Bakı Mühəndislik Universitetinin əməkdaşı Silikon Vadisində - Receb RZAYEV, BMU Mətbuat xidməti - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Bakı Mühəndislik Universitetinin əməkdaşı Silikon Vadisində - Receb RZAYEV, BMU Mətbuat xidməti
Tarih: 02.10.2017 > Kaç kez okundu? 135

Paylaş


Elmi-pedoqoji keyfiyyətin yüksəldilməsi, o cümlədən yüksək texnologiyaların inkişafı istiqamətində bilik və bacarıqların gücləndirilməsinə əhəmiyyət verən Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərliyi əməkdaşlarının xarici ölkələrdə təcrübə keçməsinə maraq göstərir. Bu istiqamətdə aparılan işlərin bir hissəsi kimi, BMU Texnoparkının müdir mavini dosent İsa Qasımov keçən ay ABŞ-ın San-Fransisko şəhərinə (Kaliforniya ştatı, Silikon Vadisi) ezamiyyətə göndərilib.

Yüksək texnologiyaların, o cümlədən intellektual biznesin inkişaf etdirilməsində dünyanın ən qabaqcıl mərkəzi hesab olunan Silikon Vadisi həm də intellektual yanaşmaya əsaslanan dünyanın ən böyük şirkətlərinin ortaya çıxdığı ekosistemə malikdir. "Google", "Nvidia", "Facebook", "Uber" və bu kimi digər dünya nəhənglərinin formalaşmasına zəmin verən Silikon Vadisi ekosistemi həm də "Stanford" Universiteti və "Berkeley" Universiteti kimi dünyanın ən qabaqcıl elm-təhsil müəssisələrinə ev sahibliyi edir.

Dosent İsa Qasımov ABŞ-ın San-Fransisko şəhərində "SVI Academy" tərəfindən təşkil edilən "Silikon Vadisinə Keçid Təlim Proqramı"da (Gateway to Silicon Valley Traening program) iştirak edib.

"Silikon Vadisinə Keçid Təlim Proqramı" innovativ sahibkarlığın inkişaf etdirilməsi, o cümlədən Silikon Vadisində və ya dünyada bu sahənin inkişaf etdirlmə imkanları və yolları haqqında əhəmiyyətli məqamları öyrədən və formalaşdıran təlim proqramıdır. Təlim proqramının ilk beş günü ərzində qabaqcıl universitetlərin professorlarının, eləcə də intellektual sahədə tanınmış qlobal şirkətlərin yüksək vəzifəli şəxslərinin təqdimatında 25 müxtəlif seminar keçirilib. Digər 3 gün ərzində isə, dünyanın qlobal şirkətləri kimi tanınan "Google", "Nvidia" və "Lyft HQ" şirkətlərinə təcrübə turları təşkil edilib. Proqramın sonuncu günü "SVI Academy"nin təşkilatçılığı ilə keçirilən işgüzar çevrənin inkişafı proqramında Silikon Vadisində intellektual biznes fəaliyyəti göstərən bəzi şirkətlərin nümayəndələri də iştirak edib.

Ümumiyyətlə, "Silikon Vadisinə Keçid Təlim Proqramı" boyunca iştirakçılar Silikon Vadisində formalaşmış ekosistemlə yaxından tanış olmaqla yanaşı, burada formalaşaraq, dünyanın qabaqcıl şirkətlərinə çevrilmiş firmaların təcrübəsi ilə tanış olublar. Proqram iştirakçıları həmçinin burada fəaliyyət göstərən bəzi mentorlarla yaxından tanış olma imkanı qazanıblar. Belə ki, Proqramda məruzəçi kimi iştirak edən dünya şöhrətli mütəxəssislərin (Behzad Nasre, Sam Mcafee, Michelle Tsing, Vera Slokina, Rana Gujral, Gerry Baranano, Amanda Bradford, Naeem Zafar, Lynn Nichols, Jelf Faust, Paul Kallmes, Pavel Cherkashin, Bill Reichert, Roy Terry və s.) təqdimatında keçirilən semimarlarda Silikon Vadisi ekosistemi haqqında müxtəlif informasiyalar, startapların inkişafı, investor nə istəyir, Silikon Vadisi ekosistemindən necə faydalanmaq olar, biznes plan necə yazılmalıdır, yüksək texnologiyaların inkişafı dünayanı hara aparır, elm və texnologiyanın arzuolunan inkişafı üçün təhsil müəssisələri işlərini necə qurmalıdır və sair kimi əhəmiyyətli məqamlara aydınlıq gətirən, eləcə də mühüm bilik və bacarıqları öyrədən mövzular müzakirə olunub. İnteraktiv formada keçirilən seminarlar iştirakçılar ilə məruzəçilər arasında dialoqun da inkişafına zəmin verib.

Proqram iştirakçıları, o cümlədən əməkdaşımız İsa Qasımov təlim proqramının bir hissəsi kimi "Stanford" Universiteti ilə, eləcə də buradakı elmi tədqiqat və tədris prosesi ilə tanış olmuşlar. Dünyada getdikcə daha da aktuallaşan sahibkar universitet modelini inkişaf etdirən ən mühüm elm-təhsil müəssisələrindən hesab olunan "Stanford" Universiteti ilə tanışlıq xüsusilə əhəmiyyətli məqamlardan sayıla bilər.

Qeyd edək ki, "Silikon Vadisinə Keçid Təlim Proqramı"nda BMU-nun əməkdaşı İsa Qasımovdan başqa, Fransa, ABŞ, BƏƏ və sair ölkələrdən də nümayəndələr iştirak edib.

Silikon Vadisindən zəngin təcrübə və təəssüratlara qayıdan İsa Qasımovun ifadəsi ilə desək, Silikon Vadisində formalaşmış ekosistem ona görə daha təsirlidir ki, burada investorlar, həmçinin cəmiyyət pula yox, ərsəyə gətirilən dəyərlərə daha çox əhəmiyyət verir. Bununla yanaşı, Silikon Vadisinin intellektual biznesdə dünyanın cazibə mərkəzinə çevrilməsinin səbəbi, burada cəmiyyətin intellektual kapitala verdiyi yüksək qiymətin nəticəsidir. Xüsusilə vurğulamaq lazımdır ki, Silikon Vadisində formalaşmış ekosistem nəinki amerikalıların uğurlarına əhəmiyyət verir, o cümlədən dünyanın istənilən ölkəsindən gələn dəyərlər yüksək qiymətlədirilir. Başqa sözlə, Silikon Vadisi intekllektual kapitalın inkişafında digər millətlərin uğurlarına dözümlülük nümayiş etdirməklə yanaşı, səmərəli ideyaların inkişafına zəmin verən yanaşma nümayiş etdirir.

Xatırladaq ki, 2016-cı il Noyabrın 8-də ölkə Prezidenti İlham Əliyev cənablarının imzaladığı müvafiq sərəncamla, Azərbaycan Respublikasında mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə yaradılan Bakı Mühəndislik Universiteti Azərbaycanın alı təhsil sistemində ilk dəfə formalaşdırlımış Publik Hüquqi Şəxs kimi sahibkar universitet modelini inkişaf etdirməyi hədəfləyir. Bu mənada BMU Texnoparkının müdir müavini dosent isa Qasımov və Universitetin digər əməkdaşları tərəfindən, intellektual kapitalın inkişafında mühüm rol oyanayan sahibkar universitet modelinin inkişafı üçün, beynəlxalq təcrübənin öyərnilməsi əhəmiyyətli məqam kimi qiymətləndirlir.





Yorumlar










Aktif Ziyaretçi 14
Dün Tekil 753
Bugün Tekil 50
Toplam Tekil 1983046
IP 107.20.120.65






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:































































27 Rebiü'l-Evvel 1439
Aralık 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Körler çarşısında ayna satma, sağırlar çarşısında gazel atma.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu