Aprel ayı “ermənilərin genosid ayı” yox, “ermənilərin dövlətçiliyə xəyanət ayıdır”! - Dr. Əhməd Qəşəmoğlu - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Aprel ayı “ermənilərin genosid ayı” yox, “ermənilərin dövlətçiliyə xəyanət ayıdır”! - Dr. Əhməd Qəşəmoğlu
Tarih: 16.04.2010 > Kaç kez okundu? 3126

Paylaş






Qərbdə türk əleyhinə çalışan siyasətçilərə müraciət!





İndi, qərb dünyasında bəzi qüvvələr tərəfindən türk əleyhinə müəyyən siyasi texnologiyaların həyata keçirildiyi göz qabağındadır. Kimi bunu yazılarında, kimi karikaturalarında, çıxışlarında edir, kimlərsə daha təhlükəli olaraq öz ölkəsinin parlamentlərini bu işə qatır. Bu əməllərin sahiblərinə müraciət edirəm! Nə işlə məşğul olduğunuzun fərqindəmisiniz?! Siz bu əməlləri kiçik tarixi bir dövrdə türklərə qarşı etsəniz də, ümumilikdə bəşəriyyətə, yer üzünə qarşı edirsiniz! Türklər müasir sivilizasiyanın baş memarlarından biridir, dünyanın, tarixin ən təcrübəli xalqlarından biridir. Tarixdə, həyatın müxtəlif sahələrində onların topladığı təcrübədə, yaratdıqları milli- mənəvi sistemdə yer üzünün sonrakı taleyi üçün olduqca faydalı, vacib cəhətlər var. Qərbdəki xalqların bir çoxu öz etnik mənşəyi, mədəniyyətləri, yaxın keçmişdəki mədəniyyət sistemləri, hərbi ənənələri ilə türklə bağlıdır. Türkün ruhu ahəngə köklənmiş ruhdur. Öz tarixinizə baxın. Türklər Avropaya gələndə heç bir xalqı, bütün imkanları olsa da etnik, dini mənsubiyyətinə görə qırmayıb. Heç kimin dilini, dinini dəyişməyib. Türkün həyat fəlsəfəsi ahəng fəlsəfəsidir! Hər bir ölkədə mədəniyyətin, təhsilin, dini inancların inkişaf etməsinə kömək edib. Siz nədən ancaq üzdə olan xoşagəlməz cəhətləri xatırlayırsınız? Nə üçün daha dərində olan həqiqət barədə düşünmək istəmirsiniz?

Dünya indi bəlalar, qan içindədir. Yer üzünü xilas etmək, uçulmaqda olan binanı təmir etmək lazımdır. Bu binanın baş memarlarından birini taptalamaqla təmiri yaxşı aparmaq olar, ya onun köməyi ilə? Türkün tarixi, fəlsəfəsi, müdrik insanları dünyanın tərəqqisi üçün xeyli işlər görmüşlər. Ortada bütün yer üzünü ahəngdar inkişafa səsləyən onlarca böyük dahi şəxsiyyətlər, minlərcə əsərlər var.

İndi əlinizdə “erməni genosidi” deyilən qondarma, çürük bir silah var. Türkiyə dövləti bağırıb deyir ki, bütün arxivlərimi açmışam, gəlin baxın, deyilənlərin arxasında tamam başqa şeylər var! İnanmaq istəmirsiniz. Olubmu bu genosid? Hə deyirsiniz, amma düşünmədən deyirsiniz! Əslində həmin illər nə baş verib? Öz qərbli intellektinizlə bunu düşündünüzmü? Nə oldu ki, bir az əvvəl bütün ermənilərə doğma münasibət bəsləyən, onlara hər sahədə, hətta öz müqəddəs ordularında belə böyük vəzifələr verən türklər, birdən, qəfildən başladılar erməniləri sıxışdırmağa? Cavab olduqca sadədir. Çünki, əvvəl ruslar, sonra da başqa dövlətlərin hücumuna məruz qalan, müharibə aparan türklərə ermənilər arxadan zərbə vurdular. Əsirlər boyu onlara arxa olan, onlara kömək olan bir dövlətə qarşı böyük xainlik edildi! “Erməni genosidi” deyib bağrmazdan əvvəl tarixi mənbələrə baxın. Türk dövləti, bütün hərbi tələblərə uyğun olaraq erməniləri ölkədən deportasiya etməyə məcbur oldu. Bu zaman da bəli, mübarizə zamanı həm müəyyən sayda ermənilər öldü, həm də türklər, kürdlər. Bunu hansı birinizin dövləti etməzdi? Arxadan zərbə vurmanın cəzası budur! Bəs nə etməliydilər, onlara şərait yaratmalıydılar ki, xain əmməllərin sayı daha çox artsın?

Ermənilər uydurur, siz də təstiq edirsiniz ki, 1915 ci ildə türklər 1,5 milyon ermənini etnik mənsubiyyətinə görə qırıb, məhv edib.Bəzən bu rəqəm 2 milyon olaraq da göstərilir. İndi əlinizə bir kalkulyator ya qələm götürüb 1,5 milyonu bölün 365 - ə. Olacaq 4110 nəfər. Türklərin 1915 ci ildə 1,5 milyon ermənini qirması üçün ermənilər sakitcə dayanmalıydılar və türklər də hər gün 4110 adamı öldürməliydilər. Kütləvi qırğın silahının olmadığı bir vaxtda, əsasən qılıncla, xəncərlə belə bir işi görmək olardımı? Türklər bu işi bir ilə yox, beş ilə görsəydilər, hər gün mütamadi olaraq 1000 - ə qədər erməni öldürməliydilər. Bu mümkün işdimi? Başqa bir sual. Əgər 1,5 milyon erməni öldürülübsə, mübarizədə bir necə yüz türk də öldürülməliydi! Hardadı 2 milyona qədər insanın sümükləri? Digər sual. Yayın isti günündə hər gün 4110 erməni öldürülən yerdə üfunət əlindən yaşamaq mümkün olardımı? Dərhal yolxucu xəstəliklər başlamazdımı? Başqa sual. O zaman dünyanın bir tərəfində bu qədər amansız bir iş görülürdüsə, niyə dünyanın ən aparıcı dövlətləri, siyasətçiləri ağzına su alıb durur, ancaq müşahidə edirdilər? Belə sualları çox davam etdirmək olar.

Əziz qərbli siyasətçi qardaşlar! Bu ermənilərə də yazığınız gəlsin! Bütün tarix boyu dünyanın güc mərkəzləri onlardan bir vasitə kimi istifadə etməkdədirlər. Onlar elə öz həyatlarını nizama salıb, yeni bir tərəqqi yoluna qədəm qoyduqları zaman hansısa güc mərkəzinə yenidən lazım olurlar. Bu mərkəzlər öz siyasi oyunları üçün erməniləri yenidən xəyanətə şirnikləndirir. Xəyanətə qarşı cəza da olur. Tarix yenidən təkrar olunur. Dinc erməni əhalisi yenidən məşəqqətlərə məruz qalır. Siz öz əməllərinizlə indi bir neçə milyon ermənini özündən 50 dəfə çox türklərlə, hətta daha çox müsəlmanlarla üz- üzə qoyursunuz. Bununla yer üzündə yüni bir münaqişə mexanizminin güclənməsinə kömək edirsiniz. Bu münaqişənin metastazının yer üzü, sizin öz ölkəniz, ailəniz üçün hansı fəasadlar verəcəyinin fərqindəsinizmi? Axi yer üzündəki proseslər təkcə sizin düşündüyünüz siyasi mexanizmlərlə idarə olunmur. Hələ heç bir elmin axıra qədər dərk edə bilmədiyi həssas, ahəngin pozulmasına qarşı mübarizə aparan görünməz qüvvələri nəzərə almırsınız! Buna mövcud fəlsəfənin gücü çatmır. Amma, məntiq, baş verən hadisələr bu barədə xəbərdarlıq edir axı!!!

Dünyada böyük sürətlə qlobolaşma prosesi getməkdədir. Yer üzündə indiyə qədər baş verməmiş bir hadisə baş verir. Yer üzü kompüter sürəti ilə vahid sistem halına gəlir. Yer üzü indi cərrah stolu üzərində olan bir xəstənin günündədir. Dünya çox həssas bir durumdadır. Edilən hər bir səhf, xəstənin sağalmasına ciddi zərbələr vura bilər. Yer üzü də bir orqanizmdir. Onun bir mühüm orqanının tapdanması o biri orqanlarının, bütün orqanizmin daha sağlam olmasına kömək edə bilməz ki!

Türkə vurulan zərbə indiki sivilizasiyanın ən mühüm sütunlarından birinə vurulan zərbədir. Türkə zərbə insanlığa zərbədir!!! Yer üzünün sabahına vurulan zərbədir. Türkün səhflərini qardaşcasına demək lazımdır, amma onu – tarixin böyük memarlarından birini tapdamaq insan gücü daxilində deyil! Əməlinizə diqqət edin siyasətşi bacı, qardaşlar!!

Aprel ayı “ermənilərin genosid ayı” yox, “ermənilərin dövlətçiliyə xəyanət ayıdır!”.



Dr. Əhməd Qəşəmoğlu – şair, filosof, sülh səfiri.





Yorumlar









Aktif Ziyaretçi 21
Dün Tekil 1238
Bugün Tekil 324
Toplam Tekil 4064532
IP 3.15.5.183






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























9 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Saraylarda s remem da larda s rd m , Bin cihana de i mem u ks z T rkl m .
(H seyin Nihal ATSIZ)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.716 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu