gətirdiyini deyə bilmərəm. Unutmaq lazım deyil ki, Şuşa işğal ediləndə Ali Sovetin sədri Yaqub Məmmədov Tehranda Ter-Petrosyan ilə görüşürdü. Bu addımı həm də İranın Azərbaycanla ABŞ arasındakı münasibətlərin soyumasından istifadə etməsi kimi də görmək olar. Ona görə bu vasitəçilik istəyinə, sadəcə, nəzakətlə yanaşıb təşəkkür etmək lazımdır.







-Bu günlərdə ABŞ hakimiyyəti Qarabağ məsələsində tərəfsiz olduğunu bəyan etdi. Sizcə, belə bəyanatın verilməsi dolayı yolla da olsun, Ermənistanın maraqlarına cavab vermirmi? çünki ortada ən azında BMT-nin dörd qətnaməsi var...





-Doğrudur bizim baxışımızda bu məsələdə tərəfsiz olmaq elə işğalçını tanımamaq kimidir. Ancaq Minsk qrupunun hər hansı üzvü tərəf tutduğunu deyə bilməz. Ona görə də bu tərəfsizlik çıxışlarına ciddiyyət verməyə dəyməz. Azərbaycan höküməti Minsk qrupunun hazırladığı Madrid prinsiplərini ümumilikdə qəbul edib. üzvləri nədəsə günahlandırmaqdansa, bu prinsiplərin Ermənistan tərəfindən də qəbul etdirilməsinə çalışmaq lazımdır. öz vəziyyətimizi çətinləşdirməyək. Bu təklifləri qəbul etməyimiz onu göstərir ki, tərəfli və ya tərəfsiz üzvlərin verdiyi təklifləri qəbul edə bilərik. Bizim üçün bu əsasdır, tərəf məsələsini qabartmaq bizə xeyir gətirməyəcək. Əksinə, desək ki, üzvlərin üçü də bizə tərəf olsun, bu, Ermənistana əlavə fürsət verəcək ki, onların şərtlərini qəbul etməsin. Nəyisə deyəndə və istəyəndə onun bizə necə xeyir verəcəyini düşünək. Qoy, bizim qəbul edə biləcəyimiz şərtləri elə bizim tərəfimizdə olmayanlar versin...





-Rəsmi Yerevan hələ ki, Ermənistan-Türkiyə proseslərinin normallaşdırılması prosesindən çıxmamaq, lakin protokolların ratifikasiyası prosesini dayandırmaq barədə qərar verib. Siyasi ekspertlər bu qərarın verilməsinin arxasında Rusiyanın durduğunu bildirirlər...





-Fikrimcə bu qərarın arxasında Vaşinqton görüşündə Türkiyənin mövqeyi durur. Türkiyə Qarabağ şərtindən çəkilmədi və bunu protokollarda göstərilən regionda sülh şərti ilə əlaqələndirdi. Beləliklə, Türkiyəni protokollarda olmayan şərtləri irəli sürməkdə ittiham edənlərə cavab verdi. Ermənistan isə bu vəziyyətdən istifadə edərək, həm də aprelin 24-ü ərəfəsində protokolların dalana dirənməsinin səbəkarı kimi Türkiyəni göstərmək üçün belə addım atdı. Ermənistan sərbəstliyini nümayiş etdirir. Türkiyə də Ermənistanın Konstitusiya Məhkəməsinin qoyduğu şərtlərdən sonra belə addım ata bilərdi, təəssüf ki, etmədi. Bu da Türkiyənin Ermənistanla dialoqa nə qədər səmimiyyətlə inandığını göstərir... Rusiya üçün Türkiyə-Ermənistan sərhədlərinin açılması problem deyil. Əksinə, Rusiya Türkiyə üzərindən Ermənistana yol açır. Bununla da Ermənistan üzərindəki təsirini genişləndirir. Digər tərəfdən, Ermənistana Azərbaycanla razılaşmamağı tövsiyyə edərək, "dovşana qaç, tazıya tut" deyir. Rusiya digər həmsədrlərin Ermənistana təzyiq imkanının az olduğunu və ABŞ və Fransanın bu şəraitdə Azərbaycan üçün Rusiya ilə qarşı qarşıya gəlməyəcəyini yaxşı bilir. Ona görə də sərhədlər açılsa da qazanır, Qarabağ məsələsi həll edilməyib sərhədlər açılmasa da...







-Ortada olan mənzərə odur ki, Ermənistan heç bir təklifi qəbul etmir. Hətta bir neçə il əvvəl razılaşdırılmış məsələlərin üzərinə yenidən gəlir. Bu vəziyyətin yaranması bölgədə yeni müharibə riskini yaradırmı?





-Bəli, Ermənistan indiki şəraitdə Qarabağı Azərbaycan daxilində görən hansısa bir həll variantına razı olmayacaq. Onun üzərində belə bir təzyiq hələ ki, yaranmayıb. Ermənistanın xoşluqla torpaqlarımızdan çıxacağını gözləməyək. Sərhədlər məsələsində Türkiyənin Qarabağı şərt kimi qoyması yaxşı haldır, ancaq bu da kifayət qədər təzyiq yaratmır. Müharibə həmişə həll yollarından biri kimi gündəmdə qalıb və son zamanlarda Azərbaycan höküməti bunu tez-tez dilə gətirir. Ancaq 2008-ci ilin mart ayında baş verən hadisələr ordumuzun açıq üstünlüyünü göstərmədi. Ola bilsin, bizim sürətli və uğurlu kiçik bir əməliyyata ehtiyacımız var. Bu əməliyyat Ermənistana və digər həmsədrlərə bizim müharibə variantında nə qədər qərarlı olduğumuzu göstərər. Orduya ayrılan büdcənin və müdafiə sənayesi üçün gördüyümüz işlərin nəticəsi olmalıdır. Yəni iqtisadi üstünlüyümüzü hərbi üstünlüyə çevirdiyimizi əməli şəkildə göstərməliyik. Əks- təqdirdə, deyilən sözlərin elə bir təsiri olmayacaq.







-Neçə düşünürsünüz, danışıqları dayandırıb, bu yolla beynəlxalq aləmə təsir etmək mümkündürmü?





-Hər nə qədər qısa müharibə əməliyyatının bir nəticə verə biləcəyini desəm də, düşünürəm ki, bu il sərhədlər məsələsinə paralel olaraq Ermənistana təzyiqin artması imkanı yaranıb. Madrid prinsiplərini qəbul etməyimiz də bizə şans verir ki, Ermənistan üzərində təzyiq yaradaq. Hələ nəticə yoxdu, ancaq bu gün de-fakto hamı Qarabağ məsələsi həll edilməyənə qədər sərhədlərin açılmayacağını başa düşür. Bu şəraitdən istifadə edib strategiyanı düzgün qurmaq, müzakirə tərəfi olan ölkələrdən küsüb onları nədəsə günahlandırmaqdansa, onlara öz fikrimizi çatdırmalı, təzyiq etməyə çalışmalıyıq. Ortada hazırlanmış prinsiplər var və biz Ermənistanın artıq heç bir razılığa gəlmədiyini beynəlxalq ictimaiyyətə çatdırmalıyıq... Qısa müddət ərzində bunlar nəticə verməzsə danışıqlardan çəkilmə variantı gündəmə gələ bilər. Ancaq bunun üçün alternativ plan olmalıdır. Danışıqlardan çəkiliriksə, müharibə strategiyamız masa üstündə olmalıdır.







Söhbətləşdi:



Elnur Eltürk





http://tezadlar.az/index.php?type=xebergoster&id=13771





Yorumlar









Aktif Ziyaretçi 35
Dün Tekil 1787
Bugün Tekil 1328
Toplam Tekil 4069249
IP 3.143.4.181






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.907 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu