“Borçalı Ermənistanın tarixi ərazisidir” - Yeni Nefes, Nermin MEMMEDLİ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









“Borçalı Ermənistanın tarixi ərazisidir” - Yeni Nefes, Nermin MEMMEDLİ
Tarih: 06.04.2010 > Kaç kez okundu? 5045

Paylaş


İrəvan indi də "Şimali Lori vilayəti" adlandırdığı Kvemo-Kartli və Samsxe-Cavaxetiya əyalətlərini özününküləşdirmək niyyətinə düşüb. Bu barədə "Sadaxlı Dirçəliş İttifaqı"nın sədri Sabir Mehtiyev məlumat verib. Onun sözlərinə görə, Ermənistan hökümətinin göstərişi ilə yerli QHT-lər, xarici dövlətlərdə fəaliyyət göstərən diaspora təşkilatları, o cümlədən Gürcüstanda qeydiyyatdan keçən erməni təşkilatları 2009-cu ilin avqustundan etibarən bu yöndə açıq informasiya müharibəsinə başlayıblar. Gürcüstanda yaşayan ermənilərlə tez-tez görüşlər keçirir və onların arasında müvafiq təbliğat aparılır. Ermənistanın 14 ictimai təşkilatı Gürcüstan rəhbərliyinə müraciət edərək, Gürcüstanın cənub bölgəsindəki sərhəd ərazilərinin xeyli hissəsinin onlara məxsus olması barədə iddialarla çıxış ediblər.

Erməni təşkilatları iddia edirlər ki, Lori ərazisindən keçən Ermənistan-Gürcüstan sərhədi SSRİ tərəfindən müəyyənləşdirilərkən Ermənistanın maraqları nəzərə alınmayaraq tarixi ədalətsizliyə yol verilib və bu gün "Cənubi Lori"də yaşayan ermənilər "Şimali Lori" adlandırılan Gürcüstan torpaqlarına gedib-gəlməkdə çətinlik çəkir. Ona görə də bu ərazilər Ermənistana birləşdirilməli və ərazidə demarkasiya işlərinə son qoyulmalıdır.

Sabir Mehtiyev vurğulayır ki, bu bəyanatdan sonra Ermənistanın Lori vilayətində fəaliyyət göstərən QHT-lər Ermənistan hökumətinin və siyasi partiyaların havadarlığı ilə bir qədər də fəallaşıblar və Gürcüstan ermənilərini də bu işə sövq ediblər. Təşkilat sədrinin bildirdiyinə görə, Ermənistanın əsasən Vanadzor şəhərində fəaliyyət göstərən təşkilatların nümayəndələri tez-tez Gürcüstan-Ermənistan sərhədlərinə yaxın olan erməni yaşayış məntəqələrinə gəlib əhalini təxribata səsləyirlər. Onlar kənd camaatına deyirlər ki, Xram və Debed çaylarına qədər olan bütün ərazilər tarixən Ermənistana aid olub. Təbliğatçılar kənd sakinlərinə bildirirlər ki, əgər onlar Ermənistan hökumətindən, daha sonra beynəlxalq təşkilatlardan Ermənistanın Lori mərzinin bərpasını tələb etsələr, güzəranları yaxşılaşacaq. Sosial vəziyyəti aşağı olan erməni kəndləri - Brdadzor, Dəmyə, Xojorni, Çanaxçı və Ağkörpü sakinləri Ermənistanda fəaliyyət göstərən QHT-lərin yalan vədlərinə uyaraq, Ermənistan prezidentinə, baş nazirə, xarici işlər nazirinə, diaspora işləri nazirinə və bir neçə siyasi partiya rəhbərlərinə müraciət ediblər. Müraciətdə deyilir:

"Gürcüstanın Kvemo-Kartli bölgəsinin Dmanis, Bolnis, Tetriskaro və Marneuli rayonları əslində Ermənistanın Quqark vilayətinin tarixi əraziləridir. Bu rayonlar birlikdə vilayət təşkil etməklə yanaşı, Lori xanlığına aid olublar və son zamanlaradək coğrafi olaraq Lori əraziləri kimi qeydiyyatdan keçiblər. Sovet illəri zamanı Azərbaycan faktoru nəticəsində regiondakı ermənilər ya gürcüləşmə, yə da rayonu tərk etmək məcburiyyətində qalıblar. Gürcüstanın müstəqilliyindən sonra Ermənistan hökuməti və ictimaiyyəti tərəfindən faktiki olaraq unudulmuş erməni kəndlərinin sakinləri indiyədək də Gürcüstanın apardığı antierməni siyasətinə və yerli azərbaycanlıların aqressiv münasibətlərinə məruz qalırlar.

Bəyanatda qeyd olunub ki, Azərbaycan parlamentinin üzvləri tez-tez Marneuli rayonundakı azərbaycanlılarla görüşüb, Qarabağın tezliklə qaytarılacağı barədə fikirlər səsləndirirlər. Bundan "narahatlıq" bildirən kənd sakinləri bəyanatın sonunda Ermənistan hökumətinə və Milli Məclisə qarşı tələb irəli sürüblər. Müraciətdə Kvemo-Kartli regionunun ermənilər yaşayan vilayətlərindəki hadisələrin diqqət mərkəzində saxlanması, ermənilərin iqtisadi-sosial problemlərinin həlli və regionda erməni faktorunun artırılması, Samsxe-Cavax-Zalqa regionu ilə birlikdə "Şimali Lori"nin siyasi problemini həll etmək və bu məsələyə diaspora baxımından yanaşmamaq, azərbaycanlı və gürcü zorakılığına məruz qalmamaq, Gürcüstan-Ermənistan sərhədlərinin delimitasiyası zamanı sərhəd bölgəsində yerləşən erməni yaşayış məntəqələrini nəzərə almaq və Lori regionun coğrafi cəhətdən bölünməz olduğunu diqqətdə saxlamaq tələb olunub.

Qeyd edək ki, Gürcüstanın rəsmi dairələrində hələlik bu məsələ ilə bağlı susmağa üstünlük verilir. Hökumət dairələrində hesab edirlər ki, Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanan bu plan Gürcüstanda daha bir münaqişənin başlanması üçün hesablanıb. Gürcüstan hökumətindən fərqli olaraq, erməni cəmiyyətinin iddialarını təhlükəli hesab edən gürcü tarixçilər ölkə siyasətçilərindən ermənilərin torpaq iddialarına tutarlı cavab verilməsini tələb edir. Gürcü tarixçilər hesab edirlər ki, belə çıxışlar əslində Gürcüstan ərazilərinin ermənilərə məxsus olması haqqında ictimai rəy formalaşdırmağa hesablanıb və ermənilər ictimaiyyətin beyninə yeritmək istəyirlər ki, Cavaxetiya və "Şimali Lori" adlanan ərazi Ermənistanın tərkib hissəsidir Gürcüstanda fəaliyyət göstərən Milli Azlıqların Hüquq Müdafiə Monitorinq Qrupunun rəhbəri Elbrus Məmmədov hesab edir ki, erməni təşkilatlarının iddia etdikləri torpaqlar əslində Borçalı mahalına aiddir. Bundan başqa, onların iddia etdiyi torpaqlarda bir erməni tarixi abidəsinə də rast gəlmək mümkün deyil. Çünki ermənilərin bu regiona yerləşdirilməsinin tarixi çox azdır. Məhz ona görədir ki, bu bölgədə ermənilər cəmi 5-6 kənddə məskunlaşıb. Həmin kəndlərin əraziləri isə vaxtilə türklərə aid olub. Məsələn, Dəmyə, Ağkörpü, Çanaxçı və s.

"Sadaxlı Dirçəliş İttifaqı"nın sədr müavini Hüseyn Əsgərov bildirib ki, min illər boyu bütün Qafqaz kimi Borçalı da böyük dövlətlərin maraq dairəsində olub və əldən-ələ keçib: "Borçalı əsrlər boyu müxtəlif qüdrətli dövlətlərin tərkibində inzibati vahid olub. Səfəvilər dövründə Borçalı Gəncə-Qarabağ bəylərbəyi tərəfindən idarə olunub.





Yorumlar









Aktif Ziyaretçi 35
Dün Tekil 1927
Bugün Tekil 450
Toplam Tekil 4066585
IP 3.145.175.243






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu