NAİL VƏLİYEV ile Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









NAİL VƏLİYEV ile Müsahibe - Elnur ELTÜRK
Tarih: 12.03.2010 > Kaç kez okundu? 3167

Paylaş


NAİL VƏLİYEV: “Təbliğatda Ermənilərə uduzdura bilərik.”



İnformasiya təhlükəsizliyi üzrə müstəqil mütəxəssis, ACCESS MMC şirkətinin direktoru Nail Vəliyevin Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə müsahibəsi:



Nail bəy, bu gün Azərbaycanın əleyinə təbliğat aparan informasiya mərkəzlərinə qarşı mücadilə aparmaq üçün, hansı işlər görmək lazımdır. Bu yöndə təkliflərinizi bilmək istərdik.



Birinci növbədə məqsədləri müəyyənləşdirmək lazımdır. Məlumatı çatdırmaq üçün ən əlverişli vasitə İnternet şəbəkəsidir. Konkret hal-hazırda Azərbaycanlı gənclər tərəfindən müəyyən işlər aparılır, lakin çox təssüflər olsun ki, bir çox saytların yaradıldıqdan sonra davamlı şəkildə aparılmamasının şahidi oluram. Bunun səbəbi ondan irəli gəlir ki, birincisi, insanlar pərakəndə olaraq işləyir, və ikincisi, açıq məlumatın, faktların qıtlığından Azərbaycan gerçəklərini tam əks etdirmək mümkün deyil.

Materialların dolğun olması üçün dövlət qurumlarına, universitetlərə, alimlərə üz tutmaq lazımdır. Bir misal gətirim, http://karabakh-doc.azerall.info (“Qarabağ Sənədlərdə”) elektron kitabxanasın yaradılmasına 130-dan artıq tarixçi, filoloq, konfliktoloq və hüquqşünas cəlb olunmuşdur. Hazırda bu sayt erməni-Azərbaycan münaqişəsinə həsr olunmuş ən nəhəng rusdilli kitabxanadır.

Bir şeyi qeyd etmək lazımdır ki, Azərbaycana aid olan domenlər (sayt adları) ermənilər tərəfindən mənimsənilir. Azerbaijan.com, karabakh.com, karabakh.info, karabakh.net kimi domenlər onların əlindədir, və bu işğalçılığın bir növüdür. Bir misal gətirim, millət vəkilimiz Qənirə Paşayeva domenlərin qaytarılması ilə bağlı 2008-ci ildə məsələni qaldıranda, həmin domenlərin birinin sahibi Karen Vrtanesyan Qənirə xanıma qarşı öz internet bloqunda çox kəskin şəkildə təhqirlərlə çıxış etmişdir.

Domenlərin qaytarılması məsələsi yalnız Azəbaycan Respublikasının rəhbərliyi səviyyəsində həyata keçirilə bilər və bu ideoloji mübarizəsi istiqamətində bizim üçün mühüm bir addım ola bilər.

Nəhayət, ən önəmli məsələlərdən biri təbliğat işinin aparılması üçün gənclərin cəmlənməsidir. Sabah Azərbaycan bizim - gənclərin çiynində qalacaq. Və yalnız bizim əqidə birliyimiz ölkəmizin qalmasını təmin edə bilər.

Fürsətdən istifadə edərək nəzərinizə çatdırıram ki, mart ayının sonunda iki layihənin – MyAzerbaijan.ORG (Mənim Azərbaycanım) və Karabakh.WS (Qarabağ: Dünən, Bu gün, Sabah) elektron kitabxanaların fəaliyyətə başlaması gözlənilir. Azərbaycanın gələcəyini düşünən hər bir gənc insanı bizim qrupamıza qoşulmağa çağırıram.



Bir neçə gün bundan öncə, ermənilər Xocalı.net adlı altı dildə yayımlanan saytı içtimaiyyətə təqdim etdilər. Bugün ermənilər özləri törətdikləri faciələri, tərif edərək dünya içtimaiyyətinə çatdırırlar...



Bu layihəni ermənilər “Ksenofobiyaya yox deyək” adında bir təşəbbüs qrupu nəzində həyata keçirdilər və gördüyünüz kimi, yenə Azərbaycana aid domendən istifadə olundu və sayt bu ilin 25 fevral tarixində fəaliyyətə buraxıldı. Lakin Azərbaycanlı xakerlərinə minnətdarlığımı bildirirəm, martın 2-si sayt tamamilə məhv edilmişdir. Martın 5-i sayt yenidən bir dildə olsa da fəaliyyətə başladı, və ayın 8-dən artıq bizim qruppumuzun tərəfindən hücum edilir.

Yadınıza salım ki, 2006-cı ildə ermənilər Araz çayının İran sahilindən əks tərəfdə işləyən Azərbaycan əsgərlərini lentə alıb. Bir neçə gündən sonra bütün İnternet şəbəkəsində “Azərbaycanlılar Culfadakı qədim erməni qəbirləri dağıdır” adı ilə xəbər yayılmışdır. Djuga.org saytı yaradıldı lakin 3 aydan sonra bizim qrupumuzun tərəfindən məhv edildikdən sonra ermənilərin təxribat kampaniyası dayandırıldı.

Bu onu göstərir ki, xocali.net və ya djuga.org kimi elektron kitabxanalar sadəcə olaraq qrant almaq məqsədilə yaradılır. Təbii ki, bu təxribatçı kitabxanaların yaradıcıları yenidən fəaliyyətlərinə başlaya bilər, və Azərbaycan belə təxribatlara həmişə hazır olmalıdır.









Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 51
Dün Tekil 1349
Bugün Tekil 458
Toplam Tekil 4073735
IP 3.14.6.194






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu