Dr. Ələskər Ələskərli ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Dr. Ələskər Ələskərli ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 16.03.2010 > Kaç kez okundu? 2313

Paylaş


Dr. Ələskər Ələskərli: İranda daxili və xarici təzyiqlərin artdığı dövrlərdə türklərin önəmi hər zaman artmışdır





Türkiyədə fəaliyyət göstərən XXI əsr Türkiyə İnstitutunun Rusiya-Avrasya Təqdiqatları Bölməsinin başqanı Dr. Ələskər Ələskərlinin GünAzTv Mətbuat mərkəzinə müsahibəsi:



- Bugün Ermənistan-İran münasibətləri güclü inkişaf edir. İranın Ermənistan üzərində təsir imkanları genişdir. Bəs, Rusiya buna görə narahat deyil ki?



- Bu gün oxşar tezislər Türkiyə-Ermənistan münasibətlərinə də şamil edilir. Təəssüf ki buna Türkiyədə də inanırlar. İnanmaları bir azlıq bu fikrə əsaslanaraq xarici siyasət kursunu hazırlayırlar. Guya Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması nəticəsində Qərb, xüsusilə də ABŞ Ermənistanı Rusiyanın qucağından çəkib alacaq. Bu tezisi müdafiə edənlər ya tarixi həqiqətlərdən birxəbərdir ya da öz fikirlərində qeyri səmimidir. Mən hər halda ikinci ehtimalın varlığına üstünlük verirəm. Çünkü Ermənilərin Rusiya tərəfindən himayə edilməsi, Qafqazda Erməni dövlətinin qurulması tarixi baxımdan çox da qədim sayıla bilməz. Ermənilər XIX əsrin əvvəllərindən etibarən Qafqaza Rusların əli ilə yerləşdirilmişdir. 10 fevral 1828 tarixli Türkmənçay müqaviləsinin imzalanmasından dərhal sonra Rus Çarı I. Nikolayın fərmanı ilə Erməni vilayəti təşkil edilmişdir. Daha sonra çarizmin yürütdüyü siyasət nəticəsində bu bölgənin demoqrafik strukturu alt üst edilmişdir. Çarlıq üsul idarəsi süqut etdikdən sonra ermənilər tarixi Azərbaycan topraqları üzərində öz dövlətilərini qurmuşlar. Eyni şəkildə həm Sovet İttifağı zamanında həm də ondan sonrakı dövrdə ermənilər Rusiya tərəfindən himayə edilmişdir. Qısacası Rusiya hər zaman ermənilər üçün bir varlıq səbəbi olmuşdur. Buna görə də Rusiya ermənilər baxımından çox arxayındır. Yəni ermənilər heç bir vaxt Rusiyaya arxa çevirməz. Daha doğrusu Rusyaya ehtiyacları olduğu müddətcə arxa cevirməyəcək. Eyni şeyi İran üçün də deyə bilərik. Ermənistanın İranla münasibətlərinin yaxınlaşması Rusiyanı narahat etmir. Hətta bu münasibətlərin müəyyən yerə qədər inkişafı Rusiyanın xeyrinədir. Birincisi Ermənistanın İranla münasibətlərini inkişaf etdirməsi Azərbaycanın İrana qarşı antipatiyasını gücləndirəcək. İkincisi iqtisadi və sosial problemlər məngənəsində boğuşan Ermənistan Rusiya üçün əlavə yükdür. Ermənsitan-İran münasibətlərinin inkişafı Rusyanın bu yükünü azaldacaqdır. Rusya niyə görə bu gün Türkiyə-Ermənistan münasibətlərinin qurulmasını dəstəkləyir? Təbii ki eyni səbəblər üzündən.



- Sizcə, Rusiya İranı beynelxalq danışıqlarda axıra kimi müdafiə edəcəkmi? Yoxsa, İraqı, Yuqoslaviyanı neçə tək qoydusa, həmin siyasəti rəsmi Tehrana qarşıda tətbiq edəcək?



- Rusiyanın İranı müdafiə edib etməyəcəyi məsələsi həm İranı, həm də ABŞ-ı eyni dərəcədə düşündürən və narahat edən sualdır. Son zamanlar bilirsiniz D.Medvedevin tutduğu modernləşmə kursu xarici siyasətdə bəzi dəyişikliklər ediləcəyi siqnalını vermişdir. Hətta bəzi məsələlərdə ABŞ və Rusiyanın mövqeləri bir birinə daha çox yaxınlaşmışdır. Ancaq Rusiyanın İran məsələsində çox “canfəşanlıq” etdiyi görünmür. D.Medvedev bu yaxınlarda İrana qarşı “ağıllı” sanksiyaların tətbiq edilməsinə tərəfdar olduğunu bildirib. Burada keçən “ağıllı” ifadəsi özündə hansı kriteriyaları ehtiva edir? Bu suala yaxın zamanlarda cavab verə biləcəyik. Rusiyanın İranla bağlı hansı konkret addımları atacağı hələ ki məlum deyil. Ancaq bunu dəqiqliklə söyləyə bilərik: Rusiya İran məsələsində Qərb ilə alver edir. Onu neçəyə satıb satmayacağı ilə bağlı hələlik bir şey deyə bilmərik.



- Son illər İranda türklərin önəmi artmağa başlayır. Nəticə etibarilə hadisələr Guney Azərbaycan türklərinin xeyrinə dəyişə bilərmi?



- Bütün gərgin siyasi böhranların yaşandığı, daxili və xarici təzyiqlərin artdığı dövrlərdə türklərin önəmi hər zaman artmışdır. Hal hazırda da eyni proses yaşanmaqdadır. Təəssüf ki Azərbaycan məsələsi ortaya çıxanda Qərb də Rusiya da hər zaman qeyri səmimi, daha dəqiq desək iki üzlü siyasət aparıblar. İkinci dünya müharibəsindən sonra müstəqilliyinin bir addımlığında olan İran türkləri məhz bu siyasətin qurbanı olmuşdur. Amma bu məsəlin başqa bir tərəfi də vardır. Təsssüf ki İran adlı dövləti quran, inkişaf etdirən bir millət olaraq türklər hər zaman bütün ağırlıqları öz çiyinlərində daşımış, lakin öz milli mənfəətlərini müdafiə edə bilməmişlər. Bu problem sadəcə milli özünüdərk problemi deyil. Bu, çox sayda alt problemələri özündə birləşdirən mürəkkəb bir problemdir. Bu problem bu günə qədər milli və ictimai müzakirə mövzusuna çevrilə bilməmişdir. Buna görə də ortada ən azından əksəriyyətin dəstəklədiyi milli strategiya yoxdur. Məncə bu strategiya müəıyyən edilmədən meydana gələn hər bir dəyişiklik spontan və riskli sayıla bilər.



Söhbətləşdi: Elnur Eltürk





Yorumlar








Aktif Ziyaretçi 18
Dün Tekil 767
Bugün Tekil 719
Toplam Tekil 1637780
IP 54.87.119.171






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































5 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Üstümüze kılıç çekilmedikçe, ülkemize girilmedikçe, teb'ama cefa edilmedikçe Bizden kimseye zarar gelmez. (Fatih Sultan MEHMET)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.978 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu