Diskussiya Klubunda “Ortaq Türk dili” məsələsi müzakirə olundu - Nərmin MƏMMƏDLİ - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Diskussiya Klubunda “Ortaq Türk dili” məsələsi müzakirə olundu - Nərmin MƏMMƏDLİ
Tarih: 10.04.2010 > Kaç kez okundu? 2566

Paylaş


Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının təşkil etdiyi Diskussiya Klubunun budəfəki mövzusu Türk dünyası üçün kifayət qədər aktual olan məsələlərdən biri Ortaq Türk dilinə həsr olunmuşdur. Diskussiyanı giriş sözü ilə açan DAK Gənclər Təşkilatı başqanı Seymur Həsənli Ortaq Türkcənin vacibliyini və bu məsələnin aktuallığını iştirakçıların nəzərinə çatdırdı.

Başqan yardımçısı Hüseyin Günəşli qəbul ediləcək türkcənin türk xalqları arasında ünsiyyət qurmaq baxımından əhəmiyyətinə toxundu. Türk xalqlarının bir-birinə inteqrasiya etməsində bu məsələnin çözümünün əsas amil olduğunu qeyd etdi.

Sonra söz diskussiya iştirakçılarına verildi. Səbuhi Turancı ortaq türkcə olaraq Türkiyə türkcəsinin seçilməsinin tərəfdarı olduğunu söylədi. Səbəb kimi Türkiyə türklərinin say hesabı ilə çoxluğunu, iqtisadı inkişafını əsas gətirdi. Əsas mübahisə qəbul olunacaq qərarda Azərbaycan yoxsa Türkiyə türkcəsinin seçilməsi üzərində quruldu. Aqil Namazlı, İlqar Əsədli, Zaur İbrahimli Türkiyə türkcəsinin digər türk dünyası xalqları tərəfindən daha asanlıqla mənimsənə biləcəyini və bu baxımdan model olaraq Türkiyə türkcəsinin qəbul olunmasına tərəf çıxdılar. Ülvi Sərkalı, İsmayıl Qulusoy, Ülkər Sanılı, Elmin Allahverdiyev, Kərimli Kərim, Əfsanə Ələsgərli isə Azərbaycan türkcəsinin daha məqbul olduğunu irəli sürdülər. Müdaxilə edən Seymur Həsənli və Hüseyin Günəşli Azərbaycan türkcəsinin seçilməsini daha çox münasib bilərək, həm Azərbaycan türkcəsinin digər türkcələrə nisbətən daha təmiz olduğunu, həm coğrafi baxımdan ölkəmizin mövqeyi, həm də Azərbaycanın Türkiyəyə nisbətən Orta Asiya ilə əlaqələrinin intensivliyi baxımından daha uyğun olduğunu bildirdilər. Elşən Ədilli ortaq türkcənin seçiminin türkoloqlar və dilçi alimlər tərəfindən komissiya yaradılaraq müəyyən edilmiş mərhələdən sonra qərara bağlanmasınının vacibliyini qeyd etdi. Nərmin Məmmədli və Simral Mahmudlu isə önəmli olan Türk birliyinin qurulmasıdır deyərək, intensiv ünsiyyət nəticəsində dilin formalaşacağını bildirdi. Mehman Həsən müdaxilə edərək təkliflərin hər birinin təbii ki, türk millətinə məxsusluğunu diqqətə çatdırdı. Türk birliyinin qurulmasından sonra dil birliyinin formalaşacağını vurğuladı.

Sonda verilən və gəlinən qərar bu oldu ki, ən birinci məsələ Türk birliyinin qurulması və hər kəs üçün daha rahat bir türkcə seçilməsidir. Əsas odur ki, qəbul olunan Türkcə türk xalqları arasında birliyə, əlaqələrin inkişafına gətirib çıxarsın. Türk dünyası arasında süni uçurumlar aradan qaldırılsın. Diskussiya zamanı Seymur Həsənli tərəfindən səslənən fikir – Qazaxıstandan Azərbaycana gənclərdən ibarət nümayəndə heyətinin dəvəti və onların dəvəti qəbul etməsi iştirakçılar tərəfindən maraqla qarşılandı.

Nərmin MƏMMƏDLİ









Yorumlar








Aktif Ziyaretçi 13
Dün Tekil 790
Bugün Tekil 251
Toplam Tekil 1639793
IP 54.163.159.27






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































8 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim Türklükten başka bir şey değildir.
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu