LEZGİSTAN - Ənvər BÖRÜSOY - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









LEZGİSTAN - Ənvər BÖRÜSOY
Tarih: 05.04.2010 > Kaç kez okundu? 4917

Paylaş


Dağıstan üzərindən Azərbaycana gizli təhlükə

11 oktyabr 2009-cu il tarixdə Dağıstanın Dərbənd şəhərində mer seçkisi zamanı ən iddialı namizdələrdən biri sabiq baş prokuror, Süleyman Stalski rayon icra hakimiyyətinin başçısı, “Sadval” təşkilatının lideri, bütün ləzgilərin “imam dax”ı (millət atası) İmam Yarəliyev idi. Dağıstanda ən zəngin şəxslərdən biri sayılan, ləzgi milyaderi Süleyman Kərimov onun mer seçilməsi üçün 110 min nəfər əhailisi olan Dərbənddə 30 milyon dollar vəsait xərcləmişdi. Bu seçki marafonunda əsas məqsəd uzun müddətdir ermənilərin hazırlamış olduqları bölücü “Ləzgistan ssenarisi”nin əhatə dairəsini genişləndirmək idi. Hələlik bu yöndə ciddi addımlar atılmasa da, proseslər fərqli formada inkişaf etməkdədir. Ermənilərin strateji hədəflərinə dayanıqlı olan “Avarıstan”, “Ləzgistan”, Talışstan” və “Arstax” (Dağlıq Qarabağ) ssenarilərinə uyğun təşkilatlanma prosesləri gündəmdə qalmaqdadır.

“Bizim Qafqaz” Hərəkatı və yeni bölücülük dalğası

Qafqaz xalqları müxtəlif dillərdə danışsalar da, fəqrli dinlərə, məzhəb və təriqətlərə inanclı olsalar da, bütün toplumları birləşdirən ortaq mədəni, etnososioloji, coğrafi dəyərlər yetərincədir. Bu proses yüzillər boyu inkişaf edərək bütün xalqların ortaq yaşam tərzinə çevrilib. Qafqazda xalqlararası münasibətlərin dərin qaynaqlarına qarşı sarsıdıcı zərbələr əsasən 19-cu yüzillikdə Rusiyanın strateji çəkisinin artmasından, ermənilərin dünyanın digər regionlarından Qafqaza köçürülmələrindən sonra başlayıb. Belə ki, Qafqazda son iyirmi illik tarixi-ictimai proseslərə nəzər saldıqda həmin siyasətin ermənilər tərəfindən davam etdirilməsini müşahidə etmək mümkündür. Azərbaycan, Gürcüstan, Quzey Qafqazdakı Çeçenistan, İnquşetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Adıgey və Dağıstan respublikalarında da zatən ortaq Qafqaz dəyərlərinə önəm verilməsi strateji hədəf olaraq dəyərləndirilir. Fars kökənli Quzey Osetiya və özünü Hind-Avropa nəzəriyyəsinin daşıyıcısı kimi qəbul etdirmək istəyən Ermənistan isə uzlaşan Qafqaz siyasətinə qarşı olduqlarını hər addımda isbat etməyə cəhd ediblər. 19-cu yüzillikdə Qafqazı işğal etmək üçün “xanlıqlar arasında ədavət yaratmaq”la böyük imkanlar əldə etmək strategiyası bu gün “xalqlararası ədavət modeli” ilə əvəzlənib. Bu sırada Rusiyada ermənilərə məxsus strateji təhlil mərkəzləri neoimperiya tərəfdarları üçün gərəkən projelərin hazırlanmasında yaxından iştirak edirlər. 2000-ci ilədən başlayaraq, “Bizim Qafqaz” projesi adı altında ermənilərə məxsus yeni strateji layihələrə uyğun şəkildə xalqlararası ədavətləri alovlandıran çeşidli ictimai-siyasi təşkilatlar yaradılmaqdadır. Onların qarşısına qoyulan tələblər isə bunlardır: 1. İnformasiya resurslarının hərəkəti mərkəzi, 2. İctimai və humanitar araşdırmalara dayanıqlı olan elmi metodologiya, 3. İctimai fikrin öyrənilməsi və tənzimlənməsi, 4. Kartoqrafik siyasətə hesablanmış fəaliyyət dairəsi, 5. Aparılan siyasətin beynəlxalq müstəviyə çıxarılması, 6. Cəmiyyətin çeşidili qruplar şəklində təşkilatlandırılması, 7. Sosial sahədə bu siyasətin bazasını möhkəmləndirmək, 8. İnformasiya texnologiyalarına dayanıqlı gücləndirilmiş fəaliyyətin təsir imkanlarını artırmaq.

“Azad Ləzgistan Hərəkatı” və bölücü siyasətin səbəbləri

1991-1994-cü illərdə Qarabağ uğrunda Azərbaycan vətəndaşları milliyətindən və dinindən asılı olmayaraq, erməni separatizminə qarşı birlikdə mübarizə aparıblar. Bu sırada özlərinə Vətən saydıqları Azərbaycan uğrunda şəhid olan talış, avar, tat, rus, yəhudi, ləzgi, tsaxur, ingiloy, budux və digər xalqların övladları şəhid olublar. Belə bir məqamda süni şəkildə o zaman ermənilərə məxsus strateji hədəf kimi “Talış Xalq Partiyası”, “Ləzgi Xalq Partiyası” və “Şeyx Şamil adına Avar Milli Mərkəzi” yaradılaraq: “Azərbaycan Qarabağda öz vətəndaşlarına qarşı genosid siyasəti yürüdür” kimi geniş təbliğat şəbəkələri qurulmuşdu. Bu siyasəti tətbiq etməklə ölkə vətəndaşlarını hətta hərbi səfərbərlikdən yayındırmasını ictimailəşdirirdilər. Moskvada fəaliyyət göstərən “Qafqazda Geosiyasi Durum Mərkəzi”nin sədri, “Rusiya Geosiyasi Problemlər Akademiyası”nın müxbir üzvü Araik Ohanesyan bu mövzuya yenidən qayıdılması üçün belə qeyd edir: “Ermənistan ağır iqtisadi, maliyyə və sosial böhranlarla üz-üzə durub. Proses belə davam edərsə, yaxın 20 ildə bütün Qafqazdan ermənilər iki yüz il öncəki tarixi torpaqlarına dönməyə məcbur olacaqlar. Çünki, Azərbaycan və Gürcüstanın mövqeləri indi 1918-1920-ci illərin tarixinə bənzəmir. Biz ermənilər faktiki olaraq, Qarabağı addım-addım itiririk. Çünki, hər il erməni vətəndaşlar Qarabağdan köçüb gedirlər. Türkiyə-Ermənistan sərhədlərinin açılması isə, erməni dilinin, mədəniyətinin işlək durumunu iflic edəcək. Bütün bunları diqqətə aldıqda, hələlik problemin həlli yolu kimi Azərbaycan və Gürcüstana qarşı yeni separatçı hərəkatları gücləndirmək lazımdır. Biz ermənilərin bu yöndə tarixi təcrübəmiz yetərincədir”. İrəvanda nəşr olunan “Voskanapat” (voskanapat.net) qəzetinin siyasi icmalçısı Levon Məlik-Şahnəzəryan “Ermənistanın Gürcüstan və Azərbaycan üzrə strateji hədəfləri” araşdırmasında qeyd edir ki, rəsmi İrəvan Gürcüstanın “Cevaxk” (Ahısqa) vilayətində ermənilər üçün tələb olunan şərtlərin bütün imkanlarını gerçəkləşdirən bir siyasəti artıq ən yüksək həddə çatdırıbdır. Belə bir proses indi də Azərbaycanda qeyri türk xalqların ictimai-siyasi və regional sahələrdə aktiv şəkildə hərəkətə keçmələri təmin edilməlidir. Bunun üçün Rusiya və Dağıstan ən əlverişli məkandır. Xüsusilə “Azad Ləzgistan Hərəkatı”na önəm verilməlidir. Dağıstanda, eləcə də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində ləzgi ictimai-siyasi mərkəzlərinə məxsus fəaliyyət göstərən sharvili.com, lezgiland.net, shax-dag.ru, zilezgi.narod.ru, maniyar.narod.ru, kavkazus.do.am, lezgimp3.narod.ru, moslezgi.ru, lezgikim.narod.ru, xmao.xrug.ru, dagmen.ru tipli informasiya şəbəkələrinin erməni siyasi çevrələri ilə ortaq fəaliyyət göstərməsini sübut edən əsas faktorlardan biri də separatçı Dağlıq Qarabağla bağlı onların bir sıra ortaq projelərdə iştirak etmələridir. Dağıstandakı mənbələrdən aydın olur ki, Azərbaycana qarşı “Ləzgistan” separatizminin daha geniş miqyas alması üçün bu prosesə qoşulan radikal milliyyətçi və vəhhabi qruplar Dağlıq Qarabağ ərazisində xüsusi terror düşərgələrində təlimlər keçirlər. Onları əsasən Livan ordusunda uzun illər hərbi təxribatçı kimi xidmət etmiş, bu gün istefada olan erməni zabitlər hazırlayırlar. Hətta “Sadval”, “Şarvili”, “Ləzgi Milli Liqası” və “Azad Ləzgistan” təşkilatlarının əsas liderləri İrəvanda müxtəlif kurslar keçir və təlimatlar alırlar.

“Samur vadisi” projesi

Son 15 ildə Azərbaycan-Dağıstan sərhədləri boyunca bir sıra projelər qeyri leqal şəkildə həyata keçirilməkdədir. Bu sırada vəhhabilik və onun qolları olan “riyadus salihin”, “cundullah”, “ceyşullah”, “milləti İbrahim”, “təkva” və digər qruplar, eləcə də süleymançı, nurçu və başqa dini qruplara məxsus təşkilatlar “Samur vadisi” siyasətinə önəm verirlər. Bu yöndə onlara məxsus assalam.ru, zamanaonline.com, waytoquran.net, dagestan-mp3.narod.ru, kavkazcenter.net, chgss.ru, nurulislam.iwt.ru, imam.iwt.ru, faup84.narod.ru, amiradam.ru, maarulal.ru, harunyha.org, gazavat.ru internet qəzetlərindən də duymaq mümkündür. Regionda yaşayan insanların sosial həyat tərzini diqqət mərtkəzində saxlayan radikal dini mərkəzlər Samur çayının ətrafında Azərbaycan və Dağıstan boyunca məskunlaşmış insanları bu siyasətə asanlıqla cəlb edə bilirlər. Digər tərəfdən isə Dağıstanda qədim türk yurdu Dərbəndi özlərinə paytaxt elan etməklə “Ləzgistan” siyasəti də paralel şəkildə aparılır. Bu siyasətin daha geniş xarakter alması üçün uzun müddət Fransada ermənilərə məxsus banklar və şirkətlərlə ortaq işbirliyinə malik olan Süleyman Kərimov (indiki maliyyə böharanlarından sonra hal-hazırda 13.7 milyard dollar sərvətə malikdir) regiondakı etnomafiya kimi formalaşan ləzgi qruplaşmasının üstün səviyyəyə malik olması yönündə 2008-2009-cu illərdə 100 milyon dollar maliyyə dəstəyi veribdir. Azərbaycanla həmsərhəd regionları olan Məhərrəmkənd, Qasımkənd, Axtı, Süleyman Stalski, Doqquzpara, Məmmədqala rayonları və Dərbənd şəhərində “Sadval”, “Şarvili”, “Ləzgi Milli Liqası” və “Azad Ləzgistan” təşkilatlarının liderləri və fəallarının hakimiyyətdə, biznesdə möhkəmlənmələri üçün zəmin yaradıb. Dağıstanlı siyasi analitiklərinin fikrincə, Rusiyada neoimperiya siyasətini müdafiə edən güclər hakimiyyətdə yetrincə mövqelərə malikdirlər. Onlar separatçı Abxaziya və Güney Osetiyada zaman-zaman təcrübədən keçirdikləri siyasəti bu gün Samur vadisi çevrəsində tətbiq etməyə başlayıblar. Bu proses hələlik gözəgörünməz xarakter daşıyır. Rusiyanın qanunvericiliyinə görə, keçmiş SSRİ məkanına malik olan dövlətlərin vətəndaşlar istədikləri zaman ərizə yazmaqla dərhal Rusiya vətəndaşı ola bilərlər. Həmin siyasət artıq Azərbaycanda dolayısı yolla tətbiq olunmaqdadır. Bu yöndə isə Samur vadisi çevrəsində yaşayan vətəndaşlara xüsusi münasibət sərgilənir. Araşdırmalarımıza görə regionda proseslərin böhran həddinə çatmamasında Azərbaycan və Dağıstan hakimiyyətlərinin böyük rolu var. Belə ki, Azərbaycan Samur çayı boyunca sərhəd xidmətini, digər infrastukturlarını artıq tam formalaşdıra bilibdir. Digər tərəfdən isə Dağıstan rəsmiləri iki region arasında ortaq biznesin inkişaf etdirilməsinə daha çox önəm verirlər. Bu da öz növbəsində xalqlararası münasibətlərin ədalətli şəkildə inkişafına təkan verən əsas amillərdən biri hesab olunur. Bütün bunlara baxmayaraq, müşahidəçilərin və analitiklərin fikrincə Dağıstan üzərindən Azərbaycana qarşı gizli təhlükə mənbəyi mövcuddur. Halbuki ermənilərdən savayı genetik və etnokluturoloji baxımdan Qafqaz xalqları və ləzgilər daha çox Azərbaycan türklərinə bağlıdırlar.

Ənvər BÖRÜSOY, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM) eksperti







Yorumlar









Aktif Ziyaretçi 12
Dün Tekil 1238
Bugün Tekil 782
Toplam Tekil 4064989
IP 18.191.181.231






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























9 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Saraylarda s remem da larda s rd m , Bin cihana de i mem u ks z T rkl m .
(H seyin Nihal ATSIZ)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu