Əzəmətli ölkə, möhtəşəm diyar Doğma, əziz Türkiyə - Prof.Dr. Bəhmən SULTANLI - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Əzəmətli ölkə, möhtəşəm diyar Doğma, əziz Türkiyə - Prof.Dr. Bəhmən SULTANLI
Tarih: 05.01.2018 > Kaç kez okundu? 135

Paylaş


Türkiyəni, oradakı yaşam şəraitini, Türkiyənin təbiətini seyr etmək, insanlarını görmək, onların yaşayışı, yaşam tərzi ilə tanışlıq mənim hələ gənclik illərimdəki arzularımdan idi. Bu istəyimə uzun illərdən sonra, çox gec də olsa, çatdım. Bu ilin (2017) avqust ayında xanımım, qızım Nigar, kürəkənim Heydər, torunlarım Nərmin və İnci ilə Türkiyəyə yola düşdük. Mən Türkiyəyə tədbirə qatılmaqçın gedirdim, onlarsa, məni tək buraxmamaqçın mənimlə bərabər getdilər. Ayın 12-də Böyük Türkiyənin gəzməli, görməli Trabzon şəhərinə yetişdik, Trabzon star pansionunda yerləşdik. Istər pansionun başkanlığı, istərsə də işçiləri Bakıdan gəlmiş olduğumuzu biləndə bizə doğmalıq, yaxınlıq göstərdilər. Pansion təmiz, səliqəli, Qayda-qanunlu, başkanı Ahmet İhsan Yıldırım, pansionun bütün işçiləri mədəni, mehriban idilər. Azərbaycandan, Bakıdan olduğumuzu biləndə bizə olan münasibətləri daha da istiləşdi, doğmalaşdı. Bu ilgi qardaşlıq ilgisi idi. Onlara təşəkkürlər. Burada yer alandan sonra “Meydan” deyilən yerdə olduq. Meydanın tən ortasında əfsanəvi siyasətçi, dövlət başçısı, sərkərdə olan, bütün türklərin Atası Qazi Mustafa Kamal Atatürkün əzəmətli heykəli ucalırdı. Heykəllə foto yapdıq.

Hər yerə getsəydin orada Atatürkün qürurverici şəkilini, möhtəşəm büstünü, heykəlini, sevgi dolu təsvirini görərdin, insanların ona olan sevgisini, məhəbbətini duyardın. Qazi Mustafa Kamal Atatürk bütün dünyada rəğbət bəslənən, sevilən qüdrətli bir şəxs olub. Böyük Öndər haqqında hələ zalım rus-sovet imperiyası dönəmində Azərbaycanda yaxşı tanınırdı, sevilirdi, haqqında hər zaman söz açılırdı. Azərtürk xalqı onunla iftixar duyurdu.

Ulu Məkan - Atatürk Köyü

Elə Trabzonda olduğumuz ilk gündə Bütün Türklərin Atası Qazi Mustafa Kamal Atatürk Köyü onun yaşadığı, dincəldiyi, düşündüyü, çalışdığı, görüşlər keçirdiyi, mütaliə etdiyi “Atatürk Köyü” Trabzon şəhərinin başı üstdə, dağın üstündə, meşəlik, çəmənlik, gül-çiçək əhatəsində yerləşir.

Böyük Öndərin işlədiyi, dincəldiyi, yatdığı otağa baxdıq, yemək otağını, mətbəxini, oxu zalını, qəbul otağını, kitabxanasını gəzdik. Mustafa Kamal Atatürrk boyda nəhəng bir insanın, nəhəng devlət hizmətçisinin, dünya sərkərdəsinin belə sadə yaşam şəraiti adamda onun kimi millətyini, devlətini, insanlığı sevən bir şəxsin mevcudluğu haqqında dolğun bilgilər verir, onun nəhəngliyini zehində canlandırırdı. Mustafa Kamal Atatürkün köyünü ziyarət etməyə gələn Atatürksevənlərin ardı-arası kəsilmirdi. Bunların sırasında Türkiyəyə aralarında çoxsaylı ərəblər də olan turist sifətilə gələnlər son dərəcə çox idi. Gələnlər belə sadəliklə belə nəhəngliyin çulğaşdığını görüb başqa təmsil olunduqları devlətlərin başçılarıyla, sərvət, şöhrət, qənimət düşgünləriylə qarşılaşdıraraq heyrətlənirdilər. Məncə böyüklük deyəndə, Mustafa Kamal Atatürk böyüklüyünü anmaq gərəkdir. Onda böyüklüyün, devlət başçısında böyüklüyün nə demək olduğu da insan zehnində özünə yer eləyər...

Trabzonun gəzimli, görümlü yerləri

Trabzonda ərəblər çox idi. Hər yerə doluşmuşdular. Onlar haraya, hansı dükana, marketə girirdilərsə, oradan aşırı sayda geyim malları, ev avadanlıqları, məişət əşyaları alırdılar. Ərəblərlə söhbətlərdən onların Türkiyədə məskunlaşmaq məqsədi daşımadıqları aydın olurdu.

Türkiyədə məqsədi turist axınının qarşısını almaq, Türkiyəni zəiflətmək, parçalamaq olan ardıcıl terror aktı törədiləndə, Türkiyə ilə alqı-satqı ilişgiləri kəsiləndə Səudiyə Ərəbistanının Şahzadəsi Türkiyəni rahatsız olmamağa çalışdı, dedi, rahatsız olmayın, Türkiyənin kənd təsərrüfatı məhsullarını biz alacağıq, Türkiyəyə turist axını bizdən olacaq. Şahzadə öz vədini doğrultdu. İndi Türkiyənin kənd təsərrüfatı məhsullarını ərəblər alırlar, oraya turist axını da ərəb ölkələrindən baş verir. Ara-sıra buna başqa rəng qatanlar da olur, ancaq, haqsız yerə, o deyilənlər həqiqəti əks etdirmir.

Türkiyə Cümhuriyətinin başkanı cənab Rəcəb Təyyub Ərdoğanın dediyi kimi, Türkiyə Cümhuriyəti türklərin Vətənidir və türk xalqı xayın gözlə baxanın gözlərini hər zaman oymuş, yenə də oyacaqdır. İş odur, bütün dünyanın tarixdən gələn qənaəti də hər zaman belə olmuşdur və indi də belədir. Tarix türklərlə yalnız düz danışanın hayatda qazanmış olduğunun şahidi olmuşdur.

Avqustun 14-də turist maşını ilə Trabzondan 3-4 saatlıq uzaqlıqda olan Uzungöl İstirahət Mərkəzinə yollandıq. Uzungölə aparan yol təqribən Trabzondan 150-200 kilometr ucalıqda olan ormandan başlayırdı. Öncə təpəsi çox ucalıqda olan başqa bir dağ gəlirdi, sonra başlanğıcını dağın təpəsindən götürən dere, sonra bu ucalıqda dağ, sonra bu ucalığı müşaiyət eləyən dərə... Silsilə dağlar, onların müşaiyətçisi olan dərələr... Bir-birinə arxa duran dağlar da, dərələr də sıra ilə düzülmüşdü, beş deyildi, on deyildi...

Uzundərəyə aparan yoldan dağın başına sarı baxanda adamın gözü qamaşırdı. Dağlar dik deyildi, elə bil, toprağı bərk-bərk qucaqlamışdı, sanasan, toprağın ondan ayrılacağından, harayasa gedəcəyindən ehtiyatlanır, onu buraxmayacağını bildirirdi. Dağlar yamyaşıl ormanlarla örtülü idi.

Dağların başını duman bürümüş, sanasan, onu ağ örpəklə çalmalamışdı. Dağların sayı qədər də dərələr vardı. Dağlar ormanlarla, yaşıllıqlarla örtülmüşdü. Dərələrdən şarhaşarla çaylar axırdı. Elə bil, bu dərələr, bu çaylar dağların keşiyini çəkirdi, deyirdi, xayın amalla dağa doğru gələn olsa, onu öz selində boğacaqdır. Bu, Türkiyə torpağının möcüzəli mənzərələrindəndir. Uzungölə çatdıq. Burada təbiətin göz oxşayan, qəlb riqqətə gətirən gözəllikləri Uzungölün gözəlliyini daha da artırırdı. Uzungölün yörəsində alış-veriş mərkəzləri, çay evləri, kafelər çalışma yapırdı, hər yanında hər şey yerli-yerində, nizam-intizam öz yolunda...

Arabir dağların başını saran duman bir az qatılaşıb buluda çevrilərək dağ boyu aşağı enməyə başlayır, birdən göy guruldayır, göydən yağış tökür, nə tökür... Hamı qaçıb ticarət köşklərində, dincələcəklərdə, kafelərdə, restoranlarda daldalanır. Yağış yağması 15-20 dəqiqə çəkir. Yağış səhliyir, heç nə olmamış kimi gün çıxır, yenə dincələn dincəlməyində, alış-veriş edənlər öz işlərində, seyirçilər də öz seyirçiliklərində...

Sevimli dağlar, dərələr, çaylar, ormanlar! Siz bir-birinizə arxasınız, bir-birinizi qoruyursunuz, bir-birinizin mötəbər keşikçəkəni, əzizi, Böyük Türkiyənin ürəklərdə boylanan sevimlisisiniz! Sizlər heç zaman unutmasın, bütün türklərin sevinc, qürur, güvənc yeri, dayağı, böyük Vətəni Türkiyə kimi əzəmətli, möhtəşəm bir Cümhuriyətin ərazisindəsiniz. Möhtəşəm Türkiyə Cümhuriyəti, onun yenilməz, mərd, qəhrəman evladları yüzillər boyu sizləri göz bəbəyitək qoruyub, indi də sevə-sevə, əzizləyə-əzizləyə qoruyur, sizlərlə qürur duyur və insanlıq tarixi uzandıqca sevə-sevə, əzizləyə-əzizləyə qoruyacaq, yaşadacaqdır, sizlərə xayın baxan gözləri oyacaq, yad niyətləri ürəklərdə qoyacaqdır. Eşq olsun sizlərə, sizlərin sədaqətinizə, vüqarınıza, etibarınıza!

Uzungöldən sonra, ertəsi gün Sera Gölünə yollandıq. Bu kərə də Evşən (nə gözəl ad – Evşən!-B.S.) isimli qız bizim müşayietçimiz oldu. İşini yaxşı bilən, Vətəninə xidmət etdiyini yaxşıca anlayan, həvəslə yerinə yetirən, sevincli, gülərüz qız idi. Evşən Azərbaycandan – Bakıdan olduğumuza görə bizə doğma, olduqca sayqılı yanaşırdı, Azərbaycanın Türkiyəyələ qardaşlığını vurğulayırdı. Sera Gölünün də yolunu möhtəşəm dağlar, dərələr, çaylar, gölməçələr müşayiət edirdi. Burada da sıldırım dağlar, qayalıqlar, dərələr öz çayları ilə birlikdə sıralanmışdı. Sıldırım qayalıqların başında ağaclar kök atıb daşları qucaqlamışdı, elə bil, daşların qopub haraya isə gedəcəyindən ehtiyatlanırdı. Ən maraqlılarından biri ormanlarda çoxsaylı meyvə, qoz-fındıq, incir, tut ağacları, başqa cür meyvə ağacları, dağların döşündə isə sayıbilinməz yamyaşıl çay plantasiyaları...

Burada da dincəlməkçün gözəl şərait vardı, burada da Trabzon bələdiyəsi Türkiyənin adını ucaldacaq işlərini yerinə yetirmişdi. Oradakı gölün bir sahilində dincəlmək üçün hər cür şərait yaradılmışdı. Ancaq bizim diqqətimizi gölün üst tərəfindəki cəngəllikdə olan restoran çəkdi. Restoran “Piralı” adlanırdı. Piralı ismi bizə Azərbaycandan tanış idi. “Piralı” restoranına maşın yolu yox idi. Ona görə də aradakı iki kilometr yolu piada getməli olduq. Restoran olduqca mənzərəli yerdə olmaqıyla yanaşı, həm də yüksək xidmət örnəyi, kültür göstərisi kimi yadda qaldı. Həm də bizim Azərbaycandan, Bakıdan gəldiyimizi biləndə, bizə qardaş deyə necə də doğmalıq göstərirdilər. Hər şeydən yüksək dərəcə razı qaldıq. Biz ordan çıxanda artıq qaranlıqlamışdı. Restoranın müdiri yanılmıramsa, Mehmet Altun özəl maşını ilə bizə böyük sayqı göstərərək bizi Trabzona gediş yoluna çıxartdı.

Səhəri gün Aydar Dərəsinə getdik. Burada da uca dağlar, uzun dərələr, ormanlıqlar, çaylar, göllər bir tamaşa idi. Təbiət necə də gözəl, gəzintinin təşkili necə də ürəkaçan idi. Bu gəzintilərdən sonra, bir gün Trabzonun gəzməli, görməli yerlərində olduq, Trabzon Şəhər Muzeyini gəzdik. Muzey əski zamanlara aid nesnələrlə zəngin idi. Elə nəsnələrə rast gəlmək olurdu, həmin nəsnələr olduğu kumi bizim kəndlərimizdə 60-cı illərədək işlədilirdi. Trabzonun bulvarını böyük maraqla seyr etdik. İnsanlar buraya dincəlməyə, Qara Dənizi seyr etməyə gəlmişdilər. Bələdiyələr burada hər cür şərait yaratmışdılar. Qara Dənizin ləpədöyəninə tonlarla çəkisi olan, qayadan qoparılmış daşlar döşənmişdi. Adamlar daşların üstündə oturub dənizin çərpınmalarına tamaşa edirdilər.

Sehirli, sirli mağara

Avqustun 18-də Çal Mağarasına yollandıq. Yol uzunu görməli yerləri seyr etdik. Mağaraya gedən yol dağlardan burğutək burula-burula keçirdi. Çal Mağarasına gedən yol boyu sehirli dağlar, dərələr uzanıb gedirdi. Köylərdə bol bəhrəli meyvə, qoz-fındıq ağacları, bostan bitgiləri, səbzələr, təsərrüfatın heyvançılıq da olmaqla, cürbəcür sahələri mövcud idi. Bostan bitgiləri arasında balqabaq daha çox idi. Yol dağlarda burğu kimi burula-burula bizi Çal Mağarasına aparıb çıxartdı. Buraya çoxlu sayda turistlər gəlmişdilər. Turistlər sırasında ərəblər də az deyildi. Mağaraya girdik, giriş tərəfindən başlayaraq içi çox soyuq idi. Qadınlar çox içəri keçə bilmədilər, iç tərəf çox soyuq idi, tavandan buz asılmışdı. Mağaranın tavanı 20-25 metr enində sal daşdan ibarət idi, içində nəhəng daş parçaları vardı, yanları da nəhəng daşlardan ibarət idi. Qadınlar 15-20 metr içəri keçəndən sonra soyuq lduğu üçün geri qayıtmalı oldular. Nəvələrim və Heydər müəllimlə mağaraya girdik və təxminən içi ilə 200 metrədək yol getdik. Bura çox soyuq idi, mağaranın içindən çay axırdı, tavandan buz sallanırdı, çayın yan-yörəsindəki daşlara taxta döşənmiş, yeriməkçün körpü düzəldilmişdi. Biz körpüsayaq döşənmiş bu 200 metrlik uzaqlığı körpünün üstü ilə getdik. Daha artıq getmək mümkün olmadı. Geri dönəndə bizi hənirti vurdu, elə bil, çöldə böyük istilik vardı. 5-10 dəqiqədən sonra soyuq olduğunu duyduq. Ancaq hər yanda dağların başını duman bürümüşdü. Sonra mağaranın 2-ci mərtəbəsinə qalxdıq. Burada çay və yemək evi turistlərə xidmət göstərirdi, əski ev əşyaları, cürbəcür əntiq əşyalar satılırdı, gələnlərə Çağ Mağarası haqqında bilgi verilirdi. Çağ Maçarası haqqında qısa bilgini divardakı əksinin altında yazmışdılar. Bilindiyinə görə bu mağaranın uzunluğu 25 kilometrdir. Ancaq verilən bilgiyə görə, bu yolu indiyədək gedə bilən kimsə olmayıb. Mağara, buradakı örgütçülük hər cəhətdən buraya gələnləri heyrətləndirirdi. Mağaraya gələn turistlər üçün hər cür şərait yaradılmışdı.

Yolçuluğumuzu başa vurandan sonra Trabzona qayıtmalı olduq. Oraya dəstə-dəstə gələnlər qayıtmaq üçün də maşın kirələmişdilər. Bizim dəstənin maşını qayıdıb getmişdi. Ona görə, yaxındakı kənddən maşın çağırmalı olduq. Maşın bizi Düz Köyədək apardı. Düz Köüdə çəhər tipli çoxqatlı evlər ucalırdı. Burada geniş çeşidli alqı-satqı, mədəni-məişət obyektləri, müntəzəm işləyən yolçudaşıma işləri... oranın böyük ölkənin böyük köyü olmasından soraq verirdi. Düz Köyün Trabzona işləyən otobusuna mindik. Otobus Böyükşəhər Bələdiyəsinin bağımlığında idi. Burada bir elan diqqətimi çəkdi. Yazılmışdı: “65 və aşırı yaşda olan yolçular, 7 yaşadək çocuklar gediş haqqı ödəmirlər”. 65-dən yuxarı olan iki nəfərimizdən və 7 yaşdan aşağı olan iki nəfərimizdən gediş haqqı almadılar. Bu, Türkiyə Bələdiyələrinin öz xalqlarına, Türkiyəyə gəlmiş qonaqlara göstərdiyi xidmət örnəklərindən idi.

Çal Mağarasından qayıtdıq, Trabzon şəhər bulvarına getdik. Burada da özəl təmizlik, özəl səliqə-sahman, qayda-qanun vardı. Qara Dənizin ləpədöyəninə çəkisi tonlarla ola bilən göy rəngli qaya daşları döşənmişdi. Bu özü də bizə elə Türkiyədə rastlaşdığımız başqa möcüzələrdən biri kimi etki bağışladı. Bulvarın mənzərəli, tarixi abidəsi olan, dəniz səthindən hündür və dənizə bitişik yerlərində çay evi, dincərlik düşərgəsi gözəl dincəlmə yerləridir. Qədim Trabzonun Türkiyəyə əzəmət verən qədim Samsun adlı möhtəşəm qardaşı var.

Əski Trabzondan Əski Samsuna

Trabzonda keçirdiyimiz xoş, sevincli günlərimizi davam etdirməkçün səhəri gün axşam otobusla Samsuna yola düşdük. Səhər saat 7-də oraya çatdıq. Şəhərin mərkəzində yerləşən Altay otelində yerləşdik. Otelin yiyəsi görəndə biz Azərbaycandanıq, Bakıdan gəlmişik bizə qardaş dedi, Azərbaycanla Türkiyənin qardaş olduğunu fəxrlə vurğuladı. Trabzondan sonra Samsunda belə mehriran qarşılanmamız olduqca anlamlı, anlamlı olduğu qədər də sevindirici idi. Çünki biz Türkiyədə doğma qardaşlıq münasibəti gördük və bu münasibət sözdə deyildi, əməldə idi. Oteldə yaşadığımız müddətdə bizə çox böyük sayğı göstərildi. Bu sayğını otelin təkcə rəhbərliyi deyil, işçi heyəti də göstərirdi. Oteldə təmizlik, səliqə-sahman, nizam-intizam yerli-yerindəydi. Bütün cəhətlərinə görə Türkiyənin adına münasib olan bir otel idi. Müdür başda olmaqla işçilrə də həpsi kültürlü, tərbiyəli, intizamlı adamlar idi. Onların bizləri bir qardaş olaraq qarşılaması bizim üçün çox dəyərli bir hal oldu. Şəhərə çıxdıq, Qazi Mustafa Kamal Atatürkün at üstündə ucaldan möhtəşəm heykəli yanında şəkil çəkdirdik, tər-təmiz, səliqəli bağda “Böyükşəhər bələdiyəsi” yazılmış oturacaqlarda oturub gəlib-gedənləri, buradakı mühiti müşahidə etməli olduq.

Samsunluların yeriyəndə çox qürurla, mətin addımlarla yerimələri diqqətimi çəkdi. Elə bil, bu şəhərin sakinləri, Türkiyə Vətəndaşı olmaqları ilə qürur duyurdular. O yeriş Türkiyəyə yaraşan yeriş idi. Çünki Türkiyə devləti qürurverici bir devlətdir, Türkiyə xalqı qürura layiq bir xalqdır. Bu hala hamımızın diqqətini çəkdi.

Samsunun Anıt Parkında 1928-1931 illərində yapılan və Samsunun simvoluna çevrilən Atatürk Anıtında, şahə qalxmış at üstündə əskəri geyimdə Böyük Öndər Mustafa Kamal Atatürk canlandırılır. Burada Böyük Öndərin Samsuna çıxışı və Milli Mücadilsini vurğulayan qabartma figurlar yerləşir. Atatürk Bulvarındakı İlk addım Anıtı isə Atatürkün 19 May 1919-cu ildə Milli Mücadiləni başlatmaq üzrə Samsuna çıxdığı sahədə yer alır. Əlində çələng tutan gənç qız və uçuş görünüşündə göyərçin tutan kişi heykəlləri Samsuna çıxışı simvollayan anıtı tamamlayır.

Qazi Mustafa Kamal Atatürkün bu möhtəşəm gəlişi və buna yaraşan qəbulu müşahidə etmək anı qürurverici bir an idi. Bu möhtəşəm mənzərədən ayrılmaq çətin idi. Böyük Öndərə olan sevginin sonsuzluğu diqqətimizi çəkməkdə idi.

Samsunun Bulvarında da Qara DənizinTrabzon bölgəsi boyu ləpədöyənə çəkisi tonlarla ölçülən sal daş döşənmişdi. Bu, Qara Dənizin devliyini nümayiş etdirən mənzərə idi. Samsun həm də Amazonlar məskəni kimi tanınır.

Tarixdə Amazonlar, Samsunda Amazon Köyü



Trabzonda Atatürk Köyü, Uzungöl, Sera Gölü, Çal Mağarası... Tütriyəyə şöhrət gətirən gəzməli, görməli yerlər olduğu kimi, Samsunda da gəzməli, görməli yerlər insanda bu günə, tarixə, gələcəyə səyahət ovqatı yaradırdı. Avqustun 18-də Amazon Köyünə getdik.

Samsunda Amazonlar, Amazon Köyü insana tarixi səyahət etdirir. Samsunun Amazonların yaşamış olduqları guşəsini gəzməyimiz də çox yaddaqalan, olduqca maraqlı səahət yerlərindən idi. Tarixdən Amazonlar döyüşkən qadınlar qəbiləsi olduğu yaddaşlarda qalıb. Onun adı savaşçı Qadın Toplumu olan Amazonlardan götürmüşdür. Deyilənə görə, “Amazon" adı kamandan ox atmağın asan olması üçün qızların sağ döşlərinin yandırılması adətindən meydana gəlib. Amazonlar bütün vaxtlarını döyüşlərdə keçirir, ox-kaman, döyüş baltası, yüngül qalxanlarla silahlanır, özlərinə də dəbilqə və paltarlar düzəldirmişlər. Amazonlar nəsli davam etdirməyi qonşu tayfaların erkəkləri ilə yerinə yetirirmişlər. Bundan doğulan oğlan uşaqlarını ya öldürür, ya da atalarına verir, qızları isə özlərinə götürürmüşlər.

Samsunun Amazon qadınlarının yaşadığı bölgə olduğu Tarixdən bilinir. Arxeoloqlar və tarixçilər Amazonların miladdan öncə 300-cü illərdə Termə Çayı sahmanında, Amisos Təpəsinin ətəyindəki zolaqda Thəmiskyra adlı kənddə (Amazon Köyündə) yaşadıqlarını isbat etmişlər. Bir halda, Amazonlar deyildiyi kimi, Samsunda yaşayıblar, onda Türkiyə, türk xalqı onlara sahib çıxmaya bilməz.

2010-cu ildə Batı Parkda yapılan Amazon Adası kanal vasitəsilə Qara Dənizdən ayrılmış ayrıca bir adadır. Körpülər yardımıyla keçilə bilən adada eynı zamanda Amazon kanalı, qayırma dayanacaq, balıq restoranları və əyləncə yerləri bulunur. Onunçün böyük bir Amazon Qadın Heykelini, onun çevre düzənləməsini yapmışlar. Heykəlin hündürlüyü 15 metr, eni 4 metrdir, ağırlığı 6 tondur. Bu heykəlləri 10 nəfər Ankaralı və Samsunlu heykəltaraşlar 5 aylıq bir çalışma sürəsinə başa gətirmişlər.

Amazon Adasında yerləşən Amazon Heykəlinin biri sağında, o biri solunda olmaqla “Anadolu Aslanları” adlandırılan iki heykəl bulunur. Aslan heykəllərinin içindən nərdivanla onun təpəsinə qalxmaq mümkün olur. Samsun bir çox nöqtələrindən görüle bilən Amazon qadını və “Anadolu Aslanı” heykəllərilə tanınır. Samsun Böyükşəhər Bələdiyəsi ilə On Doqquz May Üniversiteti tərəfdən həyata keçirilən köy, Samsuna gələn turistlərin bir nömrəli ziyarət yeridir. İnanırıq, buradakı işlər bitməyib, burada bundan sonra daha möhtəşəm, daha çox işlər görüləcəkdir. Bunca, amazonların yaşamları ilə bağlı heykəllər qoyulacaq, əzəmətli relyeflər yaradılmalı olacaqdır.

Tarixdən bilindiyi kimi, Amazonların əsl yeri Orta Asyadır. Orta Asiyalılar soy olarak da Türkdürlər və İskitlerin qadınları kimi tanınırlar. Amazonlar sadəcə qadın savaşçı bir topluluqtur və tarixə də savaşçı sifətiylə keçmişlər. Dönəmin bütün savaş alətlərini inanılmaz bir başarıyla işlətmiş, bir yığın kişi ordu ilə qarşı-qarşıya döyüşmmüşlər.

Türkiyədə ərəblər

Türkiyədə ərəb turistlər çoxdur. Trabzonda elə bilirsən, əhalinin yarısı ərəblərdir, haraya gedirsən ərəbləri görürsən. Dükana gedirsən - ərəblər, gəzimli yerlərə gedirsən - ərəblər, çay evinə gedirsən - ərəblər, muzeyə gedirsən - ərəblər. Bununla, Ərəblər həm də, Türkiyəyə elə-belə gəlmirlər, turist sifətilə gəlirlər. Onlar dəstə ilə gəzirlər. Hər yerdə Türkiyə qayda-qanunlarına, Türkiyədə mövcud nizam-intizama sayğılı olurlar. Daha doğrusu, onlar Türkiyənin iç qanunlarına, türk xalqının gələnək-görənəklərinə yetərincə əməl edirlər. Öz yetənəklərini də saxlayırlar. Qadınlar örtüklə gəzirlər. Türkiyəlilər də buna öyrəşmişlər. Heç kim hicablı, yalnız gözləri görünən qadınlara təəccüblənmir. Kişilər isə, geyimlərində türkiyəlilərdən heç də fərqlənmir. Onlar demək olar, Türkiyənin turist və alqı-satqı planını ödəyirlər. Özlərini sakit, tərbiyəli aparırlar. Acgöz, “görməmiş” deyillər. Hər yanda iki-iki, üç-üç... gəzişirlər.

Türkiyədə bələdiyələr

Türkiyə şəhərində mədəniyət, istirahət, təmizlik, şəhər nəqliyatı, şəhər təsərrüfatı və bu sıradan olan bir çox işlərə bələdiyə baxır, yerinə yetirdiyi şeylərin, problemlərin üstünə öz adını (Böyükşəhər Bələdiyəsi) yazır. Bu baxımdan bələdiyənin işinin yaxşısı da, yavası da göz qabağında olur. Bələdiyə bölümləri bir-biri ilə elə bil, yarışa girirlər. Baxırsan, hər yer səliqə-sahmanlı, hər şey öz yerində. Marketlərdə, dükanlarda, restoranlarda, kafelərdə, çay evlərində, bir sözlə, toplumluqla ilgili olan hər yerdə “Siqara içilməz” bildirisi yazılır, buna hamı bir nəfər kimi riayət edir, restoranlarda, kafelərdə, özəllikcə toplumla ilgili olan yerlərdə spirtli içki içən yoxdur. Heç bir marketdə, dükanda spirtli içki satıldığının şahidi olmadıq. Heç yerdə cinayət törətməyə yön verən əlavə səbəb yaradıcıısı demək olar, diqqətə çatmırdı. Marketlər, mağazalar, dükanlar, bazarlar gərəkən mallarla dolu idi. Şəhərin aparıcı işlərin yerinə yetirilməsi bələdiyələrin işinə aid idi. Türkiyə Cümhuriyətində Bələdiyə sayılıb-seçilən örgütlərdəndir. Türkiyə Bələdiyəsi devlətçün həm də kadr hazırlayan bir orqan görəvi daşıyır. Zaman-zaman Bələdiyə başarıqlısı Devlət hakimiyətində mühüm görəv tutur. Türkiyə Cümhuriyətinin indiki başkanı Rəcəb Təyyub Ərdoğan da Bələdiyə Başkanlığından gəlib başkan olmuşdur.

Türkiyədə dövlət yönətiçiliyi

Türkiyəyə bir turist gözüylə baxdıqda Trabzon və Samsunun timsalında nizam-intizama, qayda-qanuna yetərincə riayət olunduğu, hər şeyin öz yerində olduğu diqqətçəkəndir. Türkiyənin sənayesi, kənd təsərrüfatı gərəkən səviyədə inkişaf edib və inkişaf etməkdədir. Bu işdə sözsüz, devlət yönəticiliyi mühüm rol oynayır. Hər şey öz yerində qoyulub. Görəvlərə təyinatda qohumculluq, tayfacıllıq, yerlicillik heç bir rol oynamır. Söhbətləşdiyim şəxslərdə bu yöndə ciddi bir narazılığa tuş gəlmədim. Hər kəsin işi-gücü vardı, hər kəs öz işində-gücündə idi. Bircə şəxs bütün dünyanın düşmən edildiyindən gileyləndi, onu bir qədər danışdırdım. O, öz fikrini aydınlaşdırdı, gördüm, Vətənini, millətini ürəkdən sevən adamdır, dedikləri səmimidir. Dedikləri prezidentin dış siyasətinə aid idi, deyirdi, Türkiyə devlətinin başçısı Rəcəb Təyyub Ərdoğan bütün dünyanı bizimlə düşmən eləyib. Bu fikri Bakıda işlədənlər də var. Ancaq bu dedikləri haqda mənim Bakıda olanda da öz şəxsi fikirlərim vardı, Trabzonda olanda da. Bu fikir ondan ibarətdir, Rəcəb Təyyub Ərdoğanın ən çox xoşuma gələn işi elə, həmin məsələdir. Qarşımdakı söhbətçimə dedim, yox, cənab Ərdoğan sizi dünya ilə düşmən etmədi, sizə, əslində, türk və İslam dünyasına düşmənlərini tanıtdı, dedi, bunların əməllərinə bir baxın, görün bunlar sizlərdən nə istəyir! Terror örgütləri yaradıb sizin, türkiyə xalqının üstünə düşüblər, Türkiyəni zəiflətmək, dağıtmaq, türk xalqını məhv etmək istəyirlər. Bilirlər, dünya türklərinin canı burada – Türkiyədədir, Türkiyəni məhv etsələr, dünya türklərini çətinlik çəkmədən məhv edə bilərlər. Türkiyənin bugünkü möhtəşəm gəlişmələri onlarda qorxu duyumu yaradır. Onu da bilirlər, bütün İslam aləminin də ümidi Türkiyədir. Türkiyə məhv edilsə, İslam aləminin məhv edilməsi üçün əngəllərə rast gəlməzlər. Neçə onillərdir, Türkiyənin Avropa Birliyinə üyə olmasını əngəlləyirlər. Nədəni nədən ibarətdir? Rəcəb Təyyub Ərdoğan bütün bunları görür və bütünlükcə türklərə və müsəlmanlara onların düşmənlərinin kim olduğunu anladır. Başqa cür desək, o, dünyanı Türkiyəyə düşmən eləmir, Türkiyəyə öz düşmənlərini tanıdır. Türkiyə və bütünlükcə İslam Aləmi üçün bundan dəyərli, bundan önəmli nə ola bilər?

Bizim qənaətimizcə, Rəcəb Təyyub Ərdoğan Türkiyənin Qazi Mustafa Kamal Atatürkdən sonra ən qüdrətli devlət öndərlərinin birincilərindəndir. İndi ərəb ölkələri onların var-yoxlarını zaman-zaman talayanları, özlərinə qarşı terrorlar törədənləri, başbilənlərini (Səddam Hüseyin, Mühəmmər Qəzzafi, Hüsnü Mübarək, Bəşər Əsəd...) təhqiredici şəkildə öldürənləri və öldürmək istəyənləri, onları başsız qoyanları yaxşı tanıyır, Türkiyəninin onlara arxa durduğunu görür, onu özünün başbiləni, ağsaqqalı sayır. Bütün bunlar Türkiyə Cümhuriyəti Rəcəb Təyyub Ərdoğanın sayəsində baş verib. Onlar indi bütün dünya müsəlmanlarına münasibətdə Türkiyəni, onun mövqeyini mütləq nəzərə alırlar.

Prof.Dr. Bəhmən SULTANLI

Dr.Nigar Bəhmən SULTANLI

Dr.Heydər Musa HEYDƏRLİ

30.12.2017





Yorumlar










Aktif Ziyaretçi 26
Dün Tekil 895
Bugün Tekil 872
Toplam Tekil 2046189
IP 54.159.30.26






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Cemaziye'l-Ahir 1439
Şubat 2018
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28


Türk hakanları ve Türkmen Padişahları devlet işlerinde hatunun fikirlerini üstün tutar.
(NİZAM ÜL-MÜLK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2018 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu