Güney Azərbaycan Demokrat Partiyası (GADP) Bakıda tədbir keçirdi - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Güney Azərbaycan Demokrat Partiyası (GADP) Bakıda tədbir keçirdi
Tarih: 11.03.2010 > Kaç kez okundu? 3215

Paylaş


Güney Azərbayacanda milli oyanış və fars rejiminə dirəniş gücləndikcə soydaşlarımızın siyasi təşkilatlanma istiqamətində fəallığı da artır. Belə təşkilatlanmanın nümunələrindən biri də ötən gün elan olunan Güney Azərbaycan Demokrat Partiyası idi.

Dünya Azərbaycanlıları Konqresinin mərkəzi ofisi İstiqlaliyyət 8 ünvanında keçirilən tədbirdə partiyanın sözçüsü Mahmud Bilgin iştirakçılara və mətbuata partiyanın məramnaməsi haqqında geniş bilgi verdi.

Tədbir dövlət himninin oxunması ilə açıq elan olundu.

DAK Mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli iştirakçıları Türk Dünyası uğrunda qurban getmiş Şəhidlərimizi yad etmək üçün bir dəqiqəlik sayqı duruşuna dəvət etdi. Güney Azərbaycanda gedən proseslər haqqında məlumat verən Əlirza bəy təşkilatlanmanı əsas amil kimi irəli sürdü: “Baxmayaraq ki, güneydə təşkilatlanma açıq şəkildə həyata keçirilə bilmir. Çünki fars rejimi həmin təşkilat rəhbərlərini məhv etməklə milli prosesin qarşısını almaq istəyir.” Partiyanın sözçüsü Mahmud Bilgin Güneyin daxilində, xaricdə gedən proseslər və partiyanın məramnaməsi haqqında məruzə etdi. “Güneydə durum çox çətindir. Bizə məxsus əraziləri bir neçə əyalətə parçalamaqla bir çox şəhərləri fars şəhəri kimi yazırlar. Türk şəhərlərinə qarşı hər cəhətdən qərəzlilik hiss olunur. Dövlət büdcəsindən pul ayırmalarına nəzər salsaq bunu açıq-aydın görə bilərik. İran adlanan ölkə onsuz dağılacaq. Və açıq deməliyik ki, bu qansız olmayacaq. Quzey Azərbaycanı da proseslərə açıq müdaxilə etmədən arxamızda hiss etmək istəyirik. Çünki biz bir millətik. Nə olsun ki, 200 ildir parçalayıblar bizi? GADP olaraq bildiririk ki, biz hər kəsin haqqını taniyacağıq. Amma güc mərkəzi Türk milləti olacaq. Necə ki, Quzeydə belədir. Buna görə də Nizamnaməmizdə hər şeyi açıq yazmışıq.”

Sonra DAK Qadınlar Şurasının sədri Dünyaxanım Əliyeva, DAK gənclər Təşkilatının sədri Seymur Həsənli, sədr müavini Nərmin Məmmədli, GAMOH-un Bakı Nümayəndəliyinin rəhbəri Ağrı Qaradağlı və digər iştirakçılar müxtəlif çıxışlar edərək GADP-nin yaranması münasibətilə Mahmud Bilgini təbrik etdilər.



QEYD: GADP idarə heyyətinin qərariilə Əlirza Amanbəyli GADP-nin Quzey Azərbaycan üzrə sözçüsü təyin olundu.



DAK mətbuat xidməti





Yorumlar









Aktif Ziyaretçi 42
Dün Tekil 1349
Bugün Tekil 1022
Toplam Tekil 4074298
IP 3.135.183.187






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.694 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu