BMU-da möhtəşəm məzun günü keçirildi - Receb RZAYEV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









BMU-da möhtəşəm məzun günü keçirildi - Receb RZAYEV
Tarih: 27.06.2018 > Kaç kez okundu? 979

Paylaş


Bu il artıq ikinci dəfə məzunlarını iş dünyasına uğurlayan Bakı Mühəndislik Universitetində “Məzun Günü” keçirilib. Məzuniyyət tədbirində millət vəkilləri, Abşeron İcra Hakimiyyətinin başçısı, iş dünyasının nümayəndələri, valideynlər və sənət adamları iştirak edib.

Universitetin rektoru, professor Havar Məmmədov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib. Rektor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Bu gün də Möhtərəm Prezidentimiz İlham Əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakına xüsusi diqqət yetirdiyini qeyd edən rektor, universitetin fəaliyyəti, uğurları və gələcək planları barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə, 8 noyabr 2016-cı il tarixində yaradılmış Bakı Mühəndislik Universiteti uğurları ilə cəmiyyətdə və ali təhsil sistemində öz mövqeyini gücləndirir. E-universitet olan BMU-da yaradılmış şəffaf mühit tələbələrin yüksək təhsil almaları ilə yanaşı onların sosial fəaliyyətlə məşğuliyyətinin təmini sahəsində də hər cür şərait yaradılıb. Universitetdə 40-a yaxın tələbə klubu fəaliyyət göstərir. Bu səbəbdəndir ki, bədii özfəaliyyət klubları və tələbə könüllülər dövlət tədbirlərində, ölkə və beynəlxalq səviyyəli intelektual yarışlarda, beynəlxalq olimpiadalarda BMU-nu layiqli təmsil edirlər. 2018-ci il magistraturaya qəbul imtahanında 138 və 136 balla BMU tələbələri respublika üzrə 1-ci və 2-ci yeri tutmuşdur. Universitetdə layiqli vətəndaş və yüksək səviyyəli kadr hazırlığı dövlət və özəl sektorun universitetlə əlaqələrini gücləndirmişdir. Tədris ili ərzində yerli və beynəlxalq şirkətlər son kurs tələbələri arasında müsabiqə keçirərək onların təcrübə keçmələrinə və işlə təmin olunmalarına şərait yaradırlar. Universitetin beynəlxalq arenada tanınması və beynəlxalq əməkdaşlığının yüksək səviyyədə olması məzunlarının rahatlıqla dünyanın ən qabaqçıl universitetlərinə magistratura və doktorantura pillələrinə qəbul olunurlar.

Daha sonra, məzunları təbrik edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Bakı Mühəndislik Universitetinin fəaliyyətini və universitetdə yüksək səviyyəli kadr hazırlığının həyata keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib. Qeyd edib ki, bu universitetdə həm də layiqli vətəndaş yetişdirilir. Rayonda keçirilən bütün tədbirlərdə BMU yüksək səviyyədə təmsil olunur. İcra başçısı, Möhtərəm Prezidentimiz İlham Əliyevin Abşeron rayonuna və Abşeronlu gənclərə olan diqqət və qayğısından da danışıb.

Millət Vəkilləri Ülvi Quliyev və Aydın Mirzəzadə də məzunları təbrik edib. Ölkə rəhbərinin gənclərə olan diqqət və qayğısından danışan natiqlər qəbul olunmuş dövlət proqramları və onların müsbət nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Qeyd edək ki, hal-hazırda universitetdə 3882 tələbə bakalavr, 410 tələbə magistr, 40 tələbə isə dissertant və doktorant pilləsində olmaqla ümumilikdə 4332 tələbə təhsil alır. Bunlardan 913 tələbə 600 baldan çox, 256 tələbə 650-dən çox, 5 tələbə isə 700 bal toplayıb. Universitetdə 44 tələbə “Prezident təqaüdü”, 96 tələbə isə “Gələcəyin müəllimi” təqaüdü alır.

Bu il Bakı Mühəndislik Universitetindən ümumilikdə 985 nəfər məzun həyata qədəm qoyur. Bakalavr pilləsindən 755 tələbə məzun olur. Onlardan 558 tələbə ingilis dilində, 197 tələbə azərbaycan dilində təhsil alıb. Bu ilki bakalavr məzunlarından 114 tələbə fərqlənmə diplomuna layiq görülüb.



Mühəndislik fakültəsi: 192 məzundan, 149 tələbə ingilis bölmələrindən, 43 tələbə azərbaycan bölmələrindən məzun olur. 24 tələbə fərqlənmə diplomuna layiq görülüb.

İqtisadiyyat və İdarəetmə fakültəsi: 262 məzundan, 181 tələbə ingilis bölmələrindən, 81 tələbə azərbaycan bölmələrindən məzun olur. 37 tələbə fərqlənmə diplomuna layiq görülüb.

Pedoqoji fakültəsi: 301 məzundan, 228 tələbə ingilis bölmələrindən, 73 tələbə azərbaycan bölmələrindən məzun olur. 53 tələbə fərqlənmə diplomuna layiq görülüb.



Magistr pilləsindən 230 tələbə məzun olur. Onlardan 54 tələbə ingilis dilində təhsil alıb. 90 magistrant fərqlənmə diplomuna layiq görülür.

Pedoqoji fakültəsinin riyaziyyat müəllimliyi ixtisasından məzun olan Kəmalə Dadaşova 99.4464 balla universitet birincisi olub.

Universiteti ixtisaslar, fakültələr və universitet birincisi olaraq bitirən tələbələr universitet rəhbərliyi tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin bədii hissəsində universitetin özfəaliyyət kollektivləri ilə yanaşı tanınmış sənət adamları ifaları ilə məzunları təbrik ediblər.





Yorumlar









Aktif Ziyaretçi 38
Dün Tekil 1927
Bugün Tekil 1769
Toplam Tekil 4067904
IP 3.144.9.141






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu