DAK Gənclər Təşkilatı “Güney Azərbaycanda kürd proplem”ini müzakirə etdi - Nərmin MƏMMƏDLİ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









DAK Gənclər Təşkilatı “Güney Azərbaycanda kürd proplem”ini müzakirə etdi - Nərmin MƏMMƏDLİ
Tarih: 18.04.2010 > Kaç kez okundu? 3086

Paylaş


Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı “Güney Azərbaycanda kürd problemi” mövzusunda dəyirmi masa keçirdi. Müzakirənin keçirilməsində məqsəd Güney Azərbaycanda var olan problemin mahiyyətini ictimaiyyətin diqqətinə çatdırmaq və bu barədə gəncləri məlumatlandıraraq çözüm yollarının birgə axtarılması idi.

Konqresin mərkəzi ofisi İstiqlaliyyət 8 ünvanında keçirilən tədbiri giriş sözü ilə açan DAK Gənclər Təşkilatı başqanı Seymur Həsənli Güneydə müxtəlif qüvvələr tərəfindən həyata keçirilən kürdləşdirmə siyasətindən geniş bəhs etdi.O xüsusən Güney Azərbaycanın Türkiyə ilə sərhəd boyunca kürd məhlələrinin salınması və buraya kütləvi şəkildə kürdlərin köçürülməsi probleminə toxundu. “Bu proje qərb yönümlü və Türk birliyinin qurulmasından rahatsız olan qüvvələr tərəfindən həyata keçirilir. Məqsəd bəllidir- Azərbaycan torpağında qondarma Kürdüstan dövləti quraraq bu əraziləri kürdləşdirmək və beləcə Güneyli və Quzeyli Azərbaycanın birləşməsinə mane olmaqdır”-deyə o bildirdi.

Daha sonra söz DAK Mətbuat Xidmətinin rəhbəri Əlirza Amanbəyliyə verildi. O, Güneydə sürətlə həyata keçirilən bu prosesin yürüdülməsində əsas hədəfin türklərlə kürdləri qarşı-qarşıya qoyaraq yeni bir etnik problemin ortaya qoyulması və bununla Güneydə gedən milli hərəkata əngəllərin törədilməsi olduğunu qeyd etdi. “Biz kiminsə dövlət filan qurmasına qarşı deyilik. Sadəcə bizim torpaqlar hesabına kimsə özünə dövlət quracaqsa bizi qarşısında görəcək.”

Başqan müavini Hüseyin Günəşli tarixə nəzər salaraq hər zaman türklərə qarşı onların varlığından rahatsız olan qüvvələr tərəfindən belə kiçik millətlərdən istifadəsinin görüldüyünü vurğuladı. “Əsas o ki, biz türklər fikirdə, əməldə birləşək, bu zaman belə xırda təxribat yönümlü planları pozmaq daha asan olacaq”-deyə o bildirdi. Daha sonra söz alan “Yeni Nəfəs+” qəzetinin baş redaktoru Nərmin Məmmədli Güneydə həyata keçirilməkdə olan kürdləşmə siyasətinin əsas məqsədinin Bütöv Azərbaycan və dolayısı ilə Türk birliyinin qurulmasına qarşı yönəldildiyini qeyd etdi. O həmçinin Güneydə baş verən proseslərin Quzeydə təbliğatına ehtiyac olduğunu bildirdi. İdarə Heyətinin üzvü Zümrüd Rzazadə də təbliğat məsələsinə toxunaraq onun vacibliyini vurğuladı. “Güney Azərbaycan barədə məlumatı olmayan birini orada baş verən proseslərdən xəbərsizliyi normaldır” deyərək, təbliğatın ön plana çəkilməsini diqqətə çatdırdı. Təbliğat məsələsinə Yeni Nəfəs Gənclər Hərəkatının sədri Mehman Həsəndən dəstək gəldi. O da bu sahədə planlı və strukturlu layihələrin həyata keçirilməsinin və geniş miqyaslı təbliğat vasitələrindən istifadə edilməsinin daha konkret nəticələrə gətirib çıxaracağını vurğuladı.

“Tarixən hər zaman digər millətlər türkün varlığından qorxub, çəkinib, bu səbəbdən belə təxribat yönümlü projelər hər zaman olub, olacaq da. Önəmli olan Türklərin birləşərək bu kimi planlara son qoymasıdır” deyən İdarə Heyətinin üzvü Dilşad Səmədli “Türk hər şeyə qadirdir, bu planı da boşa çıxardacaq” –deyə bildirdi. İdarə Heyətinin digər üzvü Orxan Alirzayev yenidən təbliğat məsələsinə toxunaraq bunun vacibliyini diqqətə çatdırdı. Bundan başqa Gənc Politoloqlar Birliyinin sədri Aqil Namazov, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Kərimli Kərim kürdün sadəcə oyuncaq olduğunu və bizim məsələni onların arxasındakı qüvvələrlə çözməli olduğumuzu, bunun mahiyyətini dərk etməli olduiğumuzu bildirdi.

Nəticə olaraq, Seymur Həsənli bu kimi planlara son qoymaq üçün hər kəsin üzərinə düşəni etməsi gərəkdiyini, “Yeri gəlsə, hətta küçə döyüşləri səviyyəsində belə biz bu planlara son qoymalıyıq. Bunu untmayın bu işlər qansız olmaz. Azərbaycanın bütövlüyünün təminatı üçün arada böyük bir boşluq var və o boşluq qanla dolacaq. Qan çox olmalıdır ki, boşluğu doldura bilək. Hər kəsi buna hazırlamalıyıq.” –deyə söylədi.

Nəzərinizə çatdıraq ki, tədbir Azərbaycanın milli televiziya kanalı GUNAZ TV üçün nəzərdə tutulmuşdur və yaxın zamanlarda işıqlandırılacaq.

Nərmin MƏMMƏDLİ





Yorumlar









Aktif Ziyaretçi 44
Dün Tekil 1505
Bugün Tekil 1130
Toplam Tekil 4075911
IP 3.145.166.7






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu