Novruz festivalı sorğusu - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Novruz festivalı sorğusu
Tarih: 02.04.2018 > Kaç kez okundu? 138

Paylaş


Novruz festivalı (20-25 mart) çərçivəsində Bakı şəhərində Fəvvarələr meydanında festival ərazisində sorğu keçirildi. Sorğuda şəhərimizdə qonaq olan 253 nəfər iştirak edib. Müsahiblərin 58%-i kişilər, 42%-i isə qadınlar təşkil edib. İştirakçıların əksəriyyəti 25-55 yaş arası turistlər olub. İştirakçıların 54%-ini ailə ilə səyahət edənlər təşkil edib. Daha sonrakı yerləri dostlarla və yalnız səfər edənlər yer tutub.

Sorğunun nəticələrinə əsasən festival ərəfəsində Bakıda ziyarətdə olan turistlərin əksəriyyətini İran vətəndaşları təşkil edir (51%). Daha sonrakı yerlərdə BƏƏ, Rusiya və Gürcüstandan olan turistlər olub. İştirakçıların 65%-i ilk dəfədir ki, Bakıda səfərdədirlər. Eyni zamanda 20%-dən çoxu 2 dəfədən artıq Bakıda olublar.

Bakıya ziyarətin əsas məqsədi arasında Novruz festivalında iştirak etmək ilk yeri (55%) tutmaqdadır. Daha sonrakı yerlərdə istirahət və biznes məqsədləri gəlir. Səyahətləri zamanı turistlərin ən çox sevdikləri arasında da Novruz festivalı əsas yer tutur. Bundan başqa, turistlər müvafiq sıra ilə Bakının mətbəxi, mədəniyyət, insanlar, görməli yerlər, gecə həyatını da bəyəndiklərini bəyan ediblər.

Sorğudan iştirak edənlərin 95%-i Azərbaycana yenidən səfər etmək istədiklərini bildiriblər. Yerdə qalan 5%-lik narazı qrupun əsas səbəbləri “qiymətlərin bahalı olması”, “insanların davranışları”, “maraqlı fəaliyyətlərin azlığı” səbəblərini əsas gətiriblər.

Müsahiblərin Novruz festivalı və ümumi təəsüratla əlaqədar təklif və şikayətləri ilə bağlı verilən suala cavabları aşağıdakı kimidir:

- Qiymətlər bahalıdır;

- Şəhər turu avtobusu işləmir;

- Banklar işləmir (bayram günlərində);

- Mehmanxana qiymətləri bahadır;

- Taksi xidməti bahadır;



Sorğuda iştirakçılarının əsas hissəsini təşkil edən 3 ölkədən olan turistlərlə bağlı xüsusi nəticələr belədir:



İran

Sorğuda iştirak edənlərin yarısından biraz çox olan İran vətəndaşları arasında bütün yaş qruplarından turistlər var. 130 iranlı mühasibdən 100-ü ailəsi ilə birlikdə səfər edir. Ailə kimi səfər edənlər də bütün yaş qruplarında təmsil olunurlar. Xüsusən 25-55 yaş arası İranlı turistlər ailə ilə səfər edirlər. Dostları ilə səfər edən İranlı turistlər ikinci sıradadır ki, burada da əsas yaş qrupu 25-34 təşkil edir. Sorğuda iştirak edənlərdən 30%-i öz işinin sahibidir. İranlı turistlətin 70%-i Azərbaycan ilk dəfə olaraq, 10%-i isə 4 dəfədən çox olaraq səfər edirlər. İlk dəfə səfər edənlərin 70%-dən çoxunun məqsədi Novruz festivalında iştirak etməkdir. Novruz festivalı məqsədilə gələn İranlı turistlərin 36%-i Azərbaycana təkrar səfər edən turistlərdir.



BƏƏ

İkinci turist qrupu olan BƏƏ vətəndaşlarıdır. Bu turist qrupu əsasən ailə və dostları ilə səyahət edirlər. Burada da əsasən orta yaşlı turistlər təmsil olunurlar. İştirakçıların əksəriyyəti menecment və şəxsi işi ilə məşğul olan şəxslərdir.



Rusiya

Üçüncü turist qrupu Rusiya vətəndaşlarıdır. Turistlər müvafiq olaraq ailə, dostlar və yalnız turist tipi kimi sıralanır. Dostlar və yalnız gələn rus turistlərin əksəriyyəti 25 yaşdan aşağıdır. Yalnız gələnlərin əksəriyyəti kişi, dostlarla gələnlərin əksəriyyəti isə qadındır. Qrup turu ilə gələnlərin hamısı qadındır.



Bütün turistlərin 65%-i ümumi qiymətləndirmə sualına mükəmməl, 25%-i isə yaxşı kimi cavab verib.





Yorumlar








Web-Site'miz AA-Anadolu Ajansı Abonesidir.



Aktif Ziyaretçi 26
Dün Tekil 979
Bugün Tekil 645
Toplam Tekil 2235931
IP 54.80.58.121






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:































































9 Muharrem 1440
Eylül 2018
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Türk hakanları ve Türkmen Padişahları devlet işlerinde hatunun fikirlerini üstün tutar.
(NİZAM ÜL-MÜLK)


Ekle Çıkar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2018 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 3.099 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu