MQP Böyük Məclisi AXCP, ALP və VİP-in təmsil olunduğu “Azadlıq” Blokunun rəhbərlərinə müraciət etdi - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









MQP Böyük Məclisi AXCP, ALP və VİP-in təmsil olunduğu “Azadlıq” Blokunun rəhbərlərinə müraciət etdi
Tarih: 15.03.2010 > Kaç kez okundu? 2287

Paylaş






№010/452 15 mart 2010-cu il

Mətbuat Xidmətinin

Məlumatı



MQP Böyük Məclisi AXCP, ALP və VİP-in təmsil olunduğu “Azadlıq” Blokunun rəhbərlərinə müraciət etdi



Asif Ozan: “Sizi son dəfə ümummilli maraqlar naminə birliyə çağırırıq”



Demokratiya Uğrunda İttifaqda təmsil olunan Milli Qurtuluş Partiyasının Böyük Məclisinin başqanı Asif Ozan rəhbərlik etdiyi qurum adından Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətə və Vətəndaş İttifaqı Partiyasının sədri Əli Əliyevə müraciət ünvanlayıb. Müraciətdə deyilir:”Bu gün müxtəlif siyasi partiyalarda olmağımıza baxmayaraq, hər birimiz milli-azadlıq hərəkatının iştirakçısı kimi millətimizin azad, hürr, demokratik quruluş şəraitində yaşaması üçün mücadilə etmişik. Hazırda da eyni aqibəti paylaşaraq, qeyri-demokratik, antimilli bir rejimin xalqımıza necə açımazcasına zülm etdiyinin fərqindəyik və eyni zamanda bunu öz üzərimizdə də hiss edirik. İnamını itirən xalqımız ardıcıl zərbələrdən nokauta düşmüş durumda, ümidsiz vəziyyətdə, sonunu gözləməkdədir. Təəsüflər olsun ki, hakimiyyət xalqa təlqin etməyə müvəffəq olub ki, onu bu durumdan xilas edəcək qüvvə yoxdur. Ancaq hamımız bilirik ki, son dəfə cəhd edərək, birliyə nail olmaqla, xalqın itirilmiş inamını bərpa etmək, etibarını qazanmaq, səfərbər olub, son və qəti mübarizə naminə birləşməklə şərəf və heysiyyatımızı qorumağa, millətimizin ruhunun ölmədiyini, mübarizə əzminin qırılmadığınısübuta yetirmək, azadlıq, demokratiya, insan hüquqları, Konstitusiya, milli varlıq uğrunda ayağa qalxmağa çağırış etmək mümkündür. Hakimiyyətin müxalifəti müxtəlif vasitələrlə susdurmaq, sıradan çıxarmaq, zəiflətmək, satın almaqla özününküləşdirmək əməllərinə yalnız birliyə nail olmaqla sinə gərmək olar.

Hörmətli liderlər!

Siz də bilirsiniz ki, bu gün hakimiyyətin ən çox ehtiyyat etdiyi məsələ nüxalifətin birliyə nail olmasıdır. “Müxalifət 2010 seçkilərinə parçalanmış şəkildə gedir” demək imkanı qazanmaq üçün iqtidar hər şeyə hazırdır. “Azadlıq” blokundakı qüvvələr öz fəaliyyətləri ilə sübuta yetiriblər ki, hər an hakimiyyətin deyil, xalqın, milli maraqların lehində qərarlar qəbul edir, sifarişlərə boyun əymirlər. Biz inanırıq ki, bu dəfə də hakimiyyəti məyus edəcək qərara imza atacaq, DUİ-nin birgə müzakirələr haqqında təklifini yenidən müzakirəyə çıxaracaqsınız. Bir-birimizə, partiyalarımıza münasibətdən asılı olmayaraq hər birinizi müqəddəs yolumuz, millətimiz və Azərbaycanımız naminə birliyə çağırırıq”.



Mətbuat Xidmətinin

rəhbəri: Kənan Göytürk





Yorumlar








Aktif Ziyaretçi 10
Dün Tekil 828
Bugün Tekil 370
Toplam Tekil 1638259
IP 54.205.87.3






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































6 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Türk Devletinin yenilmez, zinde hayat gücü ve Türk Milletinin teminatı ve istikbali gençliktir.
(Alpaslan TÜRKEŞ)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu