Eldəniz Elgün ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Eldəniz Elgün ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 01.04.2010 > Kaç kez okundu? 3182

Paylaş


Eldəniz Elgün: ”Bu günə qədər istər İran, istər avropa və ABŞ Azərbaycan türklərini nəzərə almadan kürd, fars siyasi güclərindən istifadə etməklə yanlış siyasət yürüdüblər.”



Bu günlərdə Azərbaycan türkçülük ideyalarını təbliğ edən yeni qurum fəaliyyətə başlayıb. Bu qurumun adı “Türk Evi”- dir. Bu haqda əlavə məlumat almaq üçün qurumun sədri, tanınmış müstəqil jurnalist Eldəniz Elgün GunAz.TV Mətbuat Xidmətinin ünvanladığı sualları cavablandırıb:



- Eldəniz bəy, Bu günlərdə fəaliyyətə başlayan “Türk Evi” haqqında oxucularımıza məlumat vermənizi istərdik:



- Öncə onu qeyd edim ki, mən sədr yox “Türk Evi”-in qurucularından biriyəm. Hazırda baş koordinator kimi işləri Nərgiz Əliyeva nəzarət edir. Türk Evi-nə gəldikdə bu qurum nə siyasi təşkilatdı, nədə ki, ictimai qurum. Bu əslində Azərbaycan türklərinin fikir mübadiləsi ocağı formasında qurumdu. Burda hərakatçılıq detallari daha coxdu. Quruma həm fərdi, həm də təşkilat olaraq daxil olmaq mümkündür. Quruma daxil olan hər bir kəsin imkanları səfərbər ediləcək türklüyün inkişafi üçün. Artıq biz türklüyün fəaliyyət konsepsiyasını təqdim etməklə ilk ciddi işimizi gördük. Hazırda bu konsepsiyanın Türkiyədə, Avropada və Azərbaycanda müzakirəsinə hazırlıqlar gedir. İnanırıq ki, uğurla da nəticələnəcək. Yeni konsepsiyada bu günə qədər yaşanan problemlər gostərilib və çıxış yolları təklif edilib. İlk yenilikisə:



- Kollektiv təşkilatlanma;



-fasiləsiz fəaliyyət sisteminin tətbiqidir.



- Qurum Türk dünyasının əsas mərkəzlərindən olan Güney Azərbaycana baxışı necədir. Ümümiyyətlə, bu məsələnin həlli ilə bağlı ilə təklifləriniz nədən ibarətdir?



- Bu məsələdə çox konkret baxışlarımız var. Azərbaycan türklərinin haqlarının qorunması və layiq olduqları bütöv Azərbaycanı əldə etmələri ideologiyası bizim bu məsələdə baxışımın ana xəttini təşkil edir. Bu günə qədər istər İran, istər avropa və ABŞ Azərbaycan türklərini nəzərə almadan kürd, fars siyasi güclərindən istifadə etməklə yanlış siyasət yürüdüblər. Bu gün isə tam olaraq bilirlər ki, belə bir rejimin devrilməsi üçün şərq dünyasına demokratiya verən türklüyü nəzərə almalı, türkün haqqını tanımalıdırlar. Buna görə türklərin özüdə aktivlik göstərməli və öz haqqımızı özümüz əldə etməliyik.



- Qurum türk dünyasında gedən siyasi proseslərə qarşıcaqmı?



- Sözsüz qarışacaq. Bunsuz mümkün deyil. Çünki, bu gün türklüyə qarşı oyun başlayıb və təəssüflər olsun ki, bu ağır proseslər elə türklərin öz əli ilə həyata keçirilir. Bunun nəticəsidir ki, türk dövlətlərinin bir birinə inamı azalır. Biz buna qarşı olacağıq. Hər bir türk yanlışlığı ilə də gözəldir və kimlərinsə apardığı siyasətə görə türk toplumunun parçalanmasına getmək olmaz.



- Bir müstəqil jurnalist olaraq gənclərimiz arasında milli düşüncənin inkişafı Sizi qane edirmi? Məsələsən, 80 ci illərin sonu 90 ci illərdə mövcud olan gənclərlə indiki gənclik arasında fərqi nədə görürsünüz?



- İndi ki, gənclərimiz arasında milli düşüncənin inkişafına söz ola bilməz. İndi ki, gənclik 80-90 ci illərin gəncliyindən qat-qat əhatəli və inkişaf etmiş haldadır. Çatışmayan bir özünə inamsızlıq, birdə yanındakına inamsızlığın olmasıdır. Məncə bu məsələ ciddi məsələdir və fəaliyyətimizdə buna xüsusi yer ayıracağıq. Bu gün türk gəncinin komplekslərlə yaşamağa haqqı yoxdur.



- Sonda Eldəniz bəy, Sizə və sizin kimi düşünən insanlarımıza türklük uğrunda apardıqları mücadiləyə uğurlar arzulayırıq.



- Elnur bəy, Məndə Sizə öz təşəkkürümü bildirirəm müsahibə üçün və Sizin kimi gənclərimizə türklük ruhunu daim qəlbinizdə yaşatmaq arzusu ilə bütün işlərinizdə başarılar diləyirəm.



Söhbətləşdi: Elnur Eltürk



















Yorumlar









Aktif Ziyaretçi 17
Dün Tekil 1238
Bugün Tekil 1830
Toplam Tekil 4066037
IP 18.191.181.231






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























9 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Saraylarda s remem da larda s rd m , Bin cihana de i mem u ks z T rkl m .
(H seyin Nihal ATSIZ)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap