Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı Ulu Türküstandan gəlmiş qonaqlarla görüşdü - Əfsanə ƏLƏSGƏRLİ, DAK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı Ulu Türküstandan gəlmiş qonaqlarla görüşdü - Əfsanə ƏLƏSGƏRLİ, DAK
Tarih: 14.04.2010 > Kaç kez okundu? 2274

Paylaş




Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatı Qazaxıstanda yaşayan soydaşımız, Ahısqa Basın Mərkəzinin həmsədri, Vətən, Türkel qəzetlərinin, Altun Körpü dərgisinin baş redaktoru Ramiz Məşədihəsənli və Vətən qəzetinin redaktoru, filologiya elmləri namizədi Hökümə Xəlilova ilə aprelin 13-də görüş keçirdi.

Dünya Azərbaycanlıları Konqresinin mərkəzi ofisində baş tutan tədbirdə soydaşlarımızın Ulu Türküstan diyarında fəaliyyəti, rəhbərlik etdikləri nəşrlərin Azərbaycan və Orta Asiya arasında əlaqələrinin möhkəmlənməsində rolu, türk xalqları və ölkələrinin inteqrasiyası məsələlərindən bəhs edildi. Qonaqlarla görüşdə, həmçinin Qırğızıstanda baş verən siyasi proseslər və bu məsələnin türk dünyasına təsiri müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan DAK Gənclər Təşkilatının başqanı Seymur Həsənli qonaqlara təşkilatın fəaliyyəti, türk dövlətlərinin gəncləri ilə qurduqları əlaqələr barədə məlumat verdi. Və gələcəkdə bu cür əlaqələrin daha da inkişaf etdirəcəklərini vurğuladı. “Yeddi Dövlət - Bir Millət Konseyinin” başqanı Azər Həsrət qonaqların fəaliyyətini təqdirəlayiq olduğunu bildirdi.

Uzun müddət jurnalistika sahəsində fəaliyyət göstərmiş, Azərbaycan Dövlət Televiziyasının Avropa təmsilçisi çalışmış Ramiz Məşədihəsənli gənclərə Qazaxıstan və Qırğızıstanda fəaliyyətlərindən söhbət açdı. O, bildirdi ki, rəhbərlik etdikləri mətbu nəşrlər özbək, qazax, azərbaycan türkcələrində, eləcə də rus dilində işıq üzü görür. Onun sözlərinə görə, Azərbaycandan kənarda yaşasalar da, daima mətbu orqanlar Azərbaycanın mövqeyi, Ermənistan-Azərbaycan münaqişəsi, mədəniyyət və müasir inkişafı barədə məlumat verir və Orta Asiya cəmiyyətində ölkəmizlə bağlı obyektiv informasiyanın yayımına çalışırlar. O, bildirdi ki, Türkel qəzetinin bir sıra ölkələrdə təmsilçiləri var və qəzet Türkiyənin baş naziri Ərdoğan, eləcə də prezident Abdulla Gül tərəfindən tərəfindən yüksək qiymətləndirilib. Bunun nəticəsi kimi qəzet redaksiyasının daha keyfiyyətlə çalışmaları üçün TİKA şirkəti tərəfindən texniki avadanlıq verilib.

Ortaq türkcə məsələsinə toxunan R. Məşədihəsənli yaxın gələcəkdə Qazaxıstanda açılış mərasimi gerçəkləşəcək Akademiyanı nümunə gətirib. Onun fikrincə, Qazaxıstan prezidenti N.Nazarbayevin təşəbbüsü ilə qurulmuş türkdilli xalqların ortaq dil Akademiyası türk xalqlarının ortaq dil məsələsinin formalaşmasında, xalqlar arasında ünsiyyətin daha da sürətlənməsində böyük rol oynaya bilər

Hökümə Xəlilova eyni zamanda R. Məşədihəsənli ilə birgə Qırğızıstanın Atatürk-Alatao Universitetində təşkil edilmiş azərbaycan dili və ədəbiyyatı fənnini sonuncu kurs tələbələrinə tədris edir. Qonaqlar bildirdilər ki, hazırda Qazaxıstan dövlət radiosunda həftədə 40 dəqiqə olmaqla Azərbaycan haqqında veriliş yayımlanır. “Altunköprü dərgisində biz çalışırıq ki, hər bir türk xalqının həyatında və türk dövlətlərində baş verən ən mühüm mədəni-ictimai olayları işıqlandıraq”-deyə H.Xəlilova söylədi.

DAK Mətbuat Xidmətinin rəhbəri Əlirza Amanbəyli Güney Azərbaycan məsələsinə toxunaraq fars-molla rejimin Türküstan diyarında fəaliyyəti barədə maraqlandı. Məlum oldu ki, Quzey Azərbaycanda olduğu kimi Qazaxıstan və diğər türk ölkələrində də məscid, din siyasəti adı altında kifayət qədər işlər aparılır.

Tədbir sonu DAK fəxri sədri, prof. Qulam Rza Səbri Təbrizinin və Qazaxıstanda fəaliyyət göstərən Türk Dünyası Assosiyasının vitse-prezidenti,hüquqşunas, albay Yəhya Əliyevin çıxışları xüsusi diqqətə səbəb oldu. Səbri bəy: “Bu gün Qarabağı işğal altında saxlamaqda erməniyə dəstək olan dünya sabah biz Qarabağı işğaldan azad edib İrəvanda oturanda bizə nə deuyəcəklər?” Üzünü gənclərə tutan professor hər kəsin bir yağış damcısı olduğunu dedi. Amma unutmaq olmaz ki, dənizlər də bu yağış damcılarından ibarətdir.

Yəhya Əliyev çıxış edərək bir neçə məqamı əsas gətirdi: “Bəziləri Türk Dilli respublikalar deyir. Bu nə deməkdir?Türk necə Türk dilli ola bilər? Bundan başqa Güney Azərbaycan, Borçalı, Dərbənd diaspor ola bilməz. Bunlar bizim öz torpaqlarımız. Öz torpağnda necə diaspor fəaliyyəti edə bilərsən? Hətta Qazaxıstanda da diaspor ola bilməz. Çünki biz Turan torpağının vətəndaşlarıyıq”

Qırğızıstandakı son olaylara toxunan qonaqlar baş verən hadisələrin tezliklə nizama düşəcəyini bildirdilər. Qonaqların fikrincə, hansı proseslərin baş verməsindən asılı olmayaraq, Qırğızıstan-Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin qədim kökləri var, yeni formalaşacaq hakimiyyət bu əlaqələrin inkişafında öz töhfələrini verəcək.

Sonda qonaqlar gəncləri maraqlandıran sualları cavablandırdılar.

Əfsanə ƏLƏSGƏRLİ





Yorumlar








Aktif Ziyaretçi 16
Dün Tekil 813
Bugün Tekil 393
Toplam Tekil 1640748
IP 54.204.247.205






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































9 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Onlara Allah Türk Adını verdi ve Onları yeryüzüne hakim kıldı.
(Kaşgarlı MAHMUT)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.907 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu