Türkiyə Türkcəsini Bir Ortaq Dil Kimi Qəbul Eləməliyik - Oqtay Hacımusalı - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Türkiyə Türkcəsini Bir Ortaq Dil Kimi Qəbul Eləməliyik - Oqtay Hacımusalı
Tarih: 17.12.2008 > Kaç kez okundu? 3857

Paylaş


Bu dəfədi müsahibimiz bir çoxlarının tanıdığı dr. professor, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərovdur. Onunla söhbətimiz əsasən ədəbi mühitin aktual mövzularından biri olan “Ortaq türkcə” üzərinə oldu. Bu geniş və mənalı müsahibəni siz dostlarla bölüşmək istərdik…

Etnogenezis baxımından müxtəlif dövrlərdə Azərbaycan xalqının mənşəyi haqqında müxtəlif fikirlər, nəzəriyyələr ortaya atılmışdır. Bunların arasında ən dəyərli fikir hansıdır sizcə?

Azərbaycan xalqının etnogenezisi ilə bağlı son dövrlər iki əsas fikir xüsusi ilə geniş yayılıb. Bu fikirlərdən biri ondan ibarət olmuşdur ki, Azərbaycanda e.ə. III minillikdən başlayaraq Qafqaz etnosları yaşayıblar. E. ə. I minillikdən etibarən bura İran etnosları gəlib və son dövrlərdə bunu əsasən bağlayırdılar ərəb işğalından sonrakı dövrə. Yəni təxminən eramızın I minilliyin başlarından etibarən isə Türk etnosları gəliblər. Və bundan çıxış eləyərək belə bir akademik fikir, belə bir akademik nəzəriyyə meydana çıxmışdı ki, Azərbaycan EA – nın buraxdığı tarix kitablarında daha çox belə qələmə verilirdi ki, azərbaycanlılar Qafqaz, İran və Türk xalqlarının qarışığından yaranmış bir etnosdur. Və bu yanlış nəzəriyyənin bir cəhəti də bu idi ki, türklərin intellektual, sosial – intellektual və say mövqeyini aşağı salmağa cəhd edirdilər. Güya Qafqaz, İarn etnosları əsasında yaranmış ilkin Azərbaycan xalqı türk dilini sadə və aydın olduğu üçün dilini mənimsəmişdilər. Ancaq antropologiya, xalqın əsas antropoloji quruluşu, xalqın nerofizioloji düşüncə quruluşu ya Qafqaz, ya da əsasən İran mənşəyi ilə izah olunurdu. Və türklərin burdakı mövqeyi çox üzdən olan bir mövqe kimi təqdim olunurdu. Sonra təxminən 60 – 70 – ci illərdən başlayaraq bunun əksini iddia edən ikinci bir nəzəriyyə meydana çıxdı. Bu nəzəriyyəyə görə, lap qədim dövrlərdən Azərbaycanda türklər lap qədim dövrlərdən yaşayırlar və Azərbaycan ən qədim zamanlardan bir türk torpağıdır. Və hətta bu nəzəriyyənin belə bir qanadı da mövcud idi ki, güya türklər bütün dünyaya məhz Azərbaycandan yayılıblar. Bu nəzəriyyə əslində sırf birinci nəzəriyyəyə qarşı yönəlmiş aqressiv bir baxış idi. Birinci nəzəriyyənin tərəfdarları qeyri-türk, yaxud da antitürk, ikinci nəzəriyyənin tərəfdarları isə türkçü, yaxud da pantürkist hesab olunurdular. Təxminən ötən əsrin 90-cı illərindən etibarən bu nəzəriyyələr üzərində daha dərindən düşünülməyə başlandı və müxtəlif mülahizələr meydana çıxdı. Amma mütləq mənada ya bu düşüncəyə, ya da o biri düşüncəyə üstünlük verilirdi. Mən 80-ci illərin sonu, 90-cı illərin başlarından etibarən ardıcıl olaraq bu məsələlərlə məşğul olmuşam və çoxlu sayıda yazılar yazmışam. Mənim fikrimcə, doğrudan da, Azərbaycan ərazisində ən geci e.ə. III minillikdən başlayaraq Qafqaz etnosları aparıcı olmuşdur. Və həqiqətən də e.ə. II minilliyin sonu I minilliyin əvvəli Azərbaycanda İran etnoslarının mövqeyi get-gedə güclənmişdir. Azərbaycanda yaranmış qədim dövlətlər, xüsusi ilə bizim tarixşünaslığımızda olduqca populyar olan Madda, Midiya və xüsusi ilə Atropatena, eləcə də Albaniya dövlətləri daha çox Qafqaz və xüsusi ilə İran etnoslarının yaratdığı dövlətlərdir. Mən bu düşüncəni qəbul edirəm. Və Azərbaycanı ən qədim türk məkanı, türkün ən böyük tarixi zəfəri kimi qəbul etmək fikrindən mən uzağam. Amma mənim fikrimcə, türklər Azərbaycana gəlişi eramızın ilk əsrlərindən başlayaraq, Hun-Qıpçaq yürüşləri vaxtına təsadüf edir. Məsələ burasındadır ki, Hun-Qıpçaq yürüşləri dövründə Azərbaycana gələn türk tayfaları bir-birindən müəyyən qədər fərqli idi. Hun və Qıpçaq adları isə daha çox etno-siyasi addır və bu adın ətrafında müxtəlif türk tayfaları birləşiblər. Bunlar Sabirlər, Sakalar, Avarlar, sonrakı dövrlərdə Qıpçaqlardan ayrılan bir sıra türk tayfalarıdır. Bu tayfalar Azərbaycana xüsusi hərbi güclə, xüsusi mövqe ilə gəliblər. Və türklərin Azərbaycana gəldiyi dövrdə burada yaşayan etnosların heç birisinin belə güclü siyasi birliyi olmayıb. Ona görə də Hunlar və Qıpçaqlar Azərbaycanda özlərinin kifayət qədər yüksək hərbi, intellektual qüdrətləri ilə yerli xalqları müəyyən qədər sıxışdıraraq məskunlaşa biliblər. Hara sıxışdırıblar - dağlara, Xəzəryanı səhralıqlara, o yerlərə ki, türk xalqları o yerlərdə yaşaya bilməzdilər. Türk xalqları üçün çöl, step mədəniyyəti daha əlverişli idi və Azərbaycanda mövcud olan münbit step, çöl sahələrini ələ keçirib özlərinin siyas birliklərini, əlbəttə ki, dəfələrlə yenidən qurulan və dağılan siyasi birliklərini yaradıblar. Azərbaycana gələn bu türk tayfalarının əsas siyasi dayağı Şimali Qafqazdan başlayaraq indi bizim Dəşti-Qıpçaq adlandırdığımız Qara dəniz, Xəzər dənizinin şimalı və Qazaxıstanın içəriləri də daxil olan ərazilər idi. Həmin ərazilərdə Hun-Qıpçaqlar daha geniş yayılıblar. Onlar bu ərazidə həm əhalinin əsas say tərkibinə, həm də siyasi gücünə görə böyük qüdrətə malik idilər. Bu tayfalar eramızın V – VI əsrlərindən etibarən Azərbaycana şimaldan gəlməyə başlamışlar. Amma bu əsrlərdə, xüsusən də Ərəb hücumları dövründə və sonra Azərbaycana cənubdan da Oğuz tayfalarının axınları başladı. Bu proses IX – XI əsrlərdə xüsusi ilə geniş vüsət aldı. İndi mənim müdafiə elədiyim və üzərində daha çox düşündüyüm nəzəriyyənin əvvəlki nəzəriyyələrdən fərqi nədən ibarətdir? Əvvəlki nəzəriyyələrdən birincisi Qafqaz etnosunu o qədər də nüfuzlu tutmur, İran etnosuna xüsusi önəm qazandırır, məsələni bir Paniranizm mövqeyindən təqdim edir. Mən İran etnoslarının burada olmasını qəbul eləyirəm. amma Azərbaycan xalqının formalaşması prosesində nə İran, nə də Qafqaz etnoslarının heç zaman nəinki aparıcı, heç orta səviyyəli mövqe tutduğunu isə qəbul eləyə bilmirəm. Çünki faktlar buna imkan vermir. Türklər bura gələndə burdaki etnoslar güclü olmadıqlarına görə onları çox asanlıqla sıxışdıra bilmişdilər. Bu mənada Azərbaycan xalqının formalaşması prosesi türklərin bu əraziyə gəlməsiylə başlayır.

Mənim nəzəriyyəmin ikinci nəzəriyyədən fərqi nədən ibarətdir? İkinci nəzəriyyə türklərin Azərbaycan ərazisində lap qədim zamanlardan yaşadığını israrla göstərməyə çalışır. Mən türklərin Azərbaycan ərazisində lap qədim zamanlardan yaşaması faktının özünü qəbul eləyə bilmirəm. Və əgər hətta belə bir fakt olmuş olsa belə, bu Azərbaycan xalqının yaranması prosesində bir fakt kimi iştirak edə bilməzdi. Və nəticə etibarı ilə belə qənaət düzgündür ki, Azərbaycan xalqı e. ə. I əsrdən başlayaraq e.ə. I minilliyin sonlarına kimi Qıpçaq, eramızın I minilliyinin başlarından eramızın II minilliyinin ortalarına kimi Oğuz türklərinin qaynayıb qarışması ilə yaranmış bir xalqdır. Və bu xalqa sonralar, tarixi proseslərin gedişində həm Qafqaz, həm də İran mənşəəli xalqlar qarışıblar ki, bu da çox cüzi bir faiz təşkil edir. Bu baxımdan, hətta bu günün özündə də Azərbaycanda yaşayan Qafqaz və İran etnosları türklər kimi mərkəzləşmə prosesini tam başa çatdırmayıblar. Və bu da onu göstərir ki, Azərbaycan xalqı türk mənşəli bir xalq kimi formalaşıb.

Gələk Ortaq türkcə məsələsinə… Hərənin bir Ortaq türkcəsi var. Bəs hörmətli Nizami müəllim Ortaq ürkcə barədə necə fikirləşir?

Ortaq Türkcə ilə bağlı çox ciddi konfranslar, müzakirələr olub. Bu müzakirələr bu şəxsən mənim özümdə belə bir aydın nəticə yaradıb ki, müxtəlif türk dillərinin ümumi fonetik-leksik-qramatik fondunu yaratmaqla süni bir Ortaq türkcə yarada bilmərik. Bu Türkcə işləməyəcək. Mənim fikrimcə, əhalinin daha cox təmsil olunduğu Türkiyə türkcəsini bir ortaq dil kimi qəbul eləməliyik. Əslində bu proses də gedir. Türkiyə türkcəsinin bir sıra üstünlükləri var. Həm 100 milyona qədər insan bu dildə danışır, həm də 50 milyonluq Azərbaycan türkü, türkmənlər, özbəklər, uyğurlar bu dili anlayır. Müəyyən problemlər yaranır qazaxlarda, qırğızlarda, altaylarda, Qıpçaq türklərində müəyyən problemlər yaranır ki, onları da aradan qaldırmaq mümkündür. Amma Türkiyə türkcəsi Ortaq türkcə kimi işlənəndə mövcud türkcələri də istisna eləməməlidir. Təbii ki, istisna eləməyəcək də. Ortaq türkcə bizim üçün ortaq bir əlaqə, ortaq bir ünsiyyət vasitəsi olmalıdır. Və bu prosesdə Türkiyə türkcəsi ortaq bir dil kimi təkminləşməlidir. Daha çox Türkcə elementlərdən, ümumi elementlərdən istifadə edilməlidir.

2 Mart 1926-cı ildə Ağamalıoğlunun sədrliyi ilə keçirilən Türk Dil Qurultayının «Türk dillərində elmi terminologiyanın yaranma prinsipləri haqqında» adlanan VIII iclasında niyəsə ortaq bir məxrəcə gəlmək mümkün olmamışdı və bu gün də eyni problem yaşanır. Bəlkə biz bunun üçün ortaq bir əlifba formalaşdırmalıyıq?

- Ortaq türkcənin yaranması prosesində ortaq əlifbanın ilkin ünsürləri meydana çıxıb. Bu, latın əlifbasıdır. Latın əlifbası əsasında Ortaq türkcənin əlifbası formalaşmalıdır. Amma bu əlifbada ortaq bir işarə fondu olmalıdır ki, müxtəlif türk dillərində eyni səsləri ifadə edə bilsin. Deyək ki, Azərbaycan dilində 9 sait varsa, istər-istəməz Ortaq türkcənin əlifbasında da 9 saitin işarəsi olmalıdır. Amma deyək ki, özbək türkcəsində 6 sait varsa, Ortaq türkcə üçün elə hərflər götürülməlidir ki, onlar digər türkcələrdə eyni səsləri ifadə etsin. Yəni artıq eyni səsin müxtəlif hərflərdə göstərilməsi heç bir türkcədə qəbul olunmamalıdır. Məsələn, bir sıra Sibir türklərinin dillərində uzun saitlər varsa və bu uzun saitlər sözləri fərqləndirirsə, onda bu uzunluq işarələri qoyulmalıdır. Yəni təbiidir ki, Ortaq türkcənin ilkin əlaməti odur ki, ümumiyyətlə, türk dillərinin qarşılıqlı əlaqələrinin normallığı üçün, bütün Türk dilləri üçün eyni əlifba, eyni işarələr sistemi işləsin. Bunun üçün muübarizələr, mübahisələr gedir. Bəzi türk dillərində hələ kiril əlifbasından istifadə olunur, bəzilərində ərəb əlifbasından istifadə olunur. Bu problemlər mübahisələr, müzakirələr yolu ilə sürətlə aradan qaldırılmalıdır. Və mən tərəfdarıyam ki, bu məsələ sürətlə həll olunsun.

Gələk ortaq terminologiya məsələsinə. Ortaq terminologiya niyə alınmayıb? Əvvəla, türk dillərinin bir-birindən fərqlənməsi prosesində müxtəlif mənbələrdən – həm Qərb, həm də Şərq mənbələrindən terminlərin alınması prosesi gedib. Bura rus dili də qoşulub. Və nəticə etibarı ilə təbii olaraq bir fərqlənmə əmələ gəlib. Amma məsələnin mürəkkəbliyi onda olubdur ki, elə I Türk Dil Qurultayından başlamış sovet ideologiyasının təsiri ilə çalışıblar ki, mümkün qədər türk dillərini bir-birindən ayırsınlar. Ona görə də ən azından elə bir maraq olmayıb ki, ortaq bir terminologiya yaradılsın. Bir də ki, hələ XX əsrin 20-30-cu illərində türk dillərində elmi terminologiya elə də inkişaf etməmişdi. Məsələn, deyək ki, Marksın «Kapital» əsəri Azərbaycan dilinə tərcüməsində fərqli terminlər qoyulub, tərcümə olunub qazax dilinə fərqli terminlər verilib və beləliklə, iqtisadiyyata aid terminologiya fərqləndirilib. Halbuki, o zaman ümumi bir mərkəz yaradılmalı idi. Və bu mərkəzin məqsədi müxtəlif türk dilləri üçün ümumi terminləri qəbul etmək olmalı idi. Göründüyü kimi, burda siyasi-ideoloji təzyiq də öz rolunu oynayıbdır. Ümumi intellektual, maarif-təhsil səviyyəsinin aşağı olması da təsiredib və nəticə etibarilə belə bir pərakəndəlik əmələ gəlib. Amma təbiidir ki, dünyada qloballaşmanın getdiyi bir vaxtda terminologiyalar tədricən ümumiləşməlidir. Müasir dövrün tələbləri, zamanın, dövrün xarakteri bunu tələb edir ki, Türk dilləri üçün birinci növbədə Türk dillərinin özündə terminololgiya yaradıcılığı getsin. Bu ümumi yaradıcılıq işi olmalıdır. İkinci növbədə, də biz xarici terminləri alınmasında məsləhətləşməaparmalıyıq ki, bütün türk dilləri üçün eyni olsun.

*** Ədəbi dil və onun tələblərinin ləhcələrarası inteqrasiyası müəyyən mənada mümkündur. Bəs elmi dildə yaranan bu çətinlikləri necə aşmalıyıq?

Ən asanı elmi dildir. Ona görə ki, məsələn deyək ki, ədəbi dilin bədii üslubu daha çox fərdi yaradıcılığa söykənir. Şair, yazıçı əsərini yazır, öz hücrəsinə qapanmış bir vəziyyətdə, burda nisbətən ümumi məqamları gözləmək bir az çətindir. Amma elmi üslub belədir ki, elmi üslubda buna çalışmaq mümkündür. Terminologiya ümumiyyətlə, elmi təfəkkürlə bağlıdır. Elmi anlayışlar əsasən elmi konfranslarda, elmi müzakirələrdə, kollektiv elmi kəşflərdə işlənilir. İnstitutlarda, mərkəzlərdə, akademiyalarda yaranır. Ona görə də burda müzakirə imkanı genişdir. Yəni bu bir nəfərin yaradıcılıq məhsulu deyil. Bədii yaradıcılıqda isə bir fərdilik mövcuddur. Publisistika sahəsi daha ciddi çalışmalar tələb edir. bizim mətbuatımızda ümumi dil nəzarəti sistemləri, mexanizmləri işləməlidir. Rəsmi üslubda da bunu tətbiq etmək çətin deyil. Çünki burda materiallar əsasən rəsmi müraciətlər, universal sənədləşmə qaydalarıdır. Bu işlərdə ümumiləşməyə meyl həmişə olub.

Amma qəbul edək ki, bizə yaxın olan qardaş Türkiyə türkcəsinin elmi terminologiyası olduqca ağırdır…

Türkiyə türkcəsinin terminologiyasında ağırlıq var. Bu ağırlıq da birinci növbədə ondan əmələ gəlib ki, məsələn, əgər öz dilimizin, yaxud da dillərimizin imkanları ilə termin yaradırıqsa, bu zaman hər hansı türk ləhcəsinin önə çıxması termin yaradıcılığında istər-istəməz fərqlər yaradır. Bu baxımdan, Türkiyə türkcəsində aparılan dil inqilabı onu digər türk dillərindən xeyli ayırıb. Baxmayaraq ki, sözlərin böyük bir hissəsi tarama şəkilndə qədim abidələrdən alınmışdır. Əslidə isə həmin sözlərdən müasir türk dillərinin demək olar ki, heç birində istifadə olunmur. Sözlərin böyük bir hissəsi də dərləmə şəklində ağızlardan, dialektlərdən alınıb. Ancaq yenə də bu sözlər Anadolu civarını əhatə etdiyinə görə effekt yaratmır. Yəni bu gün əgər terminologiya yaradılırsa, mütləq şəkildə ümumtürk xüsusiyyətlər nəzərə alınmalıdır.

Bu gün türk dilinin sistemləşdirilmiş, başqa dillərdən dilimizə keçmə sözlərdən qismən də olsa arıdılmış bir Türkcəyə çevrilməsi – müəyyən mənada Türk epos dilinə uyğunlaşdırılması nə qədər realdır sizcə?

Təbii ki, müasir dövr, müasir dünya epos təfəkkürünün inkişafı dünyası deyil. Müasir dünya yeni düşüncə texnologiyaları, yeni anlayışlar təqdim edir. Amma istər-istəməz millətin təfəkkürü, düşüncəsi, onun etnoqrafik özünəməxsusluğu eposdan gəlir. Epos bütövlükdə millətin yaratdığı əsərdir. Millətin bütövlükdə yaradıcılıq potensialıdır. Epos həmişə işləyib, qədim dövrlərdə, orta əsrlərdə olduğu kimi, bu gün də işləyir. Yəni biz hər hansı bir dil təsirinə, xarici dil, xarici mədəniyyət təsirlərinə müqavimət göstərəndə eposumuza sığınırıq. Eposu olmayan xalqlar ermənilərin gününə düşər. Eposu olmayan xalqlar epos yarada biliməyən xalqların gününə düşər. Nəticə etibarilə asanlıqla parçalan bilərlər, dillərində ardıcıl olaraq çox böyük dəyişikliklər baş verər, yaddaş texnologiyaları itə bilər. Adətən belə xalqlarda həmişə bir aqressivlik olur. Onlar özünütəsdiq üçün çox böyük aqressivliklər edə bilərlər: başqa xalqların mədəniyyətlərini zəbt edər, ümumdünya mədəniyyətinə dağıdıcı təsir göstərə bilərlər. Bu patoloji bir haldır. Amma türklərin tarixən formalaşmış belə bir xüsusiyyəti var ki, dünyanın nə qədər qədim etnosu olsalar da, bir o qədər novator millətlərindəndir. Türklər dünya mədəniyyətinə açıq xalqdır, dünyadakı dinlərə açıq millətdir. Dünyada elə bir mükəmməl bir din tapa bilməzsiniz ki, türklər onu qəbul etməmiş olsun. Bütün bunlar türk təfəkkürünün dünyada gedən proseslərə nə qədər açıq olduğunu göstərir. Amma eyni zamanda türklərdə bir özünümüdafiə sistemi var ki, bu da məhz epos dilini qoruyub saxlamaqla əlaqəlidir.

Dil oynaq bir əlaqə vasitəsidir. Geniş mənada Türkcə və onun bir qolu olan Azərbaycan türkcəsinin gələcək perspektivləri nələrdir və Azərbaycan türkcəsinin qloballaşan dünyada yeri hardadır sizcə?

Azərbaycan türkcəsinin birinci problemi Azərbaycan xalqının qeyri-mütəşşəkilliyi ilə bağlıdır. Dünyada 50 milyona yaxın Azərbaycanlı yaşayır və bunlardan yalnız 1/5 – i müstəqil Azərbaycanın ərazisində yaşayır. Yəni özünün dövlət dilinin Azərbaycan dili olduğunu elan etmiş bir siyasi coğrafiyada yaşayır. Azərbaycan dilinin inkişafı üçün əsas amil Azərbaycan türklərinin mütəşəkkilliyi, onların arasındakı qarşılıqlı mədəniyyət, düşüncə, iqtisadi, siyasi, ideoloji əlaqələrin möhkəmliyi gərəkliliyidir. Yəni bir var on milyona qədər insanın dil enerjisi, dil, yaradıcılıq imkanları, bir də var əlli milyon insanın dil enerjisi, dil yaradıcılıq imkanları... Bax, dediyim mütəşəkillik budur. Azərbaycan dili bu gün Azərbaycan Respublikasında dövlət dilidir. Yəni indiyə kimi Azərbaycan Respublikasında elə dövlət idarələri var idi ki, həmin dövlət idarələrində Azərbaycan dili işlənmirdi. Bu nazirliklər, idarə və müəssisələr rus dilinin ciddi təzyiqi altında idi. Amma bu gün Azərbaycan dövlətçiliyində elə bir müəssisə, təşkilat yoxdur ki, orda aparıcı dil başqa dil olsun. Azərbaycanda son zamanlarda publisistik dil çox sürətlə inkişaf edir. Demokratikanın ortaya çıxması, milli əhval-ruhiyyənin yüksəlməsi imkan verir ki, Azərbaycan dili gələcəkdə bir publisistik dil kimi daha da inkişaf etsin. Bu gün bizim üçün Azərbaycan dilini böyük elmi, ədəbi dil kimi qəbul etmək bir az çətindir. Lakin biz Azərbaycan dilini bu gün böyük publisistik dil kimi qəbul eləyə bilirk. Amma bununla yanaşı, Azərbaycan dilinin mükəməl lüğətləri hələ ki, mövcud deyil. Bu günkü dünya danışan dünyadır. Əvvəllər hər şey yazılı idi, hətta radio və televiziyada belə. Ancaq bu gün yazı dili danışıq dilinin təsiri altındadır. Və bizim yazılı kütləvi informasiya vasitələrimizdə belə yazı dilindən çox danışıq dilinin təsiri hiss olunur. Deyək ki, çox mürəkkəb sintaktik konstruksiyalar işlənmir, çox mürəkkəb terminologiya işlənmir, mümkün qədər cəmiyyətin anlaya biləcəyi bir leksikon, cəmiyyətin anlaya biləcəyi sintaksis, cümlə quruluşu növləri işlədilir. Ancaq Azərbaycan dilinin indiyə kimi normal bir danışıq dili lüğəti çap olunmayıb. Yəni bu gün biz hələ də tərəddüd içərisindəyik ki, tələffüz zamanı biz «otaq»danmı, «otağ»danmı, yoxsa «otax»danmı istifadə eləməliyik? Və bu tip çoxlu problemlərimiz var ki, biz bunu bu günkü danışan dünyanın dilinə uyğunlaşdırmalıyıq. Hətta yeni qramatika yazılanda belə əvvəlki möhkəm, sərt qəliblərdən imtina olunmalıdır, yaxud da onların müxtəlif versiyaları həmin qəliblərin yanında göstərilməlidir. Sözsüz ki, bu məsələnin akademik tərəfidir. Amma bununla yanaşı, Azərbaycanda proses kifayət qədər sürətlə gedir.

Bir mühüm problem də odur ki, bu gün Azərbaycan dili dünyaya çıxır və dünyanın beynəlxalq dilləri Azərbaycana gəlir. İstər – istəməz bu məqamlar da tələb edir ki, Azərbaycan dili inkişaf eləyə-eləyə özünü mühafizə eləsin. Təbii ki, istənilən bir azərbaycanlı sabah rus, ingilis, alman, fransuz, hətta lazım gəlsə Çin və Ərəb dillərində təhsil alacaq. Amma bu təhsil ali, universitet təhsili olmalıdır. Hər bir azərbaycanlı ilk mərhələdə orta məktəbi Azərbaycan dilində bitirməlidir. Çünki, orta məktəbdə Azərbaycan dilində təhsil almaq Azərbaycanın tarixini, ədəbiyyatını və ən əsası milli dili mükəmməl bir şəkildə öyrənmək deməkdir. Ondan sonra sən hansı dildə təhsil alırsan al, öz milli kimliyindən qətiyyən uzaqlaşmazsan. Bir də ki, Azərbaycan dilini qoruyub saxlamaq üçün intellekt inkişaf eləməlidir. Azərbayca dilli intellektin inkişafı hər şeydən vacibdir. Azərbaycandilli intellekt inkişaf eləməsə, biz nəinki Azərbaycan dilini dünyaya çıxara bilmərik, heç ölkəmizin içində bu dili müdafiə edə bilməyəcəyik. Dilin qramatikasını yazmaqla, dilin milliyyətçilik duyğularını oyandırmaqla, tərifləməklə onun inkişafını təmin eləmək ya çox çətindir, ya da heç mümkün deyil. Bunun üçün mütləq şəkildə azərbaycandilli mühitdə intellekt inkişaf eləməlidir. Mədəniyyət, düşüncə texnologiyaları inkişaf eləməlidir. Yoxsa, istənilən bir halda istənilən bir gənc azərbaycanlı başqa dillərə üz tutacaq.

Azərbaycan poetikası və ədəbi dil üslubunun müasir dövrdəki vəziyyəti sizi qane edirmi?

Bu gün Azərbaycan publisistikasındakı dil məni qane eləyir, güclü enerjisinə görə. Qane eləmir bəzən normalara az hörmət edilməsinə, yüngül təfəkkür texnologiyasının meydana çıxmasına görə. İntiriqa düşüncənin daha çox yer almasına görə. Tələffüz texnologiyalarının radio və televiziyalarımızda normal şəkildə səsləndirilmədiyinə görə, təfəkkür, düşüncə məntiqinin bir çox hallarda pozulmasına görə. Amma yenə də publisistika bizim dilimizin inkişafında əsas yeri tutur. Və bu da qloballaşmanın bir təzahürüdür. Çünki burda bütün ictimai təfəkkür iştirak eləyir. Bədii üslubun inkişafından mən xeyli narazıyam, çünki bədii üslubda axtarışlar o qədər normal səviyyədə getmir. Elmi üslubun səviyyəsi bundan da aşağıdır. Bu gün elmi təfəkkürümüzün çox ciddi uğurlarından danışa bilmərik. Rəsmi inzibati üslubumuz dövlət dilimizin, yəni Azərbaycan dilinin sürətlə dövlət dilinə çevrilməsi prosesində müəyyən mənada inkişaf edib. Məişət dilimiz həmişə güclü olub, burda elə də ciddi problemlərdən danışmaq olmaz. Amma yenə də bizim məişət üslubumuz mümkün qədər yad ünsürlərin təhlükəsindən qorunmalıdır. Dil o zaman başqa bir dildən gələn təhlükəyə düçar olur ki, o başqa dil sənin ailənə, sənin mətbəxinə daxil olur. Bunun qarşısını mütləq mənada almaq lazımdır. Amma bir şeyi də xüsusi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dilinin inkişaf potensialı çox böyükdür.

«Bir millət, iki dövlət» anlayışlarının işığında indiyə kimi hansı işlər görülüb - bir millətin mədəni dəyərlərinin qarşılıqlı olaraq tanıdılması üçün ? Və həmin bu görülən işlərdə müdiri olduğunuz Azərbaycanda Atatürk Mərkəzinin yeri hardadır?

Atatürk Mərkəzinin ən ümdə funksiyası Atatürkün irsini öyrənməkdir. Bu «Bir millət, iki dövlət» üçün çox vacib bir məsələdir. Çünki, Atatürk yalnız gözəl idealar irəli sürməyib, həm də həmin ideaları həyata keçirib. Atatürkün ən böyük əsəri qurduğu Türkiyə Respublikasıdır. O, bu dövləti qurub, yaşadıb və inkişaf elətdirib. Atatürkün Türkiyəni qurarkən istifadə elədiyi ideologiyalar bu gün Azərbaycana da lazımdır, Türkmənistana da, Qazaxıstana da. Bütün Türk cümhuriyyətlərinə və gələcəkdə müstəqilliyini qazanacaq, öz dövlətlərini quracaq bütün türklərə lazımdır. Və bizim də əsasən işimiz bundan ibarətdir ki, Atatürkün dövlət quruculuğunun müxtəlif tərəflərini sistemləşdirək və təbliğ eləyək. Atatürk Mərkəzinin gördüyü işlərin biri budur. Başqa bir tərəfdən həmişə türk dövlətlərinin mədəni, etnoqrafik birliyindən danışıblar və bu barədə danışmaq həmişə asan gəlib insanlara. Amma artıq elə bir dövr gəlib ki, dünya bizi sıxır. Biz artıq geniş türk coğrafiyasını yalnız dil, mədəniyyət, mənəviyyat birlikləri ətrafında qoruyub saxlaya bilmərik. Bu gün də olmasa, nə vaxtsa dünyanın inkişaf eləmiş gücləri bu geniş ərazini bizim əlimizdən ala bilər. Və bu gün biz ancaq yerimizdə sayırıqsa həqiqətən də alırlar. Bu da öz növbəsində bizim qarşımızda həlli vacib olan bir məsələni qoyur: biz bu gün Türk dünyasını eyni bir etnoqrafik vəhdət dünyası kimi yox, bir siyasi birlik kimi də dünyaya təqdim eləməliyik. Heç də təsadüfi deyil ki, Türk Dövlət Başçılarının Zirvə toplantılarında son zamanlar bu məsələ tez-tez qabardılırdı. Ümummilli liderimiz Heydər Əliyev hətta belə bir söz də demişdi həmin toplantıların birində: «Türk dünyasının etnoqrafik birliyindən sonra artıq səhnəyə Türk dünyasının siyasi birliyi də çıxmalıdır.» Bu məsələləri biz təbliğ etməliyik. Bu təbliğat dil birliyi, əlifba birliyi, terminologiya birliyi kimi, etnoqrafik birliklər uğrunda apardığımız mübarizələrdən başlamış, enerji, nəqliyyat və s. sahələrdə də davam etməlidir.

Bu gün bütün Türk dünyasının mövcudluğu, mədəni-mənəvi, siyasi-ideoloji birliyi nəticə etibarilə müasir dövrümüzdə qloballaşan dünya üçün çox vacib amildir.

Sonda Ortaq türkcə məsələsini gündəmə gətirən və artıq hər iki türkcədə nəşr olunan BİZİMKİ e-dərgisinə tövsiyyələriniz nələrdir?

Vallah, bu işi ki, siz başlamısınız, bizim əsas vacib işlərimizdən biridir. Biz birləşdirici bütün məqamların üstündə dayanırıq. Mən çox istərdim ki, bizim bu tip saytlarımız lap çox olsun. Dərginizə yalnız və yalnız uğurlar arzulayıram!





Yorumlar









Aktif Ziyaretçi 49
Dün Tekil 1388
Bugün Tekil 1421
Toplam Tekil 4062812
IP 18.224.32.86






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























7 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K rler ar s nda ayna satma, sa rlar ar s nda gazel atma.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu