Qafar Çaxmaqlı ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Qafar Çaxmaqlı ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 05.04.2010 > Kaç kez okundu? 3354

Paylaş


Qafar Çaxmaqlı:"Ermənistanda bir təşviş varki, Azərbaycan hər an müharibə elan edə bilər"

14:14

Erməni Araşdırmalar Mərkəzinin sədri, "Yeddi Dövlət- Bir Millət" konseyinin üzvü, politoloq Qafar Çaxmaqlı GünAzTv Mətbuat mərkəzinə müsahibə verib.



Onun son vaxtlar Dağlıq Qarabağ ətrafında aparılan danışıqlar, Madrid prinsiplərində nəzərdə tutulan Dağlıq Qarabağda referendumun keçirilməsi nə ilə nəticələnə bilər, hazırda bölgədə yeni müharibə riski gözlənilirmi və s, içtimaiyyəti maraqlandıran suallar ətrafında etdiyi söhbətini oxucularımızın diqqətinə çatdırırıq:



-Qafar bəy, Hazırda Azərbaycan və Ermənistan arasındakı müharibə riskini neçə dəyərləndirirsiniz?



-Mən belə hesab edirəm ki, həm Azərbaycanda və Ermənistanda müharibə riskinə ciddi yanaşılır. Amma məncə bu risk o qədərdə yüksək deyil. Bununla yanaşı Azərbaycanda, Ermənistanda ən yüksək səviyyədə hesab edilir ki, müharibə qələbə ilə tamamlanmayada bilər. Müharibənin fəsadları ciddi ola bilər və hətta bu faktor hər iki ölkədə hakimiyyət dəyişiklərinə gətirib çıxarar. Eyni zamanda düşünürəm ki, bugün ermənistanda bir təşviş var. Onlar görürlər ki, Azərbaycan güclənir, hərbi büdcəsi çoxalır, yeni-yeni silahlar alır və rəsmi Bakı bundan istifadə edib öz ərazilərini azad etmək üçün, Dağlıq Qarabağda antiterror əməliyyatları keçirib, öz torpaqlarını azad edə bilər. Dünya dövlətləridə buna bir söz deyə bilməz. Çünki Azərbaycanın bir başa olaraq haqqı çatır ki, işğal altında qalan torpaqlarını erməni işğalçı qüvvələrindən azad etsin. Bu məsələdə hüquq Azərbaycanın tərəfindədir. Ermənistan hərbi qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı BMT-nin dörd qətnaməsi var və bu qətnamələrdə bir mənalı şəkildə bildirilirki, işğalçı qüvvələr dərhal Azərbaycan torpaqlarından çıxarılmalıdır. Ancaq, danışıqlar prosesi gedir və Azərbaycan rəhbərliyidə bildirib ki, danışıqlar sonsuzda qədər uzansa, nəticə əldə olunmasa öz hüququndan istifadə edib güc yolu ilə torpaqlarını azad edəcək. Bu faktorda Ermənistanı narahat edirki, Azərbaycan öz tarixi torpaqlarını azad etmək hüququnu əlində saxlayır.



İkinci, məqamda varkı Azəraycan Dağlıq Qarabağda antiterror əməliyyatlarını həyata keçirməyə çalışsa, bununla bərabər olaraq ermənistanda öz müttəfiqlərinə müraciət edəcək. Artıq ermənistan bunun siyasi-hüquqi müstəvisini həll edib. Rusiya-Ermənistan arasında 25 illik strateji hərbi müqavilə imzalanıb. Bu müqavilənin şərtinə görə bu iki ölkədən birinə hücum olarsa, digəri ona yardım etməlidir. Ermənistanın siyasi rəhbərliyidə belə hesab edirki, Rusiya müharibə anında onun yanında olacaqdır. Yaxın tarixi təcrübədə bunu təsdiqləyir. Çünki hamımız yaxşı bilirik ki, ermənistan Dağlıq Qarabağı tək başına işğal etməyib, bu əməliyyatların gerçəkləşdirilməsində Rusiyanın böyük köməkliyi olub. Digər tərəfdən isə ermənistan Kollektiv Təhlükəsizlik Təşkilatının üzvüdür və buna imza atıb. Bu təşkilata üzv olan dövlətlərin bir-birlərinə hərbi yardım etmək hüquqları var. Biz müharibə anında da təkcə rusiyanın yardımını yox, təşkilatın digər üzv dövlətləridə müharibəyə qarışa və işğalçı ermənistana hərbi-siyasi yardım etmələri gözlənilir. Bu fikir ona görə içtimaiyyətə çatdırıram ki, imzalanan müqavilənin şərti bunu tələb edir.



- Diqqət çəkən məqamlardan biridə odur ki, Kollektiv Təhlükəsizlik Şurasına üzv olan dövlətlər arasında Qazaxıstan və Qırğıstanda yer alır. Neçə düşünürsünüz sabah savaş başlayaçağı təqdirdə bu iki türk dövlətinin əsgərləri erməni əsgərləri ilə bərabər bir səngərdə Azərbaycana qarşı döyüşəcəklərmi?



- Mən sizə məsələnin hüquqi tərəfini bildirdim. Onlar öz üzərlərinə öhdəliklər götürüblər və müharibə zamanı ermənistana müəyyən səviyyədə yardım etsinlər. Bu müqavilənin hüquqi şərtidir. Ancaq burada situasiya başqa cürədə ola bilər. Qazaxıstan və Qırğızstan təşkilatın iclasında bəyan edə bilərlər ki, Azərbaycan türk dövlətidir və türk dünyasının bir parçasıdır, İki tərəfli əlaqələrimiz var. Biz bunu önəmə almaya bilmərik və bu şərti yerinə yetirməkdən imtina edərlər. Bu addım gözləniləndir.



Ancaq reallıq odur ki, bugün Azərbaycanın Rusiya və Türkiyə ilə hərbi əlaqələri o qədərdə güclü deyil. Düşünürəm ki, Azərbaycan qısa müddət ərzində Türkiyə ilə hərbi əlaqələrini gücləndirib və bu, yöndə müqavilə imzalamalıdır. Çünki, bölgədə vəziyyət olduqca gərgindir. Hər an müharibənin başlanması ehtimalı böyükdür. Həmdə müharibə təkcə məhəlli xarakterli yox, digər bölgə dövlətlərinidə öz içinə ala bilər. Ona görə Azərbaycan öz torpaqlarını azad etmək üçün digər dövlətlərlə diplomatik hüquqi əlaqələrini gücləndirməlidir, sabah müharibə başlayacağı təqdirdə təklənməsin. Siyasi analitiklərin dediyi kimi, müharibə zaman neçə illərdir Azərbaycanın yürütdüyü balanslı siyasət pozula və proseslərin inkişafı biz istəmədiyimiz istiqamətdə cərəyan edər.



- Biz tez-tez Ermənistan-Azərbaycan mətbuatın belə bir fikrə rast gəlirik ki, hazırda Qarabağ məsələsinə görə ermənistan və separtçı rejim arasında Qarabağ məsələsinə görə fikir ayrılığı var. Siz bu, fikirlərlə razılaşırsınızmı?



- Mən bu səslənən fikirlərlə razı deyiləm. Ümümiyyətlə Ermənistanda və Dağlıq Qarabağda Qarabağ məsələsinə görə geniş dairələri əhatə edə biləcək fərqli fikirlər ola bilməz. Plüralizm aspektindən yanaşsaq və ayrı-ayrı adamların arasında müxtəlif fikirlər ola bilər-ancaq ümumilikdə isə soyqırım, torpaq iddiları ilə bağlı düşüncələr ermənistanda və separtçı rejimdə də eynidir. Ermənilər həmişə bu məsələdə oyun oynayırlar. Siz bilirsiniz ki, dəfələrlə sülh məsələsinə yaxınlaşanda ermənistanda ya terror hadisəsə baş verib, yada siyasi hakimiyyət dəyişikliklərin şahidi olmuşuq. İndidə ermənistan dalana dirənəndə xüsusi ilə bugünlərdə təqdim edilmiş "Yenilənmiş Madrid" prinsiplərinə qəbul etmədi və fikirlərini belə əsaslandırdılarkı, Dağlıq Qarabağda fikir ayrılığı var. Əslində, xaricdə olan erməni diasporuda bu məsələdə böyük təsirə malikdir. Yəni ermənilər bu məsələdə oyun oynayırlar. Ermənistan Dağlıq Qarabağın adından şərtləri pozur və siyasi gedişlər etməyə çalışır. Ermənistan, Dağlıq Qarabağ, diaspor arasında iş birliyi mövcuddur və belə olan halda fikir ayrılığından danışmaq mənasızdır.



- Nə üçün Ermənistan rəhbərliyi Rusiya və Fransa hakimiyyətinin təklif etdiyi "Yenilənmiş Madrid" prinsiplərini qəbul etmədi?



-Bilirsiniz ki, hər iki tərəfə təqdim olunmuş yeni prinsipləri Azərbaycan dövləti ilk olaraq qəbul etdi və buna cavab olaraq Ermənistan xarici işlər naziri Nalbandyan bəyan etdi ki, biz Madrid prinsiplərini iki il bundan öncə qəbul etmişik. O, fikrini belə əsaslandırdıki burada bəzi detallar varki, onu qəbul etmirik.



Mən isə bu detalın üzərində dayanmaq istərdim. Bildiyimiz kimi Ermənistan və Azərbaycan arasında razılaşdırılmamış əsas məsələ referendumdur. Münaqişənin həlli prosesindən sonra məcburi köçkünlər öz torpaqlarına qayıdır, kommunikasiya bərpa edilir-bundan sonra referendum keçirilir. Madrid prinsiplərində bu maddənin reallaşması nəzərdə tutulub.



Ancaq Dağlıq Qarabağda referendumun keçirilməsi Azərbaycan konstitusiyasına ziddir. Yəni bir başa olaraq konstitusiyamızda qeyd edilir ki, ölkədə ərazi dəyişikliyi ancaq ölkə boyu keçirilən ümümxalq səsverməsindən sonra mümkündür. Azərbaycandan ayrılıqda olaraq Qarabağ və Naxçıvanda referendumun keçirilməsi indiki konstitusiyamızla mümkün deyil.



Buna görə Azərbaycan dövləti madrid prinsiplərində irəli sürülən maddəni qəbul etməsi üçün gərək öz konstitusiyasında dəyişiklik etməlidir. Belə bir halın baş verməsi isə Dağlıq Qarabağın faktiki olaraq itirilməsi ilə nəticələnər. Azərbaycan dövləti və xalqı heç bir zaman buna getməz. De-fakto olaraq Dağlıq Qarabağ ermənilərin əlindədir. Əgər məcburi köçkünlər öz torpaqlarına qayıdan sonra yenədə referendum keçirilsə nəticəsi isə indidən bəllidir. Yəni Azərbaycan dövləti o torpaqlara 15% dən yuxarı əhali köçürə bilməyəcəkdir. İndidəndə referendumda qoyulan suallar aydındır və belə olan təqdirdə isə səsvermə ermənilərin xeyrinə həll olunacaq. Hazırda, nədəki otuz ildən sonrada referendumun keçirilməsi ermənilərin lehinə işləyəcəkdir. Hələlik ortada olan nəticə onu göstərirki, indiki şəraitdə Qarabağın sülhyolu ilə azad olunması məsələsindən danışmaq tezdir.



Elnur Eltürk





http://gunaz.tv/index.php?lang=aze&page=37&pluginNews_v1_catID=1&pluginNews_v1_itemID=35523&inner=1





Yorumlar









Aktif Ziyaretçi 54
Dün Tekil 1505
Bugün Tekil 1362
Toplam Tekil 4076143
IP 18.117.183.172






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu