Olimpiadanın qalibi yenə Bakı Mühəndislik Universiteti oldu - Receb RZAYEV - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Olimpiadanın qalibi yenə Bakı Mühəndislik Universiteti oldu - Receb RZAYEV
Tarih: 20.05.2018 > Kaç kez okundu? 142

Paylaş


Mayın 17-də "Azlntelecom" Məhdud Məsuliyyətli Cəmiyyətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbir 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunub.

Əvvəlcə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zaonun 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı videotəbriki nümayiş olunub.

Mükafatlandırılma mərasimində iştirak edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qalibləri təbrik edib, onlara uğurlar arzulayıb. Nazir qeyd edib ki, İKT sahəsi dünyada ən dinamik və sürətlə inkişaf edən bir sahədir. Azərbaycanda da bu sahə Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılır.

Ramin Quluzadə mayın 17-nin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü olduğunu xatırladaraq 2006-cı ildən etibarən hər il dünyada bu günə həsr olunmuş müxtəlif tədbirlərin keçirildiyini bildirib. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunun “Süni intellekt” olduğunu qeyd edən nazir Ramin Quluzadə ölkəmizdə ali məktəb tələbələri arasında intellektual potensialın inkişafına töhfə verən gənclərin yetişdiyini diqqətə çatdırıb. O, 10 ildən çox müddətdə keçirilən olimpiadanın gənclər arasında proqramlaşma vərdişlərinin inkişafında mühüm rol oynadığını bildirib.

“Bu gün gənclərin ölkəmizin innovativ inkişafında rolunun artırılması üçün bir çox işlər görülür. Startap hərəkatı genişlənir, innovativ ideyalar qrant, kredit və investisiya vasitəsilə dəstəklənir. Bu istiqamətdə həyata keçirilən tədbirləri intensivləşdirmək üçün İnnovasiya Mərkəzinin yaradılması planlaşdırılır”, - deyə nazir vurğulayıb.

Mükafatlandırılma mərasimində Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, Bakı Dövlət Universitetinin, “BestComp Group” şirkətinin, “Nar” operatorunun nümayəndələri, tələbələr və komanda rəhbərləri iştirak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, dünyada İKT sahəsi ən prioritet istiqamətlərdən biridir. Hər bir ölkə özünün inkişafında bu sahəyə olduqca böyük diqqət yetirir. Azərbaycanda da dövlət tərəfindən İKT sahəsi daim diqqətdə saxlanılır, mühüm sənədlər imzalanır, bir sıra dövlət proqramları təsdiq olunur. İKT-nin inkişafı ilə bağlı Təhsil Nazirliyinin qarşısında da mühüm vəzifələr durur. Bu sahədə kadrların hazırlanması, onların müasir tələblər səviyyəsində formalaşdırılması təhsil sisteminin əsas vəzifələrindən biridir.

Məlumat verilib ki, ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası iki mərhələdə keçirilib.

Olimpiadanın aprelin 29-da Bakı Mühəndislik Universitetində keçirilmiş birinci mərhələsində respublikanın 25 ali təhsil müəssisəsindən 62 komanda, ikinci (final) mərhələsində isə respublika üzrə 14 ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən 14 komandası iştirak edib.

Olimpiadanın birinci və ikinci (final) mərhələsində müvafiq informasiya sistemi üzərindən təqdim olunan tapşırıqlar (10-12 məsələ) 5 saat müddətində həll edilib.

Olimpiadanın final mərhələsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun maddi-texniki bazasından istifadə etməklə keçirilib.

Olimpiadada I yerə Bakı Mühəndislik Universiteti, II yerə ADA Universiteti, III yerə Bakı Dövlət Universiteti, IV yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası layiq görülüb.

Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı isə fərqlənmə sertifikatı ilə təltif olunublar.

Tədbirdə qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəxri fərman və diplomları, eləcə də olimpiadanın sponsorları “NAR” operatoru və “BestComp Group” şirkəti tərəfindən mükafatlandırılıblar.

Bakı Mühəndislik Universitetinin I-ci yerə çıxmasının plaketini Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə BMU-nun prorektoru Bayram Hüseynzadəyə təqdim edib.





Yorumlar








Web-Site'miz AA-Anadolu Ajansı Abonesidir.



Aktif Ziyaretçi 21
Dün Tekil 956
Bugün Tekil 219
Toplam Tekil 2238412
IP 54.162.159.33






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:































































12 Muharrem 1440
Eylül 2018
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Türkçüler Günü olan 3 Mayıs (1944) büsbütün ayrı bir düşüncenin sonucudur. İç düşman olan, kılık değiştirerek milletin içine giren ve hükümetin gafletinden yararlanan komünizme karşı Türkçü gençlerin bir uyarma yürüyüşüdür.
(Alpaslan TÜRKEŞ)


Ekle Çıkar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2018 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.788 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu