Bu dünya day-day dünyasıdır - Mehman Həsən - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Bu dünya day-day dünyasıdır - Mehman Həsən
Tarih: 24.03.2010 > Kaç kez okundu? 2241

Paylaş


Mehman Həsən

Yeni Nəfəs Gənclər Hərəkatının sədri

Gündə ölkəmizə gələn amerikan diplomatları ölkəmizdə demokratiyanın durumunun səviyyəsini ölçür və bununla bağlı hesabat hazırlayırlar. Əslində isə bugünkü dünya düzənində demokratiya deyilən anlam Amerikan çəkicinə bənzəyir. Kimə təzyiq göstərmək istəyirsə, onun başına endirir. Demokratiya dəyər olaraq çox yaxşıdır. Amma......Burada bir Atalar sözü yadıma düşdü: “Avazı yaxşı gəlir, oxuduğu Quran olsa. Vallah bizim atalar kişi adam olub. Kişi olublar, heç olmasa, bu cür sözləri yaradıb bizim üçün qoyublar ki, hərdən fikirləşək, həqiqəti dərk edib ağıllanaq.

Bu “demokrat”ların bizlərə danışdıqlarının nağıl olduğunu son günlərdə baş verən siyasi proseslər bir daha isbatladı. Amerika Konqresinin Xarici Əlaqələr Komitəsi və onun ardından İsveç parlamenti heç bir tarixi əsasa söykənməyən uydurma erməni soyqırımını tanıdılar. Maraqlıdır, amma yaxın tarixdə baş vermiş, hətta, videofaktları əlimizdə olan Xocalı soyqırımını, Qubada əşyayi dəlilləri hələdə qalan 1918 ci il Mart soyqırımını bəs niyə bizə “demokratik olun!” deyən həmin dövlətlər tanımırlar?

ABŞ kimi dünyada demokratiya carçısı kimi tanınan ölkənin konqresində bir səs çoxluğu ilə şouya bənzəyən səsvermədən sonra, bəlkə də mahiyyətini səsvermədə iştirak edənlərin özlərinin belə anlamadığı əsassız qərar qəbul olunur. Ölkə prezidenti və digər nüfuzlu rəsmi şəxslər qərarın əleyhinə olduqları barədə bəyanat varirlər. Bir neçə gün sonra eyni şou ilə İsveç parlamentinin nümayəndələri çıxış edirlər. Yenə bir səs çoxluğu ilə soyqırımı tanıma qərarı qəbul olunur. Və yenə ölkə rəsmiləri bu qərara qarşı çıxır.

Bəli, bu cür şou xarakterli səsvermələr və əsassız qərar qəbulu “demokratiya”nın hakim olduğu ölkələrdə qəbul olunur. Və bu bir daha demokratiya deyilən bir anlamın vasitədən başqa bir məna daşımadığını isbatlayır. Təsadüfi deyil ki, bu gün də öz aktuallığını itirməyən və siyasətə dair yazılmış əsərlərin baza rolunu oynayan Aristotelin “Siyasət” əsərində də demokratiya naqis quruluş kimi göstərilir. Bu gün də belədir. Sadəcə heç kim səsini çıxarmır. Bəlkə də qorxur. Çünki bu dünya day-day dünyasıdır. Demokratiyanın da Amerika kimi day-dayı var.





Yorumlar








Aktif Ziyaretçi 21
Dün Tekil 936
Bugün Tekil 687
Toplam Tekil 1642858
IP 54.197.150.143






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































11 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yabancı kültürlere girmek demek, onun hakimiyetine girmek demektir.
(Mete'nin Oğlu)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu