Dünya Azərbaycanlıları Konqresi (DAK) “Səhər telekanalı dövlətçiliyimizə qarşı” adlı tədbir keçirdi. - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Dünya Azərbaycanlıları Konqresi (DAK) “Səhər telekanalı dövlətçiliyimizə qarşı” adlı tədbir keçirdi.
Tarih: 05.03.2010 > Kaç kez okundu? 2122

Paylaş




Dünya Azərbaycanlıları Konqresi (DAK) “Səhər telekanalı dövlətçiliyimizə qarşı” adlı tədbir keçirdi. DAK-ın Bakıdakı mərkəzi ofisi - İstiqlaliyyət küçəsi 8 ünvanında keçirilən tədbirdə məqsəd İran adlanan məmləkətdən yayımlanan Səhər telekanalının Azərbaycan dövlətçiliyinə qarşı apardığı təxribat, daxili siyasi sabitliyi pozmağa edilən cəhdlər və bunun aradan qaldırılması yolları ictimai müzakirəyə çıxarıldı.

Tədbiri giriş sözü ilə açan DAK Mətbuat Xidmətinin rəhbəri Əlirza Amanbəyli İranın bu siyasətinin yeni olmadığını bildirdi: “Azərbaycanın inkişafı, onun qüdrətlənməsi düşmən ölkələri daim narahat etməkdədir. Onlar Azərbaycan adının varlığını belə qəbul etmək istəmirlər. Ona görə də artıq açıq savaşa keçiblər. Səhər telekanalının fəaliyyəti Fars şovinistlərinin Azərbaycana münasibətinin göstəricisidir”.

DAK Gənclər Təşkilatının sədri Seymur Həsənli isə İranın Azərbaycanı dinsiz bir ölkə kimi təqdim etməsinə toxundu: “Əgər İran belə müsəlman təəsübkeşidirsə Quzey Azərbaycanın 20 % torpağını işğal altında saxlayan Ermənistan adlanan dövlətlə iqtisadi əlaqələrini kəssin. Qarabağda məscidlərin dağıdılmasına və donuz fermasına çevrilməsinə etiraz etsin. Burda İslam faktoru sadəcə maskadır. Onun altında isə məkrli niyyətlər yatır”.

“Yeddi Dövlət Bir Millət” Kültür və Dayanışma Dərnəyinin Azərbaycan və Orta Asiya üzrə baş təmsilçisi Azər Həsrət daha sərt formada çıxış etdi: “Bu telekanalın Azərbaycanda yayımı dayandırılmalıdır. Həmin proqramlara çıxan vətəndaşlarımızın adları ictimaiyyətə açıqlanmalıdır. Ölkə rəhbərliyinə, ziyalılara, telekanallarımıza müraciət qəbul olunmalıdır. Bir sözlə Səhər telekanalına qarşı alternativ yaradılmalıdır.”

Güneyli şair Sayman Aruz İranın dini siyasi alətə çevirməsinə toxundu: “ Mən o rejimin içini görmüş bir adam kimi deyə bilərəm ki, İran rejiminin mahiyyəti puçdur. Din burada sadəcə formal xarakter daşıyır. Artıq bu formallıq üzə çıxmaqdadır”.

Politoloq Taleh Əliyev məsələnin siyasi tərəfinə toxundu: “Azərbaycanın müstəqil siyasət yürütməsi, inkişaf etməsi, Qərblə, İsraillə inkişaf edən əməkdaşlıq bu ölkəni ciddi narahat edir. Ona görə də vaxtilə qapalı şəkildə yürütdüyü siyasəti açıq-aşkar göstərməyə başlayır”.

Tədbirdə həmçinin Sayokan döyüş federasiyasının prezidenti Vasif Namazlı, DAK Qadınlar Şurasının sədri Dünyaxanım Əliyeva, DAK Gənclər Təşkilatının sədr müavini Nərmin Məmmədli, BDU-nun tələbəsi Orxan Əlirzayev məsələ ilə bağlı çıxış etdilər.

Sonda Azər Həsrətin təklifinə əsasən ölkə rəhbərliyinə müraciət qəbul olundu.

DAK İnformasiya Mərkəzi





Yorumlar








Aktif Ziyaretçi 14
Dün Tekil 790
Bugün Tekil 201
Toplam Tekil 1639743
IP 54.146.176.35






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































8 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim Türklükten başka bir şey değildir.
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu